» » Keçmiş, yoxsa müasir qadınlar? (I hissə)

Keçmiş, yoxsa müasir qadınlar? (I hissə)

Müəllif: Leyla от 7-09-2013, 18:11

Keçmiş, yoxsa müasir qadınlar? (I hissə)

 

Ayrı-ayrı sivilizasiyalarda qadınların yeri, rolu həmişə müxtəlif olmuşdur. Bu məsələ tarix boyu insanları düşündürən məsələlər sırasında öndə gəlmişdir. Oxuduqlarımıza, eşitdiklərimizə, bildiklərimizə əsasən deyə bilərik ki, uzun əsrlər qadınların taleyi acı olmuşdur. Qadın ictimai iqtisadı, mədəni həyatdan həmişə təcrid edilmişdir. Qadın kişinin xidmətçisi, təsərrüfat işlərini görən bir cariyə olmuşdur. Zaman-zaman həyat dəyişmiş, yeni istehsal münasibətləri yeni ictimai münasibətlər doğurmuş, ləng də olsa, cüzi də olsa, qadın bugünkü azadlığına yol başlamışdır. Ziddiyyətlər, yanlış və mürtəce baxışlara baxmayarq, qadınlığın taleyinə hər bir dövrdə isti münasibətlər də olmuşdur.
Məşhur utopik sosialist Şarl Furye hələ o zaman bu dövr üçün də aktuallığını itirməyən fikir irəli sürmüşdü ki, hər hansı bir cəmiyyətin tərəqqisi həmin cəmiyyətdə yaşayan qadının vəziyyətindən asılıdır.
Oliviya Şrayner adlı bir qadın filosof ida haqlı olaraq deyirdi ki, qoy kişilər elə hesab etməsinlər ki, onlar qadınlar olmadan cəmiyyəti, bəşəriyyəti inkişafa doğru apara bilərlər.
Fəqət, bununla bərabər qadınlıq əbədi səadətə doğru inkişafında həmişə problemlərlə, mühafizəkarlıqla üz-üzə qalmışdır. Bu gün Qadınlar böyük inkişaf you keçsələr də, öz azadlıqlarına qovuşsalar da, hələ də dünyanın ayrı-ayrı yerlərində qadınlıq həqarətli bir tale yaşayır.. Qadına şiddət davam etməkdədir. Əgər qadının uşağı acından ölürsə, əgər qadının uşaqları ən adi tibbi qayğıdan məhrumdursa, dövlətin güvəninə sığına bilmirlərsə, o ölkədə qadın azadlığından danışmaq olmaz.

Keçmiş, yoxsa müasir qadınlar? (I hissə)

 

Keçmiş, yoxsa müasir qadınlar? (I hissə)

 

Bildiyimiz kimi, ayrı-ayrı ölkələrdə qadınların azdlıq yolu müxtəlif olmuşdur . Məsələn, Fransada hələ 1792-ci ildə dekretlə qadına vətəndaşlıq hüququ verilmişdi. Azxərbaycan qadını isə bu hüquqa XX əsrdə qismən nail olmuşdur.
Bu gün Azərbaycanda hansı ictimai-siyası-mədəni fəaliyyət sahələrinə baxsanız, qadınların həmin sahələrdə aparıcı qüvvə olduğunu görəcəksiniz. Dünyada bu hal mövcuddur. Qadının azad olması, qadının səadət və bəxtiyarlıqla yaşaması sağlam cəmiyyətə zəmanətdir. Böyük filosoflar, mütərəqqi dövlət və hərəkat başçıları , məşhur şəxsiyyətlər bunu hər vaxt təsdiqləmişlər. Napoleon deyirdi ki, mənə sağlamlar qadınlar verin, mən sizə sağlam cəmiyyət verim.
Əziz dostlar, bu yazımızla bizim məqsədimiz də sizin fikrinizi öyrənməkdir. Sizin qadınlığın inkişaf yolu, keçmiş dövrlərdəki qadınlar, yoxsa bugünkü qadınlar haqqında fikirləriniz çox maraqlı olacaq.. İndi isə söz sizindir:

Akif Əhmədov (Təsisçi və baş redaktor): - Mənim həyati müşahidələrdən, kinolardan, kitablardan aldığım qənaət budur ki, fərqi yox, qadın və yaxud kişi olsun, insanın necə olması, mənəviyyatı tək özüylə bağlı məsələ deyil. İnsanın şəxsiyyəti zaman, mühit və şəraitin qovuşuğunda formalaşır. Azərbaycan tarixində qadın məsələsi bütün zamanlarda keşməkeşli olub, amma əhəmiyyətli olub. Elə bu gün də öyünməli, fəxarət duyacağımız sərvətlərimizin birincisidir. Azərbaycan qadını əsl dost, sevgili və yardır...Anadır. Məni mühafizəkarlıqda qınamayın. Zərif məxluqların əleyhdarı kimi də qəbul etməyin. Mən keçmiş dövrdəki qadınlara daha üstünlük verirəm.

Keçmiş, yoxsa müasir qadınlar? (I hissə)

Azərbaycan qadını əvvəlki illərdə daha ailəcanlı idi. O dövrdəki qız və qadınlar ailə üçün, əsil-nəcabət üçün daha ciddi idilər. Bir ədəb-ərkan var idi. Hər halda bugünkündən yüksək idi. Kənddə, məsələn, bir ailə dağılması faciə sayılırdı. Kəndin bu başından olan qız kəndin o başında da çox üsul-üsul addım atırdı ki, camaat baxır, ayıbdır.
Yavaş-yavaş müasirləşdik.. Sem dayılar doluşdular ölkəmizə, gender, tolerantlıq bayrağı ilə başladılar dədə-babaların neçə yüz min ilə yaradıb formalaşdırdıqları mənəvi-əxlaqi sərvətlərimizin altına lağım atmağa. Gənclərin gözəllik zövqünü korladılar, geyimimiz nənələrimizin geyimindən tamam uzaqlaşdı. İndi bəzi qızlar o qədər mini, açıq- saçıq geyinirlər ki, mənim ana nənəmin tumanından bunların 3-nə-4-nə libas biçmək olardı.
Bizim vaxtlarda bir toy mərasimi üçün uzun zaman gərəkdi: soraqlaşmaq, adam salmaq, gedib "ağız-burunlarına baxmaq", elçi getmək və sair.....və sair.. Bunların hamısı edilməli idi. Amma indi bir də görürsən ki, oğul gəlir ki, toy edin, qız da filənkəs... Tələm-tələsik 2-3 ayın içində toy edib həmin qızı gəlin gətirirlər. Üstündən 1 il keçməmiş elə bil bunlar düşməndilər.
2012- ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 62,3 min nikah bağlanıb, 8,3 min nəfər isə nikahını pozub. 8,3 min boşanmanı hər iki tərəfin ailəsinə aid etsək, 17 min ailə mənəvi zərbə alır. Amma 20-30 il bundan əvvəlki ailələr bundan çox etibarlı və davamlı idi. Heç kim narahat olmaq istəmir ki, Azərbaycan ailəsi Şərq ailəsi mahiyətini itirmək üzrədir. Mən əcnəbi oğlanlara, qapqara zəngiyə gedən Azərbaycan qızını anlamıram. Mən abırdan-həyadan qığqırmızı qızaran Azırbaycan qızlarını qoyub rus, tatar, bolqar qızı alan gənclərimizi anlamıram.. Allah bütün balalarımızı xoşbəxt etsin...Amma bu, vallah, sevgi deyillllllllll.
Bütün bunlar inteqrasiyanın, tolerantlığın, genderin gətirdiyi problemlərdir. Xaricilər bizim qızlarımızı alıb aparır, 1-2 saxlayıb sonra buraxır. Nadir hadisə olar ki, belə ailə etibarlı olsun. Azərbaycanlı qızı gedib Əfqanıstanda yaşaya bilərmi? Yaxud Azadlıq adasından gələn qızı ucqar bir gədində Sənəm arvada gəlin etmək olarmı? Amma bu hallarda istər oğlanlarımız, istər qızlarımız ailə qurmağın 2-ci, 3-cü tərəfinə üstünlük verirlər. Bu gün təsadüfən tanış olub, tez-bazar toy edən cütlüklər çox keçmir hiss edirlər ki, xarakterləri heç uyğun gəlmir. Deməli , bunların bəxtiyar bir ailə haqqında təsəvvürləri belə yoxdur. Bunlar elə bilirlər ki, sevgi istirahət, eyş-işrət məkanıdır. Sevgi qarşına qasırğalar çıxıb, onu bu qasırğalardan yan keçirməkdir. Odur ki, tanış olduqda "Tarqovı"ya özünü dosta-rəfiqəyə göstərməyə getməməlisən ki, məni də sevən var. Bu anlarda bir-birlərinizi büsbütün kəşf etməlisən.
Qızlarımız yemək bişirə bilmirlər, adicə yeməyin duzunu qaydasında edə bilmirlər. 10 kişini yolda tutub soruşsaq, 4-nün içi duz bağlayəb, 4-nün də şit yeməkdən adını da unutdum hansısa xəstəliyə tutulub.
Mən 100 faiz cəsarətlə deyərəm ki, imkan düşdükcə adına nələr qoşduğunuz qaynanaya deyilən Ana olmayan evdə indiki gəlinlər qadın olmaqda, ana olmaqda çətinlik çəkirlər. Bunları yuxu alıb aparır..Bunlar yemək, yumaq, uşağa baxmaq qayğılarında çox zəifdilər. Daha dəqiq desək, ana olmağa, qadın olmağa tam hazır olmamış gəlin köçüblər.
Hər bizrimizin anamız, bacımız, gəlinimiz, qızımız , xanımımız var. Biz düşmən deyilik. Biz qadınlarımızla dünyanın bütün kişilərindən qürurluyuq. Amma son dövrlər imkansızlıqdan rahatçılıqlarını qura bilməyən tərəflər arasında yaranan narazılıqlar, bir az laqeydsizlik, bir az Qərbin mənfi təsirləri, bir az kişilərin, bir az qadınların özlərinin səhvləri, bir az da cəmiyyətin özünün problemləri ucbatından bizim ailə ənənələrimiz, əxlaq konstutisiyamız aşınmaya məruz qalmışdır.
Bütölükdə cəmiyyətimizin, fərdilikdə hər birimizin qadınlara ehtiyacımız var. Həyatımızın, bəşəriyyətin davam etməsi üçün.
Qadınların sevgisində yaşamaq çox gözəldir. O adam xoşbəxtdir ki, onu bir gözləyən var. Bizi qadınlarımız qədər başqa kim bu qədər mehribanlıqla gözləyə bilər ki...
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən surət xəyal eylər məni..
 

Keçmiş, yoxsa müasir qadınlar? (I hissə)

Dəniz (yazar): - İlk öncə bir qədər qadınlar haqqında yazmaq istərdim...
Çox gərgin əməyi olar qadınların. Qadınlar inadcıldırlar, həyata bağlandıqları kimi sevgilərinə də sahib çıxmağı bacararlar. Danışıb dərdini anlatmağı, ona sirdaş olacaq birini tapmağı çox istəyir qadınlar, iynə ucu boyda işıq belə onlar üçün bir Günəş olar...
Amma bəzən nə cavab alar: "cəfəngiyat danışma", "yordun məni mənasız sualardan", ya da mövzunu tamamən başqa istiqamətə yönəldər qarşı tərəf. Lakin düşünməzlər ki, etdikləri gün gələcək bir ox kimi özlərinə qayıdacaq...
Kişilər bunu bilməlidirlər ki, əgər bir qadın gileylənirsə, onların dilincə desək "qır-qır" edirlərsə, demək hələ də sənlə birlikdə olmağın ümidiylə yaşayırlar, birlikdə olmağı seçirlər, daha önəmlisi hələ sevirlər...
Qadın , həqiqətən getmişsə , çox səssiz olmuşdursa ayrılığı , kimsə hiss etmədən, qapıları vurub qırmadan getmişdir... Hər axşam evə gəldiyində , qapının açıldığını görən adam anlamaz, amma qadın səssizcə gedər. Nə mətbəxində yemək, nə yan kresloda televiziya izləyən, nə gecə ruhunu kənara qoyaraq yataqda sevişməyə çalışan qadın, heç biri yoxdur artıq... Bir qadının çılğınlığından , döyüşlərindən qorxmamaq lazımdır, çünki qadının gedişi səssiz və zadəgandır. Qadın susaraq gedər...
Hə, əzizlərim, qadınlar belədir: nə keçmişi, nə indisi fərqli deyil. Qadını qadın edən ona verilən dəyərdi, qadını xanım edən onu baş tacı edən sevib seçdiyi həyat yoldaşıdır. Əgər seçimində yanılmayıbsa...
Keçmişdəki xanımlarımızdan görüb götürəcək çox şeylər var, hamısını yazıb da xırdalamaq uzun çəkər. Qısaca indiki qızlarımıza, gənc analara bir şeyi məsləhət görərdim. Keçmişinizə nəzər salıb, ağbirçəklərinizin öyüdlərini qulaqlarınızda sırğa edin. Nə var idi onlarda vadı....indi hər şey ucuzlaşıb, hər şey...

Keçmiş, yoxsa müasir qadınlar? (I hissə)

 Rəfael Həbiboğlu ( şair-filosof): - Adam bəzən puça çıxmış xəyal və düşüncələrinə yaxın bir kəsin ölümündən də betər ağlayır.
Bir vaxtlar bizim yaşadığımız cəmiyyət indikinə nisbətən xeyli təmiz və saf idi. Hər halda bizə elə gəlirdi. İnsanlar bir-birinə qarşı daha səmimi idilər, riyadan, məkrdən, hiylədən uzaq idi adamlar. Qızlar sevgilərində daha dözümlü, daha sədaqətli idilər.
Fədakarlıq çatışmır insanlarda, bayağı, süni davranış tərzi üstünlük təşkil etməkdədir. Məhrəm həmsöhbət tapmaqda çətinlik çəkirik.
Hər zaman elə adamlarla söhbət eləmək istəyirəm ki,onların bütün hərəkətləri,bütün fikirləri,bütün arzu və diləkləri, bir sözlə,bütün həyatları hiylə və məkrdən uzaqdır.
Qocalıqda gəncliyi xatırlamaqdan dəhşətli bir şey yoxdur.
Cəmiyyət iki sinfə bölünür: Allaha inananlar və Allaha inanmayıb, Şeytana iman gətirənlər. Birincilər, lap məzlum olsalar belə, bizim dostlarımızdır, bizimlə eyni cərgədə gedirlər, ikinciləri isə biz tanımaq belə istəmirik, onlar bizim üçün mövcud deyillər.
İndi qadınların çoxu yüngül həyata meyl edir, özlərini çətinə salmaq istəmirlər. Mən yaxşı başa düşürəm ki, hərtərəfli təmin olunmaq, rahat yaşamaq hamının arzusu və haqqıdır. Hamı istər ki, bütün ömrü yağ-bal içində, sıxıntı çəkmədən keçsin. Amma insan çətinlik görməsə, bərkə-boşa düşməsə, adi bir problemlə qarşılaşanda özünü itirir, sadə bir vəziyyətdə çıxış yolu tapmada aciz qalır.
Görürsünüzmü,həyat biz düşünən qədər də nə çox yaxşı, nə də çox pisdir...
Fikrimi bu məqama uyğun saydığım bir şeirimlə tamamlamaq istəyirəm. Hesab edirəm ki, bu şeir keçmiş və indiki qadınları müqayisə etmək baxımından yerinə düşər:

Əvvəl-əvvəl 
bir müəmmaydın, 
bir tapmacaydın, 
bir bulmacaydın məndən ötrü-
aça, tapa, bula bilmirdim səni.
durğu işarəsiylə ifadə etsəm,
sual işarəsiydin,
vəznin əruz idi,
janrın da qəzəl idi.
Sonra hökm oldun, əmr oldun, 
ehkam oldun, qanun oldun, 
naz oldun, işvə oldun, əda oldun, 
durğu kimi nida oldun, 
vəznin heca oldu, 
janrın dodaqdəyməz təcnis oldu.
İndi başdan-başa sərt baxışsan, göz-nəzərsən,
dinəni toza döndərib əzərsən, 
özün boyda diqtəsən, 
durğuyla desəm, nöqtəsən, 
vəznin sərbəst, 
janrın ballada, 
ya da... ya da..

Keçmiş, yoxsa müasir qadınlar? (I hissə) 


 Nigar (jurnlist): -  Düşünürəm ki, Azərbaycan qadını hansı dövrdə yaşamasından asılı olmayaraq, indi, ya keçmişdə, həmişə öz milli köklərinə bağlı olublar. İşləsələr belə, ailə, ev həmişə ön planda olub. İndiik dövrdə müstəqillik əldə etmiş azad ölkənin qadınlarıyıq. Bundan əvvəl sovet dövründə yaşamışıq Ondan da əvvəl ta keçmişdən bu günə qədər çox tanınmış qadınlarımız olub ki, dünyalarını dəyişsələr də yaddaşlarda kitablarda yaşayacaqlar. Bu gün də fəxarət duyacağımız qadınlar var. Məsələn, Mübariz İbrahimov kimi oğulları dünyaya gətiən analar var. Hansı ki, vətəni sevməyi onun uğrunda belə ölməyi övladlarına aşılayan qadınlarımızdır.
Bir var dövrlə, inkişafla bağlı vəziyyət, bir də var qadının özünün şəxsi taleyi. Hamımız bu yolun mübarizələrlə dolu olduğunu bilirik: acımız da var, Yaxın Şərqə, Avropaya, dünyaya səs salan qadınlarımız da. Şəxsi taleyə gəlincə, mən deyərdim ki, qadın azaddır, onun haqqı dövlət tərəfindən müdafiə edilir. Doğrudur, qadınların qayğıları çoxdur, nə qədər işlər görülməlidir. Fəqət, qadın azaddır, sərbəstdir, öz yolunu özü müəyyən edir. Keçmişdən əsas fərqimiz budur. Amma bir şeyi arzu edirəm ki, nə qədər inkişaf etsək də, milli köklərə, nənələrimizə bağlılığı unutmamalıyıq.

 

Keçmiş, yoxsa müasir qadınlar? (I hissə)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz