» » Niyə biz onları tanımırıq və tanıtmırıq?

Niyə biz onları tanımırıq və tanıtmırıq?

Niyə biz onları tanımırıq və tanıtmırıq?

Qəhrəmanlıq əxlaqi-etik kateqoriyadır. İzahlı lüğətlərdə "qəhrəmanlıq” sözü igidlik, müstəsna qoçaqlıq, rəşadət, cəsurluq , qəhrəmancasına hərəkət mənalarını ifadə edir. Döyüşlərdə və yaxud başqa sahələrdə bu mənaları öz hərəkətlərində gerçəkləşdirən insanlara Qəhrəman adı vermişlər. Amma insanlar daha çox belə başa düşmüşlər ki, qəhrəmanlıq, qəhrəmanlar ancaq səngərlərdə, sərhəddə doğulur.

Qəhrəmanlıq ancaq düşmən tərəfi məğlub etməkdir, "asıb-kəsməkdir”.

Qəhrəmanlıq güç deyil, gücsüzlükdən güc yaratmaqdır, sevgini, bağlılığı ucalığa qaldırmaqdır, təsdiq etməkdir.

"Pik” saatlarında yaranan tıxaclarda o qədər görmüşük ki: avtomobillərin hərəkəti sanki dayanır, sən buna dözməlisən ki, seyrəklik yaransın, yoluna davam edəsən. Amma bir də görürsən, bir "inomarka” avtomobil piyadalar üçün ayrəlmış səkiyə çıxıb yoluna bu şəkildə davam edir və başını şəstlə sola çevirib tıxacda əsəbləri tarıma çəkilmiş insanlara təşəxxüs sata-sata yoluna davam edir. Bu, qəhrəmanlıq deyil. Bir insan oğlunun qulağını, qollarını biləkdən kəsmək, ətrafdakı insanları saya almadan istədiyi kimi davranan insanların hərəkəti qəhrəmanlıq deyil.Kimsə bunları sevməz, əksinə, üzünə deməsə də nifrət edər. Amma qəhrəman üçün hər kəsin ürəyinin başı göynəyər.

Qəhrəman odur ki, qəhrəmanlıq məqamında malik olduqları, malik olacaqları ağıla gəlməz. Ağıla gələn bir o olar ki, insnlıq naminə bu addımı atmalıdır. Düşmənlə döyüşə atılan, sinəsini gülləyə sipər edən, bayrağını, torpağını qorumaq üçün malından, gəncliyindən, xəyallarından əl çəkib özünü doğru bildiyi ideala həsr edə.

Müharibə şəraitində, istənilən fövqəladə vəziyyətdə olur bunlar. Bir də var adi günlərin qəhrəmanlığı. Necə ki, suda boğulanları xilas edərkən öz həyatını itirən 27 yaşlı polis serjantı Zaur Nurəliyev belə qəhrəmanlıq nümunəsi göstərmişdi. Çingiz də öz məsləki ilə bu qəhrəmanlığa yeni bir səhifə əlavə etmişdir.

 

Niyə biz onları tanımırıq və tanıtmırıq?

Adi günlərin qəhrəmanlığı insanı hər yerdə haqlaya bilər: işdə, həyatda, nəqliyyatda və s. Bütün qəhrəmanlarımıza eşq olsun, onların həyatı bizim gənclər üçün örnəkdir. Fikrim heç də bu qəhrəmanlıqları qarşı-qarşıya qoymaq deyil. Fəqət, mənim fikrimcə, adi günlərin qəhrəmanlığı məzmununa görə müharibə dövrünün, fövqəladə vəziyyətlərin qəhrəmnlığından öz məzmununa görə fərqlənir. Düşmənlə amansız döyüşə atılan təyyarəçimiz havaya qalxarkən qəhrəmanlığa getdiyini bilir. Amma dənizdə batan bir insanı və ya insanları xilas edən kimsə bunu gözləmirdi. Eləcə də Çingiz Babayev metroya enərkən belə texnogen qəzanın olacağını ağlına belə gətirə bilməzdi. Belə vəziyyətlərdə ani olaraq qərar çıxarmalı və fəaliyyətə başlamalısan. Nə qədər tez başlasan, faciənin miqyası o qədər az ola bilər.

Bəlkə də o qatarda Çingiz olmasa idi, 300 insan, iraq-iraq, həyatlarını itrəcəkdi. Hər gün işə gedib  qayıdarkən, şəhəri gəzməyə çıxarkən ətrafımızda, yan-yörəmizdə nə qədər "məişət qəhrəmanları” olsalar da, Zaurlar da var, Çingizlər də var.

Mən aşağıda təqdim etdiyim yazını, eləcə də digər kütləvi informasiya vasitələrində bu mövzuya aid çoxlu yazılar oxudum. Oxuduqca da təəssüflənirdim. Bu cür oğullar insanlara sevgilərini öz həyatları bahasına təsdiqlədilər. Onlar öz borclarından çıxdılar, biz isə onları yalnız, anım və doğum günülrində xatırlayırıq.

Guya onlar bizim aparacağımız 5-10 manatlıq gülün həsrətindəymişlər, guya onlar bu güllər üçün özlərini ölümün tən ortasına atmışdılar.

Onlar ona gərə örnək oldular ki, insanlıq yaşasın. Hər kəs bir-birləri üçün həyan olmağı bacarsın və s..

 Gənclik bu cür insanlar qayğı və ehtiramı görməlidir. Şəhərin küçələrində  bu qəbildən olan insanların  adına o qədər laqeylik, məsuliyyətsizliklərlə qarşılaşırıq ki. Belə məqamları görən kimsə  qəhrəmanlıq anında  tərəddüd edə bilər, gücsüz ola bilər. İndi təqdim edəcəyim  şəkli internet səhifələrindən götürmşəm. Ukraynada Şəhid nəşi gətirilərkən insanlar diz çökürlər. Çəhid ola bilmirik, heç olmasa, şəhidləri sevməyi, yaşatmağı bacaraq.


Niyə biz onları tanımırıq və tanıtmırıq?

Mən demirəm ki, bizdə vətənpərvərlik tərbiyəsi heç yoxdur, bir iş görülmür: var, amma çox azdır. İnsanlar belə qəhrəmanların çoxunu heç tanımırlar.

Adlarını çəkdiyimiz hər iki qəhrəman şücaət nümunəsi göstərib. Biz onları anım gününüdən anım gününə yox, hər gün yaşatmalıyıq. Televizor gərəksiz şou mövzusunda qədərindən çox görüntülər yayımlayır. Niyə bu qəhrəmalardan yazılar, verilişlər yoxdur? Şəhərimizi gəzərkən fikir verin: məşhur insanların: qəhrəmanların, yazıçı və digər sənət adamlarının abidələri olan ərazidə, parklara yaxın yerlərdə məktəblər var. Hələ bir dəfə görmədim ki, məktəblilər bu abidə ilədirlər və yaxud onların adına olan hansı bir parkdasa təmizlik işləri aparırlar.

Bu gün məktəblərimizdə vətənpərvərlik tərbiyəsi işi yenidən qurulmalıdır. Sinifdənxaric və məktəbdənkənar tərbiyə işlərinin aktuallığını önə çəkmək lazımdır.

Hörmətli oxucular, aşağıda sizə Çingiz Babayevə həsr olunmuş maraqlı və kövrək bir yazı təqdim edirik.

Ana və Uşaq

 

Niyə biz onları tanımırıq və tanıtmırıq?   

 

Canı bahasına 300 nəfəri xilas edən Milli Qəhrəmanın adı metroya veriləcəkmi?


Həyatda hərə bir yerə tələsir. Kimi səhər qalxıb işə getməyə, kimi axşam evə qayıtmağa, kimi də əcəlini qarşılamağa. Həmin gün Çingiz də tələsirdi. Sanki öləcəyini bilirmiş kimi, bütün işlərini o gün bitirib sabaha heç nə saxlamaq istəmirdi. Ona görə də işlədiyi Naxçıvanski adına hərbi liseydə işi qurtarandan sonra evə getmək metronun "Əhmədli” stansiya gəlir. Əcəl burada da onu tələsdirir. Tələsdiyindən o vaxtkı "Memar Əcəmi” qatarı əvəzinə, "Baksovet” qatarına minir. Lakin mənzil başına çatmaq qismət olmur.... 28 oktyabr, 1995-ci il. Bakının "Ulduz" və "Nərimanov" stansiyaları arasında hərəkət edən qatar birdən tüstüyə bürünür. İçəridə olan insanların qorxu və təlaşı, ətrafı bürüyən alov, qatı tüstü əsl yeraltı cəhənnəmi xatırladır. Həmin qəzada Çingiz Babayev bu cəhənnəmdən 300-dən artıq insanı xilas edib. Çingizin atası Adil Babayev bu barədə APA TV-yə danışanda həyəcanını gizlədə bilmir. Onun sözlərinə görə, səhər radioda metrodakı terror aktı barədə xəbəri eşidəndə sanki Çingizin də orada olacağı ürəyinə damıb. Oğlunun vətənpərvərliyinə yaxşı bələd olan ata bilirdi ki, Çingiz harada olsa, özünü qəza yerinə çatdıracaq. "Çingiz qatarda kursantlarla birlikdə olub. Kursantlara deyib ki, vaqonu tərk edin. Onlar çıxırlar. Çingizin yanında 3 kursant qalır. Onlardan da biri Çingizi yaxından tanıyır. O vaxt o (Çingiz) 300-dən çox adamı xilas edir. Özü isə zəhərdən boğulub ölür”. Yüzlərlə yaralının və ölənlərin arasında oğlunu axtaran ata həmin günlərə qayıdaraq dəhşətli terror faciəsini bir anlıq yenidən yaşayır. "Bir tərəfdə qışqırıq, bir tərəfdə ölüm... Mən oğlumu axtarmağa başladım. Hərbi geyimli adam görəndə özümü atdım çölə, sonra birdən ayıldım ki, axı mən öz oğlumu axtarmağa gəlmişəm. Amma tapa bilmədim.

Niyə biz onları tanımırıq və tanıtmırıq?

Axırda Respublika Klinik Xəstəxanasında ölənlərin siyahısında adını tapdım. Çingizin adı da başda yazılmışdı. İçəri girdim gördüm uzanıb, heç rəngi də qaçmamışdı. Elə bil yatırdı. Bircə burnundan qara qan gəlirdi”. Çingiz Babayevin bu qəhrəmanlığı, xalqına qarşı etdiyi bu fədakarlıq qiymətsiz qalmadı. Əvvəlcə Azərbaycan prezidenti Heydər Əliyevin 3 noyabr 1996-cı il tarixli 506 saylı Fərmanı ilə Babayev Çingiz Adil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir. Daha sonra həlak olduğu "Ulduz” stansiyasında onun şərəfinə abidə kompleksi ucaldılır. Bununla da xalqı uğrunda həlak olan Vətən oğlunun adı əbədiyyətə qovuşur. Milli Qəhrəmanın atası deyir ki, 1996-cı ildə Gənclər forumunun Respublika Sarayında keçirilən sərgisində Çingiz Babayevin xatirəsinə həsr olunan xüsusi guşə yaradılmışdı. Ümummilli lider Heydər Əliyev də həmin sərgini ziyarət etmişdi. O günlərdən, şəhid oğlundan ataya qalan xatirə elə bu ağ-qara kadrlardır. İndi Milli Qəhrəmanın atasını düşündürən bir məqam var. Adil Babayev Çingizin qəhrəmancasına həlak olduğu "Ulduz” stansiyasına oğlunun adının verilməsini istəyir.

 

Niyə biz onları tanımırıq və tanıtmırıq?

Ata deyir ki, illərdir, bu xəbərin həsrətindədir. "Bunun üçün bir çox təşkilat - Metropolitenin rəhbərliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Texniki Universitet, Naxçıvanski adına hərbi məktəbin komandanlığı, Gənclər və İdman Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı məktubla Nazirlər Kabinetinə və Prezident Aparatına müraciət etmişdi ki, "Ulduz" stansiyasına Çingiz Babayevin adı verilsin”. O vaxtdan 18 il ötməsinə baxmayaraq, hələ də Milli Qəhrəmanın ailəsinin gözü yolda, qulağı səsdədir. Bakı Metropoliteninin rəis müavini Rizvan Bayramov da "Ulduz” stansiyasının adının dəyişdirilməsi məsələsinə münasibət bildirərək deyir ki, Metropolitendə sözü gedən məsələ ilə bağlı müzakirələr aparılıb. Gələcəkdə Ulduz stansiyasının adı dəyişdirilə və bu stansiyaya Çingiz Babayevin adı verilə bilər. Lakin təmsil etdiyi qurum stansiyalara ad verilməsi ilə bağlı yalnız təklif irəli sürə bilər, yekun qərarı Nazirlər Kabineti qəbul edir. "31 yaşında qəhrəmancasına həlak olan Çingiz Babayev 18 il əvvəl Bakının Yasamal qəbiristanlığında dəfn olunub. O, Milli Qəhrəman adına öz cəsarəti və vətənpərvərliyi ilə yüksəlib. Bu gün bu qəhrəmanlarımızı xatırlatmaq, onları gələcək nəsillərə tanıtmaqla tariximizi yaddaşlara yazmış oluruq. Çingiz Babayev öz ölümü ilə tarix yazan qəhrəmanlarımızdandır”.

 

Niyə biz onları tanımırıq və tanıtmırıq?

Mənbə:http://apa.tv/cast/0/3405/66

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz