» » Qadınlar niyə siqaret çəkir?

Qadınlar niyə siqaret çəkir?

Müəllif: Fidan от 5-09-2016, 23:08

Qadınlar niyə siqaret çəkir?

 

Bir neçə gün bundan qabaq metronun "Elmlər Akademiyası” stansiyasının çıxışında bir tələbə qızın ədədlə siqaret aldığını gördükdə artıq bu yazını yazmağa qərar verdim. Qadınların siqaret çəkməsi haqqında indiyə qədər də məlumatım var idi. Amma indi rastlaşdığım halda hələ ömrünün çiçək illərini yaşayan bir qızın siqaretə meyil etməsinə laqeyd qala bilmədim. Siqaret, ümumiyyətlə, insan orqanizminə ziyandır, nəinki qadın orqanizminə. 
Vikipediya məlumatlarına əsasən, siqaret bugünkü kimi deyil, buna oxşar formada ilk dəfə Amerika hindusları tərəfindən düzəldilib. Avropada isə Krım müharibəsindən (1853-1856) sonra yayılmağa başlamışdır. Türk və rus əsgərləri siqareti barıtın kağız gilizinə büküb çəkmişlər. Daha sonra bu adət ingilis və fransız əsgərləri arasında yayılmışdır. Avropada ilk siqaret fabriki Londonda inşa olunub. Asbest filtirli siqaretlər də ilk dəfə tanınmış "Kent" markası tərəfindən İngiltərədə istehsal olunmuşdur. Zaman-zaman təkmilləşərək müasir filtir növləri yaradılmışdır. Daha sonra yeni filtirlərə mentol da əlavə edilərək mentollu siqaretlərin istehsalına başlanılmışdır.
Dünyaca məşhur olan "Philip Morris” şirkətinin əsası 1847-ci ildə qoyulmuş və o, əllə bükülmüş türk siqaretlərinin satışı ilə məşğul olmuş və XX əsrin əvvəllərindən "Marlboro” siqaretlərinin istehsalına başlanmışdır. 1913-cü ildən isə R.J.Reynolds şirkəti "Camel" siqaretlərinin istehsalına başlayır.
1920-ci ildən artıq təkcə kişilər deyil, qadınlar da siqaret çəkməyə başlayırlar. 1939-cu ildə "American- Tobacco Company” yeni marka – "Pall Mall” siqaretləri buraxır və getdikcə ABŞ-ın ən böyük tütün sirkətinə çevrilir. Bir qədər sonra Reynolds "Winston” filtirli yeni marka siqaretlərinin istehsalına başlayır.
 Qadınlar niyə siqaret çəkir?1940-1950-ci illər dünya üzrə siqaret təsərrüfatının ən yüksək inkişaf dövrü hesab olunur.
Göründüyü kimi, siqaretin məxsusi tarixi olsa da, heç kim onun insan sağlamlığı üçün bir təhlükə olduğunu saya almamışdır, hətta üstünə "Səhiyyə nazirliyi xəbərdarlıq edir: siqaret insan həyatı üçün təhlükəlidir” yazılsa da, hər zaman onun müxtəlif dizaynlarda çeşid-çeşid növləri yaradılmış və bu gün də yaradılmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hər il 5,4 milyon insan tütün epidemiyasının qurbanı olur.
Əgər dünya bu epidemiyaya qarşı səylərini birləşdirməzsə, 2030-cu ilə qədər bu epidemiya ildə 10 milyon insanın həyatına son qoya bilər.
Siqaret dərini sürətlə qocaldan çox ciddi faktordur. Siqaret
 bel xəstəliklərinin müalicəsinə əks təsiri olan zərərli vərdişdir.
Kişilərdə prostat xərçəngi növlərinin 40%-i məhz siqaret səbəbindən yaranır.
Şəkər xəstəliyində, qulaq infeksiyalarında, emvizemdə, boğaz , ağciyər, qaraciyər xəstəliklərində, mədə, qida borusu xərçəngində, ürək xəstəliklərində siqaret çəkmək həm səbəb, həm də xəstəliyin müalicəsini çətinləşdirən əks faktordur və sair, və ilaxır.
Kişilər qadınlara nisbətən təbiətin daha dözümlü varlığıdırsa, hər siqaret bu varlığın ömrünü 15 dəqiqə qısaldırsa (mütəxəssislərin fikrincə, çəkilən hər siqaret ömrü 15 dəqiqə qısaldır), zəriflik mücəssəməsi sayılan qadın orqanizmi bu zərərli vərdişdən daha çox əzab çəkəcəkdir.
Bu məsələlərlə məşğul olan mütəxəssislərin araşdırmalarına əsasən siqaret qadınların ömrünü orta hesabla 14-15 il azaldır. Təkcə 1950-ci ildən etibarən siqaret çəkmə səbəbindən ehtimal edilən ağciyər xərşəngindən dünyasını dəyişən qadınların sayı 60% artmışdır. İnsan sağlamlığını qorxulu düşməni olan nikotin qadınlarda daha çox süd vəziləri, qırtlaq, udlaq, mədəaltı vəzi, böyrək, sidik kisəsi, uşaqlıq xərçəngi riskini qrtırır. Mütəxəssislərin fikrincə, siqaret çəkmək istər kişiləri, istərsə də qadınları sonsuzluğa aparan bir yoldur. Tərəflərdən hansısa birinin siqaret çəkməsi uşaq olmaması ehtimalını 3 dəfə artırır. Siqaret çəkən qadınlar çəkməyən qadıbnlara nisbətdə klimaksı 5-10 il daha tez keçirirlər.

Siqaret çəkən qadınlar uşaqlıq boynu xərçəncinə çəkməyənlərə nisbətən 4 dəfə daha çox uğrayırlar.
Alimlər yeni tədqiqat aparıblar və təsdiq ediblər ki, siqaret çəkən yaşlı qadınlarda cinsiyyət hormonları, siqaret çəkməyən qadınlardan daha yüksəkdir. Bu fakt onu göstərir ki, siqaret çəkmək qadınlarda süd vəzisinin, diabetin və başqa xəstəliklərin xərçənginin əmələ gəlməsinə səbəb olur, onların inkişaf riskini artırır.  Qadınlar niyə siqaret çəkir?
Tədqiqatçılar xatırlatdırlar ki, siqaretlər zəhərli və kanserogen effektlərindən başqa, onlar hormonların səviyyəsini dəyişdirə bilərlər, beləliklə, xroniki xəstəliklərin yaranmasının riskinə səbəb olurlar. 
Tədqiqatçılar öz müşahidələrinə 2030 qadın cəlb etmişlər. Onların yaşı - 55-dən 81-ə qədər olmuşdur. Bu qadınlar üç qrupa bölünmüşdü: nə vaxtsa siqaret çəkib sonradan atanlar, siqaret çəkənlər və heç vaxt çəkməyənlər. Onlardan tədqiqat üçün qan nümunələri götürülmüş və cinsiyyət hormonlarının səviyyəsi tədqiq edilmişdir.
Analizlər göstərmişdir ki, siqaret çəkənlərdə kişi hormonunun səviyyəsi yüksəkdir, məsələn, testosteron. Həmçinin müəyyən eilmişdir ki, estrogenin hormonunun səviyyəsi də yüksəkdir. Əvvəlki tədqiqatlarda bu, aşkar edilməmişdi. Əvvəl bütün nəticələr göstərirdi ki, siqaret çəkənlərdə estrogenin səviyyəsi enir. Çəkməyən qadınlarda isə hormonların səviyyəsi demək olar ki, eyni ilə idi. 
Alınmış nəticələr təsdiq etdi ki, siqaretdən imtina sağlamlıq üçün çox vacibdir. Xüsusən, qadınlar üçün . Siqaret çəkməkdən imtina hormonal xəstəliklərin riskini aşağı salır. Bu imtina ana bətnindəki körpənin inkişafına, sinir sisteminə təsir göstərən zəhərli maddələrdən imtinadır. Analar bunu qəbul etməlidirlər.
Bu gün dünyanın ümumi mənzərəsində Azərbaycanda siqaret çəkən qadınlar nizbətən azdırsa da, (Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə Azərbaycanda 3 milyon 200 min insan siqaret çəkir və bunların 10 faizi qadındır.) belə hal var və biz buna təəssüf etməliyik. Bu, bizim milli dəyərlərimizə Qadınlıq, Analıq ucalığına yaraşmayan bir eybəcərlikdir.
Uca Allahımız Qadını zəriflik simvolu kimi yaradıb, ona dünyanın ən etibarlı, ən müqəddəs adını – Ana adını bəxş edib. Azərbaycan qadını siqaret çəkməməlidir. Belə dəb yoxdur, belə müasirlik yoxdur...Elə isə qadının siqaret çəkməsinə əsas da yoxdur.
Əziz dostlar, bəs siz Azərbaycan qadınının siqaret çəkməsinə necə baxırsınız? Sizcə, qadınlar hansı səbəblərdən siqaret çəkirlər?
Xahiş edirik ki, bu yazını oxuyan hər kəs münasibət bildirsin. Biz ana, uşaq və ailə portalı olaraq bu yönümdə də maarifləndirmə işlərimizi daha fəal aparmalıyıq. Nə kimi təklifləriniz varsa, buyurun, bildirin.

 

Qadınlar niyə siqaret çəkir?

Qadınlar niyə siqaret çəkir?

Qadınlar niyə siqaret çəkir?

 


 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz