» » Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (V yazı -son)

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (V yazı -son)

 

 

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (V yazı -son)

Sadədil olduqlarından, gəlin-qayınana münasibətlərinin yaratdığı ziddiyyətlərdən , yaxud da  digər səbəblərdən  ailə, qadınlıq səadətinə qovuşa bilməyən gəlinlər son olaraq  bir vaxt ağ duvaqla çıxdıqları  ata evinə dul qadın yarlığı ilə qayıdırlar. Göz yaşları içində boğula-boğula yaşamaq bir tərəfdən,  ictimai qınaq da   heç vaxt başlarının üstündən əskik olmur.

 Bir vaxt ən  gözəl arzularla könül verib sevdikləri ürək sirdaşlarını  bədbəxt hadisə və ya xəstəlik səbəbindən  itirənlər  2-3 il keçəndən sonra       "xarakterlərimiz  uyğun gəlmir” deyə ayrılanlardan fərqlənsələr də,  cəmiyyətdə eyni cürə qarşılanırlar: "dul qadın”, "qara paltarlı qadın”…

  Qarşıdan gələn tale onlara nə vəd edir?

 Sevgi arzuları, vüsal həsrəti ilə gəlinlik libası geyinmək hara, ikinci ər evinə  adi  geyimlə  getmək hara?  İlk evlilik  zamanı iki sevən ürəkdə bir-birini tamamlayan arzular yuva qurur.  İkinci evlilikdə  isə ərin qadınısız, qadının da ərsiz qalmamaq  məramı, yəni,  ərin  bir ailə başçısı, qadının ailə qadını olmaqdan daha çox, şəxsi  həyatlarını yaşamaq  xəyalları. Onlar elə bilirlər ki, artıq müəyyən sınaqdan keçiblər, təcrübələri var, bundan sonrakı həyatın dadını çıxmaq lazımdır. Eyforiyadır bu,  belə düşünənlər hər addımları ilə  ailə səadətindən uzaq düşürlər, amma başları  xumarlanır.  Deyə bilərsiniz ki,  heç kim istəməz ki, ailəsi dağılsın. Heç kim istəməz ki, uşaqları  öz bioloji anası və ya atası olmayana "ana”, "ata” desin.

Təbii ki, bu da bizim əxlaqın bir özəlliyidir.

İnsanın  həyatda  səhv və ya səhvlər etməsi də  təbiidir.  Səhvlər də bəzən işə yarayır: acını şirindən seçməyə kömək edir. Ona görə də insan bir iş tutmağa başlarkən diqqətlə ölçüb-biçməli, emosiya ilə deyil, ağlın hokum ilə qərar verməlidir. Elə səhvlər var ki, ən ciddi halda,  insana, sadəcə, maddi zərər gətirə bilər. Amma  elə səhvlər var ki, insanın bütün həyatını alt-üst edə bilər. Özünə könül sirdaşı seçmək bu baxımdan ən ciddi məsələlərdən, bəlkə də, ən birincisidir. Mənə belə gəlir ki, həyati müşahidələrimə əsaslanıram, fərqi yoxdur oğlan və ya qız belə edir: erkən dağılan tifaqlarda baslıca amil tərəflərin ailə həyatının özəlliklərini dərk etmədən, ailə həyatına hələ hazır olmadan, sadəcə, evliliyə, cismani bütövlüyə can atmalarıdır.Hesab edin ki, susuz səhranın yolçusu üçün su nədir, amma  yolun sonunda qarşısına çıxan kəhrizdən 2-3  stəkan içəndən sonra su onun üçün ancaq sözün ilkin mənasından başqa  heç bir əhəmiyyət kəsb etmir: arxla  axıb gedən su   qədər adiləşir.

 Dəruni eşq olmadan qurulan ailələrdə da toydan 4-5 ay sonra belə adiləşmə başlayır, su kimi.

Bir neçə aydan sonra  dünyaya körpə gəlməlidir, ailənin, aralarında bağlanmış əhd-peymanın məzmununa yeni dəyər gəlməlidir, amma  məlum olur ki, tərəflər arasında etimadsızlığa yol çoxdan başlayıb. Adicə söz-söhbətdən, hər hansı xırda məişət  çətinliklərindən ortaya çıxan problemləri  birlikdə aradan qaldırmaqdansa, bunlar öz aralarında günahkar axtarırlar.Ola bilər ki, ailədə tərəflərdən hansısa birinin və ya hər ikisinin  belə vəziyyətə düşməsinə  kənar amillərin,  cəmiyyətdə gedən müəyyən aşınmaların da əks  təsiri olsun.   Amma əsl  aşiqlər sevgini, ailə səadətini   gözləri görə-görə  heç vaxt nəinki xırda-para,lap ciddi  problemlərə təslim etməzlər.


 

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (V yazı -son)

 

Real həyatda müşahidə olunanı budur ki,20-30 il bundan əvvəlki həyatda qadınıını itirən kişilər, belə deyək, tənhalar  çox yaşamırdılar, yaşayanlar isə "kefsiz və bir tərəfləri də həmişə sınıq-salxaq” olurdu. Eləcə də qadınlar. Bizim kəndlərin əksəriyyətində müharibədən qayıtmayan ərlərinə sədaqət nümayiş etdirən qadınlar vardı. Onlar elə son nəfəslərinə kimi də ilk sevgilərinə və sevdiklərinə  sədaqətli qaldılar.

Üzübəri gəldikcə insanların təfəkkür tərzində anomaliyalar özünü göstərməyə başladı. Qərb ölkələrinin yabançı təsirləri mənəviyyatlarda aşınmalara yol acdı. Kişilər də sədaqətsizləşdi, qadınlar da.

Mənəvi aşınmalar, vəfasızlıq, xəyanət kimi eybəcər hallar nəinki şəhərlərdə, hətta kəndlərdə də  bu gün özünü göstərməkdədir. Bir tanışın, həmkəndlin rast gələndə kənd-kəsəklə, adamlarla maraqlanırsan. Eşidəndə ki, filan qadın, filan dayı dünyasını dəyişib, təəssüflənirsən. Amma  eşidəndə ki, filənkəs kişi illərlə bir yerdə yaşayıb birlikdə köç-yuva qurduğu qadınının heç ili çıxmamış yerinə daha birini tapıb gətirib, həm də qızı, gəlini yaşda  birini  yastıq "yoldaşı seçib”, dünyanın faniliyinə əllərini qaldırıb təslim olmaqdan başqa çarən qalmır. Və yaxud, eşidəndə ki, filənkəsin arvadı 2-3 uşaqla boşanıb, amma üstündən elə uzun vaxt da keçməmiş yeni ərə gedib,  vəfa, sədaqət kimi meyarlara şübhə ilə yanaşmağa  başlayırsanə Bu sevda hardan gəldiə? Abır-həya ölçüləri niyə belə cılızlaşdı?

…Əri dünyasını dəyişən qadın ilk günlər ağlayır, kədərlənir, yasda dil də deyir, qara da bağlayır, amma sonra bunların hamısı unudulur. Elə bil həmin rəhmətlik bu ailənin başıpapaqlısı, uşaqlarının atası olmayıb. Onunla bir yastığa baş qoyan,  bu izdivacdan dünyaya övlad gətirən də bu qadın deyilmiş…

Kişi yenidən evlənsə də, qadın yeni ər seçsə də, çətin ki, belə kişi və yaxud qadın əsl ailə duyğuları yaşaya bilsin. Çalışmaq lazımdır ki,  bir vaxt sevdiyinə qovuşmaq üçün can atan, bəzən də mücadilə edən oğlan da, qız da  bu bağlılığa  getdikcə daha  çox ehtiyac hiss etsinlər, buna xidmət etsinlər. Araya inciklik, soyuqluq düşməsinə  yol verməsinlər. İlk gündə necə seviblərsə, evliliklərinin 20-ci, 30-cu, 40-cı, 50-ci illərində də ürəklərində  bu sevgi odu öləziməsin. Hər xırda umu-küsüdən, hansısa problemdən ayrılıq havasını körükləməsinlər. Xüsusən, qadınlar səbirli olmalıdırlar. Məşhur rus yazıçısı

İ.S Turgenev çox doğru yazmışdır ki : "Xoşbəxt olmaq istəyirsiniz? O zaman əziyyət çəkməyi öyrənin.”

Qadınlar kişilərə nisbətən daha emosionaldırlar, ən xəfif  mehdən təsirlənə bilirlər. Amma belə emosionallıq qədərindən çox olursa, qısqanclığa, şübhələrə yol açır. Qadın birtərəfli qaydada ailədən, uşaqlardan, ərin üstündən əlini çəkir: üz-gözündən məmnuniyyətsizlik, etiraz, itaətsizlik yağır.Məsələn, ər qapının zəngini basıbsa, qadın qapının gözlüyündən  gələnin əri olduğunu görüb, qapını açmağı ilə  qayıdıb otaqların hansınasa girməyi bir olur. Amma ilk gəlinlik güllərində papağını, paltosunu özü alıb asardı, yanında dayanıb ətrinin  ayaqqabılarını çıxarıb evə girəcəyinə qədər  izləyərdi. Belə olanda evdə də, kişinin qəlbində də qadınlıq  aurası bir yeni assosiasiya yaradardı. Amma indi hər gün, hər dəqiqə ayrılığa aparan etiraz formaları…

Mən o  fikirdə də deyiləm ki,  nikahın pozulmasının mütləq günahkarı məhz qadınlardır.  Kişilər də az aşın duzu deyillər. Amma iş burasındadır ki, dul kişilərə nisbətdə  dul qadınların sonrakı həyatı daha çətin və acınacaqlı olur. Yəni, ilk evlilikdə  üzü, könlü  heç gülməyən qadının bundan sonrakı həyatı da yaxşı heç nə vəd etmir. Qarşıda isə hələ  onu alt-üst olmuş arzularla çanlı ikən ölü kimi yaşamaq əzabı gözləyir. Yuxusu gecələr ərşə çəkilir. Buz kimi yataqda vücudlarının istəklərini susduraraq göz yaşlarını axıtmaqdan başqa çarələri qalmır. Həyata bağlılıqları yalnız  yanlarında uyuyan, hələ  baş verənlərdən xəbərsiz körpələrə görə olur. Bu ümid onu tanıdığı-tanımadığı insanlarla  yaxınlaşmağa da vadar edir. Nə qədər çətin olsa da, yaşamaq, uşaqları bir tərəfə çıxartmaq istəyir.  Belə vəziyyətlərində çox az adam ola bilər ki, onların halına yansın. Daha çoxları isə qınayacaq, kəm götürənləri  də olacaq. Nə qədər tərbiyəsizlik olsa da, belə qadınlara  gözlərinin qurdunu öldürmək üçün potensial həzz mənbəyi kimi baxanlar da olacaq.

  Boşanmış dul qadınlara  bu baxışlar, bu basqılar  hər zaman olmuş, bu gün də stamp kimi qalmaqda davam edir.

Nə üçün insanlar  həyatdan küsmüş və ya küsdürülmüş  belə qadınlara dar  pəncərədən baxır? Nə üçün insanlar  dul qadınların həyatını başa düşməyə çalışmır, onların həyat hekayələrini eşitmək istəmir,  bundan sonra etmək istədiklərinə ümid paylamaq istəmirlər?

 Biz saytımızda bu və buna bənzər mövzularda nə qədər müzakirələr açmışıq: indiyə kimi  bir fikir belə, bildirən olmayıb. Nə üçün biz belə müzakirələrə əhəmiyyət vermirik, fərqli fikirləri eşitmək istəmirik?

 

 

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (V yazı -son)

 

 Bir aktrisa avtomobilini saxlayıb yağan yağışın altında rəqs edir. Sosial şəbəkələrdə bu anı əks etdirən videoya 8 saat ərzində 70 min insan diqqət kəsilir.

Amma  televiziyada, mətbuatda, sosial şəbəkələrdə, canlı həyatda  ailə, əxlaq, geyim və həyat tərzi ilə bağlı mövzulara rast gələndə üzlərini turşudub başqa səhifəyə, başqa kanala keçirlər.

Bu gün maarifləndirici yazılara daha ehtiyac var.

Bir insanı ittiham etməyə, cəmiyyətdən küsdürməyə nə var ki.   insan da, onun əməlləri də xeyirxahlığa köklənməlidir. Həssas yanaşma kimisə səhv etdiyi, səhv edə biləcəyi addımlardan,  yanlışlardan, pislərdən çəkinməyə yönləndirməlidir.

 Ətrafda bu qədər işıqlı, isti  insanlar varkən dul qadılar üçün, dul ola biləcək qadınlar üçün dünya,  bundan sonrakı niyə qaranlq olmalıdır ki?Xeyirxah insanlar işığı, istini nə üçün onların yoluna tutmasın?!

Həyatda şanssız insan yoxdur, əgər ümidsiz deyilsə. Əgər ətrafımızda gördüyümüz, tanıdığımız ümidsizlərdə  həyat eşqini,  həyatınının əvvəlki axarına qayıda biləcəyi inamı yarada bilsək, çox böyük iş görmüş olarıq.

Bu yazını oxuyanda   belə tərəddüdləri olan ailə varsa, dayanın, əvvəlki məcranıza qayıdın. Aranızdakı sevgini qətrə olsun belə,  kiçilməyə qoymayın. Sevginizə, sevdiyinizə sahib çıxın. Allah sizi ayırmasın. Unutmayın: heç bir vaxt, istər kişi üçün, istərsə də qadın üçün ikinci evlilik birnci evlilikdən mənalı, şirin ola bilməz.

 Sonda  bir neçə kəlmə də  dul qadının sonrakı həyatı üçün atacağı addımları barədə şəxsi fikirlərimi bildirəcəyəm.

Mən  həyat yoldaşı xəstəlikdən,  təsadüfi qəzalardan həlak olub, amma ərinin ocağında yaşamaqda davam edənləri  dul qadın kimi qəbul etmirəm.Bu ad onlara yanaşmır.Əgər belə qadın ərinin vəfatından sonra sədaqətini davam etdirirsə, ona "dul qadın” demək hansı məntiqlədir? Həyatda olanda aralarında olan gerçək eşq yenə davam edir, fəqət,  platonikləşib, belə qadınları  gəlin köçdükləri ocaqdan ayırsalar, çox  yaşayammaz. Qu quşları kimi. Bu cür qadınlara kimsə elçi düşə bilməz, ağlına belə  bu barədə fikir gətirə bilməz.

 Bu hal ilk evlilik münasibətləri  xeyli müddət davam edib və bu evlilikdən ali məktəbdə oxuyan övladları, bu gün-sabah köçəsi qızı, evlənəsi oğlu olan qadınlar  üçündür. 2-3 övladı olan qadınlar  da əgər onu ərə getdiyi evdən çıxarmırlarsa, gününü göy əskiyə döndərmirlərsə,  bu ocaqda qalıb  onu sevib də rəhmətə getmiş  mərhum əri ilə əhdə sədaqətlərini yaşatması  alqışlanandır.

 Amma uşağı olmadığına görə boşanan, yaxud ailəlik həyatında göz yaşları ilə yaşayan, daim şiddət  gördüyü üçün boşanan qadın başqa nə etməlidir ki?Onların da yaşada biləcəyi  şəxslər var.  Bu kateqoriyadan olan qadınlara olan etimadsızlıq qəbul edilməzdir. Onları doğru başa düşmək lazımdır. Aralarında elə sədaqətliləri, ailəcanlıları var ki, ehtirama  layiq qadınlarımızla eyni cərgədə dayanmağa layiqdirlər. 

Türk saytlarından Məmməd Aluçun sətri tərcümə etdiyim  "Dul qadın" şeiri bəxtlərinə acı tale  düşmüş  belə qadınların, bəlkə, ümidlərinin  yenidən canlandıra, onları sevməyə, ailə səadətinə bağlaya bilər deyə, onu aşağıda oxucularımıza da təqdim edirəm :

Dul qadın yolda yeriyirdi yalqız:

qaməti əyilmiş, həyat yorğunu.

 Alnında qırışıq xətlər yollar kimi  susmuş,

dili lal.

 Bir təbəssüm gözlər kimi, gözləri yaşla dolu idi.

Sığınıb şəfqətlə sarılacaq bir dost axtarırdı

səssiz-səmirsiz.

 Yağışa həsrət, saf arzulu torpaq kimi idi…

 Həyatda çox şey istəməmişdi: bir tikə çörək, soğan…

 Bir parça sevgi, bir azca da səmimiyyət.

 Bir kabus kimi vücuduna çökmüşdü dul olmağın əzabı,

 Tənhalıq və alnına yapışdırılan dul olmaq,

həyatdan küsmək qədəri.

Sevmək üçün qaçılmazmı, yoxsa eşqin arxasınca,

 Tapmaq üçün sevgini, həsrətin sonunu?

 Sən qadınsan, anasan: acılarınla, sevinçlərinlə.

 Qadınsan, sevgi bəxş edənsən, həsrətlə

 gözləyən könüllərə.

 Vüsal soraqlı həsrət qoxansan sevgiliyə.

 Gözlərindəki azadlıq sevgi vəd edər təbəssümlə.

 Sabahına ümidsən  gələcəyin.

 Geçmişinlə, gələcəyinlə

 cəmiyyət üçün, özün  üçün yaşamalısan,

 yaşamalısan.

 Yolda sevgisizliyə möhtac könülləri

 yaşatmaq üçün, bağla qulaqlarını,  eşitmə;

 Nifrət saçan sözləri duyma,  inadla  yeri,

 Sabahına, xoşbəxtliyinə...


 

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (V yazı -son)

 

                                                                                            Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz