» » Su , yoxsa suç kiçiyindir və yaxud daha bir atalar məsəlimiz haqqında

Su , yoxsa suç kiçiyindir və yaxud daha bir atalar məsəlimiz haqqında

Su , yoxsa    suç kiçiyindir  və yaxud  daha bir atalar  məsəlimiz haqqında

 

Bəzi atalar sözləri haqqında "yanlışdır”, "lazımsızdır” kimi mülahizələr çox yazılıb və deyilib. Amma "Yol böyüyün, su kiçiyin” atalar kəlamı ilə bağlı indiyə kimi heç bir irad nə eşitməmişəm, nə də hər hansısa bir yazıya rast gəlməmişəm.
Sən demə, bu atalar sözümüz də bir çox atalar sözləri kimi, tam deyilmiş, günümüzə təhrif olunmuş şəkildə gəlib çatıb. Maraq doğurduğu üçün internedən, əsasən, türk saytlarından haqqında danışdığımız atalar sözü ilə bağlı bir neçə yazı tapıb oxudum.
1928 –ci ildən sonra nəşr edilmiş folklor nümunələrində bu nümunə bir neçə məzmunda verilmişdir:
"Su kiçiyin, söz ulusunun","Su kiçiyin, söz böyüyün", "Su kiçiyin, süfrə böyüyün","Su kiçiyin, yemək böyüyün", "Söz böyüyün, su kiçiyin", "Söz böyüyün, suç kiçiyin", "Kiçiyə su, böyüyə yol" və s.
1863-ci ildə Şinasi tərəfindən yazılmış olan ilk atalar sözləri kitabında (
"Durubi- bənzəri Osmaniyyə") 1500 qədər osmanlı atalar sözü və deyimi toplanılmışdır.
Həmin əsərdə bu atalar sözü "Su kiçiyin, söz böyüyün" şəkildə göstərilib, eyni əsrdə yaşayan Əhməd Vefik Paşanın "Müntəxabati - Durbin Əmsal” əsərində isə "Su kiçiyin söz böyüyün (Söz böyüyün sus kiçiyin)" şəklində qeyd olunmuşdur.
Məsəlin nə vaxt, necə yarandığını bilməsək də, yəqin, razılaşarsınız ki, onu eşitməyənimiz yoxdur. Günümüzə əsrlərin o taylarından gəlib çıxdığı şəksizdir. Bu nəsihəti dünyagörmüş insanlar: ixtiyar qocalar, ağbirçək nənələr deyib, bizə ədəb-ərkan qandırıblar.
Deyilən mülahizə budur ki, aforizmin birinci hissəsi məntiqə uyğun gəlir, yəni, yol göstərmək elə böyüyün boyuna biçilib, amma: su nə üçün kiçiyin olmalıdır, həm də niyə yemək yox, məhz su?” Bu, məntiqə uyğun gəlmir. "Uşaqlar dözümsüz olurlar, su ilk növbədə onların olmalıdır” kimi mövcud qənaətin doğru olmadığını qeyd edərək bildirirlər ki, guya elm çoxdan sübut etmişdir ki, uşaqlar böyüklərdən, qocalardan aclığa və susuzluğa qarşı daha dözümlüdürlər. Buna görə də aforizmin ikinci hissəsi məntiqə uyğun gəlmir və bu da öz növbəsində, birinci tərəfin də məntiqə uyğunluğunu şübhə altına alır.
Bədii söz, əsasən, məcazi mənada işlənmiş sözdür. Bu aforizmdəki antonim sözlər də (böyük-kiçik) poetik fiqurlardır, odur ki, "yol” və "su” sözlərinində də antonimlik gözlənilməli idi. Bu prinsip gözlənilmədiyindən "Yol böyüyün , su kiçiyin" məsəli məntiqsizdir.
Belə fikirləşənlər XV -XVI əsr abidəsi hesab edilən "Oğuznamə"dən bu
" Söz böyüyün , suç kiçinin " nümunəsini misal gətirir və qeyd edirlər ki, bu nümunə də heç öz ilk variantında deyil, dəyişikliyə məruz qalıb və
məsəlin ilkin variantını belə bərpa etmək olar:" Yol ulunun, suç kiçinin" . Bu zaman aforizmin tərəfləri tam antonimlik əsasında qurulub. Guya "suç” sözü arxaikləşərək bu gün "su” kimi işlədilən formaya düşmüşdür.
Bu və digər fikirlər çox maraqlıdır. Hörmətli alimlərimiz onu xalqımızın təfəkkürü, həyat tərzi, adət-ənənələri konteksində əsaslandırmışlar.
Amma hansı fikrin daha doğru olduğuna nöqtə də qoyulmamışdır. Bu da təbiidir. İnsan cəmiyyəti irəli doğru getdikcə qarşısına çıxan yaşantılar, münasibətlər aşınmay da məruz qala bilir, daha da mükəmməlləşə bilir. Bu zaman tarixən söylənilmiş hər hansı bir fikir başqa məzmun və mahiyyət kəsb edə bilər, ən azından qədərini bir qədər genişləndirər.
Mən, məsələn, "Yol böyüyün, su kiçiyin”, eləcə də " Söz böyüyün , suç kiçinin ” atalr kəlamının hər ikisini məntiqli hesab edirəm.
Əvvəl başlayaq "Yol böyüyün, su kiçiyin” kəlamından. Mən babaların bu tapşırmasını belə başa düşürəm ki, böyüklər ehtirama layiq olduqları kimi, kiçiklər də qayğıya möhtacdırlar. Biz həyatımızı müdriklərin öyüd-nəsihətləri ilə nizamlamalıyıq. Hər zaman onlara tapınmalıyıq, onlara sığınmalıyıq, əgər istəyiriksə ki, fəlakətlə baş-başa qalmayaq.
Kiçiklər isə həm fiziki, həm də mənəvi baxımdan böyüklərin qayğısına, şəxsi nümunəsinə möhtacdır. Böyüklər bu qayğını lütf etməsələr balacalar mövcud ola bilməzlər. Bu, varislik ənənəsidir, insanlığın davamlı olmasına cavabdehlikdir, borcdur. Qidanın məhz su olması, ideyanın mahiyyətini bir qədər də sanballı edir: Çünki insan 1-2 ay ac qala bilər, amma susuz yalnız bir-neçə gun qala bilər.
" Söz böyüyün , suç kiçinin ” kəlamı bir qədər fərqli olsa da, əvvəlki hikmətə yaxın mənanı ifadə edir. Böyüklər kiçiklərin müəllimidirlər.
Hindlilər əbəs yerə demirlər ki, gəncləri tərifləyin, lakin yaşlılara güvənin.
" Söz böyüyün , suç kiçinin /kiçiyin” aforizmi də balacaları atacaqları addımlara, görəcəkləri işlrə görə böyüklərə, ululara tapınmağa çağırır: söz böyüyündürsə, yolu böyük başlamışdırsa, addım atmağa çəkinməyin. Lap etdikləriniz xeyirli olmayıbsa, uğurlu deyilsə, yenə yolunuzdan dönməyin.
Əgər tapşırıq, buyruq, yol, ölçü böyükdəndirsə, et, etdiyin, gördüyün iş suç olacaqsa, qoy olsun. əlbəttə ki, burada ideya müsbətdir, kiçiklərin heç nəyə baxmadan, düşünmədən addım atmaları deyil, ağıllı sözü eşitmələri, müdriklərə tapınmaları tövsiyə olunur. Bizim belə kəlamımız da var ki, ulu sözünə baxmayan uluya-uluya qalar.
Əziz oxucular, bu kəlam haqqında bəs sizin bildikləriniz nə qədərdir? Onun haqqında siz nə deyə bilərsiniz?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz