» » Kişilər də ağlayır...

Kişilər də ağlayır...


Kişilər də ağlayır...

Ağlamaq – şiddətli ağrıdan, ruhi sarsıntıdan, bir açı təəssüratdan doğan psixoloji vəziyyətdir… Xəstəxanasında mədə ağrısından fəryad çəkib ağlayan 80 yaçlı qoça görmüşəm. Sünnət qabağı qorxudan şivən salan balaça uşaqların fəryadını da çox eşitmişəm. Uşaqlıq illərimdə qonşumuzda 70-80 yaşlı bir kişinin səbət hörərkən fındıq çubuğu ilə 40-50 yaşlı oğlunu döyərkən bu zavallının fəryadları indi də qulağımdan getmir. Hansı bir emosional vəziyyətdə itirdiyin adamə xatırlayıb, göz yaşları tökməmək də olmur. Yalandan da ağlamaq var. …
Və sair, və ilaxır… Biz insanıq. Ürəyimiz var ki, ağlayırıq. Ağlaya bilməyən heç insan da deyil. Yeri gələndə ağlamaq, yeri gələndə gülmək təbii haldır və insana xasdır. Həyata gələndə isə mən belə gördüm ki, qadınlar ağlamağa daha meyillidirlər.
 

Kişilər də ağlayır...

Kaş qadınlarımız sevinc yaşları axıtsınlar, eləcə də bütün insanlar. Fəqət qadınlar incə, zərif olduqlarından duyğulanmağa daha meyilli olurlar. Ən adi bir sözdən təsirlənib göz yaşına güç verirlər. Kişilər isə bir az rasional olduqlarından bir qədər sındırmaq istəmirlər özlərini. Bəzən elə olur ki, ağlayır, amma yaşını kimsə görmür. Ona görə yox ki, tükənib yaş damlaları Ona görə ki, kişi içində ağlayır. Kişilər ağlaya bilirlər, bu insani hala onlar da malikdir, fəqət kişilər ağlaya bilməyənlərdir, ağlamaq istəməyənlərdir. İstəsələr belə ağlamayacaqlar…
Eh, qadınlar, sizə nə var ki, siz ağlayanda bir qadınlıq xüsusiyyətinizi nümayiş etdirirsiniz. Bir qadın ağlarsa, eşidəcəyiniz " ağlamaq onların peşəsidir" sözlərini eşidəcəksiniz. Amma kişi ağlasa hamı diqqət kəsiləcək. Axı kişi ağlamamalıdır, Gör, acı nə boydadır ki, kişi dözümü tab gətirə biməyib… bir qələm dostumuz nə yaxşı ifadə edib:


Kişilər də ağlayır...

Kişilər anlada bilmədikləri üçün ağlaya bilməslər. Ağlaya bilmədikləri üçün də anlada bilməzlər.
Fəqət ürəklərində hıçqırarlar. Çəkilib heç kimsənin görmədiyi bir küncdə ağlayarlar.
Kişilər qəddar deyil. Siz ərinizin size ata evinə getməyə icazə verməməsinə də ağlayırsınız. Bu da ağlamaqdır. Amma kişi yüz yol belə şeyə görə ağlamaz. Kişilər ən yanan halında ağlayarlar: övladını itirəndə(iraq-iraq, Allah heç bir ataya göstərməsin bunu), valideynlərini itirib bir vaxt xatirələrə təslim olanda, lap elə həyat yoldaşını itirəndə… Acı kövrək olanda da ağlayır. Yalan deyirəmsə, gerçəkdən ağlayım, mən istənilən körpəni ağlayan görəndə özümü saxlaya bilmirəm. Mən kövrək duyğulara qapılanda bir az da özüm bu hisləri bir az da emosionallaşdırıb ağlayıram… Nə olsun ki, bunu kimsə hiss etmir… Heç mən də kimsə hiss etsin deyə ağlamıram.

Kişilər də ağlayır...

Kişilər əlacsız qalanda, aciz qalanda ağlayarlar. Amma bunu ailəyə, xanıma bildirməzlər… Elə bilirsiniz ki, kişilər şalvar geyib asudə ora-bura gedən, kef edən məxluqdur.. Yox!!! Kişi olmaq qadın olmaqdan ağır. Sizə nə var ki, üstünüzə ekstremal halda əriniz acıqlanır. Heç bilirsinizmi bəzən ərlərinizin başına nə müsibətlər gəlir. C.Novruzun bir şeirində övladlarına dediyi misraları bir oxuyun:

...Vaxt olub ki, dediyimdən dönməmişəm -
sizin üçün!
Vaxt olub ki, vəzifəli bir alçağın
Qabağında dinməmişəm sizin üçün!
Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
Bu dünyaya verib sizi,
Sonra sakit,
Sonra rahat, bu dünyadan gedəcəyəm.
Belə ömür mənə xoşdur.

Hələ bunlar deyilə bilənlərdir… Amma kişi evdən çıxandan sonra  onun  yerini güllələyirsiniz ki, kefə gedir.   Çox qadın var ki,   uşaqlarının atasının üstünə belə yarlık qoyur, onu tanıyan ətrafda  adının hallanmasına səbəb olurlar. Yazıq  proletar   bütün bunları içinə salır, ya da   şairin sözləri ilə desək, ""küsüb   hamıdan qaçır,  bənövşətək kol dibində bitirlər” 
Gördünüzmü,  kişilər də ağlayır: acı dözümsüz olanda, yaman olanda…
Qadın bunu duya bilmirsə, görə bilmirsə, o kişi bir də buna görə ağlamalıdır: gör kimi "canımsan, həyatımsan” deyib özünə sirdaş seçib…

 

Kişilər də ağlayır...


Vaqif Aslan - Kişilər (şeir)

Arazdan keçmirik- suyu sərindir. 
Kürdən adlamırıq - dibi dərindir. 
Araz aşığından,Kür topuğundan 
olan kişilər! 
Nə qədər ucaymış boyunuz sizin, 
Əsliniz, kökünüz, soyunuz sizin, 
Axib qanımıza dolan kişilər! 
Sizin yanınızda dilimiz - qısa, 
Ətəyimiz -uzun, əlimiz - qısa. 
Qaya parçasından, daş qopuğundan 
Nağara düzəldib çalan kişilər! 
Döyüb başımıza çalınırıq biz, 
Kos kimi ortaya salınırıq biz, 
Olmuşuq oyuncaq, yalan, kişilər. 
Hanı bəs Kür ilə Araz arası?
Bizi eyləyiblər palaz arası. 
Ox kimi şığıyıb yazı düzündən 
Atlını atından salan kişilər! 

Qulağımız "haydı,hoy!” sözünə həsrət, 
Ayağımız üzəngi üzünə həsrət, 
Bizlər -kor eşşəyə palan, kişilər. 

Sizi aldatmasın saxamız bizim, 
Əllərdə qalıbdır yaxamız bizim. 
Göydəki quşu da vurub gözündən, 
Çalıb çalağantək alan kişilər! 
Siz hara?.. Biz hara?.. Nə deyək sizə? 
İnciyən ruhunuz hay vermir bizə, 
Hələ də sükuta dalan kişilər! 
Aşır başımızdan Kür də, Araz da, 
Çəkir burulğanlar bizi bir az da. 
Bir vədə dayanıb başımız üstə
Bizə xeyir-dua qılan kişilər! 
Kənd-kənd, şəhər-şəhər axırıq daha,
Axana qıraqdan baxırıq daha, 
Bu da qalan bəylər, qalan kişilər! 
Getdi özünüzlə zorunuz sizin, 

Dolur gözümüzə qorunuz sizin.
Çatdam-çatdam olsun gorunuz sizin, 
Daşımız qalmadı daşımız üstə, 
Ay yurdu-yuvası talan kişilər! 
Olunca dünyada olmasa yeymiş, 
Qalınca dünyada qalmasa yeymiş
Sizin yerinizdə qalan kişilər! 
İndiki kişilər, yalan kişilər! 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz