» » Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (IV yazı)

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (IV yazı)

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (IV yazı)

Bir sevginin təməli sevən qız və arasında ilk tanışlıqla qoyulur. Bu, hələ sevgi demək deyil, sadəcə, emosional keçid dövründə əks cinslərin bir-birindən xoşu gəlməsi kimi izah oluna bilər. Məktəbə, universitetə birgə gedib-gəlmək, səfər yoldaşı olmaq, eyni ictimai nəqliyyatdan istifadə etmək, müxtəlif tədbirlərdə birgə iştirak və sair bu kimi social ünsiyyət imkanları onları yaxınlaşdırır və getdikcə isinişməyə çevrilir. Bu gənclər tədricən birlikdə gəzintiyə çıxırlar, dənizi seyr edirlər, kinoya, konserlərə gedirlər, onları sevindirən, əyləndirən anları birlikdə keçirməkdən məmnun olurlar: hansısa parkda və istirahət mərkəzində kafe içirlər, dondurma yeyirlər və sair… Belə emosional, lirik anlar onlarda bir-birlərinə qarşı davamlı emosional cazibə yaradır və o dərəcəyə çatır ki, daha onlar ayrı qalmağa dözmürlər, ayrı olanda da xəyallarında bir-birlərinin obrazlarını yaradır, özlərini bir-birinin yanındaymış kimi hiss edir. Birinin ruhi halı və ya vəziyyəti digərinə təsir edir, bir-birlərində zövq, baxış ümumilikləri axtarır, oğlan hər yerdə qızın müdafiəçisi və himayəçisinə çevrilir. Görüşlərinin sayı və vaxtı da getdikcə artmağa başlayır. İndi oğlan əvvəlki vaxtlarda olduğundan qıza daha yaxın məsafədə olmağa can atır, qız buna etmiraz etmir, əksinə qarşılıq verir. Belə emosional yaxınlıq, hətta onlarda yeni fiziki dəyişikliklərə səbəb olmağa başlayır. Qanda adrenalin və testosteronun miqdarının artması nəticəsində gözləri daha parlaq olur, nəbzvurması sürətlənir və sair. Həm baxışlarda, həm də orqanizmlərində baş verən yeni dəyişikliklər artıq onların cismani və ailə ittifaqı formatında birləşməsini zəruri edir.
Sadə həyatın axarında və yaxud təsadüfi olaraq yaranan tanışlıqların heç də hamısı böyük sevgiyə çevrilmir, ailə səadətinə aparmır. Bəzən gənclər, sadəcə, şən-əhvali ruhiyyə üçün, gəncliyin, tələbəliyin "dadını çıxmaq” üçün tanışlıq əlaqələrini davam etdirir, son da biri saga, biri sola çevrilib yollarına davam edirlər. Lap belələri münasibətlərini davam edib ailə həyatı qursalar da, bu cür  ailələr uzun davam etmir, ya da ailədə böyük sevgi yaşanmır. Gənclər arasındakı tanışlığın zənginləşərək sevgiyə çevrilməsi, ailə ittifaqı ilə nəticələnməsi və bu ailənin sevgi və səmiyyət üzərində davam etməsi üçün zahiri görkəm, maddi zənginlik, temperament xüsusiyyətləri, olsa-olsa, firavanlıq, cismani həzz sarıdan işə yaraya bilər. İraq-iraq, birdən bu zahiri görkəm hansısa səbəbdən dəyişsə, maddi imkanlar əldən çıxsa, onda necə olacaq?
Amma xoşbəxt və etibarlı bir ailə üçün sevən gənclərin intellektuallıq səviyyəsi, həyata etik və estetik baxışları, iradi keyfiyyətləri, mənəvi keyfiyyətlərinin bir-biri ilə üst-üstə düşməsi xüsusi ilə əhəmiyyətli və vacibdir. Təsadüfi deyil ki, bu gün pozulan nikahlarda əsas faktorlardan biri "xarakterlərimiz uyğun gəlmədi” səbəbidir.

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (IV yazı) 

Mövzumuzla bağlı internetndən götürdüyüm bir məlumatı təqdim edirəm.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatlara əsasən, 2015-ci ildə nikahın pozulması üzrə 12 886 fakt qeydə alınıb. İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, Azərbaycanda boşanma səbəbləri arasında ilk yeri "xasiyyətlərin uyğunsuzluğu” tutur. 2015-ci ildə Azərbaycanda bu səbəbdən boşanmaların sayı 7318 olub. Ailədaxili zorakılıq səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609, xəyanətə görə boşanmaların sayı 413, sərxoşluqla bağlı boşanmaların sayı 369, narkomaniya ilə bağlı boşanmaların sayı 171, maddi duruma görə boşanmaların sayı 302, xəstəliyə görə boşanmaların sayı üzrə 224 fakt qeydə alınıb.E.Səfərovun sözlərinə görə, boşananlar daha çox 25-35 yaş arasında insanlar arasında olur (Mənbə: http://gencaile.az/azerbaycansayagi-bosanma/)
12 886 boşanma faktından 7318-i "xasiyyətlərin uyğunsuzluğu” səbəbindəndirsə, məgər xasiyyətlərdə olan fərqliliklər ailə qurandan sonra formalaşdımı?. Ailəlik dövründə də tərəflərin hansısa birində mənfi keyfiyyət yarana bilər, doğrusu budur ki, bunlar elə əvvəldən də mövcud olub. Deməli, 7318 gəncimiz , bu da hər faktda iki tərəf varsa, 14636 gəncimiz tanışlıq müddətində bir-birini kəşf edə bilməyib, sadəcə, tanışlığın emosional məqamlarını yaşamağa ayrılıblar. Sual edirəm: niyə öyrənmədiniz ki, bu qız 5-10 layla, bayatı bilirmi, 3 rəsm əsərinin, 5 muğamın, 10 yazıçının adını bilirmi, 3 kitab oxuyubmu? Bişirdiyi yeməyi dadıb, duzun qədərini təyin edə bildiyini yoxladınızmı? Və yaxud sevdiyiniz oğlanın rəftarına, etiket normalarına nə dərəcədə sahib olduğuna, gigiyenasına necə fikir verməsinə, əməyə münasibətinə, çətinliklərə, ekstremal hallara dözümlülüyünə, zərərəli vərdişlərə meyilli olub-olmamasına və s iradi və əxlaqi keyfiyyətlərini incələmək üçün xəbərdarlıqsız testlər etdinizmi? Bunları evlənənə qədər kəşf etmək lazım idi, evlənəndən sonra yox.
"Məhəbbəti gözü bağlı olar” deyənlər buna görəmi belə deyirlər? Olsun, amma tanışlıqdan evliliyə qədər olan müddətdə gələcək həyat yoldaşını tamam-kamal saf-çürük etmək olardı. Təəssüf ki, əksər gənclərin evlilkdən əvvəlki tanışlıq zamanı ölçmə vasitələri gözləri olub. Yəni, gənclər hələ ailəlik həyatına, bir ailənin başçısı, qadını olmağa hazır olmadan daha çox eçmosional birlikdəliyə can atırlar. Psixoloji baxımdan emosional tanışlıq dövründə yaranan yaxınlıq, isinişmə getdikcə o səviyyəyə çatır ki, belə əlaqələrin dayandırılması mümkün olmur, çünki artıq bir-birinə isinişmiş  tərəflər arasında əlaqələrin qırılması müxtəlif psixi rahatsızlıqlara gətirib çıxara bilər.  Hansısa bir oğlanın bir qızla mehribanlığı o demək deyil ki, iki gündən sonra bunlar qol-qola girsinlər, öpüşsünlər, bir-birinin evlərinə getsinlər. lap nə qədər bir-birlərinə bağlansaıar da, arada məsafə hökmən saxlamaq lazım idi. Heç kim gənclərin tanış olmasına, görüşməsinə qarşı deyil. Əksinə, bu, gənclərin bir-birlərini tamam-kamal incələməsi üçün çox vacibdir. Çox az tanışlıqlar olar ki, "sevən" gənclər aralarında belə məsafə saxlayır. Bəziləri hətta, evliliyə qədər artıq evlənmiş kimi rəftar edirlər. Bəlkə birdən bu evlilik rəsmişəşmədi, yaxud Allah eləməmiş, oğlanın başına bir iş gəldi, bu qız nə etməlidir, ailə quracasa, inanacaqsınızmı o, sədaqətli ömür-gün yoldaşı olacaq, bu evlilikdə əmin-amanlıq hökm sürəcək.Təki belə olsun, amma heç inandırıcı gəlmir.

 

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (IV yazı)

 

Yuxarıda gətirdiyimiz statistikaya əsasən, boşanan ailələrin əksəriyyəti 25-35 yaşlarında olan gənclərdir.
Azərbaycanda normal evlilik yaşı qızlar üçün 21-23, oğlanlar üçün 25-27 yaş hesab olunur. Onda belə çıxır ki. pozulan nikahlarda cütlüklərin ailə həyatı heç 5-10 il sürməyib. Təsadüflər ola bilər, səhv addım atmaq halları da ola bilər, daha bu qədər yox da.
Yuxarıdakı statistikada digər boşanma səbəbləri aşağıdakı kimi göstərilib:
-zorakılıq səbəbindən – 228;
- uşaqlarının olmaması səbəbinə görə -609;
- xəyanətə - 413;
- sərxoşluqla bağlı – 369;
- narkomaniya ilə bağlı 171;
- maddi duruma görə - 302;
- xəstəliyə görə -224.
Bu sıralamada uşaqlarının olmaması və xəstəlik səbəbi çox həssas durumdur. Bir də ona görə həssasdır ki, sonsuzluq qadına görə də bağlı səbəb ola bilər, kişiyə görə də. Qadın da xəstələnə bilər, kişi də. Amma böyük məhəbbətlə sevənləri yalnız ölüm ayıra bilər.

Haşiyə: Televiziyadan, internetdən bilirsiniz yəqin:

"Space” telekanalının əməkdaşı  Gülər Məmmədova bir neçə il  qan xərcindən   əziyyət çəkdi və  2015-ci ildə haqq dünyasına qovuşdu.  Həyat  yoldaşı onun müalicəsi üçün evini sataraq, kirayəyə köçmüşdü.

Aparıcı İlqar Mikayıloğlunun  həyat yoldaşı    Zülfiyyə Bayramova da xərçəng xəstəliyindən əməliyyat olunmuşdur. Xanım  sosial media hesabında  bu barədə  yazmışdı: "Səhər gözümü açıram və görürəm İlqar əlində bir dəstə güllə dayanıb "Səni sevirəm, Zülfiyyə" deyir".

Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı  Röyal bəy isə öz səmimi  arzularını sosial mediada  qızının anasına belə çatfırmışdı:  "Bəzən həyat çox amansız olur. Bəzən isə sən çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan.

Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!".


Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (IV yazı)

Zorakılıq ,  xəyanətə , sərxoşluq, narkomaniya kimi  səbəblər   birdən-birə yaranmayıb ki.  Təbii ki,  tanışlıq zamanı  hər kəs zahirən səmimiyyət yaratmağa, özünü aristokrat göstərməyə çalışır. Amma bu təəssürat gözəl geyindiyinə, pul xərclədiyinə, ağızdolusu vədlərə  görə yaranmamalı idi. Ailə qurmaq istəyən qız da, oğlan da gələcək həyatlarında bu cür  hər hansı bir problemlə qarşılaşmamaq üçün evliliyə qədər  bunları ağıllı şəkildə incələməli idilər. Maddi vəziyyətlə bağlı  gənc ailələrin  qarşına problem  çıxa bilirsə,  hər iki tərəf,  demək , acizdir, yalandan seviblər bir-birlərini. Aclıq illərində, müharibə illərində heç bu qədər  nikahpozulmaları olmayıb.  Subaylar elə bilir ki, evlilik əyləncə,   şad-xürrəm  günlər deməkdir. Evliliyin bu tərəfi də var. Amma bunu ələbaxımlılıqla yox,  ailənin hər iki  üzvünün birgə səyləri ilə qazanıb, etibarlı təminat yaratdıqdan sonra  belə yaşamaq olar.

 Gərək oğullarını evləndirən, evlərinə gəlin gətirən analar da həssas olsunlar, ocaqlarına gətirdikləri gəlinlərin başqa ailədən gəldiyinin fərqində olsunlar, onu öz qızları kimi qəbul etsinlər. Tutaq ki, yemək bişirə bilmirlərsə, ailəyə, ərə qulluq etməyi bacarmırlarsa, "bunları  ata evində öyrənib gəlin köçməlidir”  deyə, yaxalarını kənara çəkməməli, öz şəxsi nümunələri ilə gəlinlərini  öyrətməlidirlər.

 Qız anaları da qızlarını  gəlin köçürənə qədər analıq, qadınlıq  həyatına hazırlamalıdırlar. Ər əgər paltarını camaşırxanalarda yudurub ütülədəcəkdisə,   gəlin əziyyət çəkməsin deyə yeməyi 3 günlük bişirib  ərə 3 gün boyat yemək yedirdəcəkdisə,  yatağını özü  sərib, özü yığacaqdısa, onda nəyə lazım imiş bu evlilik...

Bu və digər səbəblər günü-gündən qalaqlanıb öz doğru həllini tapmayanda,  ailə tərəfləri arasında etimad, qayğı, qarşılıqlı güzəşt  qəhətə çıxanda, ailə bünövrədən aşınmağa başlayır.  Çox keçmir  ki, bir vaxt  ayrı yaşaya bilmədiklərindən   evliliyə can atan gənclər indi də boşanmaq üçün  məhkəməyə üz tuturlar.

 Ərlər də  qadındır, zəhmət çəkib etsin deyə yoldaşını mexaniki alət kimi düşünməməlidir. Kömək etmək lazım gələndə hökmən dəstək olmalıdırlar.Nedcə ki deyirlər, əgər istəyirsən qadının mələk olsun, onun ətrəfınf laləzarlıq yaratmalısan. Qadına qayğı edən ər sevgililikdən öncə  kişi xarakterini nümayiş etdirmiş olur. Qadınların hər zaman kişi himayəsinə ehtiyacı var.


Haşiyə:  İnanmıram ki,  toy şənliyində iştirak etməyən, evlərində və ya qohum- qonşularında  ağ göyərçinlər kimi ağ libasda gəlin köçən qızların  bəxtəvər təbəssümləri ilə  qarşılaşmayan  kimsə olsun.

Bəs boşanmaq  üçün məhkəmələr də  üzləşən   keçmiş sevgiləri görmüsünüzmü, mən dəfələrlə görmüşəm. Evliliklərinin ilk vaxtlarında bir-birlərinin nəfəsini çəkən  bir yerdə daha çox olmaq üçün  işdən çıxan kimi evə tələsən ər,  ərinin qayıtdığı vaxta artıq öyrəşdiyindən gözləri pəncərədə, qulaqları qapının zənglərində qalan  qadın  nədən belə tez yadlaşdılar:  məhkəmə  üzləşməsində  indi  artıq bir-birlərini düşmən kimi görürlər. Hər ikisi mümkün qədər bir-birini daha çox ittiham etməyə can atır.

Məhkəmə də   onlar arasındakı nikahın ləğv və etibarsız hesab edilməsi barədə qətnamə  qəbul edir. 

  

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (IV yazı) 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz