» » Müzakirə: Biz həmrəyikmi?

Müzakirə: Biz həmrəyikmi?

Müzakirə: Biz həmrəyikmi?

Torpaq, xalq sevgisi insanları bir-birinə bağlayır. Bu birlik millətin ən böyük güc qaynağı və varlığının zəmanətidir.
Eyni torpaqda yaşayıb, eyni torpağın suyunu, havasını udan insanlar fərqli-fərqli dünyagörüşlərə mənsub olsalar da, sosial vəziyyət baxımından müxtəlif partiyalara, sosial birliklərə qoşulsalar da , milli maraqlar hamı üçün eyni olmalıdır.
Dövlət öz gücünü xalqın mənz bu birliyindən alır.
Odur ki, milli birlik və bərabərlik hər hansı toplumun, xalqın, millətin bir olması, ümummilli mənafelər naminə bir bayraq altında cəm olması kimi başa düşülür.
Millətin hər sahədə irəliləməsi və inkişafı ancaq milli birlik və bərabərlik şəraitində reallaşa bilər. Milli varlığın təməli isə milli şüurdan keçir, yəni
hər addım atdığında ətrafını, daha ümumi anlamda vətənini, xalqını və torpağını düşünmək, onun üçün yaşamaq, qurub- yaratmaq. Çətin məqamlarda torpağın, vətənin nicatı üçün bütün səyləri birləşdirmək, eləcə də Vətənin hər uğuru üçün ümumxalq sevincinə qoşulmaq. Belə olarsa, o millət yenilməz, daim tərəqqi edər, alınmaz qalaya çevrilər.
Bəs bizm milli birlik şüurumuz idealdırmı, biz həmrəy ola bilirikmi, öz mövqeyimizi öz millətimizdən, qanı qanımızdan, canı canımızdan olan həmvətənimizi divara dirəməklə təmin etmirik ki?

Müzakirə: Biz həmrəyikmi?

 

İlk devalvasiya vaxtı saçımı düzəltdirəndə 4 manat verirdim: sadəcə saçımı seyrəldirdim, digər heç bir xidmət növü göstərmirdi. Ətir də vurmurdu, yəni özüm deyirdim ki, ehtiyac yox, onsuz da evə gedib yuyunacağam. İndisə dedi ki, bəs dollar acıqlanıb, indi bu əməliyyatı 5 manata edirik. Ay İnsanoğlu, gömrükdən keçmirsən, rüsum ödəlmirsən, yanacaq işlətmirsən. Niyə vəziyyətdən belə istifadə edirsən. Yumurtanın qiyməti kəlləçarxa çıxıb. O gün rayonlardan birindən qonaq gəlmişdi. Söyləyir ki, rayon mərkəsindən kəndə balaca maşınlar adambaşına 1 manata aparırdıl, indisə 2 manata. İrad edəndə sürücü deyir ki, 50 qəpik bahalaşmaya görə qaldırırıq, 50 qəpik də yağışlı havada maşın sürdüyümə görə.
Alış-veriş yerlərində belə anomaliyalar çoxdur. Ay qardaş, dünyanın sonu deyil ki, həyat dayanmayacaq ki, heç kim ölməyəcək ki, həyatdır d, hər şey ola bilər. Bundan istifaə edib digərlərinə qənim kəsilmək olmaz. Allahın köməkliyi ilə həmin vəziyyətdən çıxacaqıq. Amma sarsılmış inamı, ümidləri çətin ki, bərpa etmək olsun. İnsanlar yalnız hərəy olmala, bir olmaqla istənilən çətinliyi aradan qaldıra bilər.
Əksinə, belə dönəmlərdə korporativ maraqlar üçün fəallaşmaq milli birlik meyillərinə, arzularına qarşı təxribatdır.
Tarix, həyat dönə-dönə sübut edib ki, insanların mənəvi birliyinə çox ehtiyac var. İnsanlar hər zaman bir olmaları, hər çətiniliyə, problemə birgə təpki göstərməlidir. Cabir Novruz demişkən:

Müzakirə: Biz həmrəyikmi?

 

Millət əzər, əzilər də ,
Kaş millətdə ruh yaşasın. 
Əyri qəddi düzələr də, 
Kaş millətdə ruh yaşasın...

Zaman-zaman, nəsil-nəsil, 
Babəklərin gəlir səsi. 
Nəsimilər tükənməsin, 
Kaş millətdə ruh yaşasın... 

Sabirlərə xəbər olsun, 
Qız-gəlinlər Həcər olsun. 
Kişilərdə təpər olsun, 
Kaş millətdə ruh yaşasın.. 

Qeyrət ruhun gücündədir, 
Qudrət ruhun gücündədir, 
Millət ruhun gücündədir, 
Kaş millətdə ruh yaşasın. 

Düşməni qul etmək olar, 
Min əsir yol getmək olar, 
Dünyanı titrətmək olar, 
Kaş millətdə ruh yaşasın.

Müzakirə: Biz həmrəyikmi?

 

Hörmətli dostlar, bu mövzunu təsadüfən seçmədik. Ğmür yşandıqca bizim tanıdığımız-tanımadığımız insanlarla əlaqələrimiz daha çaxələnir, daha fərqli məzmun və mahiyyət kəsb edir.
Siz necə görürsünüz: insanlar bir-birlərinə qarşı həmrəydirlərmi?

Müzakirə: Biz həmrəyikmi?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz