» » "Bəxtiyar" filmindən: "....Çıxar bu zəhləm getmiş kişi geyimini əynindən" (Müzakirə)

"Bəxtiyar" filmindən: "....Çıxar bu zəhləm getmiş kişi geyimini əynindən" (Müzakirə)

"Bəxtiyar" filmindən: "....Çıxar bu zəhləm getmiş kişi geyimini əynindən" (Müzakirə)

Bəzən deyirlər ki, qadınların əsl iç dünyası haqqında  özü danışmadan,   geyimi, oturuşu-duruşu onun haqqında şəhadət verir. Qəbul etməmək olmur. Çünki bir qadın əndazəni aşan şəkildə qısa geyinirsə, sinəsi, qoluaçıq geyinirsə, üzünə deməsələr də, qınaq hədəfi olmayacaqmı? Və yaxud zorla geyindiy, adlarını belə bilmirəm, şalvardan, köynəkdən qadınlıq çizgiləri sezilirsə, kim buna   xoş təəssürat bildirəcək? Ətrafımızda  hər gün  nə qədər gənc qızlar görürük: çins şalvar geyinirlər, şalvarın qolları da 3-4 yerdən süzülmüş , altdan onu geyinənin dərisi görünür. Sanki pəncərə "raşotka"sıdır, bədənin görünən  nahiyyəsi  həbs edilib,  süzülən dizlikdən görünən bədən hissəsi   azadlıq istəyini nümayiş etdirir

 Sosial şəbəkələrin birində bu mövzuya uyğun bir şeirə (Müəllif: R. Xosrov) rast gəlmişdim. Onun sonuncu bəndini  nümunə gətirməyə ehtiyac duyuram:

Açıqdı kürəyin, açıqdı sinən,

Bu qədər də çılpaq gəzərmi zənən?

Beləmi geyinib əvvələr nənən?!

Qızım, utanıram kəndə qayıtma.

"Bəxtiyar" filmindən: "....Çıxar bu zəhləm getmiş kişi geyimini əynindən" (Müzakirə) 

Yaradan qadını yaradarkən ona gözəl görünməsi üçün fərqli əzalar bəxş edib, göz, qaş, dodaq, sinə və s. Bu əzalar ki, onu kişilərdən fərqləndirib.Bu əzalar bir anatomik vahid olmaqdan başqa, zəriflik, dəruni hislər tərcümanı olub. Bu əzalar zərilik göstəricisi olsa da, kişilik qüdrətini, kişilik haqqını mükəmməl edəcək qədər mükəmməl olub. Bu əzalar sivilizasiyanın, insanlığın bütün mərhələlərində şairlərin, rəssam və bəstəkarların ilham mənbəyi olub. Klassik ədəbiyyatımızda, aşıq yaradıcılığıda "sinə meydan, ağız nazik, dodaq nazik, dil nazik, bel nazik, zülfü-pərişan" kimi bəlağətli sevgi ifadələri fikrimizi əsaslandırmağa yetərlidir.

Siz necə bilirsiniz, bu gözəllikləri və deyək, gözəl olduğu ədər də həssas məsələni söhbət mövzusu etmək doğrudurmu? Bir qədər də dərinə gedək. Mahnılarımızın birində brlə misra var:

"Kətan köynək, nazik bədən, gördüm xumar oldum..."

Bu nöqtələri əks cinsin geyimindən sezmək nə qədər etikdir? Qadınlar bəlkə bu nöqtədə maraqlıdırlar ki, şalvar geysinlər, digər kişi geyim aksesuarlarından istifadə etsinlər və bununla diqqətdən, ehtiyatsızlıqdan, bəzi xəbis niyyətlərdən yaşına bilsinlər. Amma bu da sirr deyil ki, xanımların çoxu bu gün rahatlıq üçün şalvara üstünlük verirlər. Mənim şəxsi fikrimdir bu, bəlkə də çoxunuzun etirazına səbəb olacaq, amma qadını gözəl göstərən geyim donlardır. Qadının xanımlığını göstərən bədənnüma güzgüdür bu geyim. Hələ üstəlik zövqlə, geyimə uyğun aksesuar oldusa, olursan şahanə bir görünüşdə.

"Bəxtiyar" filmindən: "....Çıxar bu zəhləm getmiş kişi geyimini əynindən" (Müzakirə)

Mən  qadınlarımızın kişi kimi şalvar geyinməsinin əleyhinəyəm. Qədimdə qadınlar nazik ipəkdən uzun şalvar geyiniblər, amma üstündən don da geyiniblər. Belə olar. Amma zahirən kişiləşmək qadın zərifliyini, onunla bağlı yaranan təəssüratı çox aşağı salır. Ha rahat olsa da, ha soyuqdan qorusa da, kişi modelində şalvar geymək. qadın geyimi deyil. Dediyim kimi, hansı səbəb zərurət yaratmasından asılı olmayaraq, qadınlar həmişə dədə-babadan necə geyiniblərsə, elə geyinsələr, dünya dağılmaz ki.

Qadın donla İlahi tərəfindən mükəmməl şəkildə yaradılmış bir sənət əsəridir.Fəqət,  şalvarlar qadını çox eybəcər və məzmunsuz edir. İnciməyin, xanımlar....

"Bəxtiyar" filmini, yəqin ki, izləmisiniz. Yadınızdadırsa,   orada belə bir yer var: bibisi Saşaya   deyir: 

"Çıxar bu zəhləm getmiş kişi geyimini əynindən". Bu sözlər hər birinizə aiddir. 

 Siz də sizi qənirsiz gözəl edən ənənəvi geyiminizdən, dinimizin  bu qənirsiz gözəlliyinizə ölçüb-biçdiyi əsl qadınlıq libasınızdan uzaq düşməyin. 

Biz köhnəlmişikmi, geridə qalmışıqmı, necə istəyirsiniz,  deyin. Amma ədalətlə deyin.

Bilin, abır-həyalı geyinən , oturuşu-duruşu ili geyimini tamamlayan övladların hər biri hamımızın qızıdır, gəlinidir: fərqi yoxdur, tanıyıb-tanımırıq. Yəni, səmiyyətin çox ciddi dəyərləri hamılıqla sərvətimizdir. "Neftimiz kimi, pambığımız kimi”.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz