» » Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (III yazı)

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (III yazı)

 

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (III yazı)

İctimai qınaq hər zaman qadınları daha çox təqib etsə də, qadınsız kişilərin həyatı da heç fərəhli olmur. Haqq-halal həyat yoldaşını nəzərdə tuturam ha.
Real həyatda müşahidə olunanı budur ki,20-30 il bundan əvvəlki həyatda arvadını itirən kişilər, belə deyək, tənhalar çox yaşamırdılar, yaşayanlar isə "kefsiz və bir tərəfləri də həmişə sınıq-salxaq” olurdu. Evlilik haqqında yumorvarı çalarda deyirdilər ki, evlənmək kişi həyatının sığortalanması deməkdir.
Böyük şairimiz Nəbi Xəzri "Qadınsız ev” şeirində obrazlı şəkildə daha təsirli ifadə edib:

Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev —
tufandakı gəmidir,
O nə batır, nə limana yetişir.

Ağır dərdlər faciənin gücüdür,
Nə sevinib, nə də gülə bilirsən.
Qadınsız ev —
xəstəxana küncüdür,
Nə dirilir, nə də ölə bilirsən.

Fəlakətdə neçə-neçə sirr yatır,
Səni yıxır, polad kimi o sınmır.
Qadınsız ev —
günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır.

Sən bir quşsan, ruhun sınmış qanaddır,
Heç baxma ki, külək sərin, meh ilıq...
Qadınsız ev —
ulduzsuz kainatdır,
Həmdəmindir sükut ilə qaranlıq.

Ey kişilər!
Sevginizi əzizləyin cahanda,
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən —
ömrün axır anında,
Gözünüzü qapayan da olmadı!

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (III yazı)

Sivilizasiya artdıqca insanların təfəkkür tərzində anomaliyalar özünü göstərməyə başladı. Qərb ölkələrinin yabançı təsirləri mənəviyyatlarda aşınmalara yol acdı. Çoxlu sayda kişilər də sədaqətsizləşdi, qadınlar da.
Acınacaqlısı da budur ki, vəfasızlıq, xəyanət kimi eybəcər hallar nəinki şəhərlərdə, kəndlərdə də özünü göstərməyə başladı. Bir tanışın, həmkəndlinə rast gələndə kənd-kəsəklə, elin-banın adamları ilə maraqlanırsan. Eşidəndə ki, filan qadın, filan dayı dünyasını dəyişib, sonucu ölümlü dünyanın insanları bir-bir həyatdan aparmasına , əlbəttə, təəssüflənirsən. Amma ondan çox təəssüflənirsən ki, filənkəs kişi illərlə bir yerdə yaşayıb özlərinə köç-yuva qurduğu qadınının heç ili çıxmamış yerinə daha birini tapıb gətirib, həm də qızı, gəlini yaşda birini yastıq "yoldaşı seçib”dünyanın faniliyinə bir qədər də əllərini qaldırıb təslim olmaqdan başqa çarən qalmır. Və yaxud, eşidəndə ki, filənkəsin arvadı 2-3 uşaqla boşanıb, amma üstündən elə uzun vaxt da keçməmiş yeni ərə gedib, vəfa, sədaqət kimi meyarlara şübhə ilə yanaşmağa başlayırsan:"Bu sevda hardan gəldi” ? Abır-həya ölçüləri niyə belə cılızlaşdı?
Eləcə də əri dünyasını dəyişən qadın ilk günlər ağlayır, kədərlənir, yasda dil də deyir, qara da bağlayır, amma sonra bunların hamısı unudulur. Elə bil həmin rəhmətlik heç bu ailənin başıpapaqlısı, uşaqlarının atası olmayıb. Onunla bir yastığa baş qoyan, bu izdivacdan dünyaya övlad gətirən də bu qadın deyilmiş…
 
 
"Kitabi-Dədə Qorqud" dastanı..."Uşun Qoca oğlu Səgrəyin boyu”nda Səgrək nişanlısına vəsiyyət edir: "Qız, sәn mәnim üçün bir il yola bax! Bir ilә gәlmәsәm, iki il bax! İki ilә gәlmәsәm, üç il bax! Gәlmәsәm, o vaxt bil ki,ölmüşәm. Ayğır atımı kәsdirib, eһsanımı ver! Gözün kimi tutarsa, könlün kimi sevәrsә, ona get!”

Nişanlısı bunu eşidincə demiş:

İgidim, mәn sәni bir il gözlәrәm,
Bir ilә gәlmәsәn, iki il gözlәrəm.
İki ilə gәlmәsәn, uç-dörd il gözlərәm.
Dörd il yox, beş-altı il gözlәrәm.
Altı yolun ayrıcında çadır quraram,
Gedәndәn gәlәndәn xәbәr
soruşaram.
Xeyir xәbər gәtirәnә at, don verәrәm, qaftanlar
geydirәrәm.
Şәr xəbәr gәtirәnin başını kәsәrәm.
Erkәk bir milçәk dә sinәmә qondurmaram.
Murad verib, murad al, sonra get, igidim!

Səgrək demiş: "Mərə qavat qızı, ağam başına and içmişəm, dönməgim yox!”

Nişanlısı cavabında söyləmiş: "Mәnә qәdәmi uğursuz gәlin deyincә, utanmaz-arsız gәlin desinlәr…”

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (III yazı)

Bizim ailə dəyərlərində belə nümunələr varkən, 20 Yanvar hadisələrində sovet ordusunun gülləsinə tuş gəlib həyatını itirən İlham Allahverdiyevdən sonra yaşamağın puçluğunu qəbul edərək öz canına qıyan Fərizəmiz varkən, məlum Qarabağ hadisələri zamanı canlarını qurtarmaq üçün dağlara, çöllərə səpələnmiş və son anda erməni murdarlarının əlinə keçib şərəfləri alçalmasın deyə özlərini qayalardan atan qeyrətli qızlarımız varkən, Türkiyədə və ya başqa ölkələrdə fahişəlik etdikləri üçün deportasiya edilən azərbaycanlı qadınlar üçün xəcalət çəkməyə bilmərik.
Ərli ikən başqasına qoşulub qaçan qadınlarımızın sevgisini necə başa düşək?
Bu və bu kimi nümunələr ya dağlmış ailələrdən qaynaqlanan eybəcərliklərdir, ya da dağılacaq ailələr deməkdir , sonra da dul qalmağa aparacaq utanc və təhlükəli yoldur.

Dul qadınlar, hansı ki istənilən səbəbdən  evliliyə son qoyub gəlin köçdüyü evdən ata evinə, kirayə evə yaxud yataqxanaya köçüb ərsiz yaşamaqda davam edirlər , adətən,  həyatları ilə bağlı danışmaq istəməzlər, danışası olsalar isə,  çox şeyi gizlədərlər: ya deyərlər ki, qayınana yola vermədi, ya deyərlər ərim narkoman idi və s.   Amma özləri ilə bağlı heç nə deməzlər. Halbuki, pozulmuş   nikahlar üçün  digər kimisə  cavabdeh hesab etmək lazım deyil:  cavabdehlər elə qadının və ərin özüdür.  Nikahın pozumasına  gətirib çıxaran səbəblər  isə onların  həyat və ailə birliyinin özü haqqında, eləcə də  ailə həyatında hər ikisinin  borcu və vəzifələri ilə  bağlı doğru olmayan məlumatsızlıqlarından  meydana çıxıb.   Ailə həyatı quran  gənclər  hamısı bizim övladlardır: qızlar da, oğlanlar da. Xoşbəxtləri  bəxtəvərliyimizi  ifadə edirsə, boşayanlar və  boşanılanlar da qayğılarımız  deməkdir. Əslində,  mən bu  müzakirəni günahkar və ya günahkarları yox, evliliyi sona yetirən səbəbləri  birlikdə arayıb oxucularımızla paylaşmaq niyyəti ilə açdım.  Konkret olaraq, əgər   bir ailə  dağılmışsa,  qadını və ya kişini  daha çox günahkar çıxarmaqla biz tərəflər arasında etimadsızlığı daha dərinləşdirmiş olarıq. Biz gənc ailələrdə nələrin ixtlaflara, sonda isə  bir-birlərini düşmən kimi  görməyə gətirib çıxartdığını meydana qoymaq istəmişik, hörmətli oxucular, sizinlə birgə.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz