» » "Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (I hissə )

"Bəkarət toxunulunca solan və gözyaşları ilə isladılsa belə, canlanmayan bir çiçəkdir!" (I hissə )

 

"Bəkarət  toxunulunca solan və gözyaşları ilə  isladılsa belə, canlanmayan bir çiçəkdir!" (I hissə )

 
Ordan da tələsiк tez qəsrə gəldi,
Ardınca sürülər elə bil seldi. 
Yenə tər mirvari sədəfə girdi,
Gövhər yenə daşa pənah gətirdi.
N.Gəncəvi

 Son günlər oxuduqlarım çoxlu sayda yazıların arasında iki mövzu, xüsusilə diqqətimi  cəlb etdi. Bu mövzular qızlarla bağlı idi və çox aktual  məsələləri əhatə edirdi. Həmin məsələlərin birincisi,  demoqrafiya ilə  bağlı  problemdir: yazı müəllifləri   belə məsələləri  araşdıran mütəxəssis , ekspert və  ictimai təşkilatların   narahatçılıqlarını ifadə etmişlər ki,  dünyaya gələn  uşaqlar arasında qız uşaqlarının sayı azalan xətt üzrə davam etməkdədir:

"Ölkədə qız uşaqlarının sayı azalır  Cinsi nisbət pozulub”(Mənbə: https://azvision.az/news/138194/olkede-qiz-usaqlarinin-sayi-azalir-cinsi-nisbet-pozulub-video.html;15 Fevral 2018)

   Problemlə əlaqədar  məsələnin  müfəssəl təfsilatını isə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, "İnsan coğrafiyası” istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminovun   Trend-ə  verdiyi açıqlamadan öyrəndim ki, əgər hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı. Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur: "Ola bilər ki, indi bu fərq özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına çatanda problem müəyyən qədər özünü göstərəcək. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir" (Mənbə: https://news.milli.az/society/576522.html)

 Haqqında danışmaq istədiyim ikinci mövzu isə,   şəbəkə mətbuatında  qızlıq pərdəsinin  bərpası,  bərpa  üsulları, qiymətləri, endirim imkanları ilə bağlı  bu millətin əxlaq meyarları gözlənilmədən  manşetlərə çıxarılan zərərli, naqis yazılar, çağırışlardır.

Həmin  yazılar ətrafında  müraciət edilən həkimlər  bunun, sadəcə, tibbi bir əməliyyat olduğunu önə çəkmişlər. Məsələnin hüquqi tərəfi barədə şərh verən vəkil  isə: "evliliklə bağlı qanununda belə bir müddəa qeyd olunmadığı üçün əməliyyatın keçirilməsində heç bir qanunsuzluq yoxdur”-,  deyə vavab vermişdir. Onlar, hətta, vurğulamışlar ki,  belə məsələ hər kəsin şəxsi məsələsidir,  heç kim bununla bağlı  kiməsə əxlaq dərsi verməməlidir.

 

"Bəkarət  toxunulunca solan və gözyaşları ilə  isladılsa belə, canlanmayan bir çiçəkdir!" (I hissə )

 Mənim fikrimcə, əslində,  həkim də, vəkil də dolayısı ilə belə  məsələləri  cəmiyyətin təpkisindən – ictimai qınaqdan  uzaqlaşdırmaq  istəmişlər.  

Həyata yeni göz açan  uşaqlar arasında cinsi nisbətin pozulmasının   bu məsələyə nə aidiyyəti var, desəniz, elə birbaşa deyirəm ki,  var, özü də bilvasitə də yox, bilavasitə. Bunlar bir-birlərini təqib edən anomaliyalardır.  

…Mənim bir dostum vardı, Allah rəhmət etsin, ziyalı, abırlı və olduqca ailəcanlı  bir ata idi. Bir oğlu və bir qızı vardı. Mənə söyləmişdi ki,   qızı  3-4 yaşında olanda Bakıda  möhkəm qar yağmışdı. Onda indiki kimi   nəqliyyat bolluğu deyildi və  gecədən də xeyli keçmişdi. Heç  yerdə bir maşın gözə dəymirdi. Gecə qəflətən qızmın halı pisləşdi, balam atəşin içində yanırdı.Təcili yaardıma zəng vurduq, dedilər ki, çöldən xəbəriniz varmı, gələ bilsələr, həkim göndərəcəyik. Mən gözləyə bilərdimmi, tez  geyindim və  balamı  yorğana bükərək qucağıma alıb evdən çıxdım. Dayanmadım, yol-iriz açılmadığından  sürüşmə ehtimalım  yox idi,  hardan gəldi   basıb keçdim, qızımı  qollarımda həkimə çatdırdım.

Onda gərək bu ata  indiki  əqidədə olan qız övladı istəməyən atalar kimi, heç bir addım atmayaydı ki, böyüyüb kim bilir necə olacaq, özümü öldürməyəcəm ki, maşın işləmir, yol-iriz, hər yer bağlıdır. Amma əvvəlki dövrün atası özü öləcəkdi, amma son nəfəsinə kimi, qızını xilas etməyə can atacaqdı: Ənvər Məmmədxanlının "Buz heykəl”indəki ana  kimi,  buz heykələ çevriləcəkdi, fəqət, qızını atəşli hərarətə təslim etməyəcəkdi və etmədi də.

İndi ata həyatda yox, amma qızı yaşayır.

Qızlara münasibət dəyişilməlidir. Qızlar reklam panolarına, gecədən xeyli keçmiş istirahət-əyləncə məkanlarına, şou meydanlarına yox,  ən böyük dəyərlərimizin mərkəzinə  gətirilməlidir.

"Bəkarət  toxunulunca solan və gözyaşları ilə  isladılsa belə, canlanmayan bir çiçəkdir!" (I hissə )

Bu qədər zorakılıq hadisələri olur, intiharlar baş verir, qurbanların  çoxu da qadınlardır.  Amma  bu intiharlar haqqında  son məlumatlar, günahkarlar, onlara verilən  cəzalar barədə  məlumatlar verilmir. Hamı da elə fikirləşir ki, doğrudan da qız xəstə imiş, dəliliyi varmış, pis yola gedibmiş və s.  Bunlar olmuş olsa belə, heç kim intihara da, intihara vadar edən kəsə də haqq qazandırmaq fikrində deyil. Fəqət,  üstüörtülü, həm də ciddi olan  elə məsələlər var ki, əgər istəyiriksə ki, onlara birdəfəlik "yox” deyək,  heç olmasa, qat-qat aşağı həddə salaq,  mübarizəmizi şəffaf, aydın aparmalıyıq.   Kütləvi informasiya vasitələri, telekanallar tez-tez  gecə-barlarında, istirahət məkəzlərində adları qalmaqallarda  çəkilən  bəzi qızlardan, məktəblilər arasında seks həzinə meyillilikdən,   süjetlər, yazılar   verir. Məsələn,  "Oxu.az” saytında  bununla bağlı bir  statistika verilmişdir:  əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaş arası 135 nəfərin abort olunmasıdır (https://oxu.az/society/29817).

 Onlardan  elələri də olur ki, qorxur,  hamilə qaldığını, uşaq gözlədiyini  heç kimə bildirmir, usağı necə gəldi, harda gəldi dünyaya gətirirlər.

Küçəyə, zibilliyə atılan körpələr dünyaya, bax  beləcə,   ruhunda, dilində analıq ülviyyəti, sevgi olmadan, təsadüfi münasibətlərdən gətirilən uşaqlardır. Onlar bədbəxtgdirlər: kimsəyə "ana-ata” deməyəcək, "baba” deməyəcək, kimsə də onları "balam”, "canım” deyib qucağına almayacaq.

Atasız uşaq doğmuş bu binəvanın özünün isə daha fəlakətli günləri  bundan sonra başlayacaq: o, nikahdankənar doğduğu uşağı  atacaq, valideynləri isə adlarını ləkələdiyi üçün  onun özünü. Belə hadisələr  getdikcə intensivləməkdədir .

 

"Bəkarət  toxunulunca solan və gözyaşları ilə  isladılsa belə, canlanmayan bir çiçəkdir!" (I hissə )

Mərkəzində qız olan  kriminal hadisələr,   hamıya aid olunmasa da,  diqqəti cəlb edəcək qədər çox olan qızların   əndazəni aşan geyimləri və s. məqamlar var ki,  valideynlər dünyaya qız gətirməkdən qorxurlar.   Mənəvi tərbiyə üzrə bütün sahələrdə  maarifləndirilmə işlərinin aparılmasına  böyük ehtiyac var:  aillədə, məktəbdə, cəmiyyətdə, əsasən, kütləvi informasiya vasitələrində. Təəssüf ki,  bu işlər  zəifdir, kampaniyamılıqdan o yana getmir.

Məktəbyaşlı uşaqların maraq dairələri, sevdiyi verilişlər, müğənnilər,  əyləncə və maraqları ilə tanış olanda   valideynlərin narahatşılıqlarına haqq qazandırmamaq olmur. Dəfələrlə ərindən boşanmış,  qadınını boşamış şou adamlarını bu gün dəvət edib ən təntənəli günlərin, bayramların başında əyləşdirirlər. Nə geyimləri, nə davranışları, nə danışıqları  auditoriya formalaşdırmağa layiq deyil, amma onlar çoxlarından bəxtəvərdirlər.  Rəqsanə nikah kağızını nümayiş etdirir, ARB TV-də yayımlanan "Səhər-səhər” verilişində Əli Mirəliyev  rəqqasə ilə  "oyun" çıxarır, Rəhim  Mətanət Əliverdiyevanı "Gündəlik” verilişində qucağına alıb səhnədə gəzdirir, Mətanət Əliverdiyeva özü   həmin verilişin digər  bir sayında şpaqat açır, kimi ərini ictimaiyyətə təqdim edir, kimi qucaqlaşıb öpüşür və s... Bütün bunlar çox pis nümunələrdir. İctimaiyyətin qınaqla qarşıladığı  mənzərələrdir. Təəssüflüsü də budur ki,  bunlara  "dur" deyən,  xitabət kürsüsünü təmizləyən yoxdur.   Ailə  televiziyada, internetdə  mənfi assosiasiyası güclü olan belə səhnələrlə o qədər çox qarşılaşır ki, nəticədə, ata-ana ümidsizləşir, yeganə çıxış yolu olaraq  dünyaya  qız usagı gətirməkdən imtina edirlər: "Oğlumuz olacaqsa, qoy gəlsin, lap  xatası olsa da, yola vermək olar, təki qızmız, namusumuz ayaqaltı olmasın. Nə vaxtsa  belə acını yaşamaqdansa, elə doğumdan əvvəl günaha batıb gələcəkdə  baş verəcək  üzqaralığından  özümüzü qoruyaq”.

  Başqa ehtimal varmı, qız uşaqlarına olan etimadsızlığa səbəb olsun.  Varsa deyin. Deyin, ailə qız uşağından nə üçün imtina etməlidir?

Çox qəribə, amansız  bir münasibətdir: Uca Allahın yaratmaq haqqı verdiyi  Qadının  ananın öz iştirakı və razılığı ilə   gələcəkdə  o da   bir yaradan olacaq  qızının,  özü də ən etibarlı sığınacaqda  ana  bətnində həyatına  son  verilir.  Niyə, səbəb nədir?  İndi  təqdim etdiyimiz  süjetə baxın. Baxın, bu  tifil    bütün mümkün vasitələrlə   çalışır ki, onu mələyindən ayırmasınlar.  Döldən/ bətndən xaric edilən hər tifil də sevgisizliyə tuş gəlməsə idi, beləcə bağlanacaqdı mələyinə.

 Mənim yaşım  az deyil:  bütün ailələrdən  gördüyüm, bildiyim gerçək  budur ki, qızlar  ev-eşik üçün, ailə üçün, ata-ana üçün  oğlan övladından  daha canıyanan olublar. Hətta ər veinə  köçəndən sonra da  belə olur: qız ürəyinin bir yarısı, gözü nün, qulağının da biri həmişə ata evində olur.  Amma  insanlar  uluların "qız qızıl alma, qızı gözdən salma" öyüdünü  eşitmir, əməl etmir, əksinə,  Sürəyyanı daşlayan kimi olmasa da,  müasir tibb texnologiyaları  və  vasitələri ilə onu da göndərirlər heç  vaxt gül açmayacağı torpaq altına.

 

 Ömrünün dörddə üçünü oxumaqla keçirən yəqin ki, namuslu olur.

 Denis Didro

Namuslu görünmək üçün, namuslu olmaq lazımdır. 

 Nikola Boileau

Bəkarət  toxunulunca solan və gözyaşları ilə  isladılsa belə, canlanmayan bir çiçəkdir!

Xopper


"Bəkarət  toxunulunca solan və gözyaşları ilə  isladılsa belə, canlanmayan bir çiçəkdir!" (I hissə )

Davamı var

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0