» » Cəfər Cabbarlı xatirələrdə

Cəfər Cabbarlı xatirələrdə

Cəfər Cabbarlı xatirələrdə 

Cəfər Cabbarlı geyiminə çox da fikir verməzmiş. Çox nadir hallarda qalstuk bağlayar, kostyum geyinərmiş. Bir dəfə Sona xanım ərinin köhnə paltosunu götürüb özünün təzə aldığı paltonu asır. Cəfər səhər açılanda paltonu geyinib işə gedir. teatrda hamı onu təbrik edir, "mübarəkdir, sağlıqla geyəsən" deyirlər.
Cəfər onlara təşəkkür etsə də, təəccüblə əynindəki təzə paltoya baxır.
Cəfər Cabbarlı xatirələrdə
Cəfər Cabbarlı vəfat etməmişdən bir gün əvvəl yoldaşı Sonaya demişdir:
- Ay Sona, bizim nəsil çox yaşamır, bir də adam bilsə ki, min ildən sonra öləcək, indidən bağrı çatlar, ancaq nə vaxt öləcəyini bilmədiyindən, ümidlə yaşayır..
Böyük dramaturq gözlərini yumduğu gün isə çox sevdiyi böyük bacısı Törəyə və Sona xanıma belə bir yuxu danışmışdır:
-Bilirsiniz, indicə yuxuda idim. Yyuxda gördüm ki, ölmüşəm. Məni dəfn etməyə aparırlar.Özüm də ağlayıram, siz də ağlayırsınız. İstəyirəm ki, sizə "ağlamayın" deyim, amma dilim söz tutmur. Axırda bütün gücümü toplayıb sizə dedim ki, ağlamayın, ölməmişəm. əgər işdir, birdən ölüb eləsəm, uşaqlardan muğayat olun.
Sona da zarafata salıb deyib ki, yuxuda ölmək ölməməkdir, ağlamaq da gülmək.
Sonanın bu cür yuxu yozmasından Cəfərin xoşu gəlmiş və o xeyli gülmüşdür.

Cəfər Cabbarlı xatirələrdə

 

Sona xanım xatirələrində yazır ki, bir dəfə Cəfərlə mərcləşdik. Mən dedim ki, əgər mən aparsam, bir düzüm mirvari boyunbağı alarsan. Cəfər də dedi ki, sən uduzsan, mənə bir cüt corab alarsan. Aradan heç yarım saat keçmədi ki, telefon zəng çaldı. Mən yaxınlaşıb divardan asılmış telefonun dəstəyini qaldırdım. Cəfəri istəyirdilər. Onu çağırıb dəstəyi ona verəndə dedim ki, Cəfər, apardım. O bilmədi nə etsin, danışıb qurtarandan sonra dedi ki, yox, bu düz deyil, sən aparmadın. Axı telefonun məftilinin bir ucu divardadır. Bir xeyli mübahisədən sonra Cəfər dedi ki, yaxşı, Sonası, zarafat edirdim. Sənə bəlkə mirvari əvəzinə qızıl boyunbağı alım. Axı mirvari boyunbağını əzəndə o torpağa dönür. Qızıl isə əzilsə də qızıldır. Dedim ki, mən mirvari boyunbağı istəyirəm.
Cəfər də vədinə əməl edərək mənə mirvari boyunbağı aldı.
Cəfər Cabbarlı xatirələrdə
Qızı Gülarə 2-3 yaşı olanda öz darağı ilə atamın saçını darayırmış. Bir dəfə necə olubsa, o , atasının başını dayanda daraq başında qalıb və Cəfər Cabbarlı da papağını başına qoyub iş yerinə gedib. İşdə papağını çıxaranda aktyorlar görüblər ki, Cəfərin başında qadın darağı var. Hamı gülüşüb. Dramaturq özü də gülərək dostlarına deyib ki, bu, mənim şeytan qızım Gülarənin darağıdır.

Cəfər Cabbarlı xatirələrdə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz