“Aprel "yağış", may "çiçək", noyabr "xəzəl" olsun”mu? - Müzakirə
Müəllif: Akif Əhmədov от 13-01-2019, 22:00
Qeyd edim ki, mənim Millət vəkilinin fikirlərinə münasibətim fərqlidir.
Hörmətli Millət vəkilinin dediyi kimi, ilin aylarının bu gün işlətdiyimiz şəkildə adlandırılması heç də böyük dövlətlərdən asılılıq kimi və ya digər hakim dillərin həyatımıza daxil olması səbəbi kimi qəbul edilməməlidir.
Dilin tarixində belə proseslər ola bilər. Məsələn, tarixdən bildiyimiz kimi, VIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə Cənubi Azərbaycan, daha sonra isə Qafqaz Albaniyasının fəth edilməsi ilə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuş, nəticədə ərəb dili dövlət dili mövqeyi qazanmışdır.Həmin vaxtlar fars zədaganları da xilafətdə böyük nüfuza malik olduqlarından fars dili də xüsusi imtiyaza malik olmuş, bu dildə ədəbiyyat nümunələri yaradılmışdır.
Amma ilin aylarının, beynəlxalq ölçü, çəki vahidlərinin hər ölkənin, dövlətin, xalqın dilinə uyğunlaşdırılması beynəlxalq nizamı əngəlləyə bilər.
"Yaradılmış hüquqi şəxslərə - müəssisə və məkanlara milli adlar verilməlidir” ideyanız gözəl. Dədə Qorqud cəmiyyətində ərənlərimiz Qadına "Halalım” deyib, elə düşünürəm ki, bu fəxarətdə digər heç bir dildə qarşılıq tapmaq mümkün deyi.
Çünki adın ehtiva etdiyi dəyər bizim milli kimliyimizin boyuna biçilib. Bu dəyəri Azərbaycan qadını özü qazanıb.
Amma ay adları bizim deyil, Beynəlxalq Vaxt Sistemi tərəfindən bütün dünya üçün eyni dərəcədə anlaşılan, qəbul edilən adıdır.
Eləcə də bizim milli ölçü vahidlərimiz var: misqal, girvənkə, pud, batman və s. İndi bütün dünya üçün vahid olaraq müəyyən edilmiş çəki vahidlərini kənara atıb, bu vahidləri dilimizə necə pərçimləyə bilərik? Axı biz qapalı təəsrrüfatda deyilik ki, qrama, kiloqrama, tona ehtiyacımız olmasın.
Fikir verin:Türk dilində 8 ayın adı milliləşdirilib. Biz bu dil ailəsinə mənsub olsaq da, etiraf edək, çox vaxt "ekim” ayının və yaxud "haziran” ayının hansı ay olduğunu bilmirik. Türk dilində başqa sözləri də bilməyə bilərik. Amma bütün dünya üçün beynəlxalq vahidlərin, ölçülərin adlarını hamının eyni şəkildə bilməsi bir ayrı mahiyyət kəsb edir, ayrı-qyrı ölkələrdə qadına müraciət forması bir ayrı mahiyyət.
Tahir müəllim milli təqvim aları üçün paralel olaraq işlətməyə təklif etdiyi adlar belədir:1. İlk ay (yanvar)
2. Soyuq (çillə ay) ay (fevral)
3. Boz ay (mart)
4. Yağış ayı (aprel)
5. Çiçək ayı (may)
6. Əkin ayı (iyun)
7. İsti ay (iyul)
8. Biçin ayı (avqust)
9. Məhsul ayı (sentyabr)
10. Qızıl ay (oktyabr)
11. Xəzəl ayı (noyabr)
12. Son ay (dekabr)
Payıza onsuz da "qızıl payız” deyirik. Təkcə oktyabra "qızıl” deyəcəyiksə, bəs noyabrda yığılan məhsullar bar-bəhər deyilmi? "Qızıl payız"ın başqa bir ayı olan noyabrı qızıllıqdan çıxarıb zorla niyə "xəzəl” etməliyik?
Deputat əlavə edbi ki, bizdən asılı olacaq qədər dilimizdəki əcnəbi sözləri çevirib başqa formada işlədə bilərik. Fikrimcə, "nəzərinizə çatdırırıq” sözü əvəzinə "baxışınıza veririk”; "təklif edirəm” sözü əvəzinə "irəli sürürəm”; "feil” sözü əvəzinə "hərəkət”, "və” bağlayıcısı əvəzinə "ilə” sözü ilə əvəz olunması heç bir yenilik deyil.
"Cümlədəki feilləri seçin” əvəzinə, "hərəkəti seçin” şəklində yaza bilərikmi?
"Və” bağlayıcısı əvəzinə "ilə” bağlayıcısı onsuz da işlədiriik. Başqa sözlə, "və” bağlayıcısını "ilə” bağlayıcısı ilə həmişə əvəz etmək olur. "İlə” bağlayıcısının isə qoşma və ya bağlayıcı olduğunu müəyyən etməyin bir üsulu da budur ki, "ilə”-ni "və” bağlayıcısı ilə əvəz edirlər. Əvəz etmək olursa, "ilə” bağlayıcı, olmursa, qoşmadır.
Məsələn:
Uşaqları televiziya ilə göstərdilər.
Və yaxud:
Sən çıxdın qarşıma duzla, çörəklə,Bağından dərdiyin güllə, çiçəklə.
S.Rüstəm.
Tahir müəllimin icazəsi ilə cümləni belə də ifadə edə bilərik: "Milli kimliyimizi təsdiq etmək üçün ictimai və mədəni həyatımızdakı özünəməxsusluğu əks etdirən geyim, mətbəx əşyalarına vətəndaşlıq hüququ qazandırmalıyıq”
Tahir müəllim hüquqşünasdır, məhkəmə sistemində işləyib. İfadfənin məntiqi və hüquqi anlamını bizdən yaxşı bilir. Mənim yazdığım cümlə də doğrudur. Amma Tahir müəllimin ifadə etdiyi cümlədəki, fikirdəki "identifikasiya”, "atribut” sözlərinin yaratdığı mahiyyət, hüquqi ehtiva baxımından mənim yuxarıdakı cümlədə təqdim etdiyim fikirdən daha dəqiq və daha doğrudur. Çünki milli dəyərlərə hüquqi varislik, cavabdehlik assosiativliyi yaradır.
Ədəbi-bədii mətnlərdə biz Azərbaycan milli koloritini yaratmaq üçün öz sözlərimizi işlətməliyik.
Amma çəki, ölçü vahidlərini milliləşdirməyə ehtiyac yoxdur.
Çünki əlavə problem yaradır. Avropa ölkələrində, tutaq ki, yol kənarında stendlərdə qarşıdakı yaşayış məntəqəsinə qədər olan məsafənin 17 mil olduğu yazılıb. İndi bu ərazidən keçən digər ölkəvətəndaşı nə bilsin ki, bu mil kilometrlə nə qədərdir: hesablama əməliyyatı aparsınmı? Kilometr kimi də ifadə edilsə, yenə iki vahid arasında fərqliliyi aydınlaşdırmaq lazım gələcək.
P.S. Anaveusaq.az oxucuları, Millət vəkilinin təklifi çox maraqlı bir təklifdir. Buyurun, Siz də öz fikrinizi bildirin.
Oxşar postlar:
- Oxunub: 1 661
- Şərhlər: 0
- Bölmə: Layihə / Müzakirə
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar