» » "Nə deyim, saçını kəsdirdin, gülüm? "(Müzakirə)

"Nə deyim, saçını kəsdirdin, gülüm? "(Müzakirə)

"Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

Bu yazını oxumağa başlayanda bəlkə də gözəllik resepti və yaxud tibbi məsləhətlə qarşılaşacağınızı yəqin edəcəksiniz. Amma belə deyildir, sadəcə, ağlım kəsəndən müşahidə etdiyim və heç də yaxşı qəbul etmədiyim bir məqamı sizin də diqqətinizə çatdırmaq istədim. Oxucularımızın böyük əksəriyyətinin qadınlar olduğunu da bu yanaşmaya əlavə etsək, maraqlı bir müzakirə apara biləcəyimizi düşünürəm. Görək, qadınlar özləri bu məsələyə necə münasibət bəsləyirlər. Saçı kəsdirmək, doğrudanmı heç nə deyildir?! Saçı kəsdirmək adi bir gözəllik əməliyyatımı, Avropaya bir inteqrasiya ilişkisimi?
"Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

Doğrudur, bu, kər kəsin öz şəxsi işi və zövqü ilə bağlı məsələ olsa da, öz şəxsi işi olsa da, hər birimizin xalqımızın milli-mənəvi gözəllikləri ilə bağlı fikir deməyə haqqımız var.
Saç qadın gözəllikləri arasında ən birincisidir. Qadın üçün vacib olan digər bütün gözəlliklər hamısı olsun, amma saç olmasa, o qadın özü insanlardan qaçar, görünməməyə çalışar. Saç qadın gözəlliyini tamamlayan, bu gözəlliyə diqqət çəkən, dəyər gətirən, əbədi bir vüsal üçün sevgi bəndi olan gözəllik elementidir.

İncədonlum, yer basmayıb yeriyən,
Başım baxtı, evim taxtı, sevgilim!
Evdən çıxıb yüyürəndə sərvi boylum,
Badam yesə, boylu görünən incəbellim,
Topuğunda sarmaşanda qara saçlım.
Qoşa badam sığmayan dar ağızlım,
Qar üstünə qan dammıştək al yanaqlım.
Sevgilim, gözəlim, adaxlım!
 
 

Yəqin ki, hamınız eşitmisiniz. Sevimli müğənnimiz Yalçın Rzazadə "Dədə Qorqud ” filmindən olan bu mahnını necə qürurla oxuyar. 8 misralıq bir mahnıda Azərbaycan gözəlinin təcəssümü necə gözəl əks olunub. Bir vaxt gəncliyində ilk sevdaya düşən hər kəs qadında əza gözəlliyi axtarmayıb: qulac-qulac hörüklərini düşünüb, qara-qaşından-qara gözündən qəlbinə eşq qığılcımı düşüb, bir söz deyəndə payız alması kimi qızaran al yanaqlarını abır-həya ölçüsü kimi qəbul edib.... nələr-nələr yaşadıb hissində, beynində Allah bilir...Bizim bildiyimizsə bir odur ki, bunlar həqiqət idi və gözəl idi. Amma təəssüflər olsun ki, indiki dövrdə topuğa sarmaşan bu cür saçlar çox azdır, ya da heç yoxdur.
Saç müqəddəs sayılıb, abır sayılıb. Ana və nənələrimiz naməhrəm görməsin deyə tez başlarını örtüblər. başlarını yuyanda, darayanda gizlinə çəkiliblər, daraqda qalan saçlarını gizlədiblər və s.... Bizim nə gözəl abır- paklıq ölçülərimiz olub? Amma zaman-zaman Qərb dəyərlərinə əyildik. İndi bəzi qızlarımız gedib otururlar kişi bərbərinin qabağında, saçlarını kəsdirilər, saç düzümü etdirilər....

 "Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

Doğrudanmı qadına gözəllik verən saçları illərlə özündə gəzdirib, sonradan kəsib atmaq belə asandır? Görəsən qızlarımız saçlarını kəsdirəndə qərarlarını necə əsaslandırırlar? Görkəmli şair Bəxtiyar Vahabzadənin yazdığı kimi:

Nə deyim, saçını kəsdirdin, gülüm?
O gün gəlməyəydin görüşə barı. 
Kəsdirdin, ayaqlar altına düşdü.
Qumral saçlarının qıvırcıqları.

Hər buruq telinə can demişəm mən.
Saçını nə qədər iyləmişəm mən,
Mənim toxunduğum qara tellərin,
Kəsdirib ayaqlar altına atdın.

Sən saç uzatdığın neçə illəri
Düzünü söyləsək bir günə satdın.
Sənin saçlarını axı neçə il.
Sıxıb qərq etmişəm mən öpüşlərə.
Düşünsən, sevgilim, saçların deyil.
Mənim öpüşlərim atılmış yerə

"Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

"Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

"Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

"Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

"Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

"Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

 

"Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

 

"Nə deyim, saçını kəsdirdin,  gülüm? "(Müzakirə)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz