» » » Bəxtinizin qadını ilə birlikdə bəxtəvərlik yaşamaq istəyirsinizsə, ən kəsə yol budur :İLTİFAT

Bəxtinizin qadını ilə birlikdə bəxtəvərlik yaşamaq istəyirsinizsə, ən kəsə yol budur :İLTİFAT

Müəllif: Anaveusaq.az от 2-11-2016, 06:03

Bəxtinizin  qadını ilə birlikdə bəxtəvərlik yaşamaq istəyirsinizsə, ən kəsə yol budur :İLTİFAT

Bir insanın həyatını mənalı və xoşbəxt yaşaya bilməsi üçün, əvvəlcə, onun öz hisslərini yaxşı tanıması lazımdır. Çünki bu hisslər hələ zaman-zaman ona daha digər duğulara ehtiyac yaradacaq. Ehtiyaclar və ona bağlı olaraq inkişaf edən duyğular isə insanları bir-birlərinə daha yaxından bağlayar, məftun edər, onlara həyatlarını birlikdə gözəlləşdirməyə, problemləri birlikdə aradan qaldırmağa vasitə olar. Belə ünsiyyət dostla da, yaxınla da, ailə üzvü il də yarana bilər. Qadına yaranan ehtiyaclar isə bir ayrı ölçü-biçimdə.
Maraqlıdır ki, dünyanın harasında olmasından asılı olmayaraq, hansı dinə, irqə malik olmasından asılı olmayaraq dünyanın qadına ehtiyacı var. Qadınlar bir əri, ailəni xoşbəxt etdikləri kimi, dünyanı da xoşbəxt edərlər.
Onda, əvvəlcə, dünyanın özünün qadını xoşbəxt etməsi lazımdır.
Xoşbəxtlik duyğusu insanların xoşbəxtlikdən nə anladığı, həyatdan nə gözlədiyin ilə bağlıdır.
Konfutsinin bir fikri lap yerinə düşür:
"Bir çoxları xoşbəxtliyi insandan daha yüksəkdə axtarırlar, bəziləri də daha alçaqda, amma xoşbəxtlik insanın boyu xəttindədir. "
Yəni, insan bu xətti müəyyən edə bilmirsə, qabiliyyət və imkanlarını tanımaz, nəticədə gözləmələri, imkan və qabiliyyətini aşar və xoşbəxtliyi çatması mümkün olmaz.
Bu təməl şərt var isə o zaman kişi qadını xoşbəxt etmək üçün bir çox şeylər edə bilər və bu etdikləri xoşbəxtliyin onun özünə də dönəcəyi deməkdir.
Bəli, kişinin xoşbəxt olması üçün yanındakı qadının xoşbəxt olması lazımdır.
Qadınının xoşbəxt olması, kişinin xoşbəxt olmasının ilk şərtidir.
Anası xoşbəxt olmadan uşağın, həyat yoldaşı xoşbəxt olmadan kişinin, qadınları xoşbəxt olmadan cəmiyyətlərin xoşbəxt olmasını gözləmək xəyaldır.

Bəxtinizin  qadını ilə birlikdə bəxtəvərlik yaşamaq istəyirsinizsə, ən kəsə yol budur :İLTİFAT


Qadını "xoşbəxtliyə hazırlamaq"

Evlənmədən əvvəl qadın kişisinin "könlünün qadını" dır. Qadınlığı ilə, ədası və nazı ilə ona xitab etməyə çalışır. Evlənincə, dünyaya uşaq gəlincə isə kişi könlünün qadını artıq "evinin qadını" olmağa başlayır. Bu da ona gətirir ki, qadın kişinin könlündəki yerini evlə dəyişir: kişinin könlü boşalır.
Kşi bunun fərqində olduğu kimi, qadın da "ev" i bəhanə gətirib, yoldaşını laqeyd qalmamalıdır, xoşbəxtliyini itirmək istəməyən kişi də yoldaşını könülünə yaxınlaşdırmaq yolunda hər zaman səy göstərməlidir.
Bunun üçün, əvvəlcə, qadını xoşbəxtliyə hazırlamaq gərək. Çünki əgər o, xoşbəxt deyilsə, qeyd etdiymiz kimi, kişinin də xoşbəxtliyi ola bilməz .
Qadlnı xoşbəxt edəcək yanaşmalar
 Təqdir edin, şövqü artsın!

Qadınlar bəyənilməkdən, təqdir edilməkdən, gözəl bir söz eşitməkdən çox xoşlanarlar.
Sevildiyini və təqdir edildiyini bilmək onları xoşbəxt edər. Onlara qarşı təşəkkür və təqdir, əsla, yaddan çıxmamalıdır.
Əslində təqdir etmək "qiymət bilmək" dir. Qiymət bilmək isə qiymət bilənin də qiymətli olduğunu göstərir.
Təqdir edilmək hər kəs üçün əhəmiyyətli olmaqla birlikdə, qadınlar üçün daha təsirlidir.
Bu, eyni zamanda şövq verəcək və daha yaxşı həyata təşviq edəcək. Qadınları sevgi və təqdir edən sözlərdən daha çox motivasiya edən bir şey ola bilməz.
Ancaq bunu qırıb tökmədən əvvəl etməli. Əks halda, könlünü qırdıqdan sonra, ona dünyanı bağışlamanın nə əhəmiyyəti ola bilər.!

İltifat edin, ovqatlı olsun.

Bəxtinizin  qadını ilə birlikdə bəxtəvərlik yaşamaq istəyirsinizsə, ən kəsə yol budur :İLTİFAT

Bir qadın ən çox, içdən gəldiyinə inandığı, səmimiyyətindən şübhə etmədiyi gözəl bir sözdən xoşbəxt olurlar. Yoldaşından iltifat görmə arzusu, susuz qalmış torpağın yağışa ehtiyacı kimidir.
Nədənsə, bu, kişilərə çox çətin bir iş kimi gəlir: onlar qadının qürurunu oxşayacaq gözəl bir söz söyləməkdən çəkinirlər.
Halbuki, bir gözəl söz onlara dünyaları bağışlamaq kimi gəlir.
Maddi fədakarlıqlarla əldə edə bilməyəcəyinizi, bu yolla qazanmanız mümkündür. İltifatlarınız onda, sizə iltifat etmə hissi də meydana gətirər.
Xüsusilə də başqalarının yanında iltifat onları məsud etməyə yetər.

Şirin bir sözdən daha "şirin"i yoxdur.

İltifatlı sözlər yalnız sizə qarşı meydana gələ biləcək mənfi duyğuların önünə keçməklə qalmız, sizin içinizdə də gözəl duyğular oyadır. Iltifatlar yağdırdığınız adam, açan çiçəklər kimi sizin gözünüzə də gözəl görünməyə başlayır.
Əslində, ondan gördüklərinizin çoxu, sizin ona göstərdiyiniz davranışların sizə geri əks olunmasıdır.
Bu, eyni zamanda sizin ona baxışınızı da gözəlləşdirər və xoşbəxtliyiniz artar.
Gözəl bir qadınla birlikdə bəxtəvərlik yaşamaq istəyirsinizsə, ən kəsə yol budur.
Qadınlar belə məqamlarda ərlərindən daha çox iki şeyə çox ciddi davranmasını gözlərlər: verdikləri sözə və böyük sevgiyə.
Onlar, sevincə ciddi sevərlər, sevgilərinin arxasında "cavan kimi" dururlar. Kişilər kimi, sıxıldıqda qaçmaq şəklində bir davranış göstərməzlər. Sevdiklərinə qovuşmaq üçün kişilərdən çox daha çox ehtiyac duyarlar.
Buna müqabil, onlara verilən sözün tutulmasını istəyirlər.
Kişinin verdiyi sözü unutması, ya da etməməsi onları çox bədbəxt edər.
Söz verərkən, bunun "kişi sözü" olduğu və yerinə yetirilməsi bilinərək verməlidir.
Bu, onlardakı "güvən" ehtiyacının qarşılanması üçün şərtdir. Əks halda, sözündə durmayan bir kişinin yanında özlərini rahat və güvən içində hiss etmələri mümkün olmaz. Özünü güvən içində görməyən qadın isə nə xoşbəxt ola bilər, nə də xoşbəxtlik verə bilər.
Onlarla xoşbəxt olmaq istəyən bir kişi sözü ilə də kişi olduğunu göstərməlidir.
Qeyd: Yazı tərcümə ilə işlənilmişdir.

Bəxtinizin  qadını ilə birlikdə bəxtəvərlik yaşamaq istəyirsinizsə, ən kəsə yol budur :İLTİFAT

 

Hamlet İsaxanlı - Səni sevdim çox sadəcə...

Səni sevdim gündən‐günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi.
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Mahnılarda anılmadım, dastanlarda yoxdur adım;
Kərəm ünlü aşiqlərin cərgəsində yer almadım,
İçimdəki ağrıların atəşindən kül olmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Məcnun olub, dərdli eşqlə səhralara üz tutmadım,
İnsanlardan uzaq düşüb ceyran‐cüyür ovutmadım,
Xəyallara səcdə qılıb vüsalını unutmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Fərhad olub, dəryaları məcrasından döndərmədim,
Xosrov kimi can yanğımı məhəbbətlə söndürmədim...
Dünyanın naz‐nemətini sənə bəxşiş göndərmədim...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Romeo tək tez od alıb yanmaq üçün doğulmadım,
Vaqif kimi pəri, sona göllərində boğulmadım,
Otello tək qısqanclıqdan, ehtirasdan yoğrulmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Koroğlu tək eşq yolunda davalara alışmadım,
Haray salıb gözəllərin məclisinə qarışmadım;
İstedadlı aşiq kimi Füzuliylə yarışmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Səni sevdim gündən‐günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Bəxtinizin  qadını ilə birlikdə bəxtəvərlik yaşamaq istəyirsinizsə, ən kəsə yol budur :İLTİFAT 

Bəxtinizin  qadını ilə birlikdə bəxtəvərlik yaşamaq istəyirsinizsə, ən kəsə yol budur :İLTİFAT

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz