» » Guntay Gencalpın Sabir haqqında iddialarına münasibət

Guntay Gencalpın Sabir haqqında iddialarına münasibət

 

Guntay Gencalpın  Sabir haqqında iddialarına münasibət

  

Unudulmaz müəllimim, sabirşünas alim, 
professor Məmməd Məmmədovu ehtiramla andım

"Sabirin şeirləri orta məktəblərdə qadağan olunmalıdır? – RƏYLƏR” sərlövhəsi ilə diqqətimi çəkən yazını "Publika.az” saytından oxudum. Təkrar olaraq 2-ci, 3-cü dəfə də oxudum. Ona görə yox ki, məzmunlu yazı idi, ruhuma, hissimə yaxın gəlmişdi. Ona görə ki, 3 dəfə oxusam da bir şey anlaya bilmədim. Sadəcə, sərlövhəyə istinadən təxmin edə bildim ki, indi də böyük Sabirə əl uzadıblar.

Güllətək dəydi hədəfə, bilirsən,
O dəmirdən tökülən kəlmələrin.
Şairim, göz yetirib hər tərəfə,
Acıdın halına məzlum bəşərin.

Keçən əsrin 80-ci illərində ali məktəbə qəbul imthanında Sabir haqqında inşamda yazmışdım bu bəndi. Bizə Sabiri belə tanıtmışdılar. Sonra ali məktəbdə daha geniş şəkildə öyrəndik.
Mirzə Ələkbər Sabir XX əsr Azərbaycan ictimai və bədii fikrinin ən ən məşhur simalarından biridir və belə demək mümkünsə, onda Sabir həm də ictimai-siyasi xadimdir. O, "Şairəm, əsrimin aynəsiyəm” deyərək ömrünün sonuna qədər bu idealına sadiq qalmışdır. Sabir Azərbaycan tarixinin çox ağır və mürəkkəb dövründə yaşasa da, ədəbiyyatdan ictimai mübarizənin tribunası kimi istifadə edərək boynuyoğunlara, şəmü-naharları meysiz-məzəsiz ötüşməyən mülkədarlara, bütün hakim istismarçı siniflərə, cəhalətə, fanatizmə qarşı qələminin gücü ilə mübarizə aparmış, zəmanəsinin daşını daş üstə qoymamışdır. O, Azərbaycan ədəbiyyatında inqilabi satiranın bünövrəsini qoymuşdur. "Bir məclisdə on iki kişini söhbəti”nə fikir verin, 12 misra ilə bütün cəmiyyəti bədənnüma güzgü kimi əks etdirmişdir:

V ə k i l
Həqsizə həqli dеyib, bir çоx günaha batmışam.
H ə k i m
Dərdi təşxis еtməyib, qövm-əqrəba ağlatmışam.
T a c i r
Mən həlal ilə həramı bir-birinə qatmışam.
R ö v z ə x a n
Ümmətin pulun alıb, mən gözlərin islatmışam.
D ə r v i ş
Nеrdə bulsam sоq açıb, min-min yalan söz satmışam
S о f i
Ruzü şəb həq-həq dеyib, mən hər kəsi оynatmışam.
M о l l a
Gündə bir fitva vеrib, məxluqu çоx aldatmışam.
Е l m
Qət’i-ümmid еtmişəm, yеksər bu qövmi atmışam.
C ə h l
Оrtada kеyf еyləyib, mən həm məramə çatmışam.
Ş a i r
Bülbülə, еşqə, gülə dair yalan fırlatmışam.
Ə v a m
Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.
Q ə z е t ə ç i
Mən cəridəm dоlmaq üçün mətləbi uzatmışam.

Belə qüdrətli şairi gənc nəsillərdən necə uzaqlaşdırmaq olar?

Guntay Gencalpın  Sabir haqqında iddialarına münasibət

Sabir köhnə dünyada yaşasa da, hürr dünyanın aşiqi idi: 

Kim ki insanı sevər aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə insanlıq olur.

Bu, təkcə bir şeirin iki misrası deyil, bütövlükdə şairin poeziya bayrağında yazılmış azadlıq, humanizm şüarı idi.
Sabir beynəlmiləlçi şair idi. "Sabir İran inqilabına bir ordu qədər xidmət göstərib” Bunu Abbas Səhhət deyib. Amma indi cənublu soydaşımız Guntay Gencalp feysbuk sosial şəbəkəsindəki profilində haqqı bu imiş kimi Sabirin qəsdinə durub:
"M.Ə. Sabirin şeirlərini dərsliklərdən çıxarmaq lazımdır, antipedoqojidir. 18 yaş öncəsində cocuqlara M.Ə.Sabirin şeirlərini oxutmağı durdurmaq və hətta yasaqlamaq lazımdır. Çünki "şeir"lərdə heç bir gözəllik və estetika yox. İyrənc Səfəvi-Türk həyat biçimi təsvir edilmiş. Bu şeirləri əzbərləyən cocuq aqressiv, gözəllik düşməni, ədəbsiz və sayqısız olar. Bilincaltında hər tür gözəllik və incəliyə qarşı təpki daşıyar. Bu ədəbiyyatla böyüyən cocuğu nə adam etmək olar, nə də alim.”
Bərəkallah, "araşdırmaçılığına”. Sabir kimi qüdrətli bir şairin sənətkarlıq xüsusiyyətləri, poetikası, novatorluğu, dil və üslubu haqqında M.Cəlal, C.Xəndan, Ə.Cəfər, M.Cəfər, Ə. Mirəhmədov, A. Zamanov, M.İbrahimov, M.Məmmədov, N.Paşayeva, T.Novruzov , Sona Xəyal və daha neçə qüdrətli alimlərimiz uzun illər tədqiqat aparıb, şairin halal haqqını yaşadıblar və yaşatmaqdadırlar. Guntay Gencalp guya bu qədər sabirşünaslardan dərin zəka sahibimi çıxdı?!
Ədəbiyyata, xalqa bu cür xidmət etmirlər. Deyərlər ki, əmr ağıllı olsa, onu edən uşaq da olsa, kimsə yerinə yetirməkdən çəkinməz. Amma görürəm ki, siz bizim ədəbiyyatımıza, tariximizə xeyirxahlıqla yanaşmırsınız. Sizin müraciət tərzinizə, yazı manerinizə diqqət yetirən hər kəs bunu belə də qəbul edəcəkdir. Sabiri Azərbaycanda sevməyən, qəbul etməyən bir kəs düşünmürəm. Onda siz bu xalqın milli dəyərlərinə hörmət etməyi bacarmırsınız, "müfəttiş” olmadığınız halda, Xlestakov olmaq eşqinə düşmüsünüz: bizim tariximizi, ədəbiyyatımızı təftiş edirsiniz, həm də qərəzli şəkildə.
Sabiri bizə hüzurunda ehtiramla baş əydiyim böyük sabirşünas alim, professor Məmməd Məmmədov tədris edib. Bəs siz hardan öyrənmisiniz? Mirzə Cəlilin "Anamın kitabı”ndakı Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid kimi hansı Avropa ölkələrindəsə öyrəndiyiniz yanaşma və təlimləri şairin yaradıcılığına uyğunlaşdırmq istəyirsiniz, calaq olduğu həmən hiss olunur.
Sabirin qələmi o qədər qüdrətlidir ki, gülüşlə gözyaşı, tənqidlə tərənnüm bir-birinə еlə qaynayıb-qarışmış ki, bunların arasında sərhəd qoymaq olmur. Gülür-güldürür, amma bu gülüş əyləndirici gülüş deyil, papağını qabağına qoyub düşünüb nəticə çıxarmağa dəvət edən gülüşdür.
Məsələn, "Tərpənmə, amandır, bala, qəflətdən ayılma!”şeirində bu gülüşü görürük, amma səsini eşitmirik, kimsə də eşitməsin:

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma! 
Laylay, bala, laylay! 
Yat, qal dala, laylay!

"Ey dərbədər gəzib ürəyi qan olan çocuq” şeirini oxuyanda adamın da ürəyi qan olur. Bu şeir bir nəfərin, beş nəfərin yüz nəfərin deyil, keçən əsrin əvvəllərində "qaranlıq dünya”ya göz açmış bütün çocuqların acı və hüznlü halını əks etdirir:

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!
Bir löqmə nan üçün gözü giryan olan çocuq!
Əşkilə abrusu da rizan olan çocuq! 
Mətlubi nan, qazandığı hirman olan çocuq!

Bu şeir əzizlənməliykən həyatın çamurluğuna yuvarlanan , məktəbə gedib bilik öyrənməliykən hampaların, katdaların, bəylərin, xanların qoyun-quzusunu otarmağa məcbur olan çəlimsiz çocuqlar haqqında XX əsrin əvvəllərində Sabirin söylədiyi türküdür...
Jan Valjanın nağılıdır...
Sabir xüsusi təhsil almamışdı, universitet bitirməmişdi, sadəcə, Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu almış, məktəbdarlıqla məşğul olmuşdu. Daha sonra özü də "Ümid” adlı məktəb açmışdı: bu məktəbdə 60 şagird oxuyurdu. Böyük şair bu 60 şagirdə xalqın, vətənin ümidi kimi baxırdı, bütövlükdə millətin tərəqqisini təhsildə, məktəbdə görürdü.
Sabir onsuz da şair kimi də böyük pedaqoq idi, ideal qardaşları Mirzə Cəlil, Abbas Səhhət kimi həm də böyüklərin gözünü qəflət yuxusundan açmaq üçün qələmi ilə xalqının xidmətində idi. Bir "Analar bəzəyi” şeirinə diqqət edin:

Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,
Cəvahirat bu gün ziynəti-həyat deyil.

Nədən cəvahirə fəхr eyləsin gərək nisvan? 
Cəmadə fəхr isə şayani-ümməhat deyil. 

Həqiqi validənin ən şərəfli bir bəzəyi 
Ədəbli, uslu çocuqdur, təcəmmülat deyil. 

O madərin ki, yoх övladə hüsni-tərbiyəsi,
Səzayi-məkrəməti-nami-validat deyil. 

Həyata layiq olan ziynət – elm gövhəridir 
Ki, boylə bir dirilik qabili-məmat deyil.
 
Onun maariçilik görüşlərini, etikasını necə antipedaqoji adlandırmaq olar?
Şairin uşaqlar üçün yazdığı "Uşaq və buz”, "Məktəb şərqisi”, "Məktəbə tərğib”, "Elmə tərğib” , " Yaz günləri”, "Ağacların bəhsi” , "Cütçü " , "Məktəb uşaqlarına töhfə”, "Təbib ilə хəstə”, " Uşaq və pul” , "İskəndər və fəqir”, "Yalançı çoban” kimi şeirləri mündəricəsinə, bədii ifadə xüsusiyyətlərinə görə kamil sənət nümunələridir və bu şeirləri antipedoqoji adlandırmaq Sabirin ruhuna hörmətsizlikdir, ədəbiyyatımıza qarşı nankorluqdur.
Çox-çox əvvəllər, lap bizim uşaqlıq illərimizdə hər hansı kəndə gələn nabələd adama "hərəkət xəritəsi” verirdilər : məktəbin yanında düşərsən, məktəbin sağ tərəfindəki yolla üzüyuxarı qalxarsan. Məktəb bir nabələdə yolu nişan verirdi, mənzil başına aparırdı. Mirzə Ələkbər Sabir də uşaqlara və xalqına mənzil başına çatmaq üçün məktəbi, maarifi nişan verirdi:

Guntay Gencalpın  Sabir haqqında iddialarına münasibət

 

Məktəb, məktəb, nə dilgüşasən, 
Cənnət, cənnət desəm səzasən.
Şadəm, şadəm təfərrücündən, 
Əlhəq, əlhəq, gözəl binasən! 

Gərək ki, Napoleon deyib ki, siz mənə sağlam qadın verin, mən sizə sağlam cəmiyyət verim. Sağlam cəmiyyət burada həm fiziki, həm də mənəvi sağlamlıqla vəhdətdə götürülməlidir. Bu missiyanı yerinə yetirən qadınlardır, analardır. Doğulanda 50-52 sm boy, 3-4 kq çəkisi olan bir çocuğu böyüdüb boya-başa, ərsəyə gətirmək, qayğısını çəkmək, məktəbə hazırlamaq o halda müvəffəqiyyətlə nəticələnir ki, analar özlərini bütün bunlar üçün həsr etmiş olsunlar. "Məktəbə tərğib” şeiri bizm möhtərəm anaların arzu və əməllərini necə səmimi ifadə edir:

Elm öyrən, imtəhan ver,
Öz fəzlini nişan ver; 
Qədrin bil elmü fəzlin, 
Elmin yolunda can ver. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım!

Siz nə deyirsinizsə deyin, cənab araşdırmaçı Guntay Gencalp, yazıçı-şair Xanəmir Telmanoğlu , filosof Niyazi Mehdi, Rauf Arifoğlu (24 apreldə mən yazını oxuyanda Rauf Arifolunun şərhini vermişdilər), Azərbaycanda heç kim sizin möveyinizi və şərhlərinizi qəbul etməyəcək.
Guntay Gencalpın mövqeyi ilə bağlı düşüncələrimi yazının əvvəlində ifadə etdim. İndi isə yazıdakı digər fikirlərə münasibətimi bildirmək istəyirəm.
Niyazi Mehdi filosofdur, televiziyada, mətbuat səhifələrində çox rast gəlmişəm. Guntay Gencalp Sabir kimi böyük bir şairə hörmətsizlik edirsə, bu xalqın filosofu onun tutarlı cavabını verməli idi. Özü qeyd etdiyi kimi, yazı ilə tanış deyildisə, ya fikir bildirməməli idi, ya da problemin, məsələnin mahiyyətini öyrənmək üçün 1-2 gün vaxt istəməli idi.
Mənə belə gəlir ki, bizdə bir çox tənqidçilər üçün əsər, hər hansı ictimai-siyasi məzmunlu yazı, ümumilədirsək, ədəbiyyat yoxdur, yazıçı/müəllif var: belədə tənqid kəsərli olmur, problemləri azı dişlərində həzm etmir, sadəcə, ön dişləri ilə bir-iki yerdən dişləyib, həzmə ötürür. Başqa sözlə desək, müəlliflə tənqidçi arasında balanslı münasibət tarazlanır.
Yazıçı-şair Xanəmir Telmanoğlunun şərhindən 5 cümləni oxucuların da diqqətinə təqdim edirəm, amma diqqətlə oxumağınızı xahiş edirəm:

1. Güclü inancıyla cəhaləti görüb və yazarın cəmiyyətlə qarşıdurmasında yaradıcı şəxsin sənətinə qarşı bilincli, olduqca ağıllı, kurnaz, oyunbaz obrazıyla davranması sayəsində uşaqlar üçün yazdığı şeirlərində zahirən qazansa da, bu şeirlərinin batini, qatı ərkanı gərəyincə bir sənətkar kimi sənətə məğlub olmuşdur. (39 söz)
2. 2.Yaşadığı dönəmin ictimai-siyasi gedişatı qarşısında xalqınının olumsuz yönlərini poetikləşdirməkdə dəqiq obraz, ifadə sərraslığı seçə bilsə də, uşaqların dünyasını qavrama və onlara yönəlmə baxımından düzgün poetik-ədəbi-bədii deyəcəyimiz hədəf - ifadə, yazı olaraq - müəyyənləşdirməmişdir. (34 söz)
3. Uşaqlarımız "Uşaq və buz" şeiri sayəsində ayağı sürüşkənliyə, xoruz şeiriylə xoruzlanmağa, keçi şeiriylə keçi təbiətli olmağa, yersiz atılıb düşməyə, pişik şeiriylə pişiklik sifətini göstərməyə nə qədər meyilli olsalar da, bunlar bəlkə də o qədər faciə olmazdı. (36 söz)
4. Gerçək faciə və zülm odur ki, bu adı çəkilən məfhumların arxetip uzantısı ədəbiyyat və insan konteksində tərbiyə, eğitim obyekti olaraq cəmiyyətin "ibtidai başlanğıc"ının sahib olduğu mədəniyyətinin çevikliyini, mərhələ yaratma şövqünü öldürür. (31 söz)
5. Bu anlayışların "arxetipindəki poetik mahiyyət” bizim diri deyil, ölü, yəni canlı-cəsədli olmağımıza baxmayaraq, şüur, ruh baxımından dünya gözəlliklərinə qoşula bilməyərək, bu müstəvidə toplumsal aktivitəmizi itirərərk, real bilinən, qəbul edilən hadisələr fonunda tərkisilah olunmuş duruma düşməyimizə görünməz səbəblər yaradır. (39 söz)
Xanəmir Telmanoğlunun şərhində belə cümlə var: "Dərsliklərdə nəzərdə tutulan parazit şeir parçalarının uşaqlarımıza, gənc nəslə hansı ağırlıq yaradan mənfi dalğasını ötürür? "
Cümləni heç cürə marığa yatdıra bilməsəm də, " parazit şeir parçaları” yarlığını qəbul etməyəcəyəm. Lap bunu Xanəmirin ( "bir çox şairlərin dələduz və annti-estetik təhrikli şeirlərinin dərsliklərdən sürgün edilməs lazımdır” kursiv Xanəmir Telmanoğlunundur) iddiasındakı fikrin digər şairlərə aid edildiyi kimi yozmaq istəsəniz də, Sabir kimi böyük nəhəngin şeirlərini bu parzit şeir parçaları ilə bir araya qoymaq ədalətsizlikdir. Yazıçı-şair dostumuz yazır ki, "onun şeirlərini şüuru təzəcə forma almağa başlayan uşaqlara oxutmaq təhlükəlidir. Mütəxəssislərin fikrincə, şüur-introspeksiya (daxili müşahidə) və ya özünüdərkdir. Elə bilik də yalnız şüur səviyyəsində fəal, məqsədyönlü mənimsənilməklə özünü göstərir.
Elə isə fəlsəfəyə dalıb şüuru təzəcə formalaşmağa başlayan uşağın "daha çox məntiqə və düşüncəyə, şüura xitab edib zehni oyaq saxlayacaq hekayət ruhunda yazılmış mətnlərə üstünlük vermək lazımdır” ( kursiv Xanəmir Telmanoğlunundur) qənaəti nə dərəcədə doğrudur?
Uşaqlara bahar haqqında mümkün biliklərin hamısını ibtidai siniflərdə vermək onları yaşlarını qabaqlamağa məcbur etmək deməkdir. Məsələn, birinci sinif şagirdi üçün "Sinifdənxaric oxu” kitabında tanınmış şair Adil Babayevin "Bahar” şeiri verilmişdir:

Bahar gələndə
Çöldə, çəməndə
Açır lalələr.
Gur şəlalər
Dağdan tökülür,
Təbiət gülür.
Gül açır bağlar,
Gözəldir bahar!

Guntay Gencalpın  Sabir haqqında iddialarına münasibət

Təbiətlə, təbiət hadisələri ilə ilkin tanışlıq üçün bunlar kifayət deyilmi? Onsuz da digər kitablarda bahar haqqında müəyyən əlamətlər var. Aşağı sniflərdə oxuyan şagirdlərə ilk olaraq hər hansı əşyanın və ya hadisənin adını eşidəndə duyğu və qavrayışlarının oyatdığı təəssüratı mənimsətmək lazımdır. Yuxarı siniflərə adladıqca uşaqların təfəkkür və təxəyyülləri ildən-ilə genişlənir. Artıq onlar baharın bir təbiət mövsümü olduğunu, yaz gələndə təbiətdə baş verən dəyişiklikləri, baharın insanlar və digər canlılar üçün əhəmiyyətini dərk etməyə başlayırlar.
Orta məktəbin sonuncu siniflərində isə bir qədər də irəli gedərək baharn gəlişi ilə təbiətdə baş verən dəyişiklikləri dərk edir, onu insanların mənəvi həyatı ilə əlqələndirməyə başlayırlar. 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlaliyyət Bəyannaməsi"ni və Azərbaycan Demokratik Cümhuriyyəti yaranmasını əbədil bahar kimi dəyərləndirirlər.
Novruz bayramını baharın gəlişini simvolizə edən qədim xalq bayramı kimi təsvir və tərənnüm edirlər . Bir qədər də irəli gedərək ürəklərində baş qaldıran ən gözəl hissləri arzularının baharı adlandırırlar, mənəvi bahardan söz açırlar.
Şüurun, idrakın sadədən mürəkkəbə, asandan çətinə, adidən aliyə doğru inkişafı -həyatın dialektikası belə deyilmi?
Məktəbdə oxuduğum illərdə mövcud olan dərsliklərlə günümüzün dərslikərini müqayisə edəndə adama elə gəlir ki, bugünkü dərsliklər uşaqlara cəbretmə vasitəsidir. Sanki istəyirlər ki, birinci sinfə gedən çocuqlar əlifbanı tamam-kamal mənimsəyib zehinlərinə köçürməmiş, böyüklər kimi düşünsünlər, məntiqi-əqli nəticəyə gəlsinlər. Çünki dərslik hazırlamağı özfəaliyyət kimi bir sahəyə çeviriblər. Sovet dövründə dərslik yazan müəlliflər vardı, onlar məktəb pedaqogikasını, uşaq psixologiyasını dərindən bilirdilər, bu sahənin yolçuları idi.
İndiki dərsliklərin bilik məcmusu qəliz olduğu kimi, dili də qəlizdir. Yoxlamaq istəyirsinizsə, buyurun, keçən əsrin 80-ci illərinə qədər istifadədə olmuş dil-ədəbiyyat üzrə dərsliklərlə günümüzün dərsliklərini müqayisə edin. İndiki dərsliklərdə akademizm çox güçlüdür: ali məktəb mühazirələrinin, elmi tədqiqatların xülasəsini xatırlaıdr.
Bir neçə gün öncə birinci sinifdə oxuyan nəvəmin Azərbaycan dilindən istifadə etdiyi test çalışmalarına (I yarım il üçün; müəllifi Aygün Məcidova; Əməkdar müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru. II yarım il üçün; müəllif Reyhan Namazova)baxdım.

1-ci nümunə
Tapşırıq 46 (9): Saitlərə aid olan fikir hansıdır?
A. tələffüz ediləndə uzanır
B. tələffüz ediləndə uzanmır
C. 23 sait var.

Sual doğru tərtib olunmayıb. 1-ci sinif şagirdinin anlaq səviyyəsinə uyğun olmamaqla bərabər, elmi də səhv var. Dilimizdə uzun, qısa sait deyə bölgü yoxdur. Yalnız başqa dillərdən keçən sözlərdə, əsasən, ərəb mənşəli sözlərdə (ailə, dəvət, alim,agah, qanun, baza, kabel ); idi, imiş, ikən köməkçi sözlərindəki –i saiti; - ba-, na-, -bi ön şəkilçilərindəki saitlər; təkidlə sadalanan sözlərdə və sual çümlələrində -ı və -ü saitləri uzun tələffüz edilir (1-sarı. 2-O bir şey yazı:r?. 3- ölçü).
Birinci sinif şagirdi belə ciddi dil faktlarını dərk edə bilərmi?

2-ci nümunə
Tapşırıq 58(7): Himnimizdə işlənən bədii ifadələrdən bir neçəsini yazın.
5-6 ay məktəbə gedən çocuq üçün əsərin emosianallığını, bədii cəhətdən qüvvətli olmasını, təqdim edilən hadisənin oxucuya daha qabarıq çatdırılmasını təmin edən vasitələri şüurlu olaraq neçə mənimsətmək olar? Axı uşağın idrak səviyyəsi buna yetərli deyil. Halbuki, ifadə vasitələri anlayışı ilə bədii ifadə vasitələrini də düşünmək olar, bədii təsvir vasitələrini də. Bunlar arasında həm oxşar, həm fərqli cəhətlər var. Çox vaxt bu cəhətləri 7-11-ci sinif şagirdləri ayırd edə bilmirlər, nəinki 1-ci sinif şagirdləri.
Bütün siniflər üzrə belə mübahisəli məqamlar çoxdur. Uşaqlar özləri də bəzən söhbət zamanı bu iradları dilə gətirirlər.
Unutmaq olmaz ki, uşaqların hər yaş dövrünə görə diqqət həcmi normaları var. Bu normalar pedaqoji-psixoloji cəhətdən metodiki ustalıqla nizamlanmayanda, uzlaşdırılmayanda uşaqların marağı sönür, mənimsəmə səmərəli olmur, nəticədə uşaqlar məktəbdən yayınır və ya yalnız seçdiyi ixtisaslar üzrə fənlərə maraq göstərirlər.
Araşdırmaçı Guntay Gencalp və yazıçı-şair Xanəmir Telmanoğlu orta məktəb dərslik və dərs vəsaitlərindəki bu qədər aşıb-daşan xətaları görmür, fikir bildirmir, Sabir kimi mötədil şairimizin uzun illər məktəb dərsliklərində tədris olunan şeirlərindən əndişələnirlər.
Xanəmir Telmanoğlu ya Türkiyədə oxuyub, ya da Azərbaycanda türk liseyini bitirib. Çünki onun mətbu dili çox ağırdır. Ümumiyyətlə, son dövrlər əksər mətbuatın dilində "kilo vermək-kilo almaq ", "istehlak edilməli” (yeyilmək mənasında), "göz ardı edilməlidir”, "xəyal qırıqlığına uğramaq”, " olmazsa olmazıdır” kimi türk dilindən qaynaqlanan ifadələrə tez-tez rast gəlmək olur ki, Xanəmir Telmanoğlunun yazısında onların daha yenilərinə də rast gəldim:
"kurnaz”, "olumsuz yönlərini”, "arxetip uzantısı”, "eğitim obyekti”, "toplumsal”, "zehinsəl”, "birikimlərimizi”, "sürəc” və s.
Mirzə Cəlilin "Anamın kitabı” dramında ikinci məclisdə Rüstəm bəyin otağında xeyriyyə cəmiyyətinin iclası təsvir olunur. İclasda 17 nəfər yaşlı insan və bir neçə də şagird iştirak edir. Bunların bəziləri "ziyalı” idi. Onlar xeyriyyə cəmiyyətinin iclasında gündəlikdə olan məsələləri müzakirə edirlər. Danışanların dili o ədər qəlizdir ki, heç nə başa düşmək olmur. İclasa təşrif buyuran çoban Qənbər, Qurban və Zaman da söz alıb qoyunlarına yara düşməsindən danışır və mal həkimindən əlac istəyirlər.
İclasdan sonra Səməd Vahid bacısı Gülbahara deyir ki, gördünmü Hüseyn Şahid nə gözəl danışdı? Gülbahar bərkdən gülüb deyir ki, sözün doğrusu budur ki, mən çobanların danışığından savayı, bir söz başa düşmədim. Əsərlə tanışlığı olan hər kəs bilir ki, doğrudan da, çobanlar sadə, anlaşıqlı dildə danışmışdılar.
Əsərdə Qənbər, Qurban və Zamanın çoban kimi verilməsi, əlbət ki, rəmzi məna daşıyır, heç bir komizm haqqında düşünmək lazım deyil. Çobanlar öz torpağına - dağına-daşına, yamacına , həmçinin bu yerin adamlarına, onların dilinə bağlı sədaqətli insanların ümumilşdirilmiş obrazlarıdır. Onlar anaların dili kimi, təbiətin dilini də mükəmməl bildikləri üçün safdırlar, müdrikdirlər.
Sonda daha bir vacib məsələyə də diqqət bildirmək istəyirəm. Bu yazı saytda 24 aprel tarixində dərc edib. Həmin gün saat 18:49-a kimi 1580 baxış var idi. İndi isə 12 588 baxış qeydə alınıb.
Bu qədər izləyicilərin geniş bir müzakirə açacaqlarını gözləyirdim, təəssüf ki, olmadı. Mirzə Ələkbər Sabir haqqında bu cür hədyanlara hörmətli sabirşünaslarımızın cavab verməsini gözləyirdim, bu da olmadı. Gərək  yazıya sabirşünaslar, görkəmli pedaqoqlar, dərslik müəllifləri münasibəti bildirə idilər, bu, daha doğru olardı.
Belə məsələlərə çox həssas yanaşmaq lazımdır. İstər Mirzə Ələkbər Sabirin, istərsə də ədəbiyyatımızın, xalqımızın tarixində böyük xidmətləri olan şəxsiyyətlərin haqqında söz deyərkən yüz ölçüb ondan sonra biçmək lazımdır. Heç kim azad fikrin, irad və tənqid söyləməyin əleyhinə deyil. Amma fikir, tənqid əsaslı ola, səmimi ola. Bu fikir müxtəlifliyinə həmin sahənin başbilənləri dəvət oluna.
Amma, təəssüf ki, belə deyil. Ş.İ.Xətai, S.Vurğun, M.Hüseyn, M.Rahim, S.Rəhimov, S.Rüstəm, B.Vahabzadə, indi də Mirzə Ələkbər Sabir haqqında arzu olunmayan fikirlər səsləndirirlər. Bu cür fikirləri səsləndirənlər, əsasən, gənc və orta nəslə mənsub ziyalılarımızdır. Belə getsə, bir də görəcəyik ki, üz tutası, istinad edəsi bir tarixi şəxsiyyətimiz, yazıçımız, mədəniyyət xadimimiz yox.
Yazımı Hüseyn Cavidin Sabir haqqında çox parlaq bir fikri ilə bitirirəm:

- Mən Sabiri Tiflisdən Şamaxıya, yəni məzari-ədəmə doğru yollandığı sırada görmüşdüm. O, lətif və düşkün sima hələ gözümün önündə təcəssüm edib duruyor. Qafqaz öylə nadir vücuda pək çətinliklə malik ola bilər.

Guntay Gencalpın  Sabir haqqında iddialarına münasibət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Thanks for this article. I might also like to say that it can end up being hard if you find yourself in school and merely starting out to create a long credit rating. There are many learners who are only trying to endure and have long or good credit history are often a difficult issue to have. abagedcfkbfg
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Hello!<a href="http://via3indian.com/#1.html">sildenafil generic india</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
usixqnpy http://viagrainimper.info cheap viagra online <a href="http://viagrainimper.info/">viagra generic india</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
jmeceupy http://viagrainimper.info symptoms of viagra <a href="http://yogaheaters.com/">viagra prescription australia</a> mlxh viagra diabetes
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
ajgpjvqi http://valleyofshadowsanddreams.com generic viagra online <a href="http://yogaheaters.com/">generic viagra</a> znju buy viagra usa
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
cialis online
mail order cialis online pharmacy
http://cialisonlinebuynorx.com
cheapest generic cialis
<a href="http://cialisonlinebuynorx.com/">buy cheap cialis</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
generic cialis
vicodin pill picture cialis generic
http://buycialisfxonlinerx.com
cialis generic vs brand
<a href="http://buycialisfxonlinerx.com/">generic cialis online</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
viagra cheap
viagra samples free
http://buyviagragenrxonline.com
viagra for men
<a href="http://buyviagragenrxonline.com/">viagra online</a>

buy viagra
viagra weed
http://buyviagragenrxonline.com
viagra and skin cancer
<a href="http://buyviagragenrxonline.com/">cheap viagra online</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
viagra cheap
viagra with food
http://viagrarxpillsbuyonline.com
viagra model
<a href="http://viagrarxpillsbuyonline.com/">buy viagra</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
viagra cheap
viagra 30 day free trial
http://buyviagragenrxonline.com
viagra natural para hombres
<a href="http://buyviagragenrxonline.com/">buy viagra online</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
buy cheap cialis online
1 a day cialis 20mg
http://cialisonlinebuynorx.com
order cialis online
<a href="http://cialisonlinebuynorx.com/">buy cialis online</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
cialis coupon
tadalafil manufacturer cialis 20mg
http://buycialisfxonlinerx.com
generic cialis online canada
<a href="http://buycialisfxonlinerx.com/">cheap generic cialis</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
buy viagra
viagra young
http://buyviagrausaonlineph.com
better than viagra
<a href="http://buyviagrausaonlineph.com/">cheap viagra</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
buy generic cialis
what are the best cialis pills
http://buycialisphonlinenrx.com
legitimate buy cialis online
<a href="http://buycialisphonlinenrx.com">buy cialis online</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
generic cialis online
order cialis online no prescription
http://cialisonlinebuynrx.com
generic cialis 10 mg
<a href="http://cialisonlinebuynrx.com/">online cialis</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
buy cialis
non prescription erectile dysfunction drugs cialis generic
http://buycialisphonlinenrx.com
taking without ed cialis pills
<a href="http://buycialisphonlinenrx.com">buy cheap cialis online</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
buy cialis online
lowest price generic cialis online pharmacy
http://cialisonlinebuynrx.com
buy cialis online without
<a href="http://cialisonlinebuynrx.com/">generic cialis</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
cheap viagra online
viagra premature ejaculation
http://buyviagrausaonlineph.com
natural alternatives to viagra
<a href="http://buyviagrausaonlineph.com/">online viagra</a>

buy viagra
viagra v levitra
http://buyviagrausaonlineph.com
viagra and nitrates
<a href="http://buyviagrausaonlineph.com/">buy viagra</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
cheap cialis
sporanox msds cialis pills
http://cialisonlinebuynrx.com
cialis non generic from canada
<a href="http://cialisonlinebuynrx.com/">cheap cialis online</a>

buy cialis online
vicodin identify buy cialis online buy
http://cialisonlinebuynrx.com
uroxatral vs hytrin cialis pills
<a href="http://cialisonlinebuynrx.com/">buy generic cialis</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
buy cheap cialis online
order generic cialis online
http://buycialisphonlinenrx.com
buy cheap generic cialis in online drugstore
<a href="http://buycialisphonlinenrx.com">online cialis</a>

cheap cialis online
buy discount cialis
http://buycialisphonlinenrx.com
prices buy cialis online cialis
<a href="http://buycialisphonlinenrx.com">cheap cialis online</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
buy generic cialis
cialis pills discount cialis
http://cialisonlinebuynrx.com
how to buy cialis online
<a href="http://cialisonlinebuynrx.com/">online cialis</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
cheap viagra online
viagra ring
http://buyviagrausaonlineph.com
average cost of viagra
<a href="http://buyviagrausaonlineph.com/">cheap viagra</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
cialis online
split pills cialis 20mg cialis
http://cialisonlinebuynrx.com
tadalafil buy generic cialis
<a href="http://cialisonlinebuynrx.com/">cheap cialis</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
viagra cheap
viagra at walmart
http://buyviagrausaonlineph.com
purchase cheap viagra online
<a href="http://buyviagrausaonlineph.com/">buy generic viagra</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
buy generic cialis
buy cialis online without a prescription
http://buycialisphonlinenrx.com
woman and cialis pharmacy
<a href="http://buycialisphonlinenrx.com">buy cheap cialis online</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
generic cialis online
viagra trial voucher buy cialis online
http://cialisonlinebuynrx.com
cialis discount onlin
<a href="http://cialisonlinebuynrx.com/">cheap cialis</a>

generic cialis
buy soft cialis
http://cialisonlinebuynrx.com
viagra luxembourg cialis generic
<a href="http://cialisonlinebuynrx.com/">cheap cialis</a>

buy generic cialis
generic cialis 20mg best buy mexico online drugstore
http://cialisonlinebuynrx.com
buy tadalafil china
<a href="http://cialisonlinebuynrx.com/">generic cialis online</a>
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
buy viagra online
viagra packs
http://buyviagrausaonlineph.com
viagra car commercial
<a href="http://buyviagrausaonlineph.com/">online viagra</a>
  • Нравится
  • 0