» » Müzakirə: “Azərbaycanda hər kişiyə neçə qadın düşür” demək doğrudurmu?

Müzakirə: “Azərbaycanda hər kişiyə neçə qadın düşür” demək doğrudurmu?

 Müzakirə

 

Müzakirə: “Azərbaycanda hər kişiyə neçə qadın düşür” demək  doğrudurmu?

 

"Azərbaycanda hər kişiyə neçə qadın düşür?”, "Hər min kişiyə neçə qadın düşür?”, "Azərbaycanda min kişiyə neçə qadın düşür? ”, Patogoniyada (Cənubi Amerika) hər kişiyə 10 qadın düşür”, "Keniyada hər kişiyə 20 qadın düşür” və s bu mövzulu sərlövhələrə kütləvi informasiya vasitələrində tez-tez rast gəlmək olur.
 Müxtəlif  ölkələrdə  qadınlarla kişilərin say nisbəti arasındakı fərq belədir:

Ölkənin adı   ümumi əhali  kişilər    qadınlar

Belarus 9,715 milyon 46,7  53,3
Portuqaliya 10,584 milyon 48,4 51,6
Yunanıstan 11,148 milyon 48,5 51,5
Estoniya 1,344 milyon 46,1 53,9
Böyük Britaniya 60,623 milyon 49 51
Fransa 61,353 milyon 48,6 51,4
İsveç 9,081 milyon 49,6 50,4
Almaniya 82,376 milyon 48,9 51,1
ABŞ 304,6 milyon 49,3 50,7
Argentina 33,4 milyon 48,9 51,1
Misir 74,1 milyon 51,4 48,6
Türkiyə 75,9 milyon 50,5 49,5
Qazaxıstan 18,9 milyon 48,3 51,7
İran 71,4 milyon 50,8 49,2
Ermənistan 3,029 milyon 48,5 51,5

Müzakirə: “Azərbaycanda hər kişiyə neçə qadın düşür” demək  doğrudurmu?

Bunu da lap yenicə oxudum;
"... Azərbaycanda da qadınların sayı kişilərin sayından hələ ki çoxdur. Rəsmi məlumata görə, indi ölkəmizdə hər 1000 kişi say hesabına 1013 qadın düşür...
Əslində, bu deyimi hələ sovet dönəmindən eşitmişik:
"Hər kişiyə 7 qadın düşür. ” O dövrün yumoristik bir deyimi idi.
Hələ məktəb uşaqları olsaq da, fikirdəki mənanı qadınların kişidən çox olması kimi deyil, qadına təsir, təzyiq vasitəsi kimi qəbul edirdik. Başqa sözlə, kişilər qadınını hər zaman səksəkədə saxlamaq üçün yarızarafat-yarıgerçək ona çatdırırdı ki, çıxıb gedirsən get, mənə tapılmayan arvad olsun: bir kişiyə 7 arvad düşür və yaxud zavallı qadın bu faktı bildiyindən hər cür cəfaya, hədyanlara dözərək taleyi ilə barışırdı.
Amma indi bir qədər vəziyyət dəyişib, qadınlar 30-40 il bundan əvvəlki qadınlar deyil. Artıq onlar ictimai həyatımızın ən məsul sahələrində təmsil olunurlar. Fəqət, "...hər 1000 kişi say hesabına 1013 qadın düşür”, "Azərbaycanda min kişiyə neçə qadın düşür? ” ifadələri yenə işlənilməkdədir. Nə qədər demoqrafik vəziyyəti izah edən, aydınlaşdıran ifadə olsa da, məncə, fikir doğru ifadə edilmir, bir az da qeyri-etik səslənir.
" Hər min nəfər sayında 13 qadın daha çoxdur və yaxud ümumi əhalinin hər min nəfəri üçün kişilərə nisbətən 13 qadın daha çoxdur. Ya da ki, bu tənasüb 1000 kişi - 1013 qadın nisbətindədir kimi (1000 kişi:1013 qadın) demək olmazmı?
Hörmətli oxucular, fikir bildirmədən keçməyin və bu cür ifadələr haqqında mülahizə və təkliflərinizi də dilə gətirin.

Müzakirə: “Azərbaycanda hər kişiyə neçə qadın düşür” demək  doğrudurmu?


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz