» » Qız uşaqlarının azalmasının gerçək sirri nədir? (Müzakirə)

Qız uşaqlarının azalmasının gerçək sirri nədir? (Müzakirə)

Qız uşaqlarının azalmasının gerçək sirri nədir? (Müzakirə)

"Oğlan olsun, qız olsun, fərqi yoxdur. Hər ikisi Allahın payıdır, təki sağlam və xeyirli bir övlad olsun" deyirlər. Mən də belə eşitdim hər zaman. Amma bir neçə qızı olub, Allahdan öğlan uşağı da arzulayan bilirəm, görmüşəm. Bu da təbiidir. Burada söhbət övladın hansınasa üstünlük verməkdən getmir. Sadəcə, ata-ana qızını hansısa ailəyə gəlin göndərdiyi kimi, öz evində də gəlin, nəvə görmək istəyir.
Amma, tutaq ki, ailədə qız uşağı da var, oğlan uşağı da, valideynər ağıllarına belə gətirməməlidirlər, qızdlr, gedib özgə ocağını yandıracaq. Elə isə sənin evinə gələcək gəlinin statusu necə olacaq, ona bu evdə bəslənəcək münasibət necə olacaq? Və yaxud valideyn olmağa hazırlaşan qadına uşağın cinsi əvvəlcədən müəyyən elursa, yəni dünyaya gələcək uşaq qızdırsa, hamiləliyi pozdurmaq ən böyük günahlardan biridir. 2014-cü ildə Azərbaycanda doğulan 170503 uşağın 79093 nəfəri qız, 91410 nəfəri oğlan olub, başqa sözlə, qızlara nisbətən 12 417 oğlan uşağı daha çox doğulub. Statistik rəqəmlərlə daha bir müqayisə:
2000-ci ildə qeydə alınan abortların sayı 17 min 529, 2010-cu ildə 26 min 801, 2011-ci ildə isə 27 min 790 olub. 11 il ərzində abortların sayının 10 min artmışdır, hələ qeydiyyatsız abortları da bura daxil etsək, müqayisəyə cəlb edilən illərdə yeni doğulan uşaqlar arasında oğlanların da qızlara nisbətdə 10 min nəfər çox doğulmasını bu abortların sayı ilə əlaqələndirmək lazımdır. Dövlət Statistika Komitəsinin qeydə aldığı rəqəmlərdə - 27 min 790 abortun təxminən 25 mini məhz qız uşağı olduğuna elə ana bətnində qətlinə fərman verilib. Ara həkimlərinin etdiyi abortları bura daxil etsək , göstərici bəlkə də 30 mindən çox olardı. Ümumdünya Əhali Perspektivləri (2010 yeni nəşri, BMT, 2011) sənədinə görə, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulması göstəricilərinə görə dünyada Mindən sonra ikinci yerdədir.
Bunlar çox acı faktlardır, gələcəyimizə düşünülərəkdənmi, kortəbimi yönəldilmiş qəsddir: təkcə dünyaya gəlmədən nəfəsi kəsdirilən günahsız qızlara, həyatdakı qadılnlara qarşı yox, həm də oğlanlara qarşı, cəmiyyətə qarşı.
Bizim yeniyetməlik illərində yumoristik bir fikir vardı ; "SSRİ-də hər kişiyə 7 qadın düşür.” Əgər yüni doğulan uşaqların keyfiyyət tərkibində say artımı oğlan uşaqlarının hesabına yüksəlirsə, bəs bu balalar ailə qurmaq üçün qız axtarmalı olmayacaqlarmı, məcbur olub əcnəbi nikahlara meyil etməyəcəklər ki?
Bəs onda ölkənin genefondu?

Qız uşaqlarının azalmasının gerçək sirri nədir? (Müzakirə)

Bunlar ciddi demoqrafiya problemidir: misal göstərdiyimiz rəqəmlərdən də göründüyü kimi, hər il on minlərlə qız uşağından imtina edilməsi nəticəsində əhalinin cinsi tərkibi sürətlə dəyişir. Azərbaycan Respublikasında 2014-2025-ci illərdə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramının qəbul edilməsi məsələninb dövlət üçün prioritet məsələ olduğunu təsdiqləməkdədir və doğrudan da, bu problemi həll etmək üçün dövlət dəstəyi lazımdır.
Bəs biz niyə qızlardan imtina edirik? Qız uşaqlarının azalmasının gerçək sirri bəs nədir? Nə üçün ailələr qız uşağının dünyaya gəlməsini istəmirlər? Qızları qızıla belə döndərirlərmi?

Qız uşaqlarının azalmasının gerçək sirri nədir? (Müzakirə)

Təbii ki, bu problem təkcə dövlət səviyyəsində deyil, vətəndaş cəmiyyətində də ciddi müzakirə mövzusudur. Kütləvi İnformasiya Vasitələri, demək olar ki, hər gün-hər həftə bu və ya digər şəkildə haqqında dnışdığımız məsələyə toxunur. Səlahiyyətli şəxslərin, ictimai-sosial təşkilatların, elm adamlarının, sadə adamların bu məsələyə baxışları və fikirləri də fərqlidir. Ortaq fikirlər də var. Amma səlahiyyət sahibləri problemin həllində inzibatşılığa dha çox meyil edirlər. Bu eybəcər halın dayandırılması üçün hansısa qadağaların, təsiretmə mexanizminin imkanlarını həlledici sayır. Bütün fikirlərdə yaxşı məqamlar var. Odur ki, müzakirəyə, fikir mübadiləsinə hər zaman ehtiyac var, hətta kəskin, barışmaz fikirlərə ehtiyac var, maariflənməyə ehtiyac var. İndi işlədiyim bu anda ətrafımda dolanan 5 yaşlı qız nəvəmdən diqqətimi ayıra bilmirəm. Allah bizi cəzalandırmaq istəsəydi, ağlımızı başımızdan almış olsaydı, biz də qız istəməsə idik, indi bu dünya boyda duyğudan məhrum idik.

 

Qız uşaqlarının azalmasının gerçək sirri nədir? (Müzakirə)  

 

Nə yaxşı ki, cəzalandırılmamışıq, nə yaxşı ki, Allahımızın lütfü hər zaman evimizin, könlümüzün urvatıdır, ölçüsüdür.
Konkret fikrə gəldikdə isə, oğlan və qız uşaqları araslndakı bu fərq müxtəlifliyi təkcə insanların özü ilə bağlı deyil.Təkcə Azərbaycanla bağlı deyil. Dünyada gedən müəyyən aşınmalar, əxlaq tərzi qızlarla bağlı inamsızlıq yaradır. Bunların fonunda valideyn üçün qız övladı böyütməyin məsuliyyət və çətinliyi daha da artmış olur. Televiziyadan, müxtəlif mənbələrdən qızlara, qadınlara qarşı zorakılıq halları ilə bağlı nə qədər hadisələr görürük, eşidirik, izləyirik.Onlardan "sirli qalanlar”ı olub. Aşkarlıq və demokratiya azadlığında Qərbdən ölkəmizə bizim əxlaqa uyuşmayan "azadlıqlar” doluşdu.Məsələn, filənkəsin çılpaq görüntüləri, .....filan yaşlı seksual ulduz və sair və ilaxır.. Kimə lazımdır bu fərqləndirmələr, kimlər bunu Azərbaycanda qanuniləşdirdi? Hələ həyata yeni-yeni atılan bir çox qızlarımız bu kimi təsirlərə düşür. Axşam internetdə bir xəbər oxudum: 15 yaşlı gəlin özünü asdı. Sönra valideyləri təkzib edir ki, yelləncək boynuna keçib. Bunlar, əlbəttə ki, hüquq-mühafizə orqanlarının işidir. "Mehman” filmində Balışın da taleyinə bu cür acı yazılmışdı. Orada da prokuror gerçəyi üzə çıxarmağa müvəffəq olmuşdu. Digər bir yazı: Bakının rayonlarından birində bu yaxınlarda 3-4 nəfər 9-cu sinif şagirdi sinif yoldaşları olan bir qıza qarşı əxlaqsız hərəkətlər etdiklərinə görə həbs edilmişdilər. Daha bir yazı: Oxu.Az xəbər verir ki, "Report”un məlumatına görə, Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə axtarışda olan Türkiyə vətəndaşı, 45 yaşlı Ahmet Akkaş "Ford” markalı avtomobili ilə Qaradağ rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Qız uşaqlarının azalmasının gerçək sirri nədir? (Müzakirə)

Tovuz Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən axtarışa verildiyi məlum olub
Və sair, və ilaxır. Yəni bu kimi hadisəlr çoxaldıqca ailələr üçün qız böyütməyin məsuliyyət və əziyyətləri də çoxalır. Onlar fikirləşirlər ki, bu əziyyətlərlə bərabər, onların şərəfi də tapdanır. Ondansa, oğlum olsun, belə aciz, əlacsız duruma düşməyim.
Bu, mənim subyektiv fikrimdir. Qız uşağının doğulmasına qarşı atılan addımları ancaq bununla əlaqələndirirəm. Bu, pis bir əxlaqın yaranmasına gətirib çıxarar: sənin qızın olmasın, amma övladına kiminsə qızın al.
İndi müəyyən qədər üzdə olan adamları tanıyırıq. Həyat yoldaşını boşayır, hətta 2-ci, 3-cü dəfə: ərindən ayrılb, hətta 2-ci, 3-cü dəfə, amma  vəzifə sahibiudir, gündə televiziyadadır, konsert verir, toy aparır. Manaf Ağayev deyir ki, kişinin həyatında ikinci qadının olmaması mümkünsüzdür.
Bu cür hərəkətlərə,  fikirlərə rəvac verən  seriallardır, internet texnologiyalarının yaratdığı imkanlardır.  Xarici həyat tərzi   ekranlarla  evlərimizə , sonra da  mənəviyyatımıza daxil  olaraq həyatımız üçün, ailə ittifaqları üçün  anomaliyalar yaradırlar. Məhz Qərbdən gələn "macəralı həyat"  mənəviyyatımıza sirayət edərək "sərhədsiz azadlıqlar”a qalxan olur.
  Məktəblərimiz bu yönümdə   ciddi iş görə bilərlər. Ailə ilə məktəblərin fəaliyyətini yeni müstəviyə gətirmək lazımdır. Kütləvi informasiya vasitələri, televiziya, radio  bu  cürə əlaqələri tamamlamalıdır. gənclərin və yeniyetmələrin asudə vaxtlarını sağlam  məcraya yönəltmək lazımdır. Onlar üçün  həyatda nümunə, ideal olmalıdır.

Qız uşaqlarının azalmasının gerçək sirri nədir? (Müzakirə)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz