» » Bir dil öyrən, bir savaşı önlə

Bir dil öyrən, bir savaşı önlə


Bir dil öyrən, bir savaşı önlə

Rusiyalı tədqiqatçı alimi Vilyam Melnikov və rus filoloq və antropoloqu Vyaçeslav İvanov, təxminən, 100 dildə, Sankt-Peterburq Dövlət Universitetinin dosenti Sergey Xalipov 44 dildə, Moskvalı jurnalist Yuri Salomaxin 38 dildə, filoloq, sinxron tərcüməçi Evgeni Çernyavski 38 dildə, tərcüməçi, Moskva Linqvistika Universitetinin müəllimi Dmitri Petrov 30 dildə, həmyerlimiz Emin Quliyev isə 25 xarici dildə danışa bilir.
Amma istər rus dilinin, istərsə də digər xarici dillərin hər hansı birinin və ya bir neçəsinin öyrənilməsinə cəmiyyətdə münasibət heç də həmişə birmənalı olmayıb. Xarici dil öyrənməyi əhəmiyyətli sayanlar da çoxdur, etiraz edənlər də. Qəribəsi də budur ki, hər iki fikrin də tərəfdarları görkəmli ziyalılar, alimlər, dil mütəxəssisləri, millət vəkilləri və siyasi pariya fəallarıdır.
İnternetdə bu barədə kifayət qədər məlumatlar var. Etirazlar daha çox ümumtəhsil məktəblərində rus dilinin tədrisi ilə bağlıdır. Bəzən, hətta bu etirazlar qədərini də aşır. Məsələn, bəzi ziyalılarımız təklif edirlər ki, ali və ümumtəhsil məktəblərində rus dilinin ikinci dil kimi tədris olunması yolverilməzdir. Bəziləri ali məkrəblərin rus bölmələrinin bağlanmasını təkid edirlər. Bəziləri deyir ki, rus dilinin tədrisinə ayrılan vəsait dayandırılsın. Bəziləri də deyir ki, rus dili tədrisini özəl sektorun öhdəsinə buraxmaq lazımdır və s.
Fasebook səhifəsində isə bu mövzu daha tez-tez söhbət müzakirə olunur. Elə bu yazı da yaxından tanıdığım ziyalı bir gəncimizin - Ramil Abbasın səhifəsində rus dili ətrafında gedən diskusiyalara münasibət kimi qələmə alındı. Ramil dostumuzun müzakirə üçün təqdim etdiyi mövzuya münasibət bildirənlərin bir neçəsini tanıyıram və hər birinin təfəkkür və intellektinə az-çox bələdliyim var. Onlar mövzuya öz baxışlarını ifadə edir və bu fikirlərdə hər kəsin Azərbaycan üçün narahatçılığını görməmək mümkün deyil. Fəqət, ikinci bir xarici dil öyrənməyə nə üçün qısqanclıqla yanaşdıqlarını başa dümək olmur. Deyilən fikirləri içərisində Ramil Abbasın məntiqi daha xoşuma gəldi.
Bu gün planetimizin gerçək mənzərəsi  elədir ki, texniki tərəqqinin sürətli inkişafı ilə bağlı yaranan fəsadlar, ekoloji tarazılığın pozulması, müharibələr, aclıq, eləcə də  təbiətə laqeyd  münasibətlərdən yaranan  fəsadlar daim insanı təhdid edir.  Elə fərz edək ki,  dünya bütün insanların uzaq gələcəyə davam etdiyi qayıqdır. Əgər  Krılovun "Qu quşu, durna balığı və xərçəng”  təmsilində olduğu kimi, hərə qayığı bir tərəfə çəksə, bu qayıq hara getməlidir? Yəqin siz də qəbul edəcəksiniz ki, ən doğru yol bu qayığı birlikdə üzü sağlam və təhlükəsiz sabahlara aparmaqdır. Buna görə də irqindən, dinindən, milliyyətindən asılı olmayaraq dünyanın bütün insanları Günəşi, Ayı, təbiəti, torpağı, onun yeraltı və yerüstü sərvətlərini    eyni cavabdehliklə, eyni məsuliyyətlə qoruması, artırması, gələcək nəsillərə ötürməsi lazımdır. Bu da öz növbəsində dünyanın bütün insanlarının qarşılıqlı etimada, hörmətə əsaslanan əlaqələrini vacib edir.
Hesab edirəm ki, beynəlxalq səviyyədə keçirilən mötəbər idman və musiqi yarışmalarının cövhərində dünyanın, insanların Sülh arzuları qərarlaşıb. Doğrudur, ölkə və xalqların bir-biri ilə möhkəm dostluq əlaqələrində musiqi və idman bu mərama sözsüz xidmət edir, amma canlı danışıq, nitq bu idealları daha təsirli və əhatəli edə bilər.
Çünki ən birinci, həm də ən böyük inteqrasiya dildən başlayır.
Təsəvvür edin ki, beynəxalq düşərgədə bir çox millətlərin nümayəndələri toplaşıblar. Heç kim öz ana dilindən qeyri dil bilmir. Olsun ki, onlar əl-qol hərəkətləri, jest və mimikalarla müəyyən qədər anlaşacaqlar. Amma bütün iştirakçılar beynəlxalq dillərdən biri və ya bir neçəsini bilirlərsə, onlasrın tanışlıq və səfər təəssüratları daha canlı, daha əhatəli olacaqdır.
 
Bir dil öyrən, bir savaşı önlə

2 il bundan qabaq rayona getmişdim. Rayonumuza son illər çoxlu əcnəbi turistlər gəlirlər. Rayon mərkəzində bir marketə daxil olanda salonda çoxlu sayda turist gördüm. Təsəvvür edin, marketdə işləyən oğlan heç bir dil bilmir( elə mən də bilmirəm, yoxsa kömək edərdim). Turist də əlində "Jalə” şirəsini satıçıya göstərib nəsə soruşmaq istəyirdi. Satıcı başa düşmür, sağ əlinin digər 4 barmağını yumaraq baş barmağı ilə deyir ki, əladır…
Halbuki, həmin satıçı xarici dillərdən birini bilsəydi, alıcısına intellektli bir gənc olduğunu, milli brendimizi təqdim edər, torpağımızın nemətlərinə heyranlıq yaradardı. Eyni zamanda ticarət maraqları baxımından alıcı məmnuniyyəti qazanmış olardı.
Ümumiyyətlə, dil imkanları hər bir sahədə uğur qapılarıdır: böyük uğurlara stimul və zəmanətdir. Amma kim hansı tərəfə yozursa-yozsun, bir dənə də olsun zərərli tərəfi yoxdur.
 
Bir dil öyrən, bir savaşı önlə

Yeni bir dil öyrənmək dünyaya açılan daha bir pəncərə deməkdir.
Çin atalar sözü

İnsanlar bildikləri dil sayı qədər həyat yaşarlar.
Çex atalar sözü

Bir dil bir insan- iki dil iki insan.
Türk atalar sözü

Eyni zamanda xarici dillərin bir neçəsini bilmək (danışıq kitabçası ilə öyrənilən xarici dil nəzərdə tutulmur ha) karyera üçün böyük üstünlükdür. İkinci bir xarici dil öyrənilmək müxtəlif zehni bacarıqları inkişaf etdirməyə kömək edir.
Beyin öyrənilmiş xaric dil vasitəsilə yeni məzmun və məna qavramağa çalışdıqda, bilik düşünmə və problemlərin həlli konteksində öyrənmə bacarıqlarını inkişaf etdirir.
Yeni öyrənilən xarici dil yaddaşı artırır, hafizəni gücləndirir.
 Hər hansı bir  və ya bir neçə xarici dili öyrənmək  həmin şəxs üçün yalnız  o dillərdə  danışmaq imkanı demək deyil. Dil öyrənən şəxs həm də  öyrəndiyi dilə mənsub olan xalqın tarixi ,  etnoqrafiyası , ədəbiyyatı və mədəniyyəti ilə tanışlıq  imkanı qazanır.

Bir dil - yeni bir həyat.

  İran atalar sözü

 

İnsanların səni anlamasını istəyirsənsə,  onların dilini danış.

 Afrika atalar sözü


 Doğrudan belədir. Əgər belə məqama diqqət yetirmisinizsə,  ölkəmizə  rəsmi səfərə gələn  dövlət xadimləri  fəxri qarşılanma zamanı əsgərlərə və yaxud Milli Məclisdə çıxışı zamanı zala ana dilimizdə səslənməsi qəlbimizə yağ kimi yayılır.

 Keçən il Bakıda Azadlıq meydanında keçirilən hərbi paradda çıxış edən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan  tribunadan Bəxtiyar  Vahabzadənin  "Azərbaycan-Türkiyə” şeirini şirin türkiyə ləhcəsi ilə ifadə edəndə  qəlbimizi necə  riqqətlə döyündürmüşdü.

 Dil öyrənmək  həm də strateji məqsəd daşıyır. Başqa sözlə, lap  tarixi düşmənlərimiz olan ermənilərin   dilinin    Azərbaycanda tədris edilməsindən əndişələnməyə heç kimin haqqı yoxdur.

 Bu gün dünyada sürətli inteqraqsiya prosesləri getməkdədir.  

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz