» » ...bu cürə qanunsuz fəaliyyətlə məşğul olan adamlar ayrı planetin adamları deyil ki...

...bu cürə qanunsuz fəaliyyətlə məşğul olan adamlar ayrı planetin adamları deyil ki...

 

 ...bu cürə qanunsuz  fəaliyyətlə məşğul olan adamlar  ayrı planetin adamları deyil ki...

 

 

Son vaxtlar , xüsusən, Novruz bayramı ərəfəsində Azərbaycanda 5000 eşşəyin yoxa çıxması ilə bağlı kütləvi informasiya vasitələrində bir çox yazılar getdi. Elə bu ilin mart ayının əvvəllərində Xaçmaz rayonunun Kiçik Baraxum kəndindən (Dədəli inzibati ərazi dairəsi) keçən kanalda çoxlu sayda kəsilmiş at başlarının aşkar edilməsi barədə xəbərlər yayımlanmışdı. Bu tipli yazılar mətbuat səhifəlrində hər zaman söhbət mövzusu olmuş və olmaqda davam edir. Xatırlayırsınızsa, 2014-cü ildə "xeberinfo.com" APA-nın şimal bürosuna istinadən verdiyi məlumatda bildirilidi ki, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədinə rast gəlinib. Və indi də bayram ərəfəsində Statistika Komitəsinin məlumatlarına istinadən ölkə ərazisində fərdi təsərrüfatlarda təxmin edilən 5000 eşşəyin yoxa çıxması xəbəri insanları təşvişə salmamaya bilməzdi. Mütəxəssislər at, eşşək ətinin müalicəvi əhəmiyyəti olduğunu desələr də, ölkəmizdə bu heyvanların ətindən qida vasitəsi kimi istifadə olunması halları yoxdur və bunu ağıla belə gətirmək olmaz.
Problem barəsində kütləvi informasiya vasitələrində çoxlu müzakirələr aparılıb, bununla bağlı aidiyyəti qurumların, mütəxəssislərin fikirləri yer alıb. Əksər rəyçilər eşşəklərin sayındakı bu azalmanı həmin heyvanların gizli şəkildə kəsilib ət-kolbasa məhsullarına qatılmasını, əhaliyə satılmasını təkzib edilməyə yönəlsə də, televiziya kanallarında, internet saytlarında nümayiş etdirilən kadrlar insanların şübhələrinin heç də əsassız olmadığını göstərir.
100-150, hətta 1000-ə qədər at və eşşək cəsədi və ya başının mövcudluğu bəs nə deməkdir? Şəhərimizin yarmarkalarında bəzən çox ucuz qiymətə satılan ətlər haqqında, yəqin ki, hər kəsin məlumatı var.
Bu yazını hazırlayarkən mövzu ilə ilə bağlı istər əvvəlki illərdə, istərsə də son günlər qələmə alınmış çoxlu sayda mənbə izlədim. Məqsədim mövcud problemə aidiyyəti qurumların, eləcə də sadə vətəndaşların münasibətini öyrənmək idi. Münasibətlər fərqli, bəzən ziddiyyətli olsalar da, doğru qənaətlər də çox oldu. Belə fikirlərdən bəzilərini diqqətinizə çatdırırıq.
İnternet resurslarında Dövlət Statistika Komitəsinin 1941-ci ildən 2016-cı ilə kimi ölkəmizin kənd təsrrüfatında heyvanların sayının dəyişməsini əks etdirən maraqlı bir statistikaya rast gəldim. Son 75 ildə at və eşşəklərin sayında kəskin azalma müşahidə olunur. 1941-ci ildə ölkə təsərrüfatlarında 216 900 baş at olubsa, 2016-cı ildə bu rəqəm 73 min 700 baş olmuşdur: azalma 2, 9 dəfəyə enmişdir. Mövcud dövrdə eşşəklərin sayı 87 min 200-dən 35 min 800 başa enmişdir: azalma 2,4 dəfə olmuşdur.

...bu cürə qanunsuz  fəaliyyətlə məşğul olan adamlar  ayrı planetin adamları deyil ki...

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Qafqazinfo saytına verdiyi açıqlamada bildirir ki, eşşəklərin yoxa çıxmasının birinci səbəbi yeni nəslin doğulmaması ilə bağlıdır: insanlar eşşəklərin yeni nəslinin doğulub törəyib artmasında maraqlı deyillər. Digər səbəb isə müxtəlifnövlü nəqliyyat vasitələri meydana çıxdması ilə əlaqədar eşşəklərdən nəqliyyat vasitəsi kimi istifadə edilməsinə ehtiyac azalmasıdır.
Təsərrüfatı Nazirliyi Aparatının rəsmisi onu da bildirib ki, eşşək Azərbaycanda məhsuldar heyvan hesab edilmədiyinə görə, onun sayının azalmasının kənd təsərrüfatına heç bir təsiri yoxdur”
” Dövlət Baytarlıq Nəzarəti Xidmətininn sözçüsü isə qurumun apardığı reydlər və ekspertiza laboratoriyalarında keçirilən araşdırma zamanı eşşək ətindən dönərxanalarda istifadə olunması faktına rast gəlinmədiyi bildirilib.
Zoologiya İnstitutunun direktor müavini Zəkəriyyə Məmmədovun Modern.az-a açıqlamasında eşşəklərin sayınını azalmasını elmi cəhətdən belə izah edib:
"Bu, elmi-nöqteyi nəzərdən əsaslandırılmalıdır. Dünyada qlobal dəyişmələr gedir. Qlobal istiləşmə, yaxud da, soyuqlaşma ilə əlaqədar bitkilər, heyvanlar arasında say azalma baş verir. Səbəb bunlardır. Təbiətin canlıya təsiri başqadır”.
 

...bu cürə qanunsuz  fəaliyyətlə məşğul olan adamlar  ayrı planetin adamları deyil ki...

 

Direktor müavini həmçinin, eşşək ətindən qida kimi istifadə hallarından da danışıb:
"Kimsə şəxsi təsərrüfatında at, eşşək saxlayırsa və bundan ət kimi istifadə edirsə, adət-ənənəyə ziddir. Heç kəs sağlam eşşəyi kəsmir. Kimsə xəstə eşşəyi, atı kəsib satırsa, cinayət işlədir. Digər tərəfdən, kimsə ildə 5-10 eşşək kəsibsə, bunu ümumi eşşəklərin sayının azalması ilə əlaqələndirmək elmi cəhətdən düzgün deyil. 10 il bundan əvvəlki dövrlə müqayisə aparanda görürsən ki, iqlim dəyilikliyi özünü göstərir”.
Diqqəti cəlb edən fikirlər arasında baytar həkimlərdn birinın açıqlaması oldu. Həkim Unikal.org-a aşıqlamasında bildirib ki, Azərbaycanda at və uzunqulaq ətinin satışı qanunla qadağan deyil. Qadağan olan eşşək ətini mal əti adı ilə satılmasıdır.
Ölkəmizdə ənənəvi olmasa da uzunqulaq ətinin insan sağlamlığına faydalı cəhətləri də var-arıqlamağa kömək edir, qan dövranını gücləndirir.
baku. Ws saytında isə eşşək ətinin faydaları haqqında yazılmışdır: "Eşşək əti qırmızı ətlərdən – mal, qoyun və hətta toyuq ətinə ən yaxşı alternativ hesab olunur. O, çox qidalandırıcıdır və tərkibində müxtəlif xeyirli yağlar var. Eşşəklər bir çox heyvanlardan müxtəlif xəstəliklərə qarşı daha dözümlü olurlar. Bu ətdə yağ miqdarı kifayət qədər az, zülal miqdarı isə çoxdur. O dəmir, kalium, maqnezium, fosfor, sinklə zəngdir. Amma tərkibində xolesterinin miqdarı kifayər qədər çox olduğu üçün onun dietoloji keyfiyyətini aşağıdır. Eşşək ətinin 100 qr-ı 143 kkal-dir.”


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun mülahizələrinə görə Azərbaycanda yoxa çıxan 5000 eşşəyin əti dönərxanalara, bir hissəsi də mal ətinin arasında əhaliyə satılıb.

...bu cürə qanunsuz  fəaliyyətlə məşğul olan adamlar  ayrı planetin adamları deyil ki...

Birlik sədrinin fikrincə, eşşək əti baytarların nəzarətindən tam kənardadır. Eşşəklərin hansı
xəstəliklərin daşıyıcıları olması, ümumiyyətlə, hansı heyvan xəstəliklərinin insana keçə bilməsi nə cəmiyyətə, nə də baytarlarla məlum deyil. Odur ki, eşşək əti təhlükəli heyvan xəstəliklərinin insanlara keçməsinə şərait yaradır.

Göründüyü kimi, istər rəsmilər tərəfindən, istər insanlar tərəfindən at və eşşək ətindən istifadənin qanuniliyi barədə konkret fikir yoxdur. Bilmək olmur ki, qadağa yalnız xəstə, ölmüş at-eşşək ətindən istifadəyə aiddir və ya belə ətlərin istehlek edilməsi, ümumiyyətlə, hansısa qanunlasa qadağan edilmişdir.

Azərbaycanın zəngin təbii iqlim şəraiti, əlverişli coğrafi mövqeyi, münbit torpaqları hansısa ərzaq vasitələrinin qıtlığını inkar edir. Elə isə bu gün insanları narahat edən xoşagəlməz hallar qıtlıqdan deyil, ayrı-ayrı şəxslərin və onların yol tapa bildiyi ayrı-ayrı gizlin emal müəssisələrinin asan yolla qazanmaq xəyallarından başqa bir şey deyil.
Odur ki, bu sahədə ciddi nəzarət tədbirlərinə ehtiyac duyulur, həm də kampaniya kimi deyil, ardıcıl, sistemli və sərt. Hüquq-mühafizə orqanları, mətbuata istinadən, bununla bağlı çoxlu faktlar aşkarlayıblar, cinayətkarlar əməllərinə uyğun cəzalarını alıblar.Bu mübarizə hər zaman kəskin şəkildə davam etdirilməkdədir.
Martın 30-da daxil olmuş məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Cəlilabad rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri bu mübarizənin prinsipiallığından xəbər verir. Əməliyyat tədbiri zamanı Maşlıq kəndində köhnə quşçuluq fermasının ərazisində 31 baş atın daxili orqanları (qaraciyəri, ağciyər və s.) və fermanın həyətində xüsusi qazılmış çalada təzə kəsilmiş 31 ədəd atın başları və ayaqları, ətdən ayrılmış at skeletləri, mötəviyyatla dolu mədə və bağırsaqlar, ana bətnində tam formalaşmış döl (at balası), eləcə də kəsilmiş heyvanların dəriləri aşkar edilmişdir.
 

...bu cürə qanunsuz  fəaliyyətlə məşğul olan adamlar  ayrı planetin adamları deyil ki...

 

Dövlətimizin "2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyevin inzaladığı sərəncamlar, tövsiyə və tapşırıqlar ölkəmizin iqtisadi sabitliyinin və sosial dayanıqlılığına zəmanətdir.
Elə bu məqsədlə fevral ayında ölkə başçısı, cənab İlham Əliyev Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) yaradılması ilə bağlı fərman imzalamışdır.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə fəaliyyət göstərən Komissiya dörd ay müddətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini formalaşdıraraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək və bu Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaqdır.
Qida Təhlükəsizliyi Azərbaycan dövlətinin strateji prioritetlərindən biridir və ölkə vətəndaşları Cənab Prezidentin bu fərmanına böyük ümid bəsləyirlər.
Bir neçə kəlmə də ölkəmizdə at və eşşəklərin sayında kəskin şəkildə hiss olunan azalmalarla bağlı münasibətimizi diqqətinizə çatdıraq. Bununla bağlı yazıda Kənd Təsərrüfatı Nazirliyinin, Zoologiya İnstitunun bəzi fikirlrini təqdim etmişik.
Deyildiyi kimi, qlobal istiləşmə, yaxud da, soyuqlaşma ilə əlaqədar bitki və heyvanlar arasında azalma halları baş verə bilər. Amma bizim ölkəmizdə nə qlobal istiləşmə, nə də soyuqlaşma prosesi baş verməyib. Bizim ölkəmizdəki at və eşşəklər yüz illərdir bu ərazinin təbii-çoğrafi şəraitinə uyğunlaşıblar. Bu heyvanlar arasındakı azalma daha çox inkişafla, eyni zamanda insanların dünyagörüşləri ilə bağlıdır.
Azərbaycanda keçən əsrin ortalarına qədər mövcud olmuş ictimai-iqtisadi inkişafla bugünün ictimai-iqtisadi inkişafı arasındakı fərqi görməmək mümkün deyildir. 1960-65-ci illərdə bizim kolxozda 2-3 tarktor, 2-3 yük maşını vardı. Traktorlar az olduğundan gecələr də işləyirdi.Biz yatanda da, duranda da traktor səsi eşidirdik. Tarlalardan tütünü atla, eşşək, kəl arabası ilə daşıyırdılar. Yol təsərrüfatı da indiki kimi deyildi. Yəni, o mühit üçün at və eşşək, eləcə də kəl arabası ən sərfəli nəqliyyat vasitəsi hesab olunurdu.
 

...bu cürə qanunsuz  fəaliyyətlə məşğul olan adamlar  ayrı planetin adamları deyil ki...

 

Onda təsərrüfatların öz hesablarında eşşək, at, kəl də vardı.Əksər fərdi təsərrüfatlarda da həmçinin. Kəndli at və eşşəklə bulaqdan su daşıyırdı, dəyirmana taxıl aparıb-gətirirdi. Hər işini, bir sözlə, bu heyvanlarla görürdü. Dağ kəndlərində, meşələrdə heyvanla daha asan manevr etmək olurdu. Digər tərəfdən, onların saxlanması daha ucuz başa gəlirdi. İnəyin, camışın, qoyunların qarşısından qalan otu, küləşi sonra ata, eşşəyə verirdilər. Kəndlinin bir qoyunu örüşdən qayıtmasa idi, hökmən onu axtarıb tapmalı idi. Amma at, eşşək günlərlə çöldə qalsa idi, bir o qədər narahatçılıq yaranmazdı. İnkişafa doğru irəlidikcə, kəndlərin mənzərəsi, yolu dəyişdikcə, maşın və traktorlar təsərrüfatlara yol tapdıqca, həmçinin qaz-su problemləri yoluna qoyulduqca, bu heyvanların görəcəyi işlər də çox ixtisar olundu.
İndi hansı kənddəsə eşşək və at varsa, yenə bu heyvanları saxlayan insanların kasıbçılığı və dağlıq ərazilərdə yaşması, nəqliyyat problemlərinin olması ilə bağlıdır.
Digər ciddi bir səbəb də insanların dünyagörüşü ilə bağlıdır. İqtisadi inkişaf insanların mədəni, intellektual səviyyəsini də irəli aparır.Uşaqlıqda bzim arabalarımız vardı, "maşınımız” vardı.Bilirsiz nədən: Təkərləri almadan, gövdəsi adicə məftildən. Elə sevinərdik ki.İndinin uşaqları Jiqulini bəyənmir, gərək ya "Prado” olsun, ya "Tuareq”, heç olmasa, hələlik bizim "Volkswagen".
O zaman kəndlərdən şəhərə tək-tük adam gərədi, oxumaq üçün. Onlar da adətən, imkanlı ailənin uşaqları olduğu üçün eşşək-at saxlamazdılar. Sonra bu say artdı, təhsil almaq arzusunda olan gənclər getdikcə çoxaladı. Bu gənlərin bəzilərinin ev təsərrüfatlarında at-eşşək vardı, amma onlar şəhərə ayaq açandan, tələbə adını daşyandan, həyətlərindən at-eşşək çıxmasını qürurlarına sığışdırmadılar və heyvanlarını satdılar. Bu gün də belədir.böyük əksəriyyət qapısından eşşək-at çıxmasından özündə sıxıntı keçirir: elə həyət var ki, indi kəndlərimizdə hər həyətdən 2-3 xarici marka maşın çıxır.
BMT XXI əsri "İnternet əsri - Texnologiyalar əsri" elan edib. İndi yeni nəsil robotlara , nanotexnologiyalara can atır. Belə elmi-texnili tərəqqi dövründə fərdi təsərrüfatlarda eşşəklərin sayını artırmı heç vaxt ola bilməz. Getdikcə onlara ancaq zooparklarda, ya da növün itməməsi naminə elmi-tədqiqat məqsədləri üçün yaradılan qoruqlarda rast gələ biləcəyik.
Yəni, bu proses zamanın, inkişafın diqtəsidir. Bir vaxt hər evdə arxalıq, çuxa, qaloş, çarıq, neft lampası vardı, indi də varmı, yox!
Yazımızı son günlər at və eşşək ətlərinin bazar və dükanlarda mal əti adı ilə insanlara satılması narahatlığına həsr edib, sonda at və eşşəklərin saylarındakı azalmalarla bitirməyimizdə bir məqsəd də var. Yəni, bu kimi faktlar ortalıqda olsa da, televizorda göstərilsə də, heç də bu qədər azalmış heyvaların ət kimi insanlara satıldığı kimi qəbul edilməməsini istərdik. Bəzi yazılarda belə çalarlar müşahidə edilsə də, əslində belə deyil. Bu cür məsələlərdə ən yaxşı nəzarət insanların özüdür. Fikir verin, hansısa bir kənddə bu cürə qanunsuz fəaliyyətlə məşğul olan adamlar ayrı planetin adamları deyil ki, onlar bu heyvanları ətrafdakı insanlardan uzaq planetlərdə kəsib gətirməyib ki, hazırladığı məhsulları yadplanetlilərə satmayacaq ki. Deməli, insanlar özləri - özlərini qorumalı, belələrinə göz yummamalı, onların əməlləri barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.

...bu cürə qanunsuz  fəaliyyətlə məşğul olan adamlar  ayrı planetin adamları deyil ki...

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz