» » Yazıçıların sevgi həyatından

Yazıçıların sevgi həyatından

Yazıçıların sevgi həyatından

Yusif Vəzir Çəmənzəminli gənc yaşlarında Aşqabadda Asya adlı bir gözəl qıza aşiq olur. Qız da onu sevir. Çox keçmir ki, yoldaşları da bu sevdadan xəbər tuturlar.
Bir gün dostlar bir gizlinə çəkilib xəlvəti Kaxetiya şərabı içirlər. Yusif Vəzirə nə qədər təkid edirlərsə, içmir.
Dostlardan biri deyir ki, bu qədər də fanatiklik eləmə, cavanlıqdır, iç, bir az şənlən.
Yusif Vəzir də cavab verir ki, mən ömrümdə dilimə içki vurmamışam, odur ki, andımı pozmayacağam.
Bunu eşidən həmin dost badələrə şərab süzüb qədəhin də birini ona uzadır:
- İçək Asya xanımın şərəfinə.
Yusif Vəzir gülümsəyərək qədəhi alır:
- Yaşasın- söyləyərək ömründə ilk dəfə şərab içir.
 

Yazıçıların sevgi həyatından
 

Şeirlərində qadın azadlığının alovlu tərənnümçüsü və müdafiəçisi olan Məhəmməd Hadi ömrü boyu evlənməyə laqeyd münasibət bəsləmişdir. O, gəncliyində qohumlarından birinin qızına vurulmuş, amma qız başqası ilə ailə qurmuşdur. Ilk eşqinin uğursuzluqla bitməsi şairin köksünə çalın-çarpaz dağ çəkmişdir. Odur ki, harda onun yanında sevgidən, evlənməkdən söz salırdılar, Hadi əsəbiləşirmiş, deyirmiş ki, Allah bəlalarını versin, bu qadınlarda bizi anlayacaq baş, hiss edəcək ürək yoxdur.
 Yazıçıların sevgi həyatından

Səməd Vurğun Qazaxda seminariyada oxuyarkən Mustafayevlər nəslindən olan bir imkanlının evində, daha doğrusu evin zirzəmisində qardaşı Mehdixan Vəkilovla kirayədə qalırmış (Şair seminariyanı 1924-cü ildə bitirmişdir, bu əhvalatda şairin 16-18 yaşlarında baş vermişdir).
Səməd Vurğun tez-tez altdan yuxarı "xozeyin”in qızı ilə danışır, deyib-gülürmüş. Mehdixan Vəkilov da narahat imiş ki, bir gün bunun üstü açılacaq, "xozeyin” onları evdən çıxaracaqdır.Yenə günlərin birində Səməd qızla danışırmış və qurtaran kimi qardaşı deyir ki, Səməd, altdan yuxarı az danış, bax, "xozeyin” bizi evdən qovacaq. Səməd bir qədər susmuş, sonra da üzünü qardaşına tutaraq demişdir:
 

Yazıçıların sevgi həyatından


"Ay Qara (Səməd Vurğun qardaşına belə müraciət edirmiş), vaxt gələr, mənim aşağıdan yuxarı baxdığım adamlar, mənə aşağıdan yuxarı baxarlar".
Doğrudan da, üstündən illər keçəndən sonra elə şairin dediyi kimi olmuşdur.
 
Yazıçıların sevgi həyatından

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz