» » Ramazan ayında uşaqlarının oruc tutmasını istəyən valideynlər az deyil, bəs necə olmalıdır

Ramazan ayında uşaqlarının oruc tutmasını istəyən valideynlər az deyil, bəs necə olmalıdır

Müəllif: Anaveusaq.az от 1-05-2020, 16:09

Dinimiz gözəldir. Həm  mükəmməl qanunlar toplusu, həm də əsl əxlaq ölçüsüdür, etalondur. Amma mən məktəbyaşlı uşaqlara oruc tutdurulmasını, həm də buna bir qədər təşviq yolu ilə səy edilməsini, cəhd göstərilməsini doğru hesab etmirəm.
Dinlə bağlı insanlar arasında həm də çoxlu güman və fərziyyələr mövcuddur. Düşünürəm ki, bunlar daha çox mahiyyəti dərk etmək məsələsi ilə bağlıdır. Oruc tutmağın bədənin sağlamlığından daha çox ruhun sağlamlığı üçün də danılmaz təsiri var.
İndi görək uşaq bunu dərk edirmi? Uşaq bunun mahiyyətinə varmayaraqdan, vara bilməyərəkdən böyüklərin, valideynlərin oruc tutması marağında oruc tutursa, bu, düşünülmüş təslimiyyət sayılmır.
Mənim narahatçılığım  məktəbyaşlı uşaqların sağlamlığı ilə bağlıdır. Bədən üzvləri hələ yetərincə formalaşmamış, ruhu, düşüncəsi Ramazan ayında uşaqlarının  oruc tutmasını istəyən valideynlər az deyil, bəs  necə olmalıdırkifayət qədər yetkinləşməmiş azyaşlı uşaqları hansısa rəğbətləndirmə formasında oruca təşviq etmək nə dərəcədə doğrudur?
Dini məlumatlarda göstərilir ki, həddi-buluğ çağından sonra ağlı başında olan qadın və kişi üçün oruc tutmaq fərzdir. Ədəbiyyatdan oxuduqlarıma görə isə, həddi-buluğ çağı qız uşaqlarında 9, oğlan uşaqlarında 12 yaşlarından başlayır.
Bədənin depolarında qədərincə zülal, kalori toplanmamış uşağı 14 saat aclığa məhkum etmək nə qədər mərhəmətlidir,  uşaqları dinə  belə təşviq etmək  onlara hansı şəfqət paylaya bilər?
Mənəviyyat.az saytında bununla bağlı bir sual diqqətimi cəlb etdi, amma dolğun və inandırıcı cavab görmədim burada. Həmin hissəni sizə də təqdim edirəm:
Sual:
"Uşaqlar neçə yaşdan etibarən oruc tutmaları lazımdır”?
Cavab:
"Büluğ çağından sonra oruc tutmaq fərzdir. Bundan ötəri yetkinlik çağına gələnə qədər oruc tutmaq fərz deyil. Bununla birlikdə "Ağac yaş ikən əyilər” həqiqətini də yaddan çıxarmadan ibadətə öyrəşdirmək məqsədiylə uşaqlarımıza erkən yaşlarda oruc tutdurmaq tövsiyə edilməkdədir. Uşaqların oruc tutması namaz kimidir. Bunun üçün on yaşında olan bir uşağa oruc tutması əmr edilər. Bununla birlikdə əyər tutmazsa, qəza etməsi lazım gəlməz. Eyni zamanda uşağın oruc tutmağa gücü çatmalıdır. Orucdan zərər görəcək olan uşağa: "Oruc tut!” deyə əmr edilməz (Bax: http://www.meneviyyat.az/usaqlarin-orucu/) ”.
Yaxşı olmazmı uşaqlara oruc tutdurulmasın, sadəcə, ibadətə öyrəşdirmək nümunələri ilə bunu gələcəyə, tam yetkin olan dövrə saxlasınlar.
Məsələn, orqanizm sağlamdırsa, bir neçə saatlıq oruc tutmağa öyrədilsin, evdə oruc tutanlara daha həssas olmaq, qayğı göstərmək ədəbləri öyrədilsin, oruc tutmaq üçün bədənin pak olması gərəkliliyi aşılansın və s.
Mən bu yazını müzakirə üçün yazıram. Kim oxuyacaqsa, xahiş edirəm fikir bildirsin.
Burada din xadimlərimiz, həkimlərimiz var.Onların fikirlərinə daha çox ehtiyac duyulur.
Deyin, uşaqların, hətta 8-10 yaşlıların, oruc tutması düzgündürmü?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz