» » Ağabəyim ağa

Ağabəyim ağa

Ağabəyim ağa 

 

1797-ci ildə Qacar şah öldürüldükdən sonra taxta Fətəli şah çıxır. O, hər iki tərəfin xatirçəm olması üçün İbrahim xandan qızı Ağabəyimi istəyir. İbrahim xan bu təklifi qəbul edir və 1801-ci ildə Ağabəyimi İran hökmdarı Fətəli xana ərə verir. Ağabəyim ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur.

Ağabəyim ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunması kimi məsələlərdə həmişə xeyirxahlıq göstərmişdir. Bir mənbənin yazdığı kimi, O, İrəvan xanı "Sarı Aslan" ləqəbli Həsən xanı rus əsirliyindən qurtarmaqda da köməkçi olmuş, onu əsirlikdən qurtarmışdı.

Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi.

Rusiya–İran münasibətlərinin barışıqla nəticələnməsi işində də Ağabəyim ağanın rolu az olmamışdır. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda yazırdı: "Ey Bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz".

Ağabəyim ağa öz vətənindən, doğmalarından uzaq düşsə də, Qarabağı ürəkdən sevən, daim öz torpağının həsrəti ilə yaşayan bir Vətən həsrətlisi olmuşdur. Digər Ağabəyim ağa 1832-ci ildə Tehranda vəfat edib və Darül-İman adlanan Qum şəhərində dəfn olunub.

Ağabəyim  ağa da qənirsiz  gözəl imiş və Fətəli  şahın  çox xoşuna  gəlmiş, onui özünə  baş hərəm  seçmişdi.  Fətəli şahın hərəmxanasında yüzlərlə  gözəl qadın olduğu  halda, Ağabəyim  ağaya xüsusi  münasibət  göstərməsi   həm də onun çox ağıllı və  dəyanətli  olması ilə bağlı idi.

 Deyilənə görə,  gözəl   xanımlar Fətəli  şahın  hərəmxanasına daxil  olanda ilk olaraq  çox bahalı və  zərif  paltarlar olan otağa  girməli, bu  paltarlardan ürəkləri istəyən ən  bahalısını seçməli  və şahın  hüzüruna  bu paltarda  getməli  imiş. Ağa bəyim ağa  bilirmiş ki, şahın  anasının paltarları da  bu paltarlar arasındadır və o  özü qəsdən  bu  paltarı seçib geymişdi.  Fətəli  şah Ağa bəyim ağanı anasının paltarında  görəndə özünü  itirmiş, əhvalı  dəyişmiş, heç  vaxt ona əl vurmamışdır...

Bir rəvayətdə  də  deyilir ki,  Fətəli  şahla ilk dəfə  görüşən hər kim  qəbul edilmiş  ənənəyə uyğun  olaraq onun əlini öpməli və baş  əyməli idi. Amma Ağabəyim  ağa bunu  etməmişdi.

Bu da şaha  çox pis təsir  etmiş, hətta onu  daha  qəzəbləndirmişdir. Səbəbini soruşduqda  isə Ağabəyim ağa  qürurla cavab  vermişdir:

-           Mən özüm  də  şah qızıyam!

Bir  gün Fətəli şah Ağabəyim  ağadan  soruşur ki, mən  səni  bu qədər sevirəmsə, sən məni  nə qədər sevirsən? Ağabəyim ağa  cavab verir ki,  bir  ürəkdə iki məhəbbət  ola  bilməz.

Cavab şahın şəstinə toxunur və deyir  ki,  mənim ürəyimdə 500  qadın  yaşayır. Ağabəyim ağa onsuz da  şahı sevmirdi  və  istehza ilə  onun  cavabını qaytarır:

-           Sürü yatağı ilə məhəbbət məkanının çox fərqi  var.

Fətəli  şah da hərdən şeirə  oxşayan  nəsə yazırmış və Ağabəyim ağaya oxuyurmuş. Bir  dəfə  o yenə  yazdığı bu  "şeir”lərdən birini  ona oxuyur. Amma  şeir Ağabəyimin  xoşuna gəlmir.  Şah bərk  qəzəblənir : "Mən  hökmdaram, şaham. Sənin  nə  haqqın var, mənim  yazdıqlarıma dodaq  büzürsən ”. Ağabəyim ağa  bu dəfə  də özünü  itirmədən şəstlə  cavab  verir ki, şah  olmağına  şahsan, unutmayın ki, şahlıq  şairlik deyil, əksinə,  şairlik şahlıqdır.


Ağabəyim ağa

 

Ağabəyim ağa şah zövcəsi olsa da, hərəmxana həyatı, saray həmişə onu sıxmışdır. Onun dilindən deyilən bu bayatı da Ağabəyim ağanın qürbətdə çəkdiyi "Qarabağ” niskilini çöx təsirli ifadə ediri:


Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!


Şaha xəbər verirlər ki, Tehranda oturub Qarabağı vəsf edir. Şah qəzəblənib Ağabəyim ağanı hüzuruna çağırır və bunun səbəbini soruşur. Onda Ağabəyim ağa da deyir ki, sizə yanlış məlumat veriblər. Mən belə oxumuşam:


Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Tehran cənnətə döndü,

Yaddan çıxdı Qarabağ!


Qələm də, bayatı da, göz yaşları da vətən həsrətini ovuda bilmir. Deyirlər ki, Ağabəyim ağanın könlünü açmaq, şənləndirmək üçün onu sevindirmək üçün Tehranda möhtəşəm bir bağ saldırır.

Şah bu bağda Qarabağda, Şuşada bitən bütün gül-çiçələr, meyvə ağaclarını əkdirir ki, Ağabəyim ağa Vətən həsrəti çəkməsin. Hətta deyirlər ki, bu bağçaya qulluq göstərənlər də Şuşadan gətirilibmiş. Bu gülüstanın da adını guya "Vətən bağı" qoyublarmış. Ağabəyim ağa bu bağa gəzməyəndə çıxanda həmişə çox qəmlənir:



Vətən bağı" al-əlvandır,

Yox üstündə Xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bulbul,

- deyərək, üzüntüsünü ifadə edirmiş.


Ağabəyim ağa

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Məlumata çox maraqlı idi təşəkkürlər smile

bully [b][/b]məlumatınız ətraflı idi çox sağ olun
  • Нравится
  • 1
SitatCavab
  • L

  • 13 may 2018 13:56
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Lakin qrammatik səhvlər var

Maraqlı idi çox sağ olun
  • Нравится
  • 0