» » Layihə : “Valideyn himayəsindən məhrum yeniyetmə və gənclərə psixososial dəstək”

Layihə : “Valideyn himayəsindən məhrum yeniyetmə və gənclərə psixososial dəstək”

 
PRES- RELİZ

Layihə : “Valideyn himayəsindən məhrum yeniyetmə və gənclərə psixososial dəstək”

"SOS Uşaq Kəndləri - Azərbaycan”Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə bu ilin avqust ayından etibarən "Valideyn himayəsindən məhrum yeniyetmə və gənclərə psixososial dəstək” layihəsi həyata keçirməkdədir.
Layihənin əsas məqsədi Bakı və Gəncə SOS Uşaq Kəndində yaşayan və tərbiyə alan 60-a yaxın yeniyetmə və gəncə əlavə psixososial dəstək xidməti göstərməklə onlara şəxsiyyətlərarası ünsiyyətin qurulması, özünəgüvən, qərarvermə və qərarlara görə məsuliyyət daşıma kimi bacarıqları aşılamaq, onların emosional davamlılığına nail olmaq və müəssisəni tərk etdikdən sonra müstəqil olaraq yaşayıb-yaratmağı bacaranbir şəxsiyyət kimi yetişməsinə töhfə verməkdir.
Layihədə yeniyetmə və gənclər müstəqil həyata hazırlıq,kommunikativ bacarıqlar, güclü iradə, özünə inam və düzgün özünüqiymətləndirmə və s. kimi mövzularda təlimlər, fərdi və qrup terapiyaları alacaq, zərərli vərdişlər, sağlam həyat tərzi haqqında maarifləndirmə tədbirlərində iştirak edəcəklər.
Təlimlər BDU-nun psixologiya kafedrasının professoru, psixologiya elmləri doktoru Svetlana Məcidova və UNİCEF-in milli məsləhətçisi, "Express Group" konsaltinq şirkətinin psixologiya üzrə eksperti və təlimçisi, ailə psixoloqu Şirinli Şərafət Yavər qızı, həmçinin SOS Uşaq Kəndlərinin psixoloqları tərəfindən keçirilir. Layihə müddəti boyunca artıq iki şəhərdə 4 təlim təşkil edilmiş və bir sıra fərdi terapiyalar keçirilmişdir. Layihədən faydalanan yeniyetmə və gənclərin həmyaşıddan-həmyaşıda ötürmə metodu ilə əldə etdikləri bilik və bacarıqları təşkilatımızda qayğı görən digər həmyaşıdlarına, uşaqlara və bacı qardaşlarına ötürməsi də təşkil olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə noyabr ayında yekunlaşacaq.

Ünvan: Azərbaycan SOS Uşaq Kəndləri Assosiasiyası İctimai Birliyi,
Suleyman Vəzirov küçəsi, 11 F, mənzil 47
(+994 12) 489 02 96, 490 39 13
www.soschildren.az
[email protected]

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz