» » Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

Hərdən  mətbuat səhifələrində orta ümumtəhsil məktəblərində, eləcə də  də kollec və universtetlərdə müəyyən qadağalar haqqında  yazılara rast gəlirik. Lap mətbuatdan oxumasaq da, teveviziyadan izləməsək  də, eşidib bilirik: elə bir ailə ola bilməz ki, bu təhsil müəssisələri ilə bağlantısı olmasın. Təbii ki, münasibətlər fərqli-fərqli olur. Amma ədalətli və demokratik fikirli insanlar başa düşürlər ki, həmin qadağalar heç də təqib və təhdid niyyəti güdmür.
Məqsəd təhsil müəssisələrində daxili nizam - intizam qaydaları, əxlaq və davranış normaları müəyyən etməklə sağlam mənəvi və psixoloji mühit yaratmaqdır. Axı bunsuz şagird və tələbələrdə tədrisə şüurlu münasibət tərbiyə etmək, tədrisin keyfiyyətini yüksəltmək, onları təkcə bilikli deyil, həm də ahəngdar inkişaf etmiş gənclər kimi yetişdirmək də mümkün deyil.
Məsələn, təhsil müəssisələrinə kitab-dəftərsiz gəlmək , orta məktəb şagirdləri üçün mobil telefon gətirmək, dərs zamanı auditoriyalarda mobil telefonlardan istifadə edilmək, dərs və mühazirə zamanı dəhlizlərdə, eləcə də kitabxana və oxu zallarında ucadan danışmaq, səs-küy salmaq, siqaret çəkmək, tədris məssisələrinin ərazisini, sinif otaqları və auditoriyaları zibilləmək və s.
Növbəti daha bir qadağa haqqında isə dünən eşitdik. Sosial şəbəklərdə məlumat verilirdi ki, Odlar Yurdu  Universitetində tələbə qızlara dikdaban ayaqqabı geyinməyə qadağa qoyulur. Məlumat da o da bildirilir ki, ali təhsil müəssisəsinin bir qrup tələbəsinin verdiyi məlumata görə, bu qadağa bir aya yaxındır ki, qüvvəyə minib. Bu qadağa isə xanım tələbələrin etirazına səbəb olub.
 

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

Münasibətimizi bildirməzdən öncə, bu kateqoriyadan olan ayaqqabı haqqında internetdəm öyrəndiyim qısa məlumatı təqdim edim.
Ümumiyyətlə, ayaqqabını ilk dəfə kimin və nə zaman geydiyi bilinmir. Amma ilk ayaqqabının tarixi ilk insanlarla başladığı güman edilir. Mağara dövründə insanlar xarici təsirlərə qarşı ayaqlarını qorumaq üçün ağac qabıqlarından, yarpaqlardan və getdikcə heyvan dərilərindən ilk ibtidai ayaqqabıları yaratmışlar. İlk ayaqqabı növü isə səndəl olmuşdur. Ayaqqabı mədəniyyətində ən yaradıcı ölkə Misir olmuşdur. Misirlilər lap qədimlərdən isladılmış qumda ayaqlarının qəliblərini çıxarır, bu qəliblərdə formalaşdırdıqları xam dəridən bazaya iplər bağlayaraq səndəllər edirdilər. Və dünyanın istifadə etdiyi bugünkü ayaqqabılar həmin nümunə üzərində təkmilləşmişdir.
Dikdaban ayaqqabılar (hündürdaban, dikdaban, şpilkadaban, platformalı, kabluklu "Stiletto”, "Mantar”, "Pompa” və s.) tarixi haqqında da müxtəlif məlumatlar var. Özü də maraqlı olan cəhət budur ki, hündürdaban ayaqqabı ilk dəfə yalnız qadınlara məxsus geyim vasitəsi olmamışdır.
 
E.ə. romalılar aktyorlar üçün ağacdan və mantardan hazırlanmış platforma ayaqqabıları istehsal etmişlər.
Digər bir məlumata görə, 16-cı əsrdə - dünya hələ hündürdaban ayaqqabı nədir bilmədiyi vaxtlarda iranlı atlı əsgərlər dabanlı ayaqqabı geyinirlərmiş. Bu, o vaxtlar idi ki, İran hökmdarı Şah Abbas ən böyük rəqibi olan Osmanlı imperiyasını məğlub etmək üçün Avropa dövlətləri ilə yaxın əlaqələr qurmuşdu: aralarında diplomatik gediş-gəlişlər vardı. Qərb dünyası da dikdaban ayaqqabı ilə ilk dəfə həmin ərəfələrdə - 1599-ci ildə Şah Abbasın İrandan Avropaya göndərdiyi diplomatik heyətin təqdimatı zamanı tanış olmuşdur. Daha sonralar Fransa kralı 14-cü Lüdovik və İngiltərə kralı 2-ci Çarlz də hündürdaban ayaqqabılara maraq göstərmişdir. Amma zaman-zaman hündürdaban ayaqqabı geymək dəbi qadınlara da keçmişdir.
Avropada  gözəllik üçün dizayn edilən ilk ayaqqabı 1513-cü ildə İtaliyada istehsal edilmişdir. Florensiyanın tanınmış ailələrindən Metcidislərin qızı Yekatrina de Metcidis bu ölkədə kral və prinsdən sonra gələn bir zümrənin oğlu ilə evlənməli imiş. Boyca balaca qız olan Yekatrina təmtəraqlı toy etmək istəyir, amma o, tədbirin ehtişamı kölgəsində deyil, özünün diqqətdə olması ilə fərqlənmək istəyir. Rəvayətə görə, əsilzadə qız Leonarado da Vinçinin yanına gedib, Leonardo da Vinçi qızın arzusunu hündürdaban ayaqqabı düzətltməklə yerinə yetirib. Yekatrina nəticədən məmnun qalır, çünkü onun uzunboylu görünməsinə kömək edən hündürdaban ayaqqabı çox xoşuna gəlmişdi. Yekatrinanı toyda görən hər kəs onun görünüşündən təsirlənir və onu təqlid etməyəy başlayır. Hündürdaban ayaqqabının tarixi beləcə başlayır və artıq bu ayaqqabı status göstəricisi olaraq qəbul edilməyə başlanılır.
İndi, maşallah, saysız-hesabsız hündürdaban ayaqqabı modelləri və adları vardır.
Ayaqqabılar həyatımıza geyim ehtiyacı kimi daxil olsa da, hündürdaban ayaqqabılar həm də tamamlayıcı xüsusiyyətlərinə görə  qadınların sevimli aksesuarlarından biridir. Məsələn, gözəl görünmək məqsədilə kosmetik vasitələrə, ayaqlarının qüsurunu gizlətmək üçün uzun donlara üz tutan qadınlar boylarını yüksəltmək üçün də hündürdaban ayaqqabını seçirlər.
 

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

Hündürdaban ayaqqabılar təkcə qadınların boyunu uzatmır, həm də qadınların geyim mədəniyyətinə, zövq dünyasına bələdçilik edir. Elə geyimlər var ki, onlar hündürdaban ayaqqabı olmadan düşünülə bilməz. Hətta günümüzdə o qədər dəbli hündürdaban ayaqqabı modelləri var ki, artıq, qadınlar ayaqqabıları paltarlarına görə deyil, paltarlarını bu cür ayaqqabılara görə seçirlər.
Fərqi yoxdur: istər ayaqqabılar paltarlara görə seçilsin və yaxud paltarlar ayaqqabılara görə seçilsin, seçim onu seçənə məxsusdur və bu qadının hüquqi və demokratik dəyərlərə əsaslanan haqqıdır. Heç kim nə edəcəyini, necə edəcəyini kimdənsə icazə alıb etməlidir deyə bir davranış norması yoxdur. Fəqət, insan cəmiyyətdən təcrid olunmuş şəkildə yaşamır. Cəmiyyətin ümumi olan dəyərləri var ki, insanlar öz fantaziya və arzularını bu dəyərlərin qarşılıqlı həllində tapmalıdır. Xüsusilə gənclər belə məsələlərə həssas olmalıdır. Gənclər bizim gələcəyimizdir.Onlar həm də sabahın ata-analarıdır.
Onlar bu gün necədirlərsə, hansı dəyərlərin daşıyıcılarıdırsa, bu, gələcəkdə onların ailələrində öz əksini tapacaqdır. Müasir gənc olmaq heç də dikdaban ayaqqabı, "mom”, şortlar, "girlfriend” , "boyfriend” və sair guya dəbdə olan cinslər geyinmək demək deyildir.
Müasir gənc bilikli olmalı, tarixini və mədəniyyətini bilməli,  dilinə, tarixinə, mədəniyyətinə hədsiz sədaqət göstərməli, davranışı, səviyyəsi, mədəniyyəti ilə seçilməli, sadə və təvazökar olmalıdır. Tələbə gənclərin vaxtlarının çoxu "Tarqovı”da, əyləncə mərkəzlərində deyil, kitabxanalarda, oxu zallarında, incəsənət ocaqlarında keçməlidir. Nə qədər gözəl, yaxşı nəsə var, onlar hamısı gənclərimiz üçündür. Amma onlardan gündəmə, diqqətə gəlmək üçün yox, düşünülmüş və ağıllı şəkildə zəginləşmək üçün istifadə etmək lazımdır.
Mən Odlar Yurdu  Universitetinin bu yanaşmasını qadağa kimi deyil, ali məktəbi təhsil ocağını digər məkanlardan fərqləndirməyə nail olmaq səyi kimi qəbul edirəm. Ali və orta ixtisas məktəbləri ziyafət və ya karnaval deyil, park və yaxud  insanların öz asudə vaxtlarını keçirmək üçün seçdikləri hər hansı məkan deyil, təhsil ocağıdır. Gərək ali və y arta ixtisas məktəblərinin tələbələrini nəinki oxuduqları təhsil müəssisənin yerləşdiyi yaxın ətrafda, hətta hansısa küçədə, avtobus və metroda görən insanlar hiss etsinlər ki, bu gəncimiz tələbədirlər.
Bir dəfə ali məktəblərdən birinin qarşısında müşahidə etmişəm. Allah, Allah... 30-40 il ərzində həyat, əxlaq, davranış normaları necə dəyişərmiş. Mən keçən əsrin 80-ci illərində tələbə olmuşam. Bizim vaxtımızda oxuduğum ali məktəbə bir nəfər də olsun belə tələbə gələ bilməzdi. Açıq-saçıq geyimlər...Tələbələrin əksəriyyətinin əlində tələbə çantası, kitab-dəftər yox: saqqallı olan var, guya günün dəbi olan müxtəlif modelli cins şalvarlarda olanlar var…
Gənclərimiz hay-küy qaldırmasın.Onların arasında müəyyən faizi, yəqin ki, mənim qohumlarımdan da var. İndi hesab edin ki, dikdaban geymiş qızıar dəhlizdə, foyedə, auditoriyalarda addımladıqca addımlarının səsi kənardakılara necə təsir edir. Oxu zalında hansı qız ayağa qalıb xidmətçi əməkdaşa yaxınlaşacaq dikdaban ayaqqabıların səsi hamını özünə cəlb edəcək. Və yaxud dəhlizin o başında yeriyəcəksə, nəinki dəhlizin bu başında eşidiləcək  və beyinlərə təsir edən addım səsləri, hətta  ətrafdakı bütün auditoriyalara, oxu zallarına yayılacaqdır. Məsələnin digər bir ehtiyatlı tərəfi də var. 
Dikdaban ayaqqabıda hərəkət edən qız özü də hiss etmədən zahiri hərəkətlərində, addımlarında adi halındakından fərqli vəziyyət alır.  Axı ayaqqabı artıq ilk yaranışda olduğu kimi, ayağı xarici təsirlərdən(soyuqdan, istidən, yağışdan,palçıqdan, qardan, daş-kəsəkdən, şüşədən və s ) qorumaq üçün deyil, eyni zamanda, həm də daha çox estetik məzmunla bağlıdır. İndi qadınlar, xüsusən, gənc qızlar Yekatrina kimi gözəlliklərini ayaqları, və zərif ayaqqabılarsız təsəvvür edə bilmirlər.
 

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

Kerein Enn Moss adlı məşhur ingilis supermodeli və aktisası həmcinslərin bu təsəvvürlərini bir daha təsdiqləmişdir: "Nə vaxt rəqs etməyə gedəcək olsam, ən qısa paltarımla yüksək dikdabanlarımı geyərəm.”

Dikdabanlı ayaqqabılar üstündə dayanmaq da,  gəzmək də çətin və

əziyyətlidir. Onda   bu aktrisa niyə dikdaban ayaqqabı geyinməlidir, özü də hələ rəqs edəcək.

 İndi kütləvi informasiya vasitələrində  tez-tez belə şəkillər verirlər ki, külək  aktrisanı, modeli çətin vəziyyətə salıb:  razrezli  lidasının ayrılmış hissələrinin  hərəsi bir tərəfə qaçıb, sinəsi açılıb və s.Halbuki, model, aktrisa bunu özü qəsdən  edir, yəni belə paltar seçir. Ağayana, ədəb-ərkanlı qadın çölə-bayıra çıxanda bütün bu ehtimalları nəzərə alır. Məhz bu cür nümunələr artıq bizim  mühitə köçüb. Bizim bir çox aktrisa və modellərimiz də sosial şəbəkələrdə eynilə belə şəkillərini paylaşırlar. Gənclərimiz də  bu cür nümunələrdən təsirlənirlər. İşbaz dizaynerlər, teklamçılar da bundan  yararlanırlar: elə ayaqqabı, geyim nümunələri var ki,  mən şəxsən  inanmıram ki,  bizim qadınlarımız və gənclərimiz  bu cürə  geyimlərin marağında olsunlar.

Heç kim ayaqyalın gəzmir ki. Hamı ömrünü həmişə eyni ayaqqabıda baş vurmur ki.  İş burasındadır ki,  nəinki yeni  ayaqqabı, paltar və yaxud başqa nəsə  alan qadın, eləcə də kişi artıq ayaqqabının stili onu geyinənin özünün stilinə əlavə çalarlar gətirir.  Yeni dəbli dikdaban  geyən qızımız və yaxud brend saat taxan oğlumuz  ta  by brendlər adiləşənə kimi  fikirləri bu ayaqqabıda, saatda olacaq.İstəyəcək ki, mümkün qədər ünsiyyətdə olsun, çox yerdə olsun, "tıq-tuq” səsləri  baxışları ona zillənməyə vadar etsin.

 

  Yüksəkbilikli mütəxəssis olmaq istəyən gənc isə, mümkün qədər qeyri-adilikdən qaçmalıdır.  Məçhur bir yazıçı olub.müəllimimiz ali məktəbdə oxuyarkən demişdi ki,  onun köynəyi çox vaxt çirkli olarmış.Ona görə ki,  təmiz, çax geyinsə, yazı masası arxasıda əyləşib yazmağa yox, çölə-bayıra çıxmağa  maraqlı olacaqmış. Mən demirəm ki, bizim gənclər də  çirkli geyinsin,köhnə libas geyinsinlər.Yox,  səliqəli geyinsinlər, lap bahalı olsun, amma ictimai statusuna uyğun olsun, qarşısında dayanan ən vacib məqsədə stimul versin.

Paltarlarını, ayaqqabılarını,  digər hansısa aksessuarlarını önə çıxaran, daha əhəmiyyətli edən  heç bir qadın-qız  heç vaxt  bu paltar və aksessuarlarından  qiymətli ola bilməzlər.

Bir vacib məsələ də budur ki,  bizim gənclərimiz heç  bilirmi, dikdaban ayaqqabı geyinməyin onların səhhəti  üçün nə qədər zərərləri var?


Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

 Hündürdaban ayaqqabılar bədəndə bir forma pozğunluğuna səbəb olmaqla yanaşı,  gün ərzində  ayaqları daha 6 km getmiş qədər daha əlavə yorğunluqla  yükləyirlər. Dikdaban ayaqqabılar  dırnaq batması, ayaq baş barmağının içə doğru əyilmiş dayanması, döyənək, göbələk infeksiyası yaradır.

 Barmaqların sürtünməsi nəticəsində dərinin sərtləşməsi baş verir. 

Barmaqların və dırnaqların yataqlarına davamlı bir təzyiq   düşdüyü üçün dırnaq  yapışması və göbələk  fəsadları  yaradır.

Baş barmaq böyük bir təzyiqlə ayaqqabının ucuna  itələnir, barmaqlar amorf şəklində qıvrılır, barmaq bükülmələrinin ortasında  deformasiya baş verir. Xüsusilə belə bir təzyiqdə ayaq və barmaqlarda çox ciddi bir ağrı əmələ gəlir..

Dizlərdə kirəçlənmə yaradır.

Hündürdabanlı ayaqqabılar cismin ağırlığının mərkəzini irəliyə daşıyır, nəticədə insan balansını itirir, ayağını bükür və ayaq biləklərində ağrılar, xüsusilə diz  və bel ağrıları üzə çıxır və s. 

 

 

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

 

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

 

 

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

 

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

 

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

 

Odlar Yurdu Universitetində dikdaban ayaqqabı qadağası təqib və təhdid deyil

 

 Daha digər məlumatları aşağıda təqdim edəcəyimiz süşetdən izləyə bilərsiniz:  

 

 


P.S: Mən öz şəxsi fikirlərimi söylədim.  Gənclərimizin məni səmimi qəbul edəcəklərinə ümidlə. Böyüklərin tanıyıb-tanımamasından asılı olmayaraq, hər bir  gəncimi bizm milli sərvətimizdir.  Onlar həyat yollarındakı yüksəlişdə qarşılarına çıxan problemlərə emosiya ilə deyil, təmkinlə yanaşmalıdırlar. Mübariz, prinspial olmaq gəncliyimizə xas olmalıdır. Amma  Odlar Yurdu Unuversitetində  qız tələbələrin etirazı kimi yox.

Modaya demokratiyanı  gətirməyin…


Qeyd: Yazıda internet mənbələrinə istinad edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz