» » Gənclərlə üz-üzə

Gənclərlə üz-üzə


Arvad ər evlərində, bir-birilərinin misafıriymiş kimi hərəkət etsinlər.

Confucius

Gənclərlə üz-üzə

 

Amerikalı şair, filosof və ictimai xadim Ralf Uoldo Emersonun fikridir: " Ailə kralların girə bilmədiyi qaladır ”. Bəs "niyə uçdu bu qalaçıq ", bildinmi?
Qayınana yola vermədimi? "Çox yatırsan balamın belinin sümüyü çıxıb işləməkdən, qazandığı sənin saçını belə eləyirsiniz eyyy…buruq, həmin ona çatır, əlin stəkan, qab-qacaq tutmur”, - dedimi? Qayınatan: "gördümü, oğlumuz səhər tezdən işə gedəndə durub çayı özü qoyur, gəlin o gedəndən nə qədər sonra durur”,-deyib səni qonum-qonşuda dilə-dişə saldı, sizin tərəfin adamlarına elə -beləcə də eşitdirdimi?
Paxıllıqdan qonşular qayınananı fitillədilərmi: ”mənim gəlinim belə, mənim gəlinim "öl desəm ölür, qal desəm , qalır”. Yoxsa, sən fikirləşmişdin ki, ərə gedən şad-xürrəm yaşamağa, günlərini ziyafətlərdə, toylarda keçirməyə gedir. Yoxsa fiukirləşmişdin ki, əlini paltaryuyan maşına vurmayacaqsan, ayaqqabı təmizləməyəcəksən, pencəyin-köynəyin qırılmış düymələrin tikməyəcəksən, hətta, nəinki təkcə ərinin, qayınatanın da, balaca qayınlarının da. Ütü bilməyəcəksən, qab-qacaq yumayacaqsan…
Sən belə fikirləşmişdin, bəs anan görüb-götürmüş, müəyyən bir təcrübəsi olan evdaq qadındır. Ata evindən çıxacağın günə kimi bunları sənə demədimi, yoxsa anan bunları deyəndə sən də ərinin hər görüşəndə söylədiyi xəyalların qanadında vüsal gününə can atırdın?! Lap doğrusu, bir qədər də ata evindən qurtulmağa can atırdın: "Təki, öz əlim-öz başım olsun deyirdin”
İndi həmin anlar: ata evindəki ərkəsöyünlüyün, nazlamalar, sərbəstlik yadına düşdükcə, gözlərin dolur, qəlbindən qara qanlar axır: o evdə nə istəsə idin, nə arzulasa idin, qeydsiz-şərtsiz yerinə yetirirdilər, ayaqqabından tutmuş başının şalınadək Moskvadan, Riqadan, Türkiyədən, Amerikadan gətirtdirilirdi. Ətirlərin hökmən "fransuzski” olmalı idi… Altıncıcı-bazar günü günortadan keçmişə qədər yatırdın. Nəinki, irad tutan olurdu, heç sən tərəfə boylanmağa da qıymazdılar ki, birdən ayılarsan...
Bir vaxt yuxulardan ayıla bilməzdin, indi də xatirələrdən…
 
Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də daş üstə daş bitirəm,
Niyə uçdu bu qalaçıq, nə bilim...

Damağımda bal sevdanın turş adı...
Uşaq ağlım inadımı qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, - dedi, - ancaq: "nə bilim!"

Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?..

Mən Arazam, səsim tutqun Arazdı,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-ocaq, nə bilim...
 

Gənclərlə üz-üzə

 

Nə təəssüflən, nə də belə mahnılara təkrar-təkrar qulaq asıb dol. Nə qayınananı, nə ər evini, nə də dolanışıq şətinliklərini, sonsuz ehtiyacları qarğıma. Siz səadət dünyanızı qarşılıqlı güzəşt və etimaddan, birlikdə səy göstərməkdən qura bilsəydiniz, bu tərəddüdlər, güman və şübhələr olmayacaqdı, onda təmtəraqlı həyata meyillilik də, baxımlı, gözəgəlimli olmağa maraq da yaranmayacaqdı.
Qəribə də olsa, bu gün ailə ittifaqının pozulması səbəbləri sırasında intim həyat üçün tərəflərin uyğun cütlüklər olması kimi , nə qədər utanc olsa da, eybəcər, əttökən amil də var. Guya izdivac zamanı bir-birlərini qane etməyən məqamlar var, orqazma çata bilmirlər və bu cinsi iqtidarsızlıq də tərəflər arasında soyuqluq yaradır, tərəflərdən hansı birininsə açıq və ya gizli əlaqələrə sövq edir.
Birinci səhv də elə buradan başlayır. Günlərlə arxanca gəzmək, qarşını kəsmək, day kimlər qalmamamıdı ki, onun vasitəsilə yağlı vədlər göndərməmiş olsun, telefon zəngləri… sən demə, bunlar hələ sevgi deyilmiş, gözlərinin qurdunu öldürməyə çatmaq üçün oyunlar idi. Ticarət aləmində olur belə şeylər, malı gözə gətirmək üçün daha nələr qalmır etməsinlər . Oğlan ayaqqabısıdan tutmuş saçının ukladkasınadək minbir xüsusi rəng qatdı, yaraşıq verdi. Borc-xərc, təzə-işlənmiş bir xarici maşın aldı, musiqili də siqnalı vardı. Bunların səsi-sorağını qıza çatdırırdılar, hərdən özünün də gözünə dəyirdi. Qız laqeyd qala bilərdimi rəfiqələrinin həsədlə izlədiyi bu təmtəraqlara , lap bir az ürəyində könülsüzlük vardısa, mamulyası, xalası, podruqası hərəsi yerbəyer üstünə düşdülər ki, ay qız, dəli olmusan, ağlını başına yığ, şikarnı oğlandı, maşınına hələ bir cüt göz gərəkdir baxmağa, ilin 4-5 ayını xarici ölkələrdə olur, daha nə dərdin, işin-gücün xarici ölkələrdə olacaq.
Qız ordan –burdan eşitdi ki, hamı ondan danışır, onda bir az da özü oğlanın eşqini körüklədi ki, qoy daha yanıqlı edim, birdən üz döndərər, əl çəkər: mini geyindi, xəfif geyindi, 7 iqlim o tərəfin ölkələrindən ən bahalı ətirlərdən sifariş etdi. Pedikürü, manikürü , nə bilim bunlara nə deyirlər, biqudisini, ürbəndisini, daha nələri, nələri marketlərdə, bazarda öz malını, əmtəəsini reklamlayanlar kimi, nə lazımdı artıqlaması ilə etdi.
Amma əriciyəzə bişirəcəyi yeməyə nə qədər duz tökmək lazımdı onu öyrənmədi, hər parçaya görə ütünün istilik rejimini öyrənmədi? Ütünü bir köynəyə qoyanda qırışı qaldı, birindən şiltiyi çıxana kimi yanıq iyi gəldi. Gecənin bir vaxtı proletarı demirəm, uşaq narahat olub oyansa, yuxudan qalxmağı öyrənmədi…Və sair, və ilaxır.. Allahın 2 laylasını, oxşamasını əzbərləmədi ki, gecə bivaxt ayılanda oxuyub yavrusunu kiritsin…
Oğlan özü də onunla hər əzaba qatlaşacağına vəd vermişdi. Şeksprin təbirincə, "Bütün sevənlər bacardıqlarından çox şey vəd edir, amma bacardıqlarını da etmirlər.”
Və bu sevgi də beləcə nəşvü-nüma tapdı. Yazıq ürəklərsə qalmışdı küncdə-bucaqda, ayaq basan yox, nəfəs gətirən yox, işıq salan yox.. Sadəcə, qızmış gözlər, başlar özləri razılığa gəldilər.

 

Gənclərlə üz-üzə

 

Beləliklə, hələ elçi gedilməmiş, "hə”si alınmamış, nikah kəsilməmiş qız da təslim oldu hər şeyə. Görüşdülər də, uzaq səyahətlər də oldu: axı kişi kimi söz verib ki, sözüm sözdür, bizimkilər artıq bu gün-sabah elçi gələcəklər. Elələri də oldu ki, hələ gərdəyə girmədən təslim oldu.İndi bunun cürbəcürə texnologiyaları var. Bilən bilir, bilməyənə də təcrübəlilər tapıldı, ürək-dirək verdi. Kütləvi informasiya vasitələrində bununla bağlı cild-cild "доскональный” "xeyirhax tövsiyələr, məsləhətlər” var: başa salıb xatircəm etdilər.
Belə gənclərimiz də (təbii ki, hamıya edilmir)
Alı kişi Rövşənə(Koroğlu) iki atı 40 gün gün düşməyən, heç kimin görmədiyi yerdə saxlamağı tapşırmışdı. Amma Rövşən 39 gün dözüb, 40-cı günə səbri çatmayıb damın kirəmitini bir balaca aralayıb ata baxmaq istəmişdi ki, görək atlar necədir. Nəticədə atlardan birinin qanadları əriməyə başlamışdı.
Beləcə , bizim səbirsiz sevgili gənclərimiz ata-analarının xeyir-duası ilə gərdək gecəsinə ötürülənə dözməyib, bir-birinə əl vemişdilər, sonra çiyin-çiyinə toxunmuşdular…sevginin, izəttin dəyəri gərdəyə girmədən uçuf da getmiş, nə getmiş. İndi girəcəkləri kəcavə isə birlikdəliyə, bir-birini candərdi istəyən tənlərin xəcalətini örtükləyən niqabdan başqa bir şey deyilmiş. Belələri hələ 1 ay öncə biçarə yengəni şələ-küləsin verib qoltuğuna özünə də deyiblər ki, bu tərəflərə ayağını basma ha….
Və yaxud ölkəmizin bütün rayonlarında belə hallar var: gənclərimizin bir qismi bu və ya digər səbəblərdən gənclik illərində xarici ölkələrə səpələnirlər . Gedəndə "atlını atdan salıb küləklərlə ötüşən, baxışından qızların ürəyinə od salan” oğlanlarımız çiyinləri çıxmış, saçlarına dən düşmüş vaxtlarında qayıdırlar. Qabilin şeirləri hamısı gözəldir, birini bu yerdə deyəcəm:

Nə kənd? Nə mənzərə?Nə dağ?Nə dərə?
Ayağı yer tutan cumur şəhərə.
Guya gün ağlayır özünə hərə,
Adam cərgəsinə çıxmaq istəyir.

Qurulu, bəzəkli imarət qalır,
Cənnətə bərabər bağ-həyət qalır.
Bir nişanlı qız da əmanət qalır,
Gözünün qorasın sıxmaq istəyir.

Ya çəhərdə yaşa, ya kənddə yaşa,
Ömrü adam kimi fəqət vur başa.
Tale gəmisini çırpanlar daşa,
Özü öz evini yıxmaq istəyir.

Gecələr gözünün qorasını sıxan, gündüzlər kimsə görməsin deyə həftə səkkiz-mən doqquz, evin, qalalaların divarlarını şirələməklə, bağ-bağçanı süpürməklə gözə görünməməyə məhkum olan qızlarımız qarıyıb Fatı nənələrə, Pəri nənələrə, Zalxalara çevrildilər.
Digər ölkələrdə "əldən düşüb yorulub gəlmiş atlar” "gözünün qorasını sıxa-sıxa” yol gözləyən alagözləri, bəyimqızları haqlarına çatdırmağa gəlməmişdilər ki. Artıq sevgi dünyası, ailə özəllikləri ilə bağlı hər şey onların gözlərində öləzimişdi. Sadəcə, dincə gəlmişdilər.
Nə sevgiyə, alagöz bir qöza uzanılı əldən əl, nə də təpərdən təpər qalmış olur "yorulmuş atların” bu hallarında. Bir qadın da taleyini belə Pəri nənə taleyi ilə əbədi əvəzləməyə məhkum olur.
Alman filosofu E.From yazmışdır ki, məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır.
Doğrudan da belədir. Amma məhəbbəti mənimsəmədən də yaşamaq olur və əslində məhəbbəti yaşayanların bəlkə də tən yarısı onu mənimsəmədən yaşayanlardır. Bir az sadələşdirsək, loru dili ilə desək, evlənmək yaşı çatanda görmədən, tanımadan birini alıb gətirərlr evə, evlənən də hər axşam yatıb, səhər tezdən də durub işinə-gücünə gedər, axşam da işdən yorğun-əzgin gəlib yeməyini yeyib yatar və günlər belə də davam edər. Bu arada dünyaya körpə də gələr, qanında, canında, ruhunda sevgi qətrəsi olmayan və o da böyüyüəndə sevgizsiz-duyğusuz bir evlilik yaşayan kəs olacaq.
Ailə problemlərinin ən həssas, vacib və məsuliyyətli çağları evlənəndən də yox, dünyaya bir övlad gələndən sonra başlayır.
Ailənin mahiyyəti, müqəddəsliyi bu zamandan üzə çıxır.
Alman şairi H.Heynenin şeiridir:

Bir şeirdir qadın bədəni də,
Yaranışın ən xoş anında.
Yaradan özü bu poemanı,
Həkk etmiş tale kitabında.

Qadını tale kitabında şeirə bənzətmək şərəfli bir haqqdır: bəstəkarı ola bisən, nəğməyə çevirib, "zülfündən tel düzüb kamanda çalsan” simfoniyaya çevrilib nəinki birgə ömür edəcəyiniz həyatın sonuna kimi həzinliyi qəlbiniz oxşayacaq, şəcərənizlə ta üzü o tərəflərədək gedəcək.
Mən, elə düşünürəm ki, indiki sevgilənin nüvəsində mənəvi birləşməkdən daha çox cismani birləşməyə maraq var.
 
 

Gənclərlə üz-üzə

 

Bizim hörmətli filosofumuz Əbu Turxan çox doğru deyir ki, könüllərin birləşmək əzmi insani yüksəlişin, bədənlərin birləşmək istəyi heyvani başlanğıcın əlamətidir.
İnsan gərək özünü də, sevgisini də dərk etsin.
Müasir ailə ixtilaflarının günümüz üçün ən ağrılı məqamı da bu əlamətlə bağlıdır.
Sovet dövründə ideologiya güclü idi, qapalılıq vardı. Hər şey öz-özünə nizamlanırdı.İndi isə Qərbdən əxlaqımıza qarşı bir səlib yürüşü var. Vaxtilə bizim nənələrimizn geyindiyi tumandan peşəkar dərzi olsa, indiki 3-4 qadına mini libas çıxışdırar.
İstər nişanlanacaq, ərə gedəcək qız olsun, istərsə də artıq subaylıq həyatına vida etmiş bir el gözəlimiz, fərqi yoxdur, əza cizgilərini büruzə verən əndazəni aşan açıq-saçıq geyimlər, deyin, hansı müasirlik ölçüsüdür? Heç kim zəngin geyinməyin, zövqlə geyinməyin, mövsümlə geyinməyin əleyhinə deyil. Bizə Avropanın sərsəm asudəliyi, "bəxtəvərliyi” lazım deyil. Bizə dədə-babaların yaşatdığı, miras qoyduğu abır-ismət, həya, , ailə başçısına, ərə bağlılıq mənasında təslimiyyəti lazımdır. Çox təəssüf ki, geyimlərimiz çox utandırıcıdır.
Metroda üzbəüz gözəl bir qızımız əyləşib. Heç bir klassik şairimizin vəsf etmədiyi misalda gözəlliyi var.Di gəl, şalvarının ikisinin də dizi yoxdur.Nə dəbdir belə.Kişilərin şalvarının aşağısında balağından sap qırılanda hər dəfə soyunub – geyinəndə baş barmağımız gedib ilişir ora, bir az da cırılır.Bəs bu qədər əl boyda kəsik yerlərə ayaq bütöv girmirmi, niyə özünüzü zülmə salırsınız? Mən inanmıram ki, kimsə belə qızı evinə gəlin gətirsin, daş atıb başını tutacaq ki, bu nə geyumdi hər iki dizi yırtıqdan çıxıb durmuşdu çöldə. Xarici ölkələrin nümunələridir, hamısı təbii ki. Bəlkə onlar ona görə belə geyinirlər ki, ərləri onlara daha mehr salsın. Bunun ki, adı məhəbbət deyil.
 

Gənclərlə üz-üzə

 

Müasir dövrümüzdə internet, televiziya umkanları, xarici ölkələrə sərbəst gediş-gəlişlər mənəviyyatlarda böyük aşınmalara gətirib çıxartdı. Gözünü açandan ətrafında biləyi, boynu bağlı, ağzı yaşmaqlı milli Azərbaycan qızını, qadınını görən Azərbaycan əri sinəsi açıq, dizdən yuxarı mini yubkalar , kip paltar geyinib zahiri effekt nümayiş etdirən Avropa gözəlçələrini görüb, özlərini "Baden Badenin mavi gecələri”ndə hiss etdilər. Erotik xülyalar, əza həzzi aşılayan o qədər parnoqrafik filmlərə baxdılar ki, bir çoxları artıq evlənməyə saf, dəruni hisslərin ehtiyacı ilə deyil, gördükləri, eşitdikləri kimi səhnələrə rahat qovuşmaq üçün can atmağa başladılar. Qəlbdə, ürəkdə, ruhda sevgi yox, qadın iffətinə pərəstiş yox, amma təsəvvürlərin üst qatında necə olursa-olsun, nə təhər olursa-olsun, əks cinsə sahib olmaq iddiası böyüməyə başladı. Bir-birlərini tanıyıb kəşf etmədilər, xarakter uyğunluqlarını yoxlamadılar, qadın-ər, ata-ana haqqına layiq olub-olmadığına əmin olmadılar, elə az müddətin içində ikisi də bir-birinə baxıb gülümsədilər: "Hə, toyumuzu edək”.
Bu cütlüyün qurduğu ailə həyatını sona kimi davam etdirə biləcəklərinə az vaxt üçün bəlkə də inananlar olur, amma əbədi eşq formuluna oxşamır bu izdivac.
Rahat həyat yoxdur, onu sifariş etmək omur, bazarda da yox.Onu ancaq birgə səylərlə qurmaq, polad sütünlarla
dayanıqlı etmək olar. Müşahidələr isə göstərir ki, gənglər daha çox hazır səadət istəyirlər.
Fransız əsilli ərəb rəssamı Levinin fikirləri lap yerinə düşdü: " Evlilik də qayıq kimidir: qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar”.
Bu cür qurulmuş ailələrdə qayıqçılar hərəsi avarı bir istiqamətə dartır, qayıq da axırda gedib qayalara toxunur.
Mən ailə münasibətlərində hər zaman kişilərin tərəfini tutmuşam, ona görə yox ki, həmcinslərimdir, ona görə ki, əgər söz yiyəsi evin əridirsə, o evi parçalanmaqdan xilas etmək üçün ərin, atanın rolunu hökmən önə çıxarmaq lazımdır. Çox tez-tez eşidirik qadınlarımız hüquq bərabərliyindən danışırlar. Bəli, qadın və kişilər mənəvi bərabərliyə malikdir. Amma ailəni qorumaq, ona sahib çıxmaq, idarə etmək hüququ daha çox kişiyə məxsusdur.Evin qadını bu yönümdə çiyinləri ilə ərin çiyinlərinə dəstək verirsə, min alqış.
Ailə birlikdə zəhmət çəkərsə, məramları-məqsədləri bir olarsa, hər bir çətinliyin öhdəsindən gələ bilərlər.
Bu anlaşıqlıq olmayan, n etimad göstərilməyən, qarşılıqlı güzəşt olmayan ailələrdə isə heç bir bərabərlikdən söhbət gedə bilməz.
Ailənin başı üstündə daim dövr edən ikinci kabus isə xəyanətdir. Kişi də xəyanət edir, qadın da. Bəzən ailədə bir-birlərindən xəbərsiz ər qadına, qadın da ərinə xəyanət edir.Tək biri etmiş olsa belə, lənətlənməlidir.
100 qadın xəyanət edibsə, günahkar həm də 100 kişidir, onlar da xəyanət edib.
Qısqanclıq müəyyən qədər ola bilər, xırda-para dozada səmimiyyəti şirinləşdirmək üçün. Amma böyük qısqanclıqlara əsas verən ər də, fərqi yoxdur qadın da sonra da böyük xəyanətlərə rəvac vermiş olurlar.
Hər kəs ilk sevdiyində yüz ölçüb-bir biçməlidir. Qonşunun qızı oğlanla gəzir, mənim sevdiyim niyə olmamalıdıdr və yaxud sinif yoldaşımla o gün Zorge parkında rastlaşdım, yanında qız da vardı. 2-3 günə hökmən mən də birini tapmalıyam. Əgər bu tanışlıqlar sağlam məcrası ilə gedirsə, niyə də olmasın. Qoy gənclərin bir-birini fəth etməsi üçün yetərli belə imkanları olsun. Amma ağıllı, ağayana. Bir-birinə sarmaşanların yanına sevdiyi qızı aparmaq məqbul sayılmamalıdır. Qız nə qədər dəyər versəniz, ehtiram göstərsəniz, qarşılığını dönə-dönə alacaqsınız.
İndi akselrasiya dövrüdür. Bir qədər də internetdən, seriallardan körüklənən cılız təxəyyüllər gənclərimizi yaşlarını qabaqlamağa, hislərinə vaxtından əvvəl təslim olmağa vadar edir. Hara getsən, harda olsan, (istirahət-şou məkanları, bəzi parklar) hər tərəfdən seksual aura sıxır adamı.
Sanki hamı buralar belə hislərin təsiri ilə gəlib.
Bəziləri hətta iddia edirlər ki, bunu normal qəbul etmək lazımdır. Nə vaxt normal qəbul etsək, onda da azalacaq. Qadağan olunan nə varsa, ona meyil daha çox olur.
İmterneti izləsəniz, çoxlu sayda belə hadisələrin əhatəsində yaşadığınızdan xəbərdar olacaqsınız. Oğlanlarımız ağıllı, gözəl, əsl-nəcabətli ailələrin qızları ilə tanış olub evlənməyə naraqlı olmaqdansa, evlilik vaxtlarını uzadıb seriallarda, internetdə gördükləri kimi cavanlıq etmək marağı get-gedə artır. Çünki onlarla fantaziyalarını yerinə yetirə biləcəklər.
Onlar , üzr istəyirəm, öz həyat yoldaşları ilə  belə fantaziyalar yaşamayacaqlar. Qəribədir, onlar özləri də dərk edir ki, bu, insanlıq adına utancdır, bu, qadını əşyalaşdırmaqdır. Bəli, doğrudan da belədir. Bizim qadınlar seriallarda gördüyümüz qadınlar deyillər.
Azərbaycan qadınını seriallarda görünən pozalara salmaq olmaz. O, evimizin dirəyi, başımızn tacıdırsa, əslimizi, nəslimizi davam etdirəcək körpələrimizə bağrına basıb döşlərindən süd verirsə, o pak, müqəddəs xilqətə serial təsəvvürləri ilə yanaşmaq olmaz.
O, Avropa saraylarının , malikanələrinin yataq həyatıdır ki, orada kişinin cinsi olaraq xəbərdar etməyə, səs və vizual görüntülərə ehtiyac var. Qərbin zər-zibalı, altı məkrli, üstü məkrli yataq dəstlərində xoşbəxt bir yatağın qızıl sirri sevgi üçün yox, bay olmaq üçün inləməklə, çığırmaqla fiziki təsir göstərməsindədir.
Bunlar bizim əxlaq, ailə məcəlləsi üçün qətiyyən qəbul edilə bilməz.
A.Düma çox haqlı olaraq demişdir ki, hörmət hissindən məhrum olan məhəbbət çox davam edə bilməz. Belə "məhəbbət”lərdən ömrümüz boyu bizi məsud edəcək könül meyvələri yetişə bilməz.
Ailənin özəl həyatı nə qədər özəldirsə, nə qədər tərəflər bir-birinə ehtiramla və hörmətlə yanaşırlarsa, xoş rəftar, söhbət , təbəssüm, amma səmimi , inanın, elə seriallarda yataq döşəyinə məcməyidə qoyulan çiçəkdən, çiyələkdən, ən bahalı ətirdən üstündür.
Bu qarşılıqlı ehtiramın hansı məqamındasa, əllər də, ayaqlar da qovuşacaq, tənlər də bütövləşəcək. Azərbaycan ailəsinin orqazma çatması belə olmalıısdır.
 

Gənclərlə üz-üzə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz