» » Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ?

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ?


Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ?

Dul olmaq bilirsinizmi nə deməkdir?
Böyük arzularla sevgi qanadlarında ənginliklərə uçmaq, amma qayalara çırpılıb yerə düşmək deməkdir dul qalmaq.
Qovuşmaq üçün günləri birlikdə saydığınız birinin evindən indi ağ örpəklə çıxdığınız ata evinə 2 uşaqla geri dönmək deməkdir dul qalmaq.
Dost-tanışdan, qohum-əqrəbadan qaçmaq, gizlənmək, sevinə, gülə bilməmək deməkdir dul qalmaq.
Uzun müddət evdə ata üzünə baxa bilməmək, qohumlara görünməmək deməkdir dul qalmaq.
Geçə uşaqlar yatandan sonra yuxulu gözlərinə, vuran nəbzlərinə baxa-baxa Allaha yalvarmaqdır dul qalmaq.
Hələ evdə ailəyə gətirdiyiniz "qızı ərdən boşanıb” xəcalətinin, bunu necə adlandırırsınız-adlandırın, qəzəbi soyumamışsa, əl-ayaq kəsiləndən sonra için-için ağlamaq deməkdir dul qalmaq.
Qonşularınızın, rəfiqələrinizin sizdən çəkinməsi deməkdir dul qalmaq.
Çöldə-bayırda tənəli baxışların altında əzilmək deməkdir dul qalmaq.
Daha işə, kinoya, toya, gəzməyə gedə bilməzsən, qısaqol geyinə bilməzsən, başıaçıq gəzə bilməzsən, balkona çıxa bilməzsən deməkdir dul qalmaq.
Haqqında eşidib tanıyıb-bilən kişilərin murdar niyyətləri əhatəsində yaşamaq deməkdir dul qalmaq.
Əsir kimi, "qanadı qırılmış quş ” kimi yaşamaq deməkdir dul qalmaq…Uç görüm indi…

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ?

 

Tarixin bütün mərhələlərində hər bir cəmiyyətdə dul qadın problemi olub.
Mifik düşüncələrin hökm sürdüyü Cahiliyyə dövründə əri ölən qadının bir il heç kəslə ünsiyyət saxlaya bilməməsi üçün onları kimsəsiz, uçuq-sökük bir daxmada yaşamağa məhkum edirlərmiş. O, hətta, saçlarını belə, yuya, daraya bilməzmiş, dırnaqlarını tutammazmış.
Afinada qadınların rəyi soruşulmadan ərə verirlərmiş. Əri nə vaxt "boşadım” deyərmişsə, qadın dul qalırmış.
Afinada sahibsiz qadının yanında yaşlı bir qul olmadan küçəyə çıxmağa ixtiyarı yox imiş. Dul qadın ərinin yoldaşları ilə bir süfrə ətrafında əyləşə bilməzmiş və s.
Monqollarda qadın dünyaya uşaq gətirənə qədər öz evində qalırmış. Dulların bir daha ailə qurması yasaq imiş .
Hun və Göytürk tarixində atalar öləndə uşaqlarının analarının günüləri ( birinci arvadın üstünə alınmış 2-ci, 3-cü arvad) ilə evlənmələri çox təsadüf edilən hal idi.
Eynən "levirate” (qayın) və "sorarat”(bacı) ailə modellərində olduğu kimi .
"Levirat” ailədə ər dünyasını dəyişirmişsə, dul qalmış qadının subay qayını, əgər subay qaynı yoxdursa, evli qaynı ilə; "Sororat” ailə modelində isə ərin qadını xanımı rəhmətə gedərsə, öz baldızı ilə ailə qura bilərmiş. Hətta, uşaqlara əvvəlcədən ən yaxşı atanın əmi, ən yaxş ananın xala ola biləcəyinə hazırlayırlarmış.
Bütün hallarda məqsəd bu imiş ki, ata dünyasını dəyişəndə dul qalmış qadın digər yad bir kişiyə getməsin. Ailənin, nəslin sərvətinə dul qadını almışdır deyə, hansısa digər yad şəxs sahib çıxmasın. Ailə bir damın altından pərakəndə düşməsin, cəm olsun.
Şərqi Asiyada ən böyük dövlət olan Çində 20-ci əsrin əvvəllərinə qədər mövcud olmuş ənənəyə görə, əri ölən qadın özü də intihar edirmiş. Belə ölüm sədaqət nümunəsi kimi, ailəsinə və qadına ehtiram gətirirmiş, hətta böyük bir fəzilət nişanəsi kimi qeyd edilirmiş. Mifik anlama görə qadın ağ mələfəyə bürünüb özünü ağacdan asaraq daha bir başqa dünyaya gəlin köçür və s.
Bütün bu deyilənlərə əsaslansaq, "dul” sözü nəzərimizdə əri vəfat etmiş qadın anlamı yaradır.
İzahlı lüğətlərdə də "dul” sözü elə bu cür nənalandırılır:
Dul:
1.Sifət - Ərinin ölümündən sonra ərə getməmiş (qadın); arvadının ölümündən sonra evlənməmiş (kişi).
2. İsim - Dul kişi, ya dul arvad.
Amma "dul” sözünün müasir ensiklopedik anlamı daha genişdir: əri ölən qadın; qadını ölən ər; həyat yoldaşından ayrılan qadın; əri tərəfindən atılmış qadın; sahibsiz qadın və sair .

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ?
40-50 il bundan əvvəl bu sözü eşidəndə bizim ağlımıza ancaq "əri ölmüş” qadın gələrdi. Belə yarlığı küşilər üşün işlətməzdilər: "dul kişi” deməzdilər.

Çünki kişinin  həyat yoldaşı  vəfat edirdisə, aydın məsələ idi ki,  tezliklə evlənəcəkdi. Çox vaxt da  belə olurdu. Həyat yoldaşı vəfat etmiş ər mərhumun ili çıxdıqdan sonra özünə, ailəsinə uyğun bir həyat yoldaşı seçirdi.

 Həyat yoldaşı ölmüş kişilərə cəmiyyət özü də də   "uşaqları  əldə-ayaqda qalmasın” , "yeməyini  verən, çayını  hazırlayan,  köynəyini yuyan, qopmuş düyməsini tikən ”  kimi  haqq qazandıraraq, müəyyən mənada, dəstək olurdu. Maraqlıdır ki, onlara  dul kişi demirdilər,  "arvadı ölmüş kişi”deyirdilər. 

 Amma əri  vəfat etmiş  qadınlar  ərə getməzdi, mərhum ərinin ocağında yaşamaqda davam edib, ocağını sönməyə qoymazdı. Minbir əzab-əziyyətlərə qatlaşıb uşaqlarını yerbəyer edərdi.

Həyat yoldaşı  vəfat etmiş  ər   gəncdirsə,  subay  qız seçərdi. Ola bilərdi ki, bu qız 18-20 yaşında deyil, evlənmək yaşı xeyli keçmiş qız olsun, amma  indiyə kimi ərə getməmiş olmalı idi. Əgər  kişi  50 yaşdan keçmiş olardısa, öz yaşına münasib  qadın alardı.  Bu qadın , adətən,  övladı olmadığına və yaxud  hansısa  ciddi olmayan səbəbdən ata evinə qayıtmış qadın olardı.  Həyat yoldaşı evliliyinin ilk illərində 1-2 uşaqla  vəfat etmiş olardısa, ər cavan qız almazdı ki, gənc, təcrübəsiz bir qız onun övladlarına necə baxacaq.Onda bu ər ya uşaqları  uşaq evlərinə, ən yaxşı halda  vəfat etmiş ananın valideynlərinə, yaxud da öz xala-bibisinə və yaxud nənəsinə veməli idi.Ya da  uşaqlar nisbətən böyüyüənə, ağlı kəsənə kimi gözləyib sonra evlənməli idi.

 Əri  ölmüş, amma həmin ocaqda qalıb analığını davam etdirməkdə olan qadın haqqında belə təklif ola bilməzdi, kimsə də bunu ağlına gətirə bilməzdi.  

həmin  dul qadınlar   çox namusla-qeyrətlə ailənin, mərhum ərinin  şərəfini   sona kimi qoruyardı,  vəfat edəndə də onu mərhum ərinin yanında dəfn edərdilər. Belə ailənin qızını da alardılar, oğullarına qız da verərdilər. 

 "Dul”  sözü  nə qədər ağır olsa da,    o vaxtlar  bu ağırlığı yox edəcək  qədər də diqqət vardı.   "Dul qadındır”, "başsız ailədir” deyib, bütün məqamlarda  həmin ailəni   nəzərə alırdılar, güzəşt edirdilər. Cəmiyyətin üzərində, sanki, bir ictimai borc vardı: dulqadını pis nəzərlərdən qoruyardılar, qahmar çıxardılar.  Yəni, "dul” sözü hər kəsdə, hər vəzifə, imtiyaz sahibində  bir qayğı, mərhəmət  assosiasiyası doğurardı.

Təəssüf ki, son vaxtlar mətbuatda ailəli, 2-3 övladı olan qadının başqa bir ailəli kişiyə qoşulub qaçması, yoxa çıxması və yaxud ailəli olan kişinin digər ailəli və ya subay qızı götürüb qaçması ilə bağlı xəbərlər dərc edilir.Bu, çox böyük mənəvi aşınmadır. Bunlar xarakterik olmasa da,  mümkünlüyünə yönəlmiş  meyillərdir. Çəmiyyət üçün ən ciddi problem isə  həyat yoldaşları vəfat edib, övladları olmayıb, xəstələnib və ya  hansısa digər səbəblərdən ər evindən çıxıb ata evinə sığınan, kirayədə, yataqxanalarda yaşamağa məcbur olmuş dul qadınlarla bağlı  problemlər olub və bu gün də belə problemlər var. Dul qalmış qadınlara  cəmiyyətin özünün baxışları da  taleyin bu ağrısını yaşamağa düçar olmuş qadınların xeyrinə deyil.

 
 Çünki   cəmiyyət   qadının ikinci bir ərə getməsini həzm etmək istəmir.

İctimai baxış da elədir ki, əvvəlcə ərdə olmuş  hansısa bir qadını almaq  kişini el gözündə nüfuzdan salacaq:"kiminsə artığını alıb” deyə,  qınaq, məsxərəyə qoyulacaqdır.


Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ?

 

Davamı var:..

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz