» » Qədərsiz olsa çörək, qədirsiz olur demək? (Müzakirə)

Qədərsiz olsa çörək, qədirsiz olur demək? (Müzakirə)

 

Qədərsiz olsa çörək, qədirsiz olur demək? (Müzakirə)

 

Çörək insanın yaşaması, həyatın mövcudluğu üçün birinci şərtdir.
Çörək ən qiymətli nemətdir, müqəddəsdir. Ən böyük andımız, alqışımış həmişə çörəklə bağlı olub:
"çörək haqqı”, "çörəyə and işirəm”, "səni çörəyə and verirəm”, "süfrənə bərəkət”, "həmişə çörəkli olasan”. Ata-babalarımız dosta sədaqətlərini ifadə etmək üçün çörəkdən kəsərli, təsirli, ən başlıcası isə halal and bilməyiblər. Bu ulu məmləkətə qədəm basan hər bir qonağı duz-çörəklə qarşılyıblar. Süfəyə birinci çörəyi gətiriblər, çörəyi süfrədən götürməmiş ayağa qalxmayıblar. Bir imkanlı kişinin kasıba pasiban olub onu yanına çəkməsi, ailəsinə çörək qazana bilməsi üçün iş verməsi "ruzi vermək, çörək vermək” kimi yaxşılıqların ən böyüyü hesab edilib.
Ən amansız qarğış da çörəklə bağlı olub. Naxələfə, namərdə, nakişiyə, nadürüstə, naqisə, nacinsə müdriklərimiz "çörəyi dizinin üstündədir”, "çörək sənə qənim olsun”, "çörək səni kəssin”, - deyə qarğış edib.
Ulularımızın mizan- tərəzisində "çörəksiz kişinin adı olmaz”. Ona görə də bu məqəddəs neməti göz bəbəyi kimi qorumaq, qədrini bilmək lazımdır: "çörəyi hara gəldi qoymaq olmaz”, "” çörəyi yerdə gördükdə əyilib götürmək, göz üstünə qoyub öpmək və təmiz bir yerə qoymaq lazımdır” və s.
Bütün əsrlərdə çörəyi olan xalq bütün çətinliklərə dözüb, varlığını, mövcudluğunu qoruya bilmişdir. Müharibələr dövründə, eləcə də tarixin ayrı-ayrı çətin dövrlərində açlıq təhlükəsinin gətirdiyi dəhşətlər, məhrumiyyət və onların nəticəsi ilə bağlı çoxlu kitablar oxumuşuq, filmlər görmüşük. Bu gün də dünyanın elə yerləri var ki, orada insan ərzaq qıtlığı, aclıq və ölümlə üz- üzədirlər.
Bütün bunları fikirləşdikcə ruzili günlərimiz üçün Allahımıza, dövlətimizin başçısına şükür etməliyik. Xoşbəxt günlərimizin qədrini bilməli və qorumalıyıq. Açığını deyim ki, gündəlik həyatımızda addımbaşı – hər küçədə, hər məhəllədə çörəyə qarşı hörmətsizlik, nankorluq hümunələrinə rast gəmək mümkündür. Buna görə konkret hansısa qurum və ya şəxslər qınaq obyekti olmamalıdır. Bu, hamımızın günahıdır, cəzasını hamımız çəkməliyik...yoxsa əlacını tapa bilməyəcəyik.
Yeməkxanalarda, şadlıq saraylarında, restoranlarda hər gün nə qədər çörək yararsız hala düşür: ya aparıb harasa tökürlər, ya da heyvanları olanlar əvvəlcədən razılaşıb gəlib aparırlar.
Haqqımda ədalətsiz fikirləşməyin. Mən çörəyə böhtan atanları da, əsassız danışanları da ona nankorluq kimi dəyərləndirirəm, yalan dediyimdə, mən də nankoram. Çörək elə bir qiymətli nemətdir ki, onun hər qramı alın təri, böyük zəhmət bahasıına başa gəlir. Onu göz bəbəyimiz kimi qorumalıyıq. Bunun başlanğıcı isə rişəsini çörəyə münasibətdən götürməlidir, bizim ürəyimizdən götürməlidir.
 

 

Qədərsiz olsa çörək, qədirsiz olur demək? (Müzakirə)

 

 Sirr deyil ki, Azərbaycan ailəsində çörəyə ehtiyac böyük olur. Həm Azərbaycan ailəsi tərkibcə böyük olur, həm də biz digər millətlər kimi, çörəyi əvəz edən digər qidalara özümüzü öyrədə bilməmişik: nə yesək də, yenə çörək də öz yerində. Amma təəssüf ki, əksər ailələr çörəyi ailənin ehtiyacından çox alır. Nəticədə, israfçılıq yaranır, artıq qalan çörəyi bəzən torbaya büküb blokun ağzına, evlərin qabağındakı "setka”lara (hasarlara) qoyub gedirlər. Ən acınacaqlısı isə budur ki, çörəyi zibil qabına atırlar. Bu, nankorluqla bərabər, həm də harınlıqdır. Bu vəziyyətə görə hər birimiz günahkarıq. Kişilər məişət tullantılarını, deyək ki, müəyyən edilən yerlərə az hallarda aparırlar. Bu vəzifə daha çox uşaqların və qadınların üzərinə düşür. əgər ata, ana özü gətirib çörəyi ən yaxşı halda, zibil qablarının yanına qoyub gedirsə, onların övladları da belə edəcək, lap zibil qablarının içinə atacaq. 2-3 il bundan qabaq "Zaman” qəzetinin bir xanım yazarı vardı, mən jurnalda işləyəndə bizim üçün də yazılar göndərirdi. Bir dəfə söhbət zamanı dedi ki, əgər bizim evdən israfçılıq olacaqsa, günahkar evin qadını olaraq daha çox mənəm: həyat yoldaşımın zəhmətinə hörmət edə bilmirəmmiş. Mən elə nizamlamalıyam ki, evimizdə israfçılıq yaranmasın. Təsadüfən, artıq çörək alınmış olsa, mən onu ya suxari kimi hazırlayıb saxlayacam, ya da ondan istifadə etməklə daha uyğun yemək hazırlayacağam.

Xanım çox doğru buyururdu. Atanın bu kimi məsələlərdən o qədər də xəbəri olmur, gərək evin xanımı onları nizamlasın.
Biz orta məktəbdə oxuyanda bəyənmədiyimiz kommunist tərbiyəsinə, əxlaqına görə ümumxalq mülkiyyətinə bir sevgi yarada bilmişdilər. Hardasa qarşına su xəttində qəza çıxıbsa, gərək sən bunu harasa xəbər verə idin ki, su boş yerinə axıb getməsin. Və yaxud bir ağacın bir budağını kimsə qırmazdı ki, kənardan görənlər necə məzəmmət edəcəklər onu. Məktəblərdə bununla bağlı çox ciddi işlər görülürdü: Sinifdənkənar və məktəbdənxaric işlər üzrə tərbiyəçilər vardı və onlar belə məsələlərlə məşğul olurdulr. İndi nəinki məktəbdənkənar, heç məktəbin daxilində öz məktəbinə, küçəsinə, şəhərinə, torpağına sahiblik, canyandırmaq hissi yoxdur. Məktəbli uşaq bilmir ki, zibilləri hara gəldi atmaq olmaz, gözləyib qaranlıq düşəndən sonra pəncərədən bayıra atmaq olmaz. Çörək müqəddəsdir, onu ümumiyyətlə atmaq olmaz.
Bəs biz çörəyə bu şəkildə nankor münasibətlə hara gedirik? Axı bu cür münasibətin bədəlini gec-tez ödəməli olacağıq: nə fərqi var biz və yaxud nəvə-nəticələrimiz ödəyəcək? Niyə babalarımız yerdə bir çörək qırıntısı görəndə əyilib onu yerdən götürüb, 3 dəfə öpüb gözünə sürtüb, başının üstünə qaldırıb. Amma biz yediymizi yemişik, yemədiyimizi də ya heyvanlara atmışıq, ya da şəkildə gördüyünüz kimi evdən çıxanda yaxşı halda, "setka"lardan asmışıq, gözdən yayına bilmişiksə isə zibilliyə atmışıq.


  Qədərsiz olsa çörək, qədirsiz olur demək? (Müzakirə)

Çörək dükanlarının qapısında gəzənlər,
Çörək dolu rəflərə baxıb ağız büzənlər,
"İstisini ver”- deyə, satıcını üzənlər,
Gecə bişən çörəyi səhər nankor süzənlər,
Ağından, qarasndan...hər cüründən bezənlər”
           Qədərsiz olsa çörək,
           Qədirsiz olur demək?!
 
Ey evində çörəyi....çörəkçin dyananla,
"Təzə çörək gəlmədi?” söyləyib, deyinənlər,
Təkəkərlər üstündə təknəyə boylananlar,
Gözlədiyi çörəyi...görməyib hey salanlar,
Dükan dolub-daşınca, dükandan seyrələnlər!
                               Unutmayın bir şeyi:
                                Çörək sevmir gileyi.
Sizdən öyrənir uşaq, sizdən götürür, əlbət,
Yaşlılar, yaddaşlılar! Sizə vacib bu söhbət,
Yadınızdan çıxıbmı çəkdiyiniz zəlalət,
Onda bir tikə çörək süfrələrdə səadət,
İndi tullantı olur süfrələrdə bərəkət.
                       Aşıb-daşsa da çörək,
                       Ona ehtiram gərək.
 
Yurdun çörəyi boldur, hədər deyildir ancaq,
Qanımızla sulanıb çörək verən bu torpaq.
Blokada dastanı yaranmayıbdır nahaq...
O vaxtdn sinələr də   hələ də var düyün-dağ,
Nə aclıq, nə harınlıq bilməsin oğul-uşaq:
                     Nə israf olsun çörək,
                     Nə bizə qıtlıq gərək...
 
Bir sünbülün dənini  min quşdan qorumuşuq,
Küləkdən qorumuşuq, yağışdan qorumuşuq,
Səksəkəylə bəd gözdən, baxışdan qorumuşuq,
Od ələyən günəşdən, sərt qışdan qorumuşuq,
Lap anadan, bacıdan, qardaşdan qorumuşuq,
                            Bugünkü günlər üçün,
                             Bugünkü günlər üçün.
 
Ana haqq-sayını gözünün nurunda gəz,
Çörəyi də anatək müqəddəs sayırıq biz,
Ana ilə çörəyi ödəməz heç bir əvəz...
 Ana ilə çörəyə ağ olan ruzi görməz,
Ana ilə çörəyə dünyada pis deyilməz.
                              Ana - namus, dəyanət,
                                Çörək – xeyir, bərəkət,
                               Çörək qüvvət,  mətanətət.
 
Sevimli şairimiz Qabil çörək haqqında yazdığı bu ibrətamiz  şeirində çox təsirli və haqlı  sual edir:"Qədərsiz olsa çörək,  qədirsiz olur demək?" İndi bu suala birlikdə cavab tapmağa çalışaq. Sizin evdə çörək artıqlığı yaranırmı, yaranırsa, onda nə edirsiniz? Heç ola bilməz ki, həyatınızda qarşınıza belə hal çıxmamış olsun ki, kimsə evində artıq qalmış çörəyi işə gedəndə blokun qarşısına qoymağı və ya zibilliyə atmasını bir dəfə də varsa görməmiş olasınız. belə halları görməzliyə qoyursunuz, yoxsa, səmimi bir dilə bunun günah olduğunu xatırladırsınız? Küçədə, ictimai yerlərdə, məktəblərdə, bağçalarda bununla bağlı çox işlər görmək olar. Ciddi maarifçilik işlərinə ehtiyac var. Nə təklif edərdiniz?

Qədərsiz olsa çörək, qədirsiz olur demək? (Müzakirə)

Qədərsiz olsa çörək, qədirsiz olur demək? (Müzakirə)

Qədərsiz olsa çörək, qədirsiz olur demək? (Müzakirə) 

Qədərsiz olsa çörək, qədirsiz olur demək? (Müzakirə)

Qədərsiz olsa çörək, qədirsiz olur demək? (Müzakirə)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Народ кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0