» » Keçmiş, yoxsa, müasir qadınlar? ( III hissə)

Keçmiş, yoxsa, müasir qadınlar? ( III hissə)

Müəllif: Leyla от 4-10-2013, 07:59
Günel Əsədova - (istifadəçi):
Keçmiş, yoxsa,  müasir qadınlar? ( III hissə)- Qadınlar! Bəşəriyyətin həm zərif, həm zəif yaradılışları. Qadın haqqında çox təriflər, gözəl sözlər deyilib. Mən öz sadə sözlərimlə demək istərdim fikrimi.
İstər keçmişdə, istərsə də indi qadın böyük qüvvədir. Həyatın agırlıgını çiynində daşıyırlar. Qadın -anadır, qadın həyat yoldaşıdır, qadın müxtəlif ixtisasların, sənətlərin sahibləridir. Yəni, bura qədər qadınlar keçmişdə və indi belədirlər.
İndi təbii ki, texnikanın yüksək inkişafı nəticəsində qadınlarımızın işi xeyli yüngülləşmişdir. Lakin bu o demək deyil ki, qadınlarımız bu gün az əmək sərf edir, yox. Bu gün qadınlarımız həm əmək, həm də elm sahəsində var gücləri ilə çalışırlar. Lakin, gəlin müqayisə edək ki, keçmişdə qadınlarımızın işi nə qədər çox olsa da, onlar çox hövsələli, həvəsli, səliqə-səhmanına daha çox fikir verər və üzlərindən nur tökülərdi. Agarmış saçlarına təbii həna qoyar, başlarına rəngbərəng kəlagayılar örtər, şirin dilli, gülər üzlü olardılar. Gəlib gedəni nə dədər qonaqpərvərliklə, gülərüzlə qarşılayar, künc-buçagında nə vardısa, süfrəyə düzərdilər. Nəvələrinə həvəslə layla çalar, "ninni" oxuyardılar. Nə qədər işləri çox olsa da, hamsı əl əməyilə yerinə yetirilsə də, həyat yoldaşları ilə, xoş və mehribann, ən başlıcası isə böyük hörmətlə davranar, qaynata və qaynanalarından və eləcə də böyüklərdən abır-həya gözləyərdilər.
Gəlin, indiki qadınlarımıza baxaq. İşə gedən işə gedir, işi ilə məşgul olur, evdəkilər də yenə də öz işləri ilə məşgul olurlar. Hərə öz işini layiqincə yerinə yetirməyə çalışır. Lakin üzlərdə bir gərginlik, hövsələsizlik, daha çox həsəd hissi, acıdillik nəzərə çarpır. Hər hansı bir xəstəxana, magaza, xidmət müəssisələrinə üz tutsan səbirsiz, üzlərindən əsəb yagan və hər cürə sözü danışmaga çəkinməyən qadınlarla rastlaşırsan. Hətta, mən bu yay sınaqlı ocagı olan Mirmöhsün aganın ocagını ziyarət edəndə, orda işləyən qadının o qədər nəzakətsiz davranışını gördüm ki, çaşıb qaldım. Qadınlarımızı stres üzür. Çox yorulurlar. Bu heç də fiziki yorgunluqdan irəli gəlmir. Onlar ruhən yorgundular. Zəmanənin agırlıgına dözə bilmirlər. Lakin bu dediklərim bir qism qadınlara aiddir.
Bir qism qadınlarımız da var ki, onlar hər tərəfli təmin olunmuş həyat sürürlər. Lakin belə qadınlarımız da, bir başqa xasiyyətə dolublar. Nə isə, bu dəfə Azərbaycana gələndə gözlədiklərimdən çox, gözləmədiklərimlə üzləşdim.
Fəqət, bütün bunlarla yanaşı, Azərbaycan qadınları keçmişdə və indi çox vəfalı, etibarlı, zəhmətsevər, ailəcanlı və qonaqpərvırdilər.

Fatimə
- (istifadəç):
-Bacı, ilk öncə xəbərində mənə də yerKeçmiş, yoxsa,  müasir qadınlar? ( III hissə)
ayırdığın üçün sənə öz təşəkkürümü bildirirəm.
Kimdir qadın? Qadın ilk növbədə anadır. Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. Mövzuya gəldikdə, mənim fikrimcə, keçmişin qadınları daha yaxşı olublar, nəinki indinin.Keçmişdə hörmət, adət-ənənələrə sadiqlik, ailəyə tam qayğı çox olub. İndi çox qadınlarımız sərbəstliyə üstünlük verir. İşləməkdən ötrü uşaqlarına dayə də tuturlar.Bəzən elə olur ki, uşaq gözünü açandan dayəni görür, ona isinir, ana yaddan çıxır. Bundan başqa, keçmişin qadınları çox xanım-xatın qadınlar olub. Mən öz nənəmdən götürürəm. Uşaq da olsam, onun hər bir sözü, hər bir davranışı yadımdadır. Hər hansı dövrdə yaşamalarından asılı olmayaraq, qadınlarımıza xoşbəxtlik, ailə səadəti arzulayıram.

Strabon - (istifadəçi):
- Keçmişdəki qadınlar yaxşıdır, indikilər pis və ya keçmişdəkilərdən indikilər yaxşıdır demək düz deyil. İndikilər də elə o keçmişdəkilərin qohum-əqrəbasıdır. Onda da yaxşımız da olub pisimiz də, o cümlədən indi də. O vaxt tam başqa zaman idi, indi başqa. Mən 4-5 ölkədə olmuşam. Azərbaycan xanımları dünyada neçə ölkə varsa, yarışma keçirilsə və jüri tərəfkeşlik eləməsə, 1-ci yerdə olar. Biz xanımlarda elə xüsusiyyətlər var ki, digər ölkələrinin xanımlarıda bu xüsusiyyətlər yoxdur. Təbii ki, pisimiz də ola bilər, bunlar çoxluq təşkil etmir. Amma çoxluğumuz bu dünyada bizə şohrət gətirir.

Xumar - (jurnalis):
- Qadınları mahnılarda, ədəbiyyatda elə tərifləyirlər ki, qadın olduğuna sevinirsən. Çox böyük üstünlüklərimiz var, amma məişət qayğılarından tam qurtara bilmirik. Qadınlar kişilərlə bərabər iş rejimində işləyirlər. Elə iş ola ki, qadınlar kişilərdən az işləyə qayıdıb ailəsinə də vaxt ayıra bilələr. Qadın rahat, mədəni şəraitdə işləsə bir az fəal olar. Keçmiçdə qadınlar tam əsarətdə olublar, indi bu əsarət yoxdur. Amma qadınlar üçün çoxlu işlər görülməlidir. O vaxt inkişaf özü də geridə idi. Qadınlar savadsız idilər. Amma indi qadın istədiyi ixtisas üzrə oxuya bilıər. Qadın bütün idarələrdə işləyə bilər. Mənəviyyat məsələsi də fərqli olub. Düzdür, o vaxt insanların özündə də bir gerilik var idi, amma bir qədər məsuliyyət güclü idi, ailələr güclü idi. Yaşlı adamların deməsinə görə boşanma çox az olan bir hadisə olurdu. Amma indi boşanma sayı lap çoxdu. Ailələr dolanışıqdan bir az əziyyət çəkirdilər. Bu da ailədə söz söhbətə səbəb olur. Bütün bunlara baxmayaraq, mən keçmiş qadınlığımızla da fəxr edirəm, indiki vəziyyətimizlə də. Çox sağ oliun ki, belə fikirləri müzakirəyə çıxarmısınız. Qəzetlər, televiziyalar, saytlar nə qədər maarifçilik yaysalar, insanları doğru yola çəkmiş olarlar.
 

Keçmiş, yoxsa,  müasir qadınlar? ( III hissə)

Milka - (istifadəçi):
- Leyla, əvvəla xəbərinə məni də dəvət etdiyin üçün təşəkkürlər. Mövzu gözəl olsa da, yazacağım cümlələr ağır gəlir mənə, çətindir. Ağır olan bilirsiniz nədir? Sürətlə gedən inkişafın bəzən bizə yaratdığı mənfi cəhətlət, hallar. Məsəslən, keçmişdə böyüyüə hörmət daha çox idi, indi də qaıb, amma çox az. Düzdür, bəzi xalqlara, dövlətlərə baxanda biz şükür etməliyik halımıza.
Digər mənfi cəhət isə geyimlərdir. İndi fikir verirəm ki, yaşlı, bəzən isə gənc xanımlar xanımlığa yaraşmayan geyimlərlə küçədə gəzirlər. Ən pisi də bilirsiniz nədir? Bütün bunlardan-geyimlərdən, artıq kosmetikalardan mod, dəb xətrinə istifadə edirlər. Əlbəttə, dəb də çox gözəldir, amma insan özünə yaraşanı geyinməlidir və ən əsası bir xanım kimi görünməlidir. Qadın, ana adına yaraşan şəkildə geyinməlidir, hərəkət etməlidir, danışmalıdır. Oturuşunda və duruşunda da bir məsuliyyət olmalıdır. Çoxları bu cümlələrimə görə məni geridə qalmış və köhnə fikirli adlandırırlar. Amma dediklərim geridə qalmışlıq deyil, həqiqətdir. Keçmişdəki xanımların simasında məsumiyyət var idi, makiyajsız təbii gözəllik var idi, indi isə fikir verirəm və çox az adamda (xanımda) bu keyfiyyətləri görürəm.
Bir-iki il əvvəl televizordan belə bir ifadə eşitmişəm: Mən qadınam, qabyuyan deyiləm. Bunu başa düşmürəm. Onda keçmişdəki qadınlar qadın(xanım) sayılmırda, onlar axı qab da yuyublar, paltar da, inək də sağıblar, həyət-baca işlərini də görüblər. İndidkilərdən də təcrübəli və yaxşı olublar.
Bu mövzu haqqında çox yaza bilərəm, amma bu qədər bəsdir, məncə.

Keçmiş, yoxsa,  müasir qadınlar? ( III hissə)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz