» » N.B.Vəzirov : ”O, mənim şikəst balamdır, mütləq müalicə olunmalıdır “

N.B.Vəzirov : ”O, mənim şikəst balamdır, mütləq müalicə olunmalıdır “

N.B.Vəzirov : ”O, mənim şikəst balamdır, mütləq müalicə olunmalıdır “

Nəcəf bəy Vəzirov ömrü boyu öz yazdıqlarından bir manat da qonorar almamış, qonorar üçün ayrılan pulları həmişə xeyriyyə cəmiyyətlərinə bağışlamışdır. 1913-cü ildə "Kaspi” qəzetinin müxbiri ondan müsahibə alarkən ədibdən soruşur, siz niyə qonorardan imtina edirsiniz?
Onda Vəzirov demişdir:
- Bu, mənim məsləkimdir, prinsipimdir. Mən heç vaxt əqidəmi dəyişməyəcəyəm. Necə ola bilər ki, qarşıma xalqımı maarifləndirmək məqsədi qoyan yazılar yazım və ondan da qazanc güdəm?
"Keçmişdə qaçaqlar” pyesinin tamaşasında teatr salonunda adam çox az imiş. Bunu öz gözləri görən dramaturq uşaq kimi ağlamış və adamın az olmasını əsərinin zəif yazılması ilə əlaqələndirmişdir. Bu təvazökar yazıçı həmin əsərin bir daha teatrlarda oynanılmasına icazə verməmiş və demişdir:
- O, mənim şikəst balamdır, mütləq müalicə olunmalıdır.

N.B.Vəzirov : ”O, mənim şikəst balamdır, mütləq müalicə olunmalıdır “

Nəcəf bəy Vəzirov bəzən özü də səhnəyə aktyor kimi çıxar və ona tapşırılan rolu da çox istedadla oynayarmış. Dramaturq özünün "Müsibəti-Fəxrəddin” faciəsində Hürü nənə rolunu ifa etməkdən özü də zövq alarmış. 1916-cı ildə bu əsər tamaşaya qoyulanda Hürü nənə rolunu ifa etməyə aktyor tapılmır. Truppa rəhbəri də Mirzəağa Əliyev imiş. O, utancaq halda N.Vəzirova yaxınlaşaraq deyir ki, " məşqləri dayandırmaq məcburiyyətindəyik. Siz bilirsiniz ki, bizim qadın aktyorlarımız yoxdur. Onda niyə əsərlərinizə qadın surətləri əlavə edirsiniz?"
Böyük yazıçı M.Əliyevi mehribanlıqla sonadək dinləyir və sonda cavab verir ki, "oğlum, siz düz deyirsiniz. Amma biz əsəri təkcə bu günlər üçün yazmırıq.Vaxt gələcək ki, bizim səhnəmizdə nə qədər desəniz, qadın aktyorumuz olacaqdır."

N.B.Vəzirov : ”O, mənim şikəst balamdır, mütləq müalicə olunmalıdır “

M. Əliyev də cavabında "elə isə biz bu gün üçün bu əsərin tamaşaya qoyulmasından danışırıq, indi nə edək, Hürü nənə rolunu oynamağa artist yoxdur”, -deyir.
Nəcəf bəy də onu əmin edir ki, "siz məşqləri saxlamayın, Hürü nənə rolunu oynayan artist gələcək."
Vaxt gəlib çatır. Tamaşanın başlamasına çox az vaxt qalıb, amma Hürü nənə rolunu oynayacaq artist hələ gəlib çıxmayıb. M.Əliyev bu dəfə də N.Vəzirova yaxınlaşır ki, " Hürü nənəni bəs kim oynayacaq, niyə gəlib çıxmadı?"
Nəcəf bəy tez səhnəyə gəlib Hürü nənənin paltarını geyir və saqqalını-bığını gizlətmək üçn də ağzına yaşmaq tutur. Tamaşa çox uğurlu keçir və əsər tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Nəcəf bəyin ifası da M.Əliyevin çox xoşuna gəlir.
N.Vəzirov tamaşadan sonra teatrdan ayrılarkən gülə-gülə deyir ki, "adətdir də, qız qarıyıb qocalanda, güc dayısına düşər."

N.B.Vəzirov : ”O, mənim şikəst balamdır, mütləq müalicə olunmalıdır “

Nəsibə xanımın atası Cahangir Zeynalov istedadlı və yaradıcı bir aktyor imiş. O, Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük” komediyasında Hacı Qənbər rolunu oynamalı imiş. Bunun üçün axtarıb bu tipli tacirlər tapıb, onlarla söhbətləşər, onların psixologiyasını öyrənərmiş. Aktyor öz rollarını ifa edərkən improvizələrdən çox istifadə edərmiş. Bir dəfə də səhnədə Hacı Qənbər rolunu oynayarkən arvadı ilə qarşılaşdığı səhnədə gözlənilmədən bu improvizəni edir:
- Ay arvad, məndən, nə istəyirsən, 20 il yaşayıram, sən də o qədər yaşayarsan, 30 il yaşayıram, sən də yaşayarsan, 40 il yaşayıram, yaşayarsan, qəbrə mənimlə getmək istəyirsən? Qoy heç olmasa orda başım rahat olsun da...
Təsadüfən N.Vəzirov da teatrda imiş və bu improvizədən çox xoşu gəlir. Fasilə vaxtı səhnə arxasına gələrək C.Zeynalova təşəkkür edir ki, " arvada amma yaman dedin. Əsəri yazanda bu sözlər heç ağlıma gəlməyib, gəlsəydi, yazardım."

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz