» » Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

 Allah insanı yaratmamışdan əvvəl  onun başı üzərində səma, Ay, ulduzlar, ayağının altında isə torpaq və bu torfpağın yetirdiyi  nemətləri yaratmışdır.  Amma  insanların  yaşaması üçün tək bu nemətlər  kifayət deyil.  İnsanların rahat yaşaması  üçün torpaq, su, hava, ərzaq nə qədər önəmlidirsə,  bu nemətlərin   var olması, qorunması,  gələcək nəslə ötürülməsi  üçün avadanlıq və vasitələr :  bina, texnika, xidmətlər, həmçinin  intellektual mülkiyyət də lazımdır. Fərqi yoxdur bunlar dövlətə,  hansısa şəxsə,

Kooperativə,   əmək kollektivlərin, bələdiyyələrə və yaxud  

səhmdar cəmiyyətlərinə məxsusdur. Bunlar təbii ki, ayrı-ayrı hüquqi subyektlərdir,  fəqət, məramları, məqsədləri eynidir.  Konkret desək,   bu dünyada nə varsa, insanların rahat, təhlükəsiz və firavan yaşaması üçündür.

 Əlbəttə ki, hansı əmlak, mülkiyyət  kimə məxsusdur, həmin  qurum, idarə onu  mühafizə edir.  Ancaq  bundan da etibarlısı insanların özlərinin  bu əmlak və mülkyyət növlərinə münasibət idir. Olsun ki, insan özünəməxsus  nəyəsə xətər toxundura bilsin,  qayğısına qalmasın və s. Amma   digər insanların da  istifadəsi üçün  mövcud olan  hər nə var qayğı və məsuliyyət tələb edir.    

 Dünyada tükənməyən, yəni əbədi  nemət yoxdur. Yan-yörəmizdə işığa, suya, qaza,  çörəyə olan münasibəti  gördükdə isə fikirləşirəm ki,  deyəsən, yaxş ideyalar elə ancaq  pafoslu cümlələrdir.

  Niyə etiraf etməyək ki, insanlar  hər gün məhəllələrdə tullantı kimi israf edilən  çörək və un məmulatlarının qədrini bilib qorusalar,  il ərzində bu qənaətə  daha nə qədər ictimai bina inşa etmək olar.

Andımız-amanımız çörək, amma çörəyi ayaqlar altına, zibil yeiklərinə atırıq.

 Bir də görürsən  park və bağlarda, küçələrdə  gündüzün günorta çağı  işıqlar yanır, su  özbaşına axır və s.

 Bir vaxt Bakıda  çoxmərtəbəli yaşayış binaları, məhəllələr salınarkən insanların   istifadəsi şün ərazilər, yaşıllıq zolaqları, ağaclar əkilib.Bunlar insanların ümumi istifadəsi üçündür. Belə əraziləri satmaq, bağışlanmaq olmaz, başqa  şəxsi məqsədlər üçün  istifadə oluna bilməz. Amma sirr deyil ki, həyət və məhəllələrdə belə ərazilər hər gün  daralır: işbazlar hər yeri ələ keçirirlər.

 Mənim indi yaşadığım əraziyə köçdüyüm  15 ildən artıqdır. Hələ mən bir dəfə görməmişəm ki, yaşıllıq xidməti  bu ağaclara su versin, qurumuş, zədələnmiş və ya əyri-üyrü budaqları təmizləsin. Ağaclar  getdikcə güdülləşir, halsızlaşır...

 Tez-tez yolum düşdüyü bir küçədə  yolu   təmir edirdilər. Fikir verirdim ki,  elevator  küçənin asfaltını  qazıyıb  digər yük maşınına tökür. Amma  ənarlara tökülən çınqılları  fəhlələr siyirib  küçənin sağ-solundakı  yaşıl əraziyə tökürlər. Əgər yolun, küçənin sağ-solunda yaşıllıq, gül-çiçəklik yoxsa, paytaxt şəhəri üçün bu necə memrlıq, necə arxitekturadır?


Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Və yaxud aşağıdakı  3  şəkli  bizim binanın 2 blokunun qarşısında çəkmişəm. Bu yaşıllıq 2 blokun sakinlərinin  köməyi ilə  bu hala gətirilib. Amma  kiçik bir bağçanı saxlamaq olmur. Gah yaşıl kolları, gah gül kollarını çıxarıb aparırlar. İmkan vermirlər ki,   blokun  qarşısını gülüstana çevirək. Gül açıldıqca, yanından keçənlər  qoparırlar. Adamın əli-ayağı işdən  tamam soyuyur.

 

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

 

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

 

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun


 Şəhər həyatının o qədər incəlikləri, o qədər qayğıları var ki. Mən heç rast gəlmədim ki, hansısa bir telekanallar şəhərətrafı məhəllələrin qayğıları ilə maraqlansın. İctimai əmlaka, yaşıllığa,  nəqliyyata  dağıdıcı münasibət bəsləyənlərə aid bir veriliş hazırlasınlar, maarifləndirici bir çağırış etsinlər. Amma  gözdən bir  prodüsser, aktrisa, uşoumen, müğənni qaçırmazlar: 2-ci dəfə evləndi, hamilə qaldı,  filənkəslə didişdi,    gecənin möhrünü vurdu,  baxanların ağlını apardı və s şou təfəkkürlü gərəksiz yazılar.

Biinalarln divarlarına, blokların qapısına, liftin içərsinə, hətta  mənzilin divarına belə reklam və elan yapışdırılar. Amma kimsə narahat olmur. Sanki bura ölkənin baş şəhəri deyil, gözdən-könüldən uzaq  bir əyalət qəsəbəsidir.

 

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

 

 

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

 

  Avtobus dayanacaqlarımız nə gündədir, xüsusilə  şəhərətrafı  qəsəbə və rayonlarda  bu vəziyyət daha acınacaqlıdır. Hara gəldi yapışdırılan  reklam və afişalarla şəhərin görkəmini korlayırlar.

 Bir vaxt telekanallarda,  kütləvi informasiya vasitələrində insanları  xəbərdar  edirdilər ki,bu cür yerlərə reklam yapışdıranlar  cərimə olunacaqlar. Amma xəbərdarlığın heç bir  təsiri olmadı.  Hansı qurumdur, hansı məmurdur ki, "xırda-para iş"lərə  ayrılsın.  Görünəni budur ki, bizdə  söz verirlər, amma vediklərin sözün həyata keçirilməsinə  məsuliyyət daşımırlar. Xəbərdarlıq, göstərişlərin icrasına  çünki nəzarət yoxdur.  Təbii ki, inzibatçılıq1 arzu olunan deyil. İnsanlar özü şüurlu münasibət bəsləməlidirlər. Bunun üçün ideoloji  vasitələrdən istifadə olunmalı, maarifləndirilmə aparılmalıdır.  İnsanların öz reklamlarını yerləşdirmək üçün imkan yaratmaq,  məxsusi yerlər ayırmaq lazımıdr. bu, televiziya və mətbuat vasitəsilə xalqa çatdırılsın  və elan edilsin ki, bu tarixdən sonra  qadağan olunmuş yerlərə reklam, afişa yapışdıranlar, istər fiziki, istərsə də hüquqi şəxs olsun,  ciddi şəkildə cəzalandırılacaq, özü də  həmin gün ərzində . 

 

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun
 
 Gördüyünüz bu  dayanacaqlar Xətai rayonu Mehmandarov küçəsindədir. Əgər köhnə dayanacaqlar  lazım deyildisə,  yol infrastrukturunun  arxitekturasını   korlayırdısa, yeni dayanacaqlar  bu səbəbdən qurşdırılmışdısa,  ona köhnələr niyə  gğtürülmür? Mənə belə gəlir ki, əvvəlki  dayanacaqları bərpa yolu ilə müasirləşdirib daha  davamlı  və yaraşıqlı  dayanacaq   etmək olardı.    Çoxlu sayda dayanacaqlar var ki, yan şüşələri sındırılıb. Nəqliyyat vasitərimi toxunub, insanlar özlərimi  zədələyib: dirəkləri  əyilib.  Bu işlərə nəzarət edən qurumlar,  şəxslər  yoxdurmu? 10 dayanacaqdan 8-i-nin görkəmi reklam lövhəsinə bənzəyir.
Qarşısını almaq olar, əlbəttə. Buna ayrılan qurum və şəxslər məsuliyyət hiss etsələr.   Müəyyən hallarda  İcra hakimiyyətinin, nəqliyyat agentliyinin  bildirişləri,  əlaqə telefonları olur.  Bunlar nə  nəqliyyat agentliyi  üçün, nə də insanlar üçün  heç bir məsuliyyət, cavabdehlik yaratmır. Çünki qoyulan qayda və göstərişlərin icrasına nəzarət yoxdur.

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

 Bunlar   Nəqliyyat agentliyinin  səlahiyyətində olan  məsələdir.  Yəqin ki, hərəkətdə olan avtobusların salonunda, şöl tərəfində aşağıdakı elana hər biriniz rast gəlmisiniz: 
 

Əmlakı zədələməyin, zədələsəniz də.... canınız sağ olsun

 

 Adama elə gəlir ki, belədirsə,  ən yüksək xidmət  keyfiyyəti mövcuddur.  İnsanlar səhər evdən çıxır: işə, yaxud hansısa bir məqsədlə.Ta evə gələnə kimi sarsıntı, əsəbilik keçirir.
Azərbaycan dövləti bu qədər Sosial Proqramlar qəbul edib. Elə bir gün yoxdur ki, ölkə Prezidenti  bu və ya digər sosialyönümlü  layihələrə  pul ayrılması üçün sərəncam verməsin. Bəs niyə  insanların sosial rahatlığı yoxdur?


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz