» » "Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (III hissə)

"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (III hissə)

"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (III hissə)

Cəmiyyət bu cür meyilləri artıq anlayır və haqlı olaraq qınaqla qarşılayır.
Amma ziddiyyətli olan da budur ki, internetdə səhiyyə müəssisələrinə istinadən verilən məlumatlara əsasən, himenoplastika üçün müraciət edənlərin sayında intensivlik müşahidə olunur. Bu mövzuda yazıların, onu izləyənlərin sayının ailə, uşaq sevgisi ilə bağlı yazıları izləyənlərin sayından qat-qat çox olması da narahatedicidir. Bu yazıları düzüb-qoşanlar, maarifləndirmək üçün deyil, ürəkləndirmək üçün yazanlar, mən inanmıram dövlət ali təhsil ocaqlarında təhsil alıblar: onlar ya özəl ali təhsil müəssisələrində, ya da xaricdə təhsil alıblar. İnanın, bu mövzuda mən indiyə kimi 2-3 yazı aramamışam, maraqlanmamışam, hətta bunu da ayıb saymışam. Amma bir həkimin qızlıq pərdəsinin bərpası haqqındakı yazısını oxuyandan sonra ehtiyac duydum ki, görək, həmin yazı müəllifinin bu mövzuda digər yazısı varmı; digər başqa müəlliflər də həmin mövzuya müraciət ediblərmi? İnanmazdım ki, mövzu bu qədər diqqət mərkəzində olsun, inanmazdım ki, mövzu ilə bağlı yazılmış məlumatlar, məqalələr gözə girəcək qədər bu sayda çox olsun, inanmazdım ki, himenoplastika haqqında bu qədər mütəxəssis, jurnalist, sadə vətəndaş heç bir məsuliyyət hiss etmədən oxuduqlarım, gözlərim önündəkilər kimi yaza bilsin.
Qələmin bir müdriklik borcu var: qələm milli dəyərləri, əxlaqi dəyərləri qorumalı və yaymalıdır. Müəyyən istisnalara baxmayaraq, izlədiyim yazılarda mən bu cavabdehliyi görmədim.Əksinə, elmi mahiyyəti, gender aspektlərini əllərində dəstəvuz edərək himenoplastikanın bir əlac yolu olduğunu göstərməyə çalışırlar.
Elə yazılar da var ki, hətta, digər tərəfi qorumağa, günahsız kimi qələmə verməyə meyillilik hiss olunur.
İçimdə ədalətsizlik yoxdur. Dünyanın 10 həlim adamı varsa, biri mənəm. Mən ağac koğuşundan doğulmamışam, məni də ana doğub, başımızı ey… ucalara qaldıran bacılarım var, ailəliyəm: yoldaşım, gəlinlərim, qız nəvələrim...Heç ola bilməz ki, mən qadınların qənimi olum axı. Mənim qadın əzizlərim axı təkcə özlüklərində xoşbəxt ola bilməz və mən heç istəmirəm də bunu. Bütün qadınlarımız azad və xoşbəxt yaşamalıdırlar və bizimkilər də onların cəmində. Sadəcə, bu çox vacib həyati məsələ barəsində anlaya bildiklərimi, oxuduqlarımdan gəldiyim nəticəni deyirəm. Fikirlərimin doğru olmadığı halda belə, arzularım dəyişməz olaraq qalır.
Bu, elə mövzudur ki, hansısa disputda, ədəbi əsərin müzakirəsində olduğu kimi emosiya ilə, həm də coşub daşaraq deyil, diqqətlə, dönə-dönə ölçüb biçərək, hətta hər sözün qatlarındakı incəlikləri belə, məsuliyyətlə, cavabdehlik hiss edərək danışmaq lazımdır.
Ayrı-ayrı yazılardan sitatlar verməyəcəyəm.Fikir verirsinizsə, ad da çəkmirəm. Bu yazı "günahkar” axtarışı niyyəti ilə yazılmayıb, mənim yazım da digər başqası tərəfindən belə qəbul oluna bilər. Əsas budur ki, doğrunu tapa bilək və hamını da doğru ətrafında cəm edə bilək və özümüz də bu cəmdə olaq.
İstər bu yazıda, istərsə də ailə, əxlaq mövzusunda olan əksər yazılarda mən həmişə qütbləşmə hiss etmişəm: qadınlar kişiləri ittiham edir, kişilər də qadınları. Onda biz nəyə nail ola bilərik belə yanlış yanaşma tərzi ilə? Əgər sən qayınanan, ərin haqqında yanıqlısansa və ya əksinə, qadının və qayınanan haqqında bədgümansa, bu, edir 4 nəfər, bir ailə ixtilafıdır bu. Amma gəlin-qayınana münasibətləri fərdi formatda deyil, daha geniş ətrafda həlli tapılmayan problemlərimizdən biridir. Bu gün gəlin olan qadın illər sonra özü qayınana olmayacaqmı və s. Veriləcək suallar çoxdur. Demək, insanlar bir-birlərini ittiham edə-edə gedir, amma etiraf etməyi bacarmır, barış əli uzatmaq istəmirlər.
 
"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (III hissə)
Haqqında danışdığımız məsələdə də nə qədər acı olsa da, qadınların da intim ehtiyaclarından danışılır, guya bu ehtiyac ödənilməzsə, ciddi sağlamlıq fəsadları törədə bilər kimi təşvişlər də yaradılır.
Bakirəlik testinin niyə qadınlara aid edilməsinə etirazlar oxudum, qadınlar kişilərin də test edilməsini istəyirlər, nənki istəyirlər, hətta tələb edirlər və s.
Məsələn bir, həkim-qinekolok həkim belə iddiaları müdafiə edərək demiş ki, kiminsə başqasının şəxsi həyatına qarışmağa haqqı yoxdur, əgər varsa, qoy bir az əvvəl el adətiylə ərə gedib, bəkarəti toy gecəsi pozulan qadınların zöhrəvi xəstəliklə üstümə gəlməyinə də qarışsın. Soruşuram: qız bakirəydisə, bu xəstəliklər hardandı?
Soruşmağa, deməyə nə var ki? Bundan da ciddi arqumentlər gətirmək olar. Amma ərin, ailə başçısının üzünə ağ olub və ya evin qadınını, sənə şirin-şəkər övladlar bəxş etmiş ananı heçə-qoza döndərib bu ailədə bundan sonra səadət yaşamaq olarmı?
Oxuduğum yazıların birində proletarlara qarşı daha aqressiv mövqe nümayiş etdirilmişdi. Maraqlı fikirlər təbii ki, yazıboyu vardı, amma məsələyə köklü yanaşma baxımından doğru qəbul etmək olmaz. Müəllif insan cəmiyyəti formalaşandan günümüzə qədər qadınlığın inkişaf tarixindən bəhs edib, amma bəzən açıq-aşkar hiss olunur ki,  sanki "4-cü hakimiyyət"in məhkəməsi ilə kişilərin bir çox səlahiyyətləri məhdudlaşdırılacaq və daha bir neçə səlahiyyətlər mexaniki olaraq anaerkil toplumun əlinə keçəcəkdir.
Belə düşüncələrin hakim kəsildiyi başlar sahiblərinə doğru addım atmağa hər zaman mane olacaq.
Evlilik də qayıq kimidir: qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar. 
E.Levi
Bir ailə səadətini təklikdə nə kişi, nə də qadın qura bilməz. Amma birgə mübarizə ilə bu səadət çox mükəmməl olar.


"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (III hissə)

 

 Davamı var

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz