» » "Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (II hissə)

"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (II hissə)



"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (II hissə)

Amma torpaq üstə qalıb gül aça bilənlər arasında da vaxtsız solanları  az olmur. Bütün bunların bir çox səbəbləri var, amma heç biri də təbii fəlakətlə, texnogen qəzalarla bağlı deyil, mənəviyyatda gedən aşınmalarla bağlıdır.
Fikir vermisinizsə, günümüzüm ağrılı problemlərindən biri də , gənc ailələrin, xüsusən, gənc anaların uşaqlarını götürüb  evdən çıxması və ya evdə qoyub qaçmasıdır. Nişanlı ikən qoşulub qaçan qızlarımız oldu, toy gecəsi qaçan qızlarımız oldu. Nə deməkdir bu?
İnsan tək özünü düşünməlidirmi, bəs ailə, ata-ana? Bəs qanından-canından olan balalar? Bəs el-oba, yaşadığın cəmiyyət? Yoxdur elə bir sevgi, elə bir kişi ki, bu məqamın günahını bağışlada bilsin, bu kişiyə görə hər şeyin üstündən keçmək olsun, yoxdur.
İzləyirəm, müşahidə edirəm, söhbətlərə qulaq asıram, müraciətlər olur. Təəssüf edilməli hal budur ki, əksəriyyətində tərəflər heç kimin müdaxiləsi olmadan özləri sevib-seçib ailə qurublar. Bəs nə oldu? Mənə belə gəlir ki, həyatın özünün bir çox ölçüləri qarşıb, bulanlıqlaşıb. Gənclərimiz ailə qurmağa, qızlar xüsusən, hazır olmadan baş vururlar. Valideynlərin, ağbirçəklərin-ağsaqqalların nə həyat yolu, nə fikirləri gənclərə nümunə olmur. Gənclərimiz daha çox ailə münasibətlərində fizioloji tələbatlarını ödəməkdən qeyri heç nə görə bilmirlər. Gənclər  fədakar ana, zəhmətkeş  ata olmağa deyil, cavanlıq etməyə yönümlüdürlər. Hər zaman romantika, macəra   həsrətindədirlər. Bunlar ailə dünyası, ailə qayğıları ilə birlikdə mümkün olan şeylər deyil. İndi ailələr 2, bəzən də 3 uşaqdan artıq olmur. O 2-3 uşağı da aparıb bağçaya qoyurlar, iş tapa bilən tapıb işləyir, iş tapa bilməyənlər də ayın, həftənin, günün çox vaxtlarını qohum-qardaşı gəzəcək, səyahət etmək istəyəcək, mağaza, marketləri gəzəcək və s.. Sənin qurduğun xeymə, mənzil elə bil ki, yataqxana otağıdır.
Paltarın, yorğan-döşək üzlərini "pareçnaya”da yudurub ütülədəcəklər, ya da indi, maşallah, paltaryuyan maşınlar özləri bu əməliyyatları edirlər.
Ona görə də valideynər  keçmişdə övladlarını evləndirərkən, qızlarını gəlin köçürərkən bu məsələləri ciddi-cəhdlə sahmanlayırdılar ki, qarşıda övladları çətinlik çəkməsin: əl-ələ, baş-başa verib birlikdə problemlərini həll etsinlər, öz həyatlarını qursunlar.
Buna görə də mümkün qədər tanıyıb-bildikləri, bələd olduqları ailədən, nəsildən qız almaq, qız vermək istəyirdilər. Çox nadir hal olardı ki, başqa kənddən qız seçilsin, nəinki başqa rayondan. Ata həyat yoldaşına, yəni, anaya deyərdi, o da uşaqlarına: "A bala, Allah hamını murazına çatdırsın, amma öz kəndindən, ürəyin- gözün tutanlardan birini seç, elçi gedib "hə”sini alaq.”

İndi yoxdur belə məsləhət, məşvərət. Bir az vaxtsız-vədəsiz oldu  qonşuya getməyə qorxan qızlarımız indi siyah, kürən, nə bilim kim, qoşulub meridianlarda iz salırlar. Amandı heç bir gəncimiz sitəmə, şiddətə tuş gəlməsin. Görək olurmu?

Hardan gəldi bu sevgi?  Bəs o zavallı səadətini öz məmləkətində niyə tapa bilmir ki,   gəlib hansısa ölkənin qızını/oğlunu da özü kimi zavallıya döndərir? "Sevgi sərhəd tanımır, din tanımır, dil tanımır” fikri özünü doğrultmur axı. Lap azərbaycanlı oğlu olsun: çox nadir  evlilik hadisəsi olar ki (məsələn, 1-2), bizim gəncimizin rusla, moldavanla, belorusla, estonla qurduğu ailə ta sonadək davam etsin. Ömrü  müəyyən qədər uzun ola bilər, o vaxt ki, köçüb gedib qızın məmləkətində və ya  digər hansısa  qeyri bir yad yerdə yaşamış olalar. Bu, yaxşı nümunə deyil. Sevmək azaddır, hər kəsin müstəsna şəxsi haqqıdır.


"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (II hissə)

Amma yanılırıq axı. O qədər bəh-bəhlə əcnəbi ölkələrə gedənlər haqqında eşitdik, mətbuatdan oxuduq. 1-2 ildən sonra dönürlər geri, utandıqlarından, xəcalətdən demirlər, səslərini çıxarmırlar. Bu, elə həssas məsələdir ki, lap öz elində, elə öz qohum -əqrəbasından olan qızla evlənən kəs də boşananda istəmir ki, kimsə bu barədə  bilsin. Fəqət, digər heç kim  bunun marağında da deyil. Amma  uğursuzluğunun bilinməməsini istəyən kəsin marağındadır  ki,  tale  yolundan  xəbərdar olanın yanında   utanmasın. Əbəs cəhddir  bütün beyinlər olmasa da,  çoxlu sayda beyinlər həm də informasiyanı qəbul edə bilirlər. İstər-istəməz  bir məhəllədə, bir küçədə olanda  dalğalar  bir-birlərini cəzb edirlər.

   Açığını deyim ki,  bu gün cəmiyyəti, elə  insanları narahat edən ciddi səbəblər də var. Çünki uğursuz   sevgilər, pozulan nikahlar, bu ətrafda baş verən  xoşagəlməz  hadisələr ailə institunu aşınmalara məruz qoyur.  Artıq belə təhlükə   çoxdandır müşahidə edilməkdədir.  Biz  hamımız üçün eyni olan dədə-baba əxlaq normalarını   bir ahəngdə kökləyə bilmirik.  Getdikcə cırlaşırıq. Bu, cəmiyyəti narahat edir. Bu, digər valideynəri öz övladlarına  inamsızlığa, təşvişə sürükləyir.  Bizim keçmiş filmlərdəki kənd həyatına, ailə münasibətlərinə fikir verin: "Əhməd haradadır"da, "Ulduz"da, "Böyük dayaq"da, "Qayınana"da, "Görüş"də, "Qızmar Günəş altında" və sair.  S.Vurğunun  təbirincə desək, al-yaşıl geyinmiş uca dağların qartallı qoynundan uzaqlaşıb,  könül bulandıran, xəyal küsdürən  tozlu bir diyarla qucaqlaşmağımızın bir günahı Qərb dünyasıdırsa, bir günühı da mənəvi tərbiyə  məsələlərində sapınmalara yol verən bəzi   kütləvi informasiya vasitələrimiz və telekanallarımızdır.

Son vaxtlar kütləvi informasiya vasitələrində "qızlıq pərdəsi"nin  bərpa edilməsinin mümkünlüyü barədə müxtəlif məlumatlar paylaşılır. Bunlar, guya,  xeyirxah niyyətlidir, şəfqətdoludur, humanistdir, ədalətlidir? Məncə, yox.  Əksinə, bu cür söhbətləri bir mövzu olaraq  müzakirəyə  çıxarmaq, paylaşmaq özü belə sərt təpkiylə qarşılanmalıdır. Yoxsa, ürək-dirək verəsən ki, büdrəmişlər, nə etdiyini anlamadan çamurluğa  yuvarlanmış zavallılar oğrun-gizlin  axışıb gəlsinlər, həm də belələrindən  müalicə haqqı ilə bərabər gizlilik pulu da qoparmaq olar. 

Belə yazılar, nəinki,  büdrəmişlərə, nə etdiyini anlamadan çamurluğa  yuvarlanmış həmin o zavallılara, eləcə də hansısa təsirlərə düşüb bu yola düşmək ərəfsində olan, amma tərəddüd edənlərə  yaxşı heç  nə  vəd  etmir, edə də  bilməz.  Namus, ailə şərəfi, heysiyyət, qürur bizim xalq üçün o qədər önəmli məsələdir ki,  burada manevr etməyi, nəyisə yola verməyi yox, sevməyi, sədaqətli olmağı, namuslu olmağı öyrətmək lazımdır.

 Namuslu olmaqla bakirə olmaq   məzmunca  yaxın olsalar da,  fərqli  anlayışlardır. Namus anlayışı daha böyükdür  və bakirə olmaq da  bu anlayışın bir tərkib hissəsidir. Lüğət kitablarında "namus” sözü cəmiyyət  içində ləyaqət və əxlaq qaydalarına sıx bağlılıq; doğruluk, dürüstlük, fəzilət, əxlaqlılıq; ləyaqətli, bakirə olmaq kimi mənalandırılır.

Yazımızın  mövzusu  bu baxımdan oxucular tərəfindən  doğru anlaşılacağı ümidindəyik. Biz  heç də qarşımıza namus  və   bakirəlik haqqında  nəsə yazmaq  məqsədi qoymamışıq: bakirəlik haqqında,  "qızlıq pərdəsi” haqqında, nə necə olur, niyə olur və s. bu kimi sırf tibbi-psixoloji  təfərrüatlara da baş vurmayacağıq. Bu fikrimiz olsa idi, mütləq  tanınmış bir  qadın həkiminə  müraciət edəcəkdik. Bizim məqsədimiz, sadəcə,  belə həssas bir mövzunun internet məkanında  müzakirə edilməsinə, həmçinin  "qızlıq pərdəsi”nin bərpası üçün  edilən xidmət təkliflərinə münasibət bildirməkdir.

 Biz , sadəcə,  yazılanlar barədə və ən çoxu da  "qızlıq pərdəsi”nin bərpasına tibbi don, gender   bağlılığı yaratmaqla, daha  böyük sosial bəlalara yol açıla biləcəyinə naraçatçılığımızı ifadə etmək və oxucularımızın   bu barədə fikirlərini öyrənmək istəyirik. 


"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (II hissə)

Bir insan bəxtindən çox, namus və doğruluğuna bel bağlamalıdır.


Afinalı Solon

Ancaq acıya verdiyim dəyər qədər dəyər verirəm həyata… Amma namus  məndən uşaqlarıma qalacağı üçün  yalnız onu müdafiə edəcəyəm mən.

 Uilyam Şekspir

 Kütləvi informasiya vasitələri çox diqqətli olmalıdır. Problemin mahiyyəti təkcə tibbi, hüquqi baxımdan deyil, həm də psixoloji baxımdan, mənəvi baxımdan əsaslandırılmalıdır. Axı bakirəliyi necə bərpa etmək olar? Bakirəlik "uşaqlıq yolu girişini bürüyən incə quruluşlu, çevik, qan damarları və sinir strukturları
baxımından zəif, örtüyə bənzəyən bir toxuma" deyil ki, tibbi üsulla "qızlıq pərdəsi"nin bərpası kimi yeni  süni qızlıq pərdəsi yaradılsın. Əgər yaradıla biləcəksə,  bu bakirəlik özü də sünidir axı. Ailənin davamlı və qürurlu ola bilməsi üçün isə əsl bakirəlik və bakirlik tələb olunur. Himenoplastika ilə yaradılan illüziyalı

  bakirəlik   sahibinə heç zaman etibar, etimad  qazandıra bilməz.

 "DOSYE: Tibbi ədəbiyyatlarda sözügedən əməliyyatın adı himenoplastika adlanır. Evlilik həyatına başlamazdan 1 ay əvvəl edilən estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Digər bir üsulla isə toy gecəsindən 2-3 gün əvvəl qızlıq pərdəsinə tikiş qoyulur. Hər iki üsul narkozla aparılan əməliyyatdır. Bunu cərrahlar imitasiya, yəni bənzətmə üsulu ilə həyata keçirirlər. Bu, iki üsulla həyata keçirilir. Birinci üsulla var olan qızlıq pərdəsinin kənarları tikişlə birləşdirilərək müvəqqəti bərpa edilir. Burada qoyulan tikişlər 4-5 gün müddətində sorulub gedir. İkinci metod isə daha qalıcıdır. Bu zaman uşaqlıq yolunun selikli qişasından calaq edilərək, pərdə yenidən yaradılır.

Bu əməliyyatdan sonra ilk cinsi əlaqə zamanı qanamanın olub olmayacağı qeyri-müəyyəndir. Pərdənin tikildiyini isə yalnız mütəxəssislərin bilməsi mümkündür.

"… qaranlıq tərəflər , ilginc detallar : dövlət tibb müəssisələri qorxur, özəl klinikalarda qiymət  "ceyran belində”...

"Özəl klinikalardan yaşıl işıq - əməliyyat 500-1300 manat məbləğindədir"

 Mənbə: http://musavat.com/news/yasham/qizliq-qizila-donub-yox-xeberi-qapali-movzuya-dair-achiq-yazi_228231.html?welcome=1

 

"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (II hissə)

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev "Pedofillərin məcburi kimyəvi axtalanması" haqqında qanunu imzalayıb.2016-cı ildə Rusiya Dövlət Dumasında belə qanun müzakirəyə çıxarılıb və təsdiq olunmuşdur. Türkiyədə Cinayət Məcəlləsinə dəyişiklik edilərək cinsi təcavüzkarların kimyəvi yolla xədim edilməsi nəzərdə tutulub. Dəyişiklik artıq qüvvəyə də minib. ABŞ-ın bir sıra ştatlarında, Moldovada, Danimarkada, Polşada və Cənubi Koreyada məcburi kimyəvi axtalanma tətbiq edilməkdədir. Bir Şərq ölkəsində isə, baxın, bəzi "çoxbilmişlər” gəlir əldə etmək üçün milli dəyərləri belə ayaqlamağa hazırdır. İnterneti izləsəniz, bu xidmət haqqında çoxlu sayda şaşırdıcı təkliflərlə rastlaşacaqsınız.
Qeyri -müsəlman ölkələrində seksual cinayətlərə meyilli olanların fantaziyalarını buxovlamaq üçün düşünüb yollar axtardıqları halda , tibb elmi çarə yolu kimi müxtəlif anti-depressant dərman növləri təklif etdikləri halda, bizim həkimlər seksual fantaziyaya təslim olanlara hamilik etmək istəyirlər.

 

"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (II hissə)

Davamı var

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0