» » Azərbaycan mühitində evdə it saxlamaq : qayğılar, problemlər

Azərbaycan mühitində evdə it saxlamaq : qayğılar, problemlər

Azərbaycan mühitində  evdə it saxlamaq : qayğılar, problemlər

 Bu gün dünyanı məşğul edən ən ciddi problemlərdən birincisi "CoVİD-19” adı verilən koronavirusnepidemiyası  və onun  törətdiyi fəsadlardır.

Kütləvi informasiya vasitələrində bubunla bağlı hər gün  məlumzat verilir.

16-06-2020-ci ilə olan məlumata əsasən, " Dünyada 8 118 671 nəfərdə koronavirus aşkar edilib.439 198 nəfər ölüb, 4 216 319 nəfər sağalıb.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma (2 182 950 nəfər), ölüm (118 283 nəfər) və sağalma (889 866 nəfər) ABŞ-da müşahidə edilir.

Virusa yoluxma sayına görə növbəti yerləri Braziliya (891 556 nəfər) və Rusiya (537 210 nəfər) paylaşır.

İranda koronavirusa 189 876, Türkiyədə 179 831, Ermənistanda 17 064, Gürcüstanda 879 yoluxma qeydə alınıb.

Azərbaycanda koronavirus 10 324 nəfərdə aşkarlanıb, onlardan 122-si ölüb, 5 739-u sağalıb” (Mənbə: http://qerbinfo.az/xeber/28634-koronavirusla-bal-son-statstka.html).

 Azərbaycan dövləti  epidemiyanın daha da fəallaşmaması, daha çox insanı əhatə etməməsi üçün bir  sıra ciddi tədbirlər  gördü.  Onlardan biri də  iki həftədir ki, hər həftəsonu  tətbiq edilə  sərt  karantin rejimidir.

Bütün   səylər ona  yönəlib ki,  virus   insanların sinəsinə çökməsin,  kimisə vaxtsız-vədəsiz  aramızdan aparıb ailəsini, əzizlərini    hüznə məhkum etməsin.

  Amma   bu gür  görülən tədbirlər bağlı  heç də  hamı eyni fikirdə deyil.

Pnevmaniyanın    həyatımızın bütün sahələrinə  təsirləri getdikcə əsəbləri  bir qədər də gərginləşdirməkdədir.

  Artıq  2  dəfə sərt karantin rejimi tədbirləri  həyata keçirilib.   Həmin rejimin  tələbinə görə insanlar  evdən bayıra çıxa bilməzlər.  Müəssisələr də bu müddət üçün  təxirəsalınmaz xidmətlər  (əsasən, ictimai iaşı  xidmətləri, təmizlik-sanitariya  xidmətləri, ümumiyyətlə,  insanların cəm şəkildə  toplanması ilə müşayiət olunan  xidmətlər) istisna olunmaqla,  öz fəaliyyətini dayandırırlar.  

 Məsəd insanların  təmas, ünsiyyət əlaqələrini məhdudlaşdırmaqla  virusun yayılma təhlükəsini önləmək dir.

 Bu cür tədbirlər  qoruma  üçün müəyyən  fayda versə də,

xətərsiz və səksəkəsiz də ötüşmür. 5-ci günlər ərzaq marketləri, meyvə-tərəvəz dükünları  izdiham olur.  Növbədə olanla arasında social məsafə o qədər yaxın olur ki, bu,   karantin rejiminin   prinsipləri ilə daban-dabana ziddir.

   İnsanlar qədərindən çox ərzaq, meyvə-tərəvəz, çörək alırlar.  Bu günlər ərzaq  sarıdan adi günlərdə olduğundan  qat-qat çox israfçılıq olur.

İki gün ətraf aləmdən izolyasiya olunmaq da karantin rejiminin əzablarındandır.  İxtiyar qocalar, ağbirçək  nənələr, xəstələr, körpə uşaqlar üçün, onların anaları üçün də 2 gün sərasər panel divarlararasında qalmaq  çox  çətin olur. Özü də bu isti yay günərində. Əvvəlki vaxtlarda insanlar  bu vaxtlar məzuniyyəət çıxardılar, məzuniyyətə çıxmayanlar isə hər həftəsonu  ailəliklə Azərbaycanın səfalı guşələrindən  birinə səfər edərdilər. Ölkənin baş şəhərində heç bir yayda bu qədər sıxlıq olmamışdı.

 İnternetdə "İtləri harada gəzdirmək olar? – Açıqlama” sərlövhəli bir yazı verilmişdir. Burada qoyulan  məsələ də məhz  danışdığımız sıxıntı ilə əlaqədardır. Yazıda

 

 

Azərbaycan mühitində  evdə it saxlamaq : qayğılar, problemlər

Daxili İşlər Nazirliyi sərt karantin rejimi günlərində itləri gəzdirməyə verilən icazənin şərtlərini açıqlamışdı:

"Sabah.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək:

 

"Bulvara gedə bilməyəcəklər. Evdə it saxlayan vətəndaş lazım olanda, iti küçəyə çıxarmaq ehtiyacı yarananda yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddətə olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri alıb və alacaqdır”.

   Bu yazı  da insanlar tərəfindən   birmənalı qarşılanmadı.

 Bir çox informasiya portallarında insanlar fikirlərini bölüşdülər. Feysbukda mən də status yazdım.    İyunun 17-də "Yeni sabah”   informasiya agentliyi Millət Vəkili Aqil Abbasla "İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…”  sərlövhəsi ilə müsahibə (Bax:https://yenisabah.az/iti-cole-cixarmaga-icaze-verirler-usaga-qadaga-qoyurlar-aqil-abbas ) paylaşdı.

Bu yazını bir çox digər  saytlar da  eynilə paylaşdılar. Müsahibəyə yazılan şərhlər özü  müxtəlif olduğu kimi, həm də maraq doğurdu. Çünki ən doğru olanlar da fikir müxtəlifliklərində  tapılır, üzə çıxarılır.

 Şərh yazanların  daha çoxu  deputatın fikri ilə razılaşmayaraq bildirir ki,  heyvan evdə təbii ehtiyacını   yerinə yetirə bilmir.Ona görə də itin sahibi onu çölə cıxarmalıdır. Bir qisim  istifadəçi isə, mən də onların biri,   bəs kğrpə uşağı    niyə açıq havaya çıxarmağa ciddi qadağa tətbiq edilməlidir, ixtiyar qocaya, xəstəyə…

 Bu mövzunu  bir qədər də genişləndirərək  öz fikirlərimi bildirməyə ehtiyac duydum, həm də  oxucularımızın da bununla bağlı  münasibətlərini  öyrənmək istədim.

İlkin  vaxtlarda heyvanlar təbiətin qoynunda yaşayıb. Sonra insanlar  həmin heyvanların  bəzilərindən faydalanmaq məqsədi ilə  onları əhliləşdirmiş,  təbiətin qoynundan ictimai   yaşayış məskənlərinə yaxınlaşdlrmışlar.   Məsələn atları, it və pişikləri, inək və camışları,  qoyun, keçi və bir sıra quşları  həyətlərdə,  yardımçı təsərrüfatlarda tikili quraraq  burada saxlamağa başlamışlar.   1980-ci illərə qədər  heç kimin ağlına gəlməzdi ki, insan, hətta it və pişiyi  evdə saxlayar. Bəlkə də başqa xalqlarda   bu,  bizdəki qədər  hay-küy doğurmur.  Azərbaycan mühitində isə  bu mövzuya münasibət   heç də birmənalı deyil.  Amma qanun da qadağan etmir.

Adətən, başqa ölkələrdə, əsasən,  tənha yaşayan şəxslər itə, pişiyə mehr salıb, onları evdə saxlayır.  Gənc ailələrdə, hətta uşaqları olan ailələrdə də  çoxlu sayda it-pişik saxlayanlar var. Mən hərdən  "heyvanlar və uşaqlar" axtarışı ilə youtubdan   belə süjetləri izləyirəm. İtlər  körpənin ağzını, üzünü yalayır və s.  Kim buna razı olar?  Bizim atların, itlərin sədaqəti, sahiblərinə vəfası ilə bağlı bir neçə yazımız olub.

 

 

 

Azərbaycan mühitində  evdə it saxlamaq : qayğılar, problemlər

Amma  deputatın  fikri doğru qəbul edilməyib. Mən  də Aqil müəllimdən   bir neçə gün əvvəl  bu mövzuda feysbukda status paylaşmışam.   Nə mən, nə də Aqil müəllim heyvanlara qəddarlıq nümayiç etməyə çağırışlar etməmişik.  Uyğunsuzluğu  diqqətə çatdırmaq istəmişik ki,   körpə uşağı olan anaya  övladını blokun qarşısına çıxarmağa yasaq qoyulur, amma it saxlayan  qadın  onu rahatca çıxarıb gəzdirə bilər.

Burada dostlarımızın maraqlı fikirləri var və hər birinə hörmətlə yanaşıram.  Bəzi dostlarımız deyir ki, heyvanın təbii ehtiyacları var.  Heyvanlar unitaza otura  bilmirlər. Bəs çölə çıxanda unitaza otururlar: qaçırlar yaşıllığa,  güllərin, çiçəklərin arasına. Onların  ağız suyu, tükləri, nəcisi  həmin   çəmənlikdə   hər cürə oynayan: yumalanan, əlindən düşəni götürüb ağzına aparan uşaqların da,

 yaşlıların da sağlamlığı üçün çox təhlükəlidir.  Çəmənliyin, çiçəklərin   bu şəkildə  çirkləndirilməsi ilə  insanlar bruselyoz, toksoplazma, parazitar infeksiyalar, qurdlar və s. bu kimi infeksiyalarla  yoluxa bilər.

 

 

Azərbaycan mühitində  evdə it saxlamaq : qayğılar, problemlər

Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması QAYDALARI haqqında    qərarının 2.3. bəndinə əsasən,  şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər.

Amma həmin qərarın  digər iki bəndinə əsasən qadağandır:

4.4.2. ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması;

 

4.4.3. ev heyvanlarının ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlanması və gəzdirilməsi.

 

 Qanun bunları tam tənzimləyir. Amma hamı  ümumi istifadə yerlərində gəzdirir itləri. Gəlib liftin düyməsini basıb gözləyirsən: budur, qapı açılan kimi  it necə bayıra atılmaq istəyir,  hələ bir az da qorxursan.Liftin balaca kabinəsində 9-cu mərtəbədən düşənə kimi kabinəyə it nəfəsi dolur, tükü  tökülür və s.

Həyət evlərində   bu imkanlar var. Amma ümumi istifadə yerlərində it saxlamaq qaydaları  gözlənilmir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Информативно,продолжай в том же духе

коды деливери
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
To get your own height and weight, visit the recipe here: bmi calculator
  • Нравится
  • 0