» » Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (IV yazı)

Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (IV yazı)

 

Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (IV yazı)

Mənə belə gəlir ki, qadın bərabərlik iddiasına düşdükcə , qonmuş olduğu zirvədən üzüaşağı eniş başlayır. Çünki sevən də ən azından öz ruh ekizini, öz parasını tapandan sonra ailə ittifaqında birliyə can atır və bunu nikahhla hüquqiləşdirirlər. Nikah isə o deməkdir ki, dövlət cəmiyyətin əsasını təşkil edən ailələrin himayəçisidir və bu məqsədlə könüllülük və sevgi əsasında rəsmiləşdirilən nikahı tanıyır və qəbul edir.
Nikahın digər bir yazılmamış anlamı da var ki, qadın cəmiyyətin, dinimizin ölçüləri ilə bu ailənin gəlini, bu ərin həyat yoldaşı olduğunu rəsmən qəbul edir və iki nəslin şahidliyi ilə cəmiyyət qarşısında halal bir qadın olacağı haqqında öhdəlik götürür.
Bəs elədirsə, nədən çox keçmir ki, , bir ürəyin, ruhun ekiz tayı olaraq qəbul edilən bu gəlin ailənin narahat bir üzvünə çevrilir? Təbii ki, gəlin üçün yeni mühitdir, hələ isinişməyə, uyğunlaşmağa zaman gərəkdir, isti münasibət gərəkdir, səbr gərəkdir. Amma gərək gəlin də ər evinə gələnə kimi , ailə qurmağın, ərə getməyin sosial mahiyyətini tamam mənimsəmiş ola.
Biz dədə-babada görmüşük ki, gəlin ər evinə gələn gündən 40 gün müddətində naməhrəmə görünməyə, yatıb günortaya qalmaya. Ər işə gedəcəksə, gəlin ertədən qalxmaya, kişi özü çay qoyub, çörək yeyib işə gedə. Ata-ana həmin anlarda bunu bilir, hiss edir, durub haray-həşir salmasalar da, ürəkləri sınır. Və beləliklə, gəlinə qarşı etimadsızlıq cücərtiləri baş qaldırmağa başlayır. Gəlin 2 gündən sonra evin altındakı marketə düşür, bir həftə çıxmamış işə gedir, geyim yenə qızlıq dövründəki kimi geyimlər, rəfiqələri ilə görüşlər, zəngləşmələr və s. ailədə yeni gəlinə qarşı münasibətləri sağlam olmayan məcraya istiqamətləndirir.
"Dilin üçün öləyin, gəlinciciyim,
Yoluna qurban olayın, gəlinciyim!”
- kimi Dədə Qorqud alqışları qazanmaq əvəzinə, artıq evdə tərəflər bir-birlərinə əda göstərməyə başlayırlar. Gəlin, guya, acıq edir, ədalı hərəkətlərə yol verir; qayınata-qayınana gəlinə tənəli baxışlar , hirs nümay iş etdirirlər.
Görüb-götürmüş ailələr, ağbirçək, müdrik qayınana-qayınatalar olur ki, dözür, yola verir ki, bir az keçər, uşaqları olar, bir az oturuşar, bütün bunlar qaydasına düşər. Düşənləri, əlbəttə ki, olur. Amma düşməyənləri daha çoxdur və onlar getdikcə də aqressivləşirlər.
Artıq belə olanda cavabdehlik gəlin və onun ailəsindədir.
Bu yaxınlarda bir gəlinin 3 yaşlı uşağı ilə evini tərk etdiyini yazmışdılar və daha sonra bildirdilər ki, gəlin tapılıb və o, daha həmin evə qayıtmayacağı və özü işləyərək uşağını saxlayacağını deyib.
Allah özü kömək olsun. Amma belə nümunə yoxdur axı, olsa da, özünü doğrultmayıb axı.Baş saxlamaq, əyin-baş almaq fiziki olaraq yaşamaqdır. Amma əsl həyat, mənalı yaşamaq ailəli, oğullu-uşaqlı, qayınanalı-qayınatalı həyatdır.
Bir qadının , bir ailənin başçısı olmadan yaşamaq elə bilirsiniz asandır, həm ailənin üstündə həyan olmaq, həm də mənəvi baxımdan. Özü də internetin, serialların əxlaqımıza gətirdiyi eybəcər halların günü-gündən artdığı bir vaxtda. Lap nə qədər ağıllı, namuslu qadın/kişi olsalar da ailəsi dağılıbsa, haqqında danışılmayan, düşünülməyən eybəcərliklər qalmır.
Sabah bu ailənin qızını kim alacaq, sabah bu ailənin oğluna kim qız verəcək?
Mən elə düşünmürəm də ki, bütün günahlar, cavabdehlik qadınların üzərinə düşür. Əsla, belə deyil. Sadəcə, həyati müşahidələrimə əsaslanıb fikirlərimi ifadə edirəm.
 

Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (IV yazı)

XX əsrin 80-ci illərindən bu yana qadınlarımız sosiallaşmağa start götürüblər. Hamı belə olmasa da əksəriyyət belədir.
Olsun ki, mənim fikirləmdən gender aspektləri hüdudlarında özümə qarşı çevirməyə də cəhdlər edisin. Amma inanın, belə deyil. Ailə münasibətlərimiz getdikcə elə hala gəlib çıxıb ki, sabah, o birisi gün Ailə institutunun var olacağı belə şübhə altındaddır.
Avropa dəyərləri müxtəlif istiqamətlərdə bizim ailə dəyərlərini hədəfə alıb. Guya biz qadınların qənimiyik, guya biz qadınlara əşya kimi baxırıq, guya biz qadınları həyatımıza uşaq doğan, yemək bişirən, paltaryuyan kimi qəbul edirik. Yalandı axı, böhtandı axı bu.
Əgər dünyada ailəcanlı, qadına ehtiram, uşaq sevgisi və s. bu kimi nominasiyalar üzrə müsabiqə keçirilsə, birinci yer Azərbaycan xalqınındır. Bu xalqın mifik təsəvvürlərində qadınla naməhrəm kişinin arasına qılınc qoyma kimi təsəvvürlər var. Bu, həm də xalqımızn daha çox Qadın-Namus-Əxlaq dünyasının qürurla dalğalanan bayrağında yazılan bir anddır. Nə bizim kökümüzü əlimizdən almayıblar, nə də əxlaqımızı. Bəs bu qızlarımızın, oğlanlarımızın 7 arxa dönənini incələsək, o şərəfli kökə bağlanmırmı? Bəs hardan peyda oldu mənəviyyatımıza bu naqisliklər, haramlar?
Qızlıqq pərdəsi niyə bərpa olunmalııdr ki? Kimi aldatmaq istəyirik ki? Bəs yengəni daş-qalaq etmək , təhqir etmək istəyən cəmiyyət bilmirdimi ki, bu, dədə-babaların müəyyən etdiyi bir ölçüdür, ölçüdən çıxmaq belə xaos əmələ gətirə bilər?
Guya dədə-babalar gerizəkalı olublar, indikilər modern gənclik? Yengə statusunun mahiyyətini bilməyənlər onun yalnız zahiri tərəfinə - yengələrin zifaf gecəsi 3-4 saatlıq şahidliyinə əsaslanıb bunu biabırçılıq hesab edirlər, 2 şəxsin özəl həyatına müdaxilə hesab edirlər.
Məhz bunun səbəbidir ki, bu gün qızlıq pərdəsinin bərpası kimi qüsurlu buir meyli əsaslandırmaq və adiləşdirmək istəyirlər.
Yengə haqqına zifaf gecəsi qız tərəfinin etimadnaməsi dəyərində ayanaşılmalıdır. Bu elə missiyadır ki, bütün qızlar, eləcə də ailələr eşidir, görür.
Bir qızın, bir ailənin timsalında namuslu olmağa, bakirəliyə cavabdehlik, məsuliyyət formalaşdırlır.
Amma müşahidələr göstərir ki, artıq istər qızlarımız olsun, istər oğlanlarımız olsun bəzən evliliyə qədər intim münasibətdə olurlar və onlar adətən cürbəcür bəhanələrlə yengəni rədd edirlər.Əlbəttə, yanlış münasibətdir. Bəs rəsmi nikah kəsilməyibsə, sən sevdiyinin biri ilə niyə bu münasibətlərə baş vurmalısan? Allah eləməmiş, bəlkə sabah başqa bir əmma oldu, bu nikah heç baş tutmadı. Bəs onda?
Hər qız bilməlidir ki, sabah onu bir ailəyə gəlin köçürəcəklər. O, ər evinə qədər heç bir intim münasibətdə olmamalıdır. Niyə yengə ağızdan hərzə danışanın biri seçilməlidir ki, gənclər də onu görmək istəməsinlər. Yengə (hər iki tərəfdən ) çox izzətli-hörmətli xanım seçilir, ailəyə ən yaxın qadın seçilir, hansısa xidmət bürosundan yengə dəvət etməzlər.
Qızlıq pərdəsi bakirlik şəhadətidir. Bu, ona görə vacibdir ki, mağara dövründəki kişi-qadın münasibətlərini xalqlmız bir daha qəbul etməyəcək. Bakirlik qadının əri qarşısındakı andıdır:”Sən mənim həyatında birinci və sonuncu kişisən”.
Mən bu yazı ətrafında izlədiyim mənbələrdə qızlıq pərdəsinin bəzən intim əlaqəyə girmədən də bütöv olmadığı və yaxud əlaqə zamanı qanın bəzən qan gəlməməsi mümkünlüyü barədə həkimlərin bir çox fikirlərini oxudum. Müəyyən qəzalar zamanı da insan bəədni fiziki təsirlərə məruz qala bilər. Müdrik və səbirli olmaq, emosiyasız, panikasız addım atmaq lazımdır. Belə qızlarımızn nə günahı?
Təbii ki, söhbət bunlardan getmir.
Mübahisəli məsələ aldadılaraq və ya sadəlövhlyündən camurluğa yuvarlanmış qızlarla bağlıdır. Bunların arasında uğursuz ailələrin övladları, kimsəsiz qalmış qız uşaqları da ola bilər. Bunlar da yaşamalıdırlar. Özlərində inam tağıb sağlam həyata dönməlidirlər, sevə biləcəklərində etimad qazanmalııdrlar, niyə də ailə qura bilməzlər ki? Hərə oz uyğununu, babını tapa bilər.
Ona görə hər kəs taleyinə çox məsuliyyətlə yanaçmalı, namusunu gəncliyində qorumalıdır.
Hesab edirəm ki, bizim əxlaq üçün qızlıq pərdəsinin bərpasının leqallaşdırılması yolverilməzdir. ən zəruri tibbi göstəriş olduqda bunu tibbi müəssisələr edə bilər və bu sirr dəyərində olmalııdr ki, ailənin sabitliyi üçün heç bir təhlükə törətməsin.
Himenoplastika ilk dəfə 1962-ci ildə (http://www.1news.az/news/operaciya-pod-grifom-sovershenno-sekretno-ili-gimenoplastika-kak-illyustraciya-licemeriya) italiyalı ginekoloq Bernul təərfindən öz qızı özərində aparılıb. Amma üstündən bir il keçəndən sonra Avropada artıq 35 min qadın himenoplastikaya məruz qalmışdır.
 

Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (IV yazı)

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz