» » “Gözəllik soy ilədir”sə, ədəb-ərkan da soy ilədir

“Gözəllik soy ilədir”sə, ədəb-ərkan da soy ilədir

  
Əgər gözəllik mühüm deyilsə, bir insanın mövcudluğu, cəmiyyətdə, ailədə, işdə mövqeyi üçün amil, heç olmasa yeganə amil deyilsə, bəs onda niyə bu qədər dildə-ağızda söylənilir, niyə müəyyən fəaliyyət sahələrinə (televiziya, səhnə, ticarət, xidmət sahələrinə)ilk şərt zahiri görünüş olur. Niyə Gözəllik müsabiqəsi keçirirlər, ağıl müsabiqəsi yox? Neçə on illər arxada qoymuşam ki, bu onilləri , inanın, xəyalımda geri qaytarıb, bunu tez-tez edirəm, sonra ən yavaş sürətlə, "qazayağı” gedişlə hərəkt verib bütün təfərrüatları ilə incəliyəm. O vaxt gözəl yox idimi, o vaxt "gözəl” sözünün özü yox idimi? Niyə yoxdu ki, var idi, vallah, sözün özü də, gözəlin özü də indiki sözdən də, gözəldən də qat-qat sanballı, dəyərli, yolunda candan-başdan keçməli.
Dil, məna baxımından "gözəl” qrammatik kateqoriya olaraq sifətdir və maraqlıdır ki, bu sözü deyəndə ağıla gələn, fərqi yoxdur oğlan və ya qız, insanın sifəti olur. "Gözəl təbiət”, "gözəl kənd” söz birləşmələrindəki "gözəl” sözünün yaratdığı təəssürat, "qız elə qəşəngdir, elə gözəldir” cümləsindəki "qəşəng-gözəl” sözləri oyatdığı assosiativlikdən çox bəsitdir, sadədir. İnsan şüuru o qədər dəyişmələrə, təsirlərə məruz qalıb ki, indi daha çox elə bilirlər ki, "gözəl” sözü ancaq qadın, qız adıarına artırılmalı eitetdir . Məsələn, mənim üçün maraqlı olardı ki, "Gözəl”, "Qəşəng” qız adlarının intensivliyi necədir və bu adlara meyillilik nə vaxtdan bsşlayır.

“Gözəllik soy ilədir”sə, ədəb-ərkan  da  soy ilədir

30-40 il öncə kimsə oğluna qız axtaranda, kiminsə qızına elçı gələndə təbii ki, tərəflər üçün müəyyən kriteriyalar olurdu və vardı. Oğlan tərəf istəyirdi ki, qızın nəsli ağayana, ümuminin qəbul etdiyi-tanıdığı ailə/nəsil olsun, kökləri olsun, anası aöayana olsun, evdar, ailəcanlı olsun və s. Belə idisə, deməli onun qızı da əsl qadın, ana, gəlin olacaq. Qız tərəfi də qapıları elçi gələndə, elə bununla bağlı söhbət mövcud olandan oğlanı, onun əsl-nəcabətini incələyirdilər: içən deyil, qumarbaz, arvadbaz deyil, dədəsi, babası arvada zülm edın, avad saxlayan olmayıb ki.Oğlanın əlinin sənəti varmı, çörək qədri bilirmi.Hər iki tərəf üçün bu kriteriyalar yox idisə, lap istəyir "göydən gedən” olsun, ya əvvəlcədən xəbər göndərirdilər ki, bizdə ona veriləsi qız yoxdur, ya da müxtəlif bəhanələr salırdılar araya: mən qızımı oxudacağam, qızımın deyiklisi var, beşikkəsmədi və s. Onda gözəllik arçını arşını belə idi. Hətta psixologiyada , el ağzında söz də vardı ki, "kişinin arvadı gözəl olmaz”.
Ailənin kişik qızı, bacı, əmiqızı, dayıqızı, xalaqızı elçilik söhbəti araya gələndə oğlan evində "elə qəşəng qlzdı”, "elə şirin qızdı” kimi gözəlləmələr, təriləmələr deyərdilər. Halbu ki, bu qiymət onsuz da əsas qiymətdən sonra gələn 4-cü, 5-ci amil idi.
Bəs nə oldu ey...? Nə olacaq ki, əvvəl məhəllə dəyişdi, sonra kənd, rayon, şəhər və nəhayət sonu da bu.
O illərin gözəllərinin əlinə su tökməyə yaramayanlar, elə indi də gözəllər qalıb , idmanda dopinq verən kimi, bəziləri də min cürə kosmetik əməliyyat ə vasitələrlə müsabiqəyə qatılıb gözəllik kraliçası olur və gözəllik mayasına biclik qatır, bu gözəllik həmişə bic doğacaq.

“Gözəllik soy ilədir”sə, ədəb-ərkan  da  soy ilədir

“Gözəllik soy ilədir”sə, ədəb-ərkan  da  soy ilədir

Kimə lazımdır belə gözəllik müsabiqələri” Axı bundan sonra heç də hamı gözəllik müsabiqəsinə can atmasa da, bəzək düzəyə meyilli olur. Hələ bərkə-boşa düşməyən, həyatı anlamayan gənc qız/oğlan da ətrafda seyr edir ki, belə geyinən, belə bəzənən qıza/oğlana tərəf cəmiyyətdə istiqamət götürmək var, onlar da bu səmtə istiqamətlənməyə başlyırlar: açıq-saçıq geyinməyə, həddindən çox ətirlənməyə başlayırlar.Bəzən adamın yanından elə qadın keçib gedir ki, keçib –gedəndən 5-10 dəqiqədə ətrin yaratdığı təsir ətrafda qalır. Bu, gözəllikmi?
90* 60* 90 ! Əksər qadınların arzuladığı, can atdığı gözəllik formulu. Mən anlaya bilmirəm ki, bu formula nəyə lazım? "Qadın” sözü "göəllik” sözünün sinonimi olmasa da, eynidir . Qadın hamı üçün gözəl olması nəyə lazım ki.. Əgər onun sevdiyi, həyt yoldaşı bunun fərqində deyilsə, qadın/qız istər 10 dəfə beynəlxalq 90* 60* 90 Ödülünü almış olsun, nə əhəmiyyəti? Fəqət belə şeylər ağıllarına gəlməyən elə sevgi cütlükləri var ki, 90* 60* 90 –lardan 60 dəfə, 90 dəfə yüksəkliyə layiqdirlər.

“Gözəllik soy ilədir”sə, ədəb-ərkan  da  soy ilədir

Əsası sevdiyinin sən belə olmadığında səni belə qəbul etməsidir...Bildinmi?!!!
İnsanın sahib olduğu təbii hər nə var idealdır. Idealın üzərində dəyişiklik etmək ...sinoptiklər bu olaydan heç yaxçı proqnoz vermirlər. . . Belələri bilməlidir ki, bədən ölçülərinə gözəllik kriteriyalarında medaxilə edənlər, artıq plastik pasiyentlərə çevrilənlər psixoloji xəstəliklərə qədər düçr ola bilirlər.
Kimsə deyə bilər ki, qadın/kişi artıq çəkiyə sahiblənirsə, bəs onda.. Əlbəttə ki, sağlam həyat tərzi, düzgün qidalanma, psixoloji amillər tibbi olaraq nizamlanmalıdır. Amma görünüş baxımından gözəlliyə çan atmaq , hesab edirəm ki, heç də doğru deyil.
Bəzən həyatda elə 90* 60* 90 ideallarına rast gəlirsən ki, bir hərəkət etdimi, ağzını açdımı formulu 00* 00* 00 olur.
Amma bəzilərinin kök olduğu üçün kobud kimi təsəvvür etdiyi qadınlar da var ki, çox karizmatik və mükəmməldirlər. Bəzən mütəhərriklik baxımından da.
Bəs siz necə fikirləşirsiniz, dostlar? Gözəl, yaraşıqlı olmaq zahiri görkəm deməkdirmi? Gözəl, yaraşıqlı olmaq üçün xüsusi əməliyyatlara, yardımçı vasitələrə ehtiyac varmı?

“Gözəllik soy ilədir”sə, ədəb-ərkan  da  soy ilədir

Sonda Əli Kərimin buradakı fikirlərimin lirik etüdləri olmağa layiq gözəl bir şeirini təqdim edirəm. Bu şeiri çox sevirəm və tez-tez müraciət edirəm:

O qız kimə qismətdir?

Qız xəyala dalıbdır,
Sən deyən də gözəl deyildir...
Amma sifətini 
Dərin fikirlər
Xoş duyğular
Elə mükəmməl
Elə gözəl 
Işləyib ki...
Deyəsən, bu iş rəssamındır,
Ən odlu bir ilhamındır;
Cizgilər hamısı tamam.
Aralarında bir boş nöqtə belə yox,
Hamısı taram:
Üzündə, alnında,
Gözlərində
Təbəssümün şəffaf rənggi var,
Kamillik ahəngi var.
Gözlərində intəhasızlıq qərq olub,
Baxışları dərin,-
Gün şüası kimi uzun.
Hansı planetə qədərsə yol gedir;
Kökü ürəkdədir.
Qız baxır birbaşa ürəkdən
Gözləri ulduzla,
Günəşlə,
Musiqiylə, dünyayla dolu,
Bu qıza rast gələcək hansı idrak oğlu?
Əlbət, beləsi var dünyada,
Mənim də arzumdur:
Belə qıza
Layiq olmaq üçün
Heç olmasa 
bir ulduz kəşf edib,
ona bu qızın
adın qoyaydı...
Yaxşı oğlan olaydı,
Yaxşı oğlan olaydı...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz