Milli manatlarımız yerdə gəzir, nə dərəcədə doğrudur?
Heç bilmirəm bu pulları necə adlandırım: sadəcə, şəkilmi, yoxsa, "etibarsız” pullarmı?
Küçədə, yolda, yəqin ki, hamının qarşısına çıxıb. Üstünə "etibarsızdır ” sözləri yazılmış 1,5, 10, 20, 50, 100,200 manatlıqlar haqqında danışmaq istəyirəm. Təbii ki, onlar heç bir əməliyyat vasitəsi ola bilməz, etibarsızdır deyə. Amma milli pul vahidimizə bizim belə laqeyd qalmağımız həqiqi etibarsızlıqdır. Bir insanın ay ərzində ay ərzində hər səhər evdən çıxıb işə getməsi, axşama kimi əmək sərf etməsi və ayın sonunda zəhməti müqabilində əməkhaqqı kimi qazanacağı pulların surətini çıxarıb ayaqlar altına, zibilliyə atmaq uşaqlarda pulun funksiyasına, onun yaratdığı təsəvvürlərə tamam əks münasibət formalaşdıra bilər. Uşaqlara pulun həyatımızdakı yerinə, onu qazanan valideynlərinin, əmilərin-dayıların əməyinə hörmət etməyi aşılamaq lazımdır, nəinki, onu oyun elementinə çevirmək.
Uşaqlar üçün maraq yaratmaq istəsələr də, bu icadları ilə böyükləri də yumoristik vəziyyətə salıblar. Şəxsən, mən bir qədər yaşlı adamın belə kağızları həqiqi pul zənn edib əyilib yerdən götürməsini, "etibarsızdır” olduğunu bilincə kimsə görməsin deyə, yavaşca əlindən salıb oradan uzaqlaşdığına rast gəlmişəm.
Bu saqqızlarda futbolçuların, həmçinin digər şou məhurlarının şəkilləri olan kartlar da olur.
Məhəllədə 5 uşaqla qarşılaşsan dördündə bu kağızlardan var: blokların başına, pilləkənlərin yanına cəm olub özlərinin icad etdiyi oyunu oynayırlar. Onlar bu kartları və ya pulları səliqə ilə üst-üstə yığır, sonra növbə ilə əllərinin ovucları ilə üstündən vururlar.Kart və ya pul çevrilirsə, vuran uşaq udmuş sayılır və oyunu davam etdirir.Ta çevirə bilməyənə qədər.Çevirə bilməyəndə oyun növbəti oyunçuya keçir.
Pis vərdişlərdir. Uşaqları gələcəkdə qumar oyununa sürükləyə bilər.Bir qədər xatakar uşaq olsa, axşama salıb, bu pulları ətrafda olan köşklərdə alver edən yaşlı adamlara verib "etibarlı” etmək cəhdləri ola bilər və s.
Hardasa bu pulların əksini çıxaranlar getdikcə təkmilləşib, onu gerçək pullara yaxınlaşdırmaq təşəbbüsünə düşə bilərlər və s.
Əbülqasım Hüseynzadə 1910-cu ildə Bakıda "Səadət” məktəbində hesabdar-katib vəzifəsində işləyərkən böyük bəstəkarımız Üzeyir Hacıbəyli ilə tanış olub və həmin dəftəri Üzeyir bəyə göstərir. Dahi bəstəkar4 çox məmnun qalaraq deyir: "Bu işi davam etdir. Sən xalqımızın ləl-cəvahiratını toplayırsan”.
Sonralar şagird dəftərinə köçürülmüş bu atalar sözləri və məsələlər müxtəlif vaxtlarda dərc olunmuş 30-a yaxın kitabın materialı oldu: "Atalar sözləri” (1926), "Atalar sözü” (1938), "Din əleyhinə el sözləri” (1940), "El sözləri” (1944), "Ata sözü” (1949) kitabları da nəşr olundu. Habelə, "Bayatılar”, "Tapmacalar”, "Rəvayətlər”, "Hİkmətli sözlər”, "Məzəli rəvayətlər” və sair.
Oxşar postlar:
- Oxunub: 1 165
- Şərhlər: 0
- Bölmə: Layihə
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar