» » Məktəblər gələcək həyata qadın deyi, ana olacaq şəxslər tərbiyə edib yetişdirməlidir

Məktəblər gələcək həyata qadın deyi, ana olacaq şəxslər tərbiyə edib yetişdirməlidir


Məktəblər gələcək  həyata qadın deyi, ana olacaq şəxslər   tərbiyə edib yetişdirməlidir

Bir çox saytların yazdığına görə, "Təhsil Nazirliyi orta məktəblərin 6-cı siniflərində "always” şirkətinin məhsullarını - qadın bezi paylamışlar.
Bu məsələ ilə bağlı Təhsil Nazirliyi Lent.az-ın sorğusuna cavab olaraq bunları bildirib:
"2015-ci ildən etibarən Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işinin davamlı aparılmasının vacib olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümidli Gələcək Gənclər Təşkilatı xüsusi tədris və maarifləndirmə proqramını həyata keçirməyə başlayıb:
"Proqram çərçivəsində İSİM, Təhsil Nazirliyi və Ümidli Gələcək təşkilatı Azərbaycan Müəllimlər Universiteti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Təhsil İnstitutu ilə sıx əməkdaşlıqda reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində tədris proqramının hazırlanması, gələcək təlimçilər üçün təlim kurslarının təşkili və milli mütəxəssislərin iştirakı ilə ölkənin seçilmiş şəhər və rayonlarının tam orta məktəblərinin şagirdləri, müəllimləri və psixoloqları üçün, habelə uşaqların valideynləri üçün genişmiqyaslı və dayanıqlı maarifləndirmə və tədris proqramının təşkili davam edir.
Təlimlər zamanı məktəblərdə təhsil alan 6-7-ci sinif şagirdlərinə mövzuya dair təqdimatlarla yanaşı, xüsusi hazırlanmış bukletlər və təlim zamanı keçirilmiş mövzuların aşılanması məqsədlə şagirdlərə praktik bacarıqların öyrədilməsi üçün analara təlimin məzmununu əks etdirən 1 ədəd sanitar-gigiyenik materiallar (sabun, salfet, şampun və s.) paylanılıb. Uşaqlara paylanılan materialların heç biri reklam xarakteri daşımır”.
Mövzu ilə bağlı fikir bildirən psixoloq da bildirib ki, "məktəbdə bu cür məlumatların verilməsini, məhsulların təqdim olunmasını normal qarşılamaq lazımdır (bax: http://news.lent.az/news/314766)”.
Məsələ ilə bağlı hər kəs fikir bildirə bilər.
Mən orta məktəbdə keçən əsrin 70-80-ci illərində oxumuşam. Üstündən 50 ilə yaxın vaxt keçir.
Doğrudur, məktəblər o vaxt indiki kimi yaraşıqlı deyildi, maddi-texniki bazası bugünkü kimi zəngin deyildi. Amma "məktəb”, "müəllim ” sözü gələndə insanın ruhunda əks-səda doğururdu.
Müəllim də, şagird də elə ilk baxışda elm, təhsil assosiasiyası doğururdu.
Gənc müəllim yox idi sanki. Sanki bunlar 35-49 yaşlarına qədər hazırlanıb, sonra məktəblərə göndərilirdi. Çox ağayana, ətrafdakı insanlardan fərqli bir təəssürat yaradan müəllimlər idi hamısı.
İndi müəlliumlərin çoxu səyahətə çıxan yolçuya, idmançıya, biznes fəaliyyəti ilə məşğul olana oxşayır.
Şagirdlər də belə. İbtidai sinifdən ta buraxılış sinfinə qədər hər şagir bu və ya digər simvol daşıyırdı: oktyabryat nişanı, pioner qalstuku, komsomol nişanı ...əlbəttə ki, məktəbli forması. Amma indi orta məktəb şagirdi bu simvolların heç birini tanımır, heç əksəriyyət məktəbli forması da geyinmir.
Qızlar saçlarını səliqə ilə iki yerə ayırırdılar, deyəsən, buna "tağ ayırmaq” deyirdilər, başın düz ortasından.
Nə olsun ki, indi o zamana deyil, həyat yeniliyə doğru meyillidir?! Niyə biz o yeniliyi bəyənməyək, yaşatmayaq ki, onlar bizim əxlaqi dəyərlərimizə uyğun olsun. Müəllimlik peyğəmbərlik sənətidir. Keçən əsrdə müəllim kadrlar indikindən qat-qat ciddi və keyfiyyətli hazırlanırdı.
İndi 15 ixtisas qeyd edən abituriyent öz istədiyi fakültəyə düşmədikdə ixtisas qurupuna uyğun müəllimlik peşəsinə yönlənirlər. Yəni, onlar artıq arzuyla, idelları ilə deyil, ali təhsil naminə müəllimliyi seçirlər. Digər tərəfdən, imkanlı şəxslər bir özəl ali məktəb yaradıb, gecə-gündüz müəllim kadrlar (guya ha) hazırlayırlar. Salyanda , eləcə də digər rayonlarda müəllim çatımazlığı vardı. Amma Müəllimlər İnstitutunun Salyan filalı müəllim hazırlayırdı. Az qala bu institutun 10-15 rayonda filialı vardı. Hələ müəllim hazırlayan kurslar da vardı.
Get-gedə yenidən hazırlanma, ixtisasını dəyişmə adı ilə məktəblərə ruhən müəllim olmayan şəxslər doluşdu.
Tədricən ümumtəhsil məktəblərinin adını "müəssisə” halına gətirdilər.
Sovet dövründə məktəblərdə işləyən texniki işçiləri sinif və müəllimlər otağına, pedaqoji şura iclaslarına buraxmırdılar. Ali məktəbin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirənləri orta məktəbə direktor təyin etmirdilər, amma indi edirlər. Oxuduqlarıma və eşitdiklərimə görə, rəhbər pedaqoji vəzifələrə, hətta pedaqoji ixtisası olmayanlar da təqdim olunur. Doğrudan, məktəbə "müəssisə” təfəkkürü ilə yanaşırlar.
Ona görə də ümumtəhsil məktəblərind tez-tez cəmiyyəti sarsıdan xəbərlər eşidirik. Məsələn, mən istədim ki, sovet dövründəki kimi Maarif Nazirliyi ayrıca mövcud olsun.
Bu nazirliyi bütün uyğun şöbələrinə məllimlər təyin edilsinlər. Məktəbləri yetər ki, əvvəlki şöhrətinə qaytaraq.
İndi haqqında bəhs etdiyimiz məsələ kifayət qədər narahatedicidir.
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümidli Gələcək Gənclər Təşkilatı xüsusi tədris və maarifləndirmə proqramını həyata keçirməyə başlayıb. Hamı çoxsaylı arqumentlər gətirəcək ki, bu, uşaqlarımızn maarifləndirilməsi üçündür, sağlamlığı üçündür. Olsun, amma bu şəkildə yox da. Valideyn şuraları yoxdurmu, olmazdımı bunu valideyn analar üçün təkil edə idilər. Şagirdlərə praktik bacarıqların öyrədilməsi üçün paylanılan sanitar-gigiyenik materiallar (sabun, salfet, şampun və s.) analara veriləydi. Bu münasibətləri, bu gigiyenik qulluğu qız övladlarına analar deyə idi, analar başa sala idi. Həm də zaman-zaman. Elə şeylər var ki, onları həyat öyrətməlidir, insanalar yox.
Yoxsa, oğlan uşaqlarını çölə çıxarıb qızlara böyük həyatını öyrətmək , bir növ, efemer vəziyyəti yaratmaq kimidir.
Efemer səhralara, yarımsəhralara və quru çöllərə xas olan müxtəlif fəsilələrdən birillik bitkidir.
Onların həyat dövrü çox qısa olur. 5-6 həftə ərzində çiçəkləyib toxum əmələ gətirir və ilin isti dövründə məhv olur.
 

Məktəblər gələcək  həyata qadın deyi, ana olacaq şəxslər   tərbiyə edib yetişdirməlidir

İndi bizdə reproduktiv sağlamlıq layihəsi ilə efemer vəzyyəti yaratmırıq ki? Məncə, yaradırıq. Qoy uşaqlar hələ mehrlərini kitablara salsınlar. Gələcəh həyata hazırlamaq üçün onlara evdarlıq öyrətsinlər.
Axtarsan, yeni ailə qurmuş 10 gəlindən 2-ü hələ yeməyə nə qədər duz tökmək lazım olduğunu bilmir. Layla, oxşama öyrətsinlər, süfrə açmağı öyrətsinlər və s.
Tədbir layihə çərçivəsində keçirilsə də, reklam mahiyyətlidir. Ha desələr də, insanları bu qədər sadəlövh hesab etməsinlər.
Bu layihədə reklama açıq təşəbbüs yoxsa da, dolayısı ilə insanları "always” şirkətinin bez məsullarını almağa stimullaşdırır.
Mən öz şəxsi fikirlərimi bildirirəm.Məncə, məktəblərdə belə layihələrə- praktiki bacarıqların öyrədilməsinə, özü də vaxtından əvvəl , ehtiyac yoxdur. Çünki şagirdlərin təfəkkürləri belə məsələləri haray-həşirsiz qəbul etməyə hazır deyil. Bunları zaman-zaman həyat özü öyrədəcək və lazım olanlarfı da analar başa salacaq.
Məktəblər həyata qadın deyi, ana olavcaq şəxslər yetişdirməlidir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz