» » Süleyman Sani Axundovun həyatından dəqiqələr

Süleyman Sani Axundovun həyatından dəqiqələr

Süleyman Sani Axundovun həyatından dəqiqələr

Süleyman Sani Axundov xatirələrində yazır: "Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu həqiqət olur ".

Süleyman Sani Axundovun həyatından dəqiqələr

Doğruluğu, təmiz vicdanlı olmağı üstün tutan Süleyman Sani bir dəfə Qori seminariyasında oxuduğu vaxt növbətçi olur. Onu çörək almaq üçün bazara göndərirlər. Növbətçi müəllimə səhvən məlumat verirlər ki, Süleyman çöprəyi guya bazardan ucuz almış, amma burada daha baha aldığını bildirərək, bir xeyli pul mənimsəmişdir. Süleyman nə qədər and-aman edirsə ki, bu, doğru deyil, ona inanmırlar. Üstünə yalandan atılan bu şəri yumaq üçün Süleyman  qəsd etmək qərarına gəlir və özünü tapança gülləsi ilə vurur. Bundan sonra məsələ aydınlaşır və aydın olur ki, Süleymann bunu etməyib.

Süleyman Sani Axundovun həyatından dəqiqələr

Süleyman Sani Axundov bacısı uşaqlarını çox sevərmiş. O, baçısı uşaqlarına ayrılmaqdan usanma, onlarla olmaqdan hərr zaman məmnun olarmış. Hətta başısı uşaqlarının heç bir sualını cavabsız buraxmazmış.
Bir gün bacısı uşçaqlarılndan biri soruşur ki, dayı, əlindəki çəliyi həmişə qolunda gəzdirirsən, bəs ağırlıq etmir?
Süleyman Sani gülərək belə deyir:
- Düz deyirsən, amma lazım our.
-Axı nəyə lazım olur? -deyə, baçıoğlu yenə soruşur.
Təsadüfən həmin söhbətdən iki gün sonra Süleyman SANİ axundovun bacısı uşaqları dənizdə çimirmiş.O da kənarda durub tamaşa edirmiş. Birdən yazıçının ən çox sevdiyi və ona sual verən bacısı oğlu Nadir bir az dərinə gedir və qışqırmağa başlayır. Süleyman bəy tez suya düşür, həmişə özü ilə gəzdirdiyi çəliyini bacısı oğluna uzadır:
--Hə, Nadir, tez çəlikdən yapış.
Nadir də cəld dayısının tapşığına əməl edir və batmaqdan xilas olur.
Kənara çıxdıqda dayısı gülərək deyir:
-Hə, gördünmü, çəlik necə lazım oldu?....

Süleyman Sani Axundovun həyatından dəqiqələr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz