» » Niyə valideynlərin iştirakı və baxışları altında gəlin köçməyəsən

Niyə valideynlərin iştirakı və baxışları altında gəlin köçməyəsən

 

Niyə valideynlərin iştirakı və baxışları altında  gəlin köçməyəsən

Azərbaycanın tanınmış xəbər portallarından birində oxudum ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə "evlənmək məqsədilə adam oğurluğu” üzrə 19 cinayət hadisəsi qeydə alınıb.
Mən "adam oğurluğu" əməlini qətiyyətlə pisləyirəm. İzahlı lüğətdə oğurluq "başqasının malını, şeyini,pulunu və s. oğurlama işi; oğrunun işi,peşəsi. Oğurluqla məşğul olmaq ” kimi mənalandırılır.
Oğurluq hadisəsi, əməli öncədən düşünülüb hazırlanılan , planlaşdırılan bir hərəkətdir. Məqsəd başqasının, ictimai olan nəyinsə gizlincə götürülüb özününküləşdirmək niyyətidir, öz mülkiyyətinə çevirməyə yönəlmiş addımdır.
Bütün tipləri, növləri eybəcər. insan ləyaqətini alçaldan əməllərdir.
"Səfillər” romanında Franzada iqtisadi böhran ərəfəsində ac qalmış bacısı qızından otrü çörək oğurladığı üçün həbs edilib 19 illik məhbəs həyatı yaşamağa məhkum edilmiş Jan Valjan hamımıza tanışdır.
"Avtomobildən qorun" filmində başqasının avtomobilini oğurlayaraq satan və pullarını uşaq bağçasının hesabına köçürən Yuri Detoçkin də uşaq vaxtı tamaşa etdiyimiz filmlərdən yaddaşımızda qalıb.
Fərqli-fərqli oğurluqlardır.
"Böyük dsyaq ” filmində ictimai əmlakı mənimsəyən, talayan Yastı Salman, Yarməmməd, Lal hüseyn də bir cürə oğrulardır.
Oğurluq hadisələrinin bəzilərində ayrı-ayrı şəxslərə, bəzilərində isə dövlətə zərər dəyir.
İctimai əmlakı oğurlayan şəxs öz hərəkətini oğurluq kimi qəbul etmir: zənn edir ki, dövlətdə sərvət çoxdur, yeribilinməz. Əgər əməl həmin yerdə işləyən tərəfindən edilibsə, əməli törədən şəxs düşünür ki, zama-zaman əksikliyin yerini cürbəcürə "əməliyyatlarla” kağızda itirəcək. Yox, əgər kənar şəxs tərəfindən edilirsə, bu da güman edir ki, cinayəti ustalıqla etsə, bir müddət sonra yaddan çıxacaq, o da zəhmət çəkmədən, tər axıtmadan özünə "firavanlıq” yaradacaq. Sonunculara "oğru” deyirlər. Təəssüf ki, bir müəssisədə işləyib, onun sərvətlərini çirkli yollarla ələ keçirənlərin əməli soyub-talama, mənimsəmə kimi tövsif edilir.
Hüquqi baxımdan mənim də bilmədiyim incəliklər var, fəəqət, hamısının özülündə zəhmətsiz sərvət əldə etmək, mal-mülk ələ keçirmək niyyəti var.
Toyuq, qoyun, at-eşşək oğurlayan həbs edilərsə və həbsdən dönəndən sonra ona "toyuq oğrusu”, "at oğrusu” kimi nəzər salırlar, dövlətin milyonlarını talayana isə, sadəcə, deyirlər ki, dövlətin pulunu yeyib. Bu, əvvəlki utanclıq assosiativliyi doğurmur.
Bütün bunlara baxmayaraq, istənilən oğurluq hadisəsi, niyyəti insanlıq ləyaqətini zədələyən eybəcər əməldir.
Uca dinimizdə də belə əməl pislənilir.
Qızqaçırlma əməli ilə uşaq oğurluğu zahirən oxşar olsalar da fərqli niyyətlərdən sonuclanıb. Uşaq oğurlayanlar(Iraq-iraq) ya uşağın valideynlərindən hədə-qorxu ilə külli-miqdarda pul tələb edirlər və yaxud bu oğurluqdan müxtəlif niyyətlər üçün istifadə edirlər.
Qızqaçırma tarixən də olub və kiminsə qızını qaçırmaq evlənmək məqsədi ilə həyata keçirilib. Bəzisində sevgi qarşılıqlı olub. Bəzi ailələr arasında narazılıq səbəbindən və yaxud toy etməyə imkan olmaması səbəbindən gənclər bu yola əl atıblar. Daha müxtəlif variantları da ola bilər, məsələn, kökündə şəxsi ədavət, intiqam motivləri olan qaçırmalar da olub. Fəqət, qızqaçırma , əsasən, daha yuxarıda qeyd etdiyimiz hallarda üzrlü hesab edilə bilər.
Müasir dövrdə isə bu son çarə, əlac çox bayağılaşıb, çirkin niyyətlərə vasitə olub. Bu gün az-az olsa da baş verən qızqaçırmalar daha çox zorla müşayiət olunur, qızla oğlan arasında nəinki sevgi, heç tanılıq da olmur. Bəzən elə həyasızlaşlrlar ki, tərbiyə müəssisəsindən müəlliməni və ya şagirdi, eləcə də tələbəni qaçırırlar.
Əgər bu zor tətbiq edilməklə baş veribsə, hadisədən sonra qızın, qadının başqa yolu qalmır. Sevmədən, bir-birlərini kəşf etmədən ailə həyatı yaşamağa razı olur və tərəflər də naəlac "razılığa” gəlirlər. Çünki qaçıran tərəf fikirləşir ki, qaçırandan sonra geriyə yolu olmayacaq, pis adla onu kimdir alan(yanlış qənaət)? Təəssüf ki, elə belə də olur.

Niyə valideynlərin iştirakı və baxışları altında  gəlin köçməyəsən

Bəzi hallarda qadın, qız özünü cilovlaya bilmir, adi bir tanışlıqda özünə oxşayan bir oğlanın "sevgi izharına”, "fikrin həqiqdirsə, götür məni qaç” deyir . Oğlan da fikirləşir ki, lap uzaqbaşı bir il sonra boşayaram .
Amma milli etnoqrafiya nümunələrində, az-çox eşitdiyimiz-bildiyimiz həyat hadisələrində bir-birlərini həqiqətən sevən gənclər qarşılaşdıqları imkansızlıq, əlacsızlıq və yaxud digər başqa çıxılmaz səbəbdən əl-ələ verərək qaçıblar - ailə qurmaq xəyallarını gerçəkləşdiriblər.
Ümumiyyətlə, "qızqaçırılma”nı arzu etməsək də, son illərdə formalaşmış qızqaçırma əməlini tarixən olmuş qızqaçırılma kimi eyniləşdirmək doğru deyil. Qızqaçırma qızın sevmədiyi, tanımadığı adam tərəfindən qəflətən küçədə, həyatdə maşına basılaraq qaçırılması halıdır.Və son hadisələrin əksəriyyəti bu hala oxşayır.
30-40 il əvvəl Azərbaycan ailələrində oğul evləndirən, qızının başqası tərəfindən sevilmə və ya qızın kimisə sevməsinə ailələr cavabdehlik, ürəyiyananlıq baxımından nüfuz edirdilər. Mənim bildiyim qədər valideynlər bu məsələdə ciddi rol oynayırdılar, fikrimcə, onlar çox da haqlı idilər.
Amma indiki gənclər çox fərqli gənclərdir, ailənin mövqeyini nəzərə alan gənclərimizlə bir sırada özü seçən, evlənmək, harda toy etmək, harda yaşamaq məsələlərini özləri qərar verən gənclərimiz də kifayət qədərdir. Bugünkü evliliklərdə ailə bağlarının çox tez qırılmasında da bu amil ciddi rol oynayır. İndi nadir ata-ana ola bilər ki, oğlunun, qızının sevgi, ailə qurmaq fikirlərinə istiqamət versin. Gənclər özü qərar verdi, qurtardı, qalan heç nə onları bu fikirdən dəyişdirə bilməz. Belə gənclər, əsasən, gözlərinin, evlilik münasibətlərinin intim ehtiyaclarının diqtəsi ilə hərəkət edirlər. Amma ata-anaların böyük ailə-həyat təcrübələri var. Onların tövsiyələri çox vacib və əhmiyyətlidir. Əgər gənclər valideynlərinin arzu etdikləri kimi seçibsə, bir-birlərini ləyaqətlə sevirsə, valideynlər heç vaxt buna qarşı olmazlar, əksinə, külfətini, nəslin ağsaqqallarını cəm edib şəstlə elçi g edər, qız istəyər-qız verərlər.
Son olaraq, günümüzdə eşitdiyimiz qızqaçıma halları valideynlərin narazılığı ucbatından baş verdiyi o qədər də inandırıcı görünmür.
Onsuz da "bir qız bir oğlanındır”, onsuz da gözəl olan bütün duyğular insanlar üçündür, bu duyğularda hər bir kəsin öz haqqı, öz payı var. Səadətə tələm-tələsik , emosiya ilə yox, ağıl və məntiqlə can atmaq, çalışmaq lazımdır.
Hər bir gəncimizə əsl sevgi, əsl səadət, valideynlərin xeyir-duası ilə baş tutan xoşbəxtlik arzulayıram.
 

Niyə valideynlərin iştirakı və baxışları altında  gəlin köçməyəsən

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz