» » "Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (Son)

"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (Son)

Müəllif: Anaveusaq.az от 2-03-2018, 00:40


"Bəkarət  toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (Son)

Avropadan da sirayət etdi  bizim ölkəyə.

Müxtəlif kütləvi informasiya vasitələrindən oxuduğum xəbərlərdə  cərrah-ginekoloqlar Azərbaycanda  himenoplastika etdirən qızların çoxaldığını təsdiqləyirlər. Onlar   himenoplastika əməliyyatı üçün qəbula gələnlərin sayında artım müşahidə edildiyini   deməkdən çəkinmirlər də.

Bu xoşagəlməz  hal indi bəyənilməyən, topa, raket atəşinə tutulan keçmiş zamanlarda  da olub, amma çox nadir hallarda. Onda "bakirəlik”,  "bəkarət” sözünü 2-3 oxumuş adamlar bilərdi.  Adda-budda olan bir  hadisə üçün deyərdilər ki, "qız  çıxmayıb” və ya "üzüağ çıxmayıb”.  Bu, əlbəttə şox sarsıdıcı, üzücü, adamı, ailəni başıaşağı edən hal sayılırdı, nəinki  o ailəni, hətta  o ailənin qohum-əqrəbası haqqında da  etimadsızlıq yaranırdı. Ailələr bu  məsuliyyətdə qızlarını qoruduğu kimi, oğullu ailələr də övladlarının "ipini həmişə  çəkərdilər ki”,  bir ailəni, nəsli başıaşağı edən hərəkətlərə yol verməsin.

  Həmin vaxtlar yengələrə divan tutmaq kimi təhqiramiz  hərəkətlərə yol verildiyinin şahidi olmamışam. Amma  gəlin bakirə çıxmayanda   bir maşın tutulub  geriyə qaytarıldığı haqqında eşitmişdim. Çünki toy baş tutandan, gəlin gətiriləndən, bəy tərifindən sonra  hər kəs dağılışıb öz evinə gedir. Qayda da belədir ki, ertəsi  günü  qadınlar həmin evə  "üzaçma”  mərasiminə gəlirlər. Əgər  gəlin bakirə deyilmişsə,  təbii ki, bu mərasim keçirilməyəcəkdi. Amma insanlar gəlməlidir axı. İstər-istəməz  qısa vaxtda  xəbər qonşuluğa, oradan  bir qədər  də ətrafa, sonra isə  kəndə yayılırdı. Üzücü hal olsa da,  qızlar bundan ciddi nəticə çıxaracaqdılar. Ola bilərdi ki,   hər iki tərəf biabır olmamaq üçün razılığa gələrdilər ki,  5-6 ay saxlayıb boşayacağıq.

 Zifaf gecəsinin uğurlu alınmaması  oğlanla bağlı səbəbdən də  baş tutmaya bilərdi və bu daha çox rast gəlinən  hal idi.  Baxmayaraq ki, internetdə bununla bağlı   birtərəfli, qərəzli fikirlər səsləndirlir, mən hesab edirəm ki, bunu daha çox  "üzüağ” çıxmayan  tərəf deyə bilər. Oğlanın  zifaf gecəsi özünü təsdiq edə bilməməsi müxtəlif psixi  səbələrdən ola bilər (buna da "bəyin bağlanması” deyirdilər),   bir neçə gün yoluna qoyulur da, anadangəlmə iqtidarsızlıq deyil. İqtidarsızlığı bilinən, məlum olan adam da evlənə bilərdi, amma o, toy etməyəcəkdi, zifaf gecəsi olmayacaqdı, "üzaçma” mərasimi də olmayacaqdı.

Həmcinslərimi müdafiə etmək kimi başa düşülməməyimi istərdim. Əgər tərəfkeşlik, ədalətsizlik edəcəyəmsə,  ədalətsizliyə öz tərəfimizdən olan qadının, qızının da urcah olacağı  qaçılmazdır. Biz günahkar axtarmamalı, problemin  həlli ilə bağlı mülahizə və fikirlərimizi  bildirməyə üstünlük veririk.

 Ola da bilər ki,  gəlin köçmüş qız   heç bir günah sahibi deyilmiş, amma  oğlan tərəfi "qan olmadı”, "belə olmadı” deyib,   gəlinləri haqqında sağlam olmayan  nəticəyə gəlsin. 

Rayonlarımızın birində 18 yaşlı bir  günahsız qız   bu cürə təhdidə dözməyərək özünü körpüdən atmışdı.

Belə hallar da var. Təbii ki, oğlan tərəf də, qız tərəf də  müdriklik göstərməlidir. Əgər  tibb elmi, məhkəmə-tibb ekspertizası  bunu  təsdiq etməyəcəksə, ailələrin dağılmasına, təmiz adının ləkələnməsinə yol vermək olmaz.

Burada  həkimlərin üzərinə də çiddi məsuliyyət düşür. Ölçü  ölçməyə layiq olmalıdır, etalon olmalıdır, burada əllaməçiliyə yol vermək olmaz.

Eybəcərliyi, naqisliyi  ört-basdır etmək, gizlətmək olmaz, bu özü  ona bərabər bir əməldir.

    Bəzi ölkələrdə  bakirəlik testi keçirirlər.

"Bəkarət  toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (Son)

 Əlbəttə, doğru deyil. Bu, qan analızi və ya hansısa peyvənd əməliyyatı deyil. Ən həssas bir məsələ belə adiləşdirilməməlidir və bu bəkarətin  ən böyük üstünlüyü də örtülü olmasındadır, məxsusi olmasındadır.

 Məsələn,  Özbəkistanın Səmərqənd vilayətində məktəbli qızların  və kollec tələbələrinin   ginekoloqlar təərfindən  bakirə olub-olmadıqları yoxlanılır. İndoneziyada  polisə  yalnız o qızları  götürürlər ki, o, mütləq bakirə olsun və   işlədiyi zamanlarda da  müəyyən müddət evliliyə yox desin.

Cənub-Şərqi Asiya ölkəsində "bakirəlik testi”nə görə   psixoloji sarsıntı keçirən  yüzlərlə qız  var.

 Eləcə də qızlıq pərdəsinin bərpa edilməsi.

1982-ci ildə İsveçdə  bu bərpa  üsulu qadağan edilb.

 Elə Avropa ölkələri dəvar ki,  qızlıq pərdəsi heç söhbət mövzusu da deyil. O ölkələrdə qızların  bakirə olub-olmaması deyil, qızın öz meylinin seçdiyi daha önəmlidir.

Bizim ölkəmizdə bu, hər zaman ciddi məsələ olub və bu gün də ciddi olaraq qalmaqdadır. Baxmayaraq ki,  qızlıq  pərdəsinin  bərpası ilə bağlı son illər  gizli-açıq şəkildə hansısa addımlar atılır,   tanınmış mütəxəssislərin məsələyə münasibətini  dərc etməklə, məsələnin  mahiyyətini  heçə-qoza döndərməyə cəhdlər edilməkdədir.

Hətta, bu addımı  əməliyyatın adını avropalılaşdırmaqla ciddiyyəti azaltmaq istəyirlər. Bu xalqın tabu olaraq  qəbul etdiyi  "bəkarət” anlayışını və həmin anlayışla bağlı ciddiyyəti terminlərin içində itirməyə can atırlar.

Bizim nə işimiz var himenoplastikaynan, yunan və romalıların "evlilik və toy tanrısı” Hymen şərəfinə  qəbul edilən  "qızlıq pərdəsi”ynən ("hymen” qızlıq pərdəsinin latınca adıdır və ilk gecə, toy gecəsi evlilik tanrısının şərəfinə    "hymen” adı verilmişdir).

  Məgər "qızlıq pərdəsi” sözünün  ifadə etdiyi məna   "hymen”dən  zəifdirmi,  bəsitdirmi?   

"Bəkarət  toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (Son)

Qızlıq pərdəsi ilə  bağlı  əməliyyatı "himenoplastika”, "genital estetika”, "intim plastika”, "reflorasiya” və s bu kimi adlarla adlandırılması dolayısı ilə     bu utancı gizlətməyə, əməliyyat etdirənləri isə ictimai qınaqdan  qorumağa xidmət edir.

Məsələn,  mən  bu yaşıma qədər, yəni bu mövzunu  yazmağa başlayana qədər "himenoplastika”, "genital estetika”,   "reflorasiya” terminlərinə  birinci dəfə idi ki rast gəlirdim.

 Həkimlər   əməliyyatın adını dünya praktikasına olduğu kimi işlətməklə  zərər çəkmişləri stres və fobiyalardan  uzaqlaşdırmış olsalar da, dolayısı ilə qızlıq pərdəsinin bərpası üçün (bakirəliliyin  bərpası da deyirlər) səhiyyə müəssisələrinə  gələnlərin utanmaması, çəkinməməsi üçün  böyür-başına pərdə  çəkmiş kimi də olurlar.

  Bu yazını hazırladığım müddətdə  bir çox həkimlərin fikirləri ilə tanış oldum. Tibbi ixtisasım olmasa da, həyati bilgilərimə istinadən  bu mövzuda  oxuduqlarım içərisində   maraqlılığına və əhəmiyyətinə  görə bəyəndiyim  yazılar da az olmadı.  Hiss olunur ki,  bu yazıların məramı  tibbin   cövhərində olan şəfqətlilik, humanizm ölçüləri ilə boyaboy  uyğundur və bu məqsədlə də  yazılıb.

Təəssüf ki,   bir çox  yazılarda  isə  korporativ maraqlar leymotivə çevrilir, amma  belə məsələlərin  əxlaqi  baxımdan dərinliyinə getmirlər.

 Bəzi mütəxəssislər  nikahdan əvvəl cinsi həyatın  vacibliyini vurğulayırlar. Guya gələcəkdə aiə quracaq gənclərin  ilk gecəyə hazırlanması üçün nikahöncəsi  intim münasibətləri normal qəbul edilməlidir. Guya  cütlüklərin gələcəkdə uzun müddət birgə yaşaya biləcəklərini müəyyənləşdirmək üçün  nikahaqədərki  intim  münasibətlər  hətta  vacibdir.   

 Daha təəccüblüsü budur ki, belə düşünənlər  proqnoz da verirlər ki,  vaxt gələcək ki, azərbaycanlı kişilər üçün qızın bakirə olması önəmli göstərici olmayacaq.

 Bəziləri, hətta,    "bakirəlik” effektinə elə zəmanət verirlər ki, səmərələşdirici təklif və ixtira müəllifləri kimi,  guya bərpa edilən  "yeni" bakirləlik pərdəsi cəmi 2-3 həftədən sonra "əsl”dən heç  fərqləınməyəcək.

Məsuliyyətsizlik  deyilmi:  heç çəkinmədən, narahatçılıq  keçirmədən    bizim ailə-əxlaq məcəlləsi üçün  qəbul edilə bilməyəcək  qüsurlu proqnozlar  verəsən.   Axı  bakirəlik  necə bərpa edilə  bilər? Bir toxumanı tikmək və dizayn təfəkkürlü  ginekoloq-cərrah tərəfindən oxşarının yaradılması  bakirəliyin bərpası deməkmi? Bu terminin  cövhərində  rəmzi bir and  var, bu andın bərpası olmur. Avropa ölkələrində belə  xüsusatlar  heç yada düşməsə də,   bizim  xalqımız  bu anddan keçməz. 

Bizim xalqın  adət-ənənələrində,  ailə özəlliyində sədaqət, vəfa ölüncə var.

Gənclərimiz  seriallarda   xarici ölkələrdəki bər-bəzəkli həyata,  hədsiz sərbəstliyə uymamalııdırlar.   Qızlarımız da təmkinli olmalıdır. Əgər qızlar   iradlara, qoruq-qadağalara bəzi yazılarda rast gəldiyimiz: " kişilər də bakirlik testindən keçsin”,-  əks-həmləsi ilə  hücuma keçəcəklərsə, biz arzu olunana- doğru olana, əlbəttə ki, yaxınlaşa bilməyəcəyik.  Kişilərin tərəfini saxlamaqdan da çox-çox uzağıq. Əgər hardasa   bir namusa təcavüz edilibsə, hardasa bir qız aldadılıbsa,  atılıbsa, qaçırılıbsa, şiddətə məruz qalıbsa və sair,  və ilahır, hər birinin  arxasında  pəzəvəng  bir kişi dayanır. Ha özünü  təmizə çıxarmağa çalışsa da,  onun da   günahı "ayağısürüşkən qadının günahı” nə qədərdirsə, o qədərdir.

XVIII əsrdə yaşamış   fransız maarifçisi Deni Didro ola bilməyəcəyəmsə  də,  başımda, ürəyimdə gəzdirdiyim  bir çox fikirlər  bu məşhur maarifçinin fikirləri ilə çox uyğundur. D.Didro, məsələn, çox maraqlı bir idedya irəli sürüb:


"Öz payıma, namuslu bir qadını başdan çıxardıqdan sonra atıb  gedən əxlaqsızları bir fahişəylə yaşamağa məhkum edən bir qanun verilsə, çox alqışlayardım. Pis adama pis qadın!”

 

Yəni,  əxlaqsızlığın, eyş-işrət düşkünlüyünün qarşısını almağın bir üsulu da bu təklif ola bilər.

 Bununla belə, mən bir çox məsələlərdə ziddiyyətlərin yaranmasında və alovlanmasında  qadınların mövqeyini qəbul etmirəm. Qadın bərabərlik iddiasında yerini harda bilirsə, fəhmi azfddır, ər onu ondan qat-qat  üstün bilir, Fəqət, qadın   bərabərlik iddiasına düşüb araya soyuqluq salmamalıdır. Qadın bu qədər sosiallaşmağa çalışmamalıdır.Bu, ailə institutunun  çox üsulluca, səssiz-səmirsiz aradan  çıxmasına gətirib çıxara bilər.

Qadınlarımızın, qızlarımızn televiziyadan, seriallardan izlədikləri  macəralı sevgi  həyatı  gerçək ailə həyatı deyil,

gerçək sevgi deyil. Gerçək sevgi niyə nümayiş olunmalıdır ki? Hansı  normal ailədə tərəflər özəl həyatlarını belə çılpaqlığı ilə  paylaşa bilər? Hansısa ölkədə kimsə neçənci dəfə  nikahı pozulmuş qadınla  evlənə bilər,  fərqi yoxdur bakirə və ya dul qadın  uğurlu ailə həyatı olmamış kiminsə neçənci  yastıq yoldaşı ola bilər. Amma Azərbaycan  mühiti üçün qadın  "ər evinə dik girib, köndələn çıxmalıdır.”    Bundan  mənalı, dəyərli, məsum, qürurlu sevgi düşünürsüzmü? Fərqi yoxdur kişi olsun, ya qadın, əgər hansı birisə  birinci evlilikdə   səadətini tapa bilməyibsə,  ikincisində, üçüncüsündə də tapa bilməyəcək. Buna zəmanət yoxdur, ola da bilməz: qadına  könül dostu kimi yox, yataq yoldaşı kimi  baxan, daha sonra   başqa birini arzulayacaq,  başında da hər vaxt belə xülyalar  var-gəl edəcək.  Qadın da  sabah  ərə gəldiyi yeni evdə  budəfəki ərinin  kaprizini qəbul etməyə bilər və  sabah  yenə ona "bitanem”, "starım” deyən, amma  sevgidən, dəruni eşqdən  başqa hər şeyi olan digər kimsənin yanına qaça bilər, öyrəncəlidir də. 

  Belə yaxşıdır, yoxsa taleyinə, qismətinə çıxan ilk sevginlə  əl-ələ, baş-başa verib mehriban, isti bir ocaq yaratmaq?!.

 "Dünyada heç bir bəzək, makiyaj bir qadını  analıq sevgisi qədər gözəlləşdirə bilməz,- kim demişsə, doğru demiş. Uşağın  Anaya daha mehr salmasının mayasında saniyəbəsaniyə  kortəbii də olsa anasının qayğılarını, yuxusuz gecələrini, istisini, nəfəsini duymasıdır. Evində qulluqçı, dayə saxlayan,  bağçada,  günüuzadılmış qruplarda  saxlayan  ailələrin   yavruları ilə  müqayisədə  gecəni üstlərində dirigözlü açan, beşikbaşında yatan  anaların uşaqları   bütün həyatları boyu bu sehrdən çıxa bilmir. Ailə budur da, analıq budur da.

Ailə əza həzzi üçün  qurulmamalıdır. Əsl ailələrdə ərlər  HALALI olacaq qadına seriallardakı qadınlar kimi baxa bilməz, yanaşa bilməz və bu  ağayanalığına görə  Azərbayçan Kişisinə eşq olsun. Sənə "ana”/”ata” deyəcək  uşağın anasını  əşyalaşdırmaq olmaz. Bu mühit Avropa mühiti deyil, İspaniya deyil, Fransa deyil.  Bizim bu dəyərdə qadınlarımız, ərlərimiz olduğu halda,  kiminsə ağlına  hardan gəldi intim həzz dünyasından kam almaq?

 Deflorasiyanın dünya modellerini kim  gətirdi bizim mühitə? Öz halal qadını/əri ilə bir yastığa baş qoymaqdan  abır/həya edilən bir mühitdə  görün hara gəlib çıxmışıq:   intim fantaziyalarını cilovlaya bilməyən oğlanların da, qızların da sayı artan xətlə  inkişaf etməkdədir. Mühit özü  bunu dəstəkləyir. İşdir,  birdən  "əlindən xəta çıxsa”, heç qəm yemə,  bunu plastik əməliyyat yoluyla bərpa etdirmək olur. Sonra da  bir  fağırın birisinə gedərsən,   1-2 ildən sonra da iztəməzsən, boşayarsan onu, üstündə  bu ad qalmaz, deməzlər ki,  himenoplastika etdirib kiməsə sarıdılar.

Kimi aldadırıq, aldadan kişidirsə, digər bir həmcinsini aldatmırmı? E. Levi adlı məşhur bir rəssamın fikrinə haqq qazandırmamaq mümkün olmur ki, ən ehtiyatlı edilmiş xəyanət də  gec-tez aşkar olur. Bəs onda?

Mənə belə gəlir ki,  himenoplastika bizim əxlaq üçün qəbul edilməzdir. Bakirəliyin tibbi müəssisələrdə bərpasına, yalnız  müstəsna hal kimi,   doğumla bağlı belə fəsad olarsa, eləcə də bu,  hər hansı bir qəza nəticəsində baş verərsə, anonimlik şərtinə  ciddi əməl edilməklə icazə verilə bilər. Digər səbəblər üzündən bakirə olmayalar isə , qeyri-sağlam həyat tərzi istisna olunmaqla,  nə himenoplastikaya üz tutmalıdır, nə də bakirəlik tabusunun aradan qaldırılmasına səy etməlidir.   

Allah heç kimi məyus etməsin, amma bunun üçün  ağılla, məntiqlə addım atmaq lazımdır.  Sevgi də ağayana olmalıdır, özəl münasibətlər də. Son onilliklərə qədər Azərbaycan ailələrinin əksəriyyəti çoxuşaqlı ailə olub.  Amma heç bir uşaq  hiss etmədi ki, bilmədi ki, atası ilə anası bir otaqda yatıb, bir  yorğan-döşəyə baş vurub, qaş qaralan kimi, axşam çörəyi yeyildimi,  işıqları keçirib  beləcə uyumağa gediblər. Bunu mühit də nizamlayırdı, ailənin özü də. Ona görə də ər-arvad arasındakı özəl həyat ağayana qalırdı. Bu gün mövcud olanlar isə  ailə özəlliyimizə virus kimi  Qərbdən sirayət etdi.  İndi yeniyetmə də, gənc də, lap evli də  hara ayaq basdı, harda oldu; televiziyada, radioda, mətbuatda, reklam panolarında  qadın yox ey, qadın  vücudunu, əzalarını görür.  Qadın obrazı  bu yeniyetməyə, gəncə   macəra həyatı tərəfdaşı kimi çatdırılır. Bu yeniyetmə də hələ ailə qurmamışdan əvvəl  - yaşından əvvəl, düşüncəsinin  kamilləşməsindən əvvəl qadına əza həzzini təmin edən vasitə kimi can atır. Sonra ailə quranda isə  qadınına  etimad bəsləyə bilmir: qafasında ayrı qadın olur, yanında ayrı. Əgər qızlardısa,  bu yeniyetmələr  cilovlana bilməyən hisslərinə təslim olacaq,  qoxulanıb  atılmış  çiçəklərə  çevriləcək.  İntim-münasibətlərin qeyri-təbii yoluna sövq edilənlər də, beləcə,   ailə həyatına  yolu çamurluqdan başlayacaqlar. Himenoplastika da işə burada "işə yarayır".

Bunlar sevgiyə xəyanətdir, ailə ülviyyətinə xəyanətdir, qadına xəyanətdir.

Qızlıq pərdəsinin  bütöv olması  qadının bakirəliyinin, yəni bir kişiylə  heç vaxt intim münasibətdə  olmamasının sübutu kimi görünür. 

 

Elmi-texniki tərəqqini, sivilizasiyaların rəqabətini, intellektual inkişaf səviyyəsinin özünü bu məsələyə qatmamalıyıq.  Biz onu necə qavramışıq, necə qəbul etmişiksə, əmanətə  xəyanət etmədən də gələcək nəsillərə ötürməliyik.

Avropada və Amerikanın bir çox əyalətlərində bakirəlik (qızlıq pərdəsi)  ciddi  bir söhbət mövzusu olmasa da,  ölkəmizdə və dünyanın digər  müxtəlif  yerlərində də sosial və mənəvi əhəmiyyətini hər zaman  saxlamaqdadır:  dünən belə olub, bu gün belədir, qoruya  bilsək,  cırlaşmasaq, yolumuzdan çıxmasaq, sabah da, o biri gün də belə olacaq.

 Ailə ülfəti elə bir  ehtiyacdır ki,  hər kəs ona möhtac. Ailə ülfəti elə süslü bir çiçək ki, ən adi meh  belə onun ləçəklərini qopara bilər. Ailə ülfəti dədələrdən-babalardan qalan elə bir əmanət ki, onu qorumağa tək bir adamın güçü çatmaz: elliklə qorumaq gərək....

 

Namus  gözəlliyin dəfinəsidir.

 Kəlam

 İnsanı şərəfə ucaldan ən birinci  yol namusdur.

Meralite

 İtirdiyin pul, sərvət   bir şey deyiıdir, amma  itirdiyin  namus çox şeydir.

Alfred  Krupp

Son 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz