» » Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?

Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?

Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?

Toy, toy, toydur bu gün,

Bizim evdə toydur bu gün,

Oynayaq, gülüm, hey…

Toy, toy, toydur bu gün,

Bizim evdə toydur bu gün,

Sev də deyək, oynayaq, gülək…

 

Söz verin, tez söz verin,

Aşıq oxusun.

Söz verin sazlara,

Söz verin nəşəli sözlərə,

Söz verin, söz verin aşıq oxusun,

Söz verin oxusunlar…

 

Sevinir ellər, gülür ellər,  bizim ellər,

Sevinir ellər, gülür ellər,  bizim ellər.

Yol verin igidlər oynasın,

O meydan qızışsın,  qaynasın,

Yol verin igidlər oynasın

O meydan qızışsın,  qaynasın,

Yol verin oynasınlar……


Toy, toy, toydur bu gün,

Bizim evdə toydur bu gün,

Oynayaq, gülüm, hey…


  Beləcə, bu toy mahnısının oynaq, şən-şux sədaları dalğa-dalğa ətrafa yayılacaq. Doğmalar, qohum-qonşular deyib-güləcək də, rəqs  edəcək də.   Amma  ha sevinsələr də,  iki nəfər  bu məqamda  hökmən ağlayacaq: gəlin köçən qız və anası:


Ortada quş kimi süzür gəlinlər,
Qızlar oğrun-oğrun yar soraqlayır.
Gülür, fərəhlənir toya gələnlər,
"Vağzalı" çalınır, anam ağlayır...

Anası əhd etmişdi, lap dünənə qədər dəfələrlə öz- özünə söz vermişdi ki, toyda ağlamayacağam. Neçə gün əvvəl  qızının atasına da demişdi. Demişdi ki,  sən də özünü möhkəm tut ha. Balamızı qapıdan gözüyaşlı çıxarmayaq. Dübarə, qızları sabah köçəcək günün axşamı yatmazdan öncə bu söhbətə bir daha təkrar qayıtmış, bir-birlərinə tapşırmalısını tapşırmışdılar, bir az da ərkələnib, kövrəlib bir-birinə sıxılmışdılar – mehribanlaşmışdılar.  Xəyallar, bir qədər də nigaran yuxu onları  elə tutmuş ki, bir də səhər evlərindəki   qonaq uşaqların  haray-həşirinə  oyanmışdılar.

 Görmüşdülər ki, yox ey, dünən, axşam sözləşdikləri kimi deyillər, elə bil basaratları bağlanıb.  Qızları da sonuncu dəfə ata evində yatmağın  vaxtını uzadırdı deyən,  hələ yuxudan ayılmamışdı. Ha istəsələr də hiss etdirməsinlər, özlərini bir boşluqda, kimsə olmayan bir  adada hiss edirdilər. Guya indiyə kimi min dəfələrlə bu qapını, pəncərəni açmamışdılar, mətbəxə girməmişdilər. Hara çevrilirdilərsə, nəyə əl uzadırdılarsa, sanki qızlarını orda görürdülər,  bəxtəvər baxışlarla... Gözlərinə belə görünürdü…

Filmldə belə texniki imkanlar var qəhrəmanın keçmişini xatırlayanda xəyalən o epizodlar göz önünə gətirilir, amma hərəkət yavaşıdılır, neçə ki kosmonavtlar çəkisizlik şəraitində hərəkət edirlər, bax, eləcə...

Ha istəsələr də, axşam  verdikləri  vədlərə əməl edə bilmədilər, ana o biri otağa keçib, əlini burnuna, gözünə çəkib özünü toxtatmış, ata da həyətə çıxıb 5-3 dəqiqə səssiz göz yaşlarını içinə axıdıb, özünü kiritdikdən sonra dönmüşdü evə.


Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?

...Dəqiqələr yaxınlaşdıqca,  hər maşın siqnalı eşitdikcə  ayrılıq  göynərtisi  daha dərinə işləyirdi.  Elə bilirdilər ki,  toy  maşınlarıdır hray-həşirlə gəlirlər  qızlarını aparmağa…

Sanki  bu dəqiqələri onların həyatında baş verməyib.  Anası  da bir vaxt  bu gün qızı onları kövrəldən kimi öz valideynlərini kövrəltməyib və yaxud öz atası –anası oğul atası kimi  tələsməyibmiş ki, tez-bazar  gəlinini öz ocağına  gətirsin.

 Olub bunlar hamısı. Amma oğlan ata-anası kimi, qız valideynlərinin də  toy günüdən  ta qızları ev-eşik olub, qucağına körpə alana qədər yaşadıqları duyğular, həyacan  və narahatlıqlar  təbiidir, gözəldir. Kənardan baxan, müşahidə edə bilən üçün  valideynləri qarşısında məsuliyyət yaradır.

Qız  uşağına   kövrəlmək , əslində, təbiidir, onların haqqıdır. Qızlarımız   evə, valideynlərinə  oğuldan daha çox can yandırılar.Qızlar hər zaman əzabkeş və qayğıkeş olurlar.

   İndi   qız köçürən  hər bir ata-ananın  öz qızına ehtiramını hər cürə ifadə etməyə  haqqı vardır. Bütün valideynlər kimi onlar da  övladlarını  işıqlı günlərə qovuşdurmaq üçün bəzən əliyalın, ayaqyalın olublar, 18 il səksəkəli bir həyat yaşayıblar, dedi-qoduların, narahatçılığın, nigarançılığın iriçaplı silahlardan açılan atəşlərinə, həmlələrə məruz qalıblar. Tikanlıqda dizin-dizin sürünüb, şərqi deyib qız böyüdüblər, qızlarını adı-dəyəri üstündə köçürmək üçün fədai olublar. Diri-diri şəhid olublar. Min yol ölüb, min yol da diriliblər, amma qız ata-anası olmaq çətinliklərindən usanmayıblar, bezməyiblər: izzət-namus bayrağını başlarının üstünə qaldırmayınca təslim olmaq olmaz axı, ölmək olmaz axı..

İndi budur, həmin məqam gəlib. Qız evi, ələxüsus, ata-ana, gözyaşları içində obada əsl-nəcabət hesabatı verirlər, qohum-qardaşlar qarşısında hesabat verirlər. Əbədi ayrılıq üçün  göz yaşları ilə müşayiət olunan  hesabat verirlər. Bunun daha başqa yolu yox.

Dəqiqələr halallaşma məqamına yaxınlaşdıqca xatirələr yada düşür, daha başqa ovqatda kövrəkliyi, həzinliyi bir başqa çalarda daha da artırır:


Şirin günlər, şirin aylar,
Bir- bir gəlib düşər yada.
Ürək deyər ayrılığın ,
Üzü dönsün bu dünyada...

Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?

…Və bu da son məqam. İndi gəlinin belinə qırmızı lent bağlanacaq, ata-ana, bacı-qardaş, baba-nənə, əmi-dayı, xala-bibi növbə ilə cəlib xeyir-dua verəcək...İndi hamı kövrəlib. Qız da kövrəlib. Bəs niyə?

Mən də bu yazını yazmağa başlayandan burda haray şəkirəm:
Çöldə tufan haray çəkər,
Salar fəğan, haray çəkər.
Yerdə durub mən susaram,
Göydə bulud haray çəkər.

Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?

 Haray çəkər ki, hörüyü bantlı qızcığaz yaşından   başı fatalı gəlinlik libasına qədər    əlçim-əlçim böyüyən qızının, nəvəsinin xiffətindən  ürəklərində ağlayan ata-anaların, baba-nənələrin   təlatümlərini öz üzərlərinə götürsünlər.   Ata-analar    belə fərəhli gündə  fikirli, ələmli görünməsin.   Amma  ha çalışsalar da,  ha böyük şadyanalıq  təşkil olunsa da,   valideynlər qızlarını ha  xoş niyyətlə  yeola salsalar da, qızlar  ha sevdiklərinə qovuşsalar da,  uşaqlığından, ata yurdundan əbədi ayrılıq  niskilini   kimsə yox edə bilməz,  heç bir qız anası, heç bir qız  bu məqamda  kövrəlməməyə bilməz.

Məsələn, siz ağlamısınızmı, ağlamısınızsa,  niyə ağlamısınız?

Bura da ağlamalı nə var, bax, bu, maraqlıdır. Axı heç də hamı gülə-gülə getmir ki… Axı heç də hamı  eyni səbəbdən ağlamır ki.

Gəlin köçürsən, bunu istmirsən, ürəyincə deyil, ona görəmi? Əzizlərdən ayrılırsan, bəlkə buna görə, bəlkə ata ocağından ayrıldığın üçün? Bəlkə qızçığaz kimi əzizlənməyindən ayrılıq səni belə kövrəltdi?

Sabahdan qayınana ixtiyarına keçəcəksən, gərək o durana kimi tezdən oyanıb süfrə açasan, buna görəmi?

Yoxsa, özünü istədirsən ki, evdəkilərin bir əli həmişə sənin üstündə olsun?

Xalalar yaman olur, bəlkə onlar toplaşıb zorla ağladırlar ?

Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?


Bəlkə ağlamaq məcburiyyətindəsən, yoxsa kənardan seyr edənlər sabahdan orda-burda danışacaqlar ki, filənkəsin qızı gəlin köçəndə heç vecinə deyildi: gözündən 1 qram da yaş düşmədi, əksinə sevinirdi.

Bəlkə romantik bir məqamdır, duyğulanmamaq olmur. Sənin ağlamağın da ağlamaq deyil, elə hisslərin təəssüratından yaranan göz yaşarmağıdır.

Bəlkə elə keçmişdən qayda ənənə kimi qalıb ki, qız gəlin köçəndə ağlamalıdır. Axı bəzən bunun üçün müəyyən hərəkətlər də edirlər ki, gəlin ağlasın, mənzərə təsirli görünsün.

Ola da bilər ki, gəlin  irəlidəki ağlamalı gününü   əvvəlcədən hiss edib, elə evdən ayrıldığı məqamdan hamıya xəbərdarlığını edir?

"İlk gecə qorxusu” ağlamaq üçün səbəb ol bilərmi?

Ata evindən xilas olduğuna görə sevinsdən ola bilməz ki, axı belə evlər var ki, qızın günü heç də xoş geçmir və qurtulmq ona nəhayət, sevinc yaşları gətirə bilər, ögey olar, sevdiyinə gedib qurtulduğu üçün ağlaya bilər və s.

Görürsünüzmü, ağıla gələ bilən və bilməyən nə qədər səbəblər var.  Fikirlərinizi bölüşməyi  unutmayın. Hesab edirik ki, hər kəsin təəssüratı çox maraqlı olacaq.


Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?


Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?

Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?

Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?

Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?

Müzakirə: Qızlar gəlin köçərkən niyə ağlayır?


PS: Müzakirədən sonra biz yenidən bu mövzuya qayıdıb, deyilənləri ümumiləşdirəcəyik.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz