» » Ona "nənə" demək olarmı?

Ona "nənə" demək olarmı?


Müzakirə

Əvvəlcə, indicə sosial şəbəkələrdə rast gəldiyim, oxuduğum bu xəbərin məzmununu oxucularımızın diqqətinə çatdırıram: Rayonlarımızın birində iki uşaq anası həyat yoldaşının dostu ilə qoşulub qaçıb. Yazılanlara görə, bir müddətdir M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar. Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsüb ata evinə qayıdıb. Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib.
Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadır. Buna baxmayaraq, M.H. ərini tərk edərək başqası ilə yaşamaq qərarına gəlib.
Qadının ailəsi ilə qoşulub qaçdığı kişinin ailəsinin uzunmüddətli dostluq münasibətləri olub. Onların Türkiyəyə qaçdığı bildirilir.
M.H.-nın ailəsi uzun müddət Rusiyada yaşayıb, onlar bir müddətdir ki, İsmayıllıya qayıdıblar. İki övladları var. Qızları qoşulub qaçıb. Oğlanları isə rayondan olan qızla nişanlanıb, sonra onu tərk edərək Rusiyaya gedib. Orada ailə qurub və övlad sahibidir...
Bu cür hadisələr artıq xarakterləşməyə doğru meyillidir. İdeoloji fəaliyyətimiz, maarifləndirmə işləri çox sönükdür. Mətbuat, televiziya, əksinə, belə meyilləriə alışdırıcı qatqılar püskürür. Belə getsə, 15-20 ildən sonra 20-ci əsrin 60-70-ci illərinə qədər babaların ucaltdığı ailə-əxlaq sarayının divarlarından daş üstə daşı qalmayacaq.
... Qız Bakıya oxumağa gəlib.Parlaq gələcək üçün çıxdığı yolun ilk addımlarını atır. Amma elə bil ki, o, Bakıya "sevgi" dalınca gəlibmiş. Ailəli kişi ilə izdivaca girir, uşaq dünyaya gətirir.Uşaq dünyaya gəlməmişdən "ata" yoxa çıxır. Sosial şəbəkələrdə daha bir xəbər paylaşılıb: qız Türkiyədədir. İndiki sevgilisi ilə keçmiş sevgilisi arasında kafedə dava düşüb, qız da orada görüntülənir.....
Bu nədir, dünyanın axırıdırmı...?Onsuz da bir qız bir oğlanlndır.Onsuz da hər kəs ailə qurmaq haqqına sahibdir... Düşnün, cənablar.
Amma demək istədiyim irad yazının sərlövhəsi ilə bağlıdır. Sərlövhə ilə kəndirbazlıq edirlər. Fikir verin: "...nənə ərinin dostu ilə qaçdı" "Qaçdı" sözü burada idmandan, həyatdan bildiyimiz adi hərəkətdən qat-qat sürətli olan fiziki hal deyil.Bunlar qaçmayıblar, adi addımlarla yola çıxıblar, rastlarına çıxan avtomobillə rayon mərkəzinə gəliblər,oradan da digər avtomobillə heç oxucu üçün maraqlı olmayan istiqamətə üz tutublar. Odur ki, yazılmalı idi

Ona "nənə" demək olarmı?

" Nənə ərinin dostuna qoşulub qaçdı". "Qoşulub qaçmaq " birləşməsi özünə artıq dilimizdə özünə tam leksik mühit qazanıb. İkinci bir iradım. Nənə deyəndə , gözlərim qarşısında o illərin ağbirçək, xanım-xatın nənələri , öz nənəm canlanır. İndi də var belə nənələr. Onlar nəvənin nənəsi olmaqdan başqa analar anası , əsl ağbirçək dəyəri əxz edirdilər. O nənələr belə düşüklük etməzdilər.O nənələr cavan yaşlarında həyatdan köçmüş ərlərinə vəfalarını özləri ilə məzara aparardılar. İndi isə çırlaşıb bu cür nənələr: ərini, əsl-nəcabətini el içində rüsvay edib ayrı "eşqə" düşürlər.
Sərlövhəni " Oğlu-qızı, nəvəsi olan qadın ərinin dostuna qoşulub qaçdı" kimi yazmaq lazım idi. Amma onu yazan mənim az öncə dəyərləndirdiyim NƏNƏ dəyərini güdaza verib. Axı bu nənə , sadəcə, qohumluq yerinə görə nənədir.Bizim bildiyimiz nənə deyildir. 18 yaşında ərə gedən qızın 19 yaşında övladı olur, uşaq böyüyüb 19-20 yaşında evlənir. 21 yaşında bu oğulun uşağı dünyaya gəlirsə, nənəsinin 40 yaşı olacaq. Heç hələ özü tam ana, qadın, qayınana olmayan, yəni bişməyən, kamilləşməyən bu qadın neçə NƏNƏ ola bilər? Sadəcə, ona qohumluq münasibətlərindəki yerinə görə nənə demək olar. Gəlin, müqəddəs dəyərlərimizi urvatdan salmayaq, adiləşdirməyək, onların haqqına sahib çıxaq.

Ona "nənə" demək olarmı?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz