» » "Məktəb, məktəb, nə dilguşasən"

"Məktəb, məktəb, nə dilguşasən"

"Məktəb, məktəb, nə dilguşasən"

Bu yaxında yaşayış ərazimizdəki məktəblərinin birinə yolum düşmüşdü.Yolum düşmüşdü deyəndə, nəvəmi açıq havada gəzdirirdim və bu məktəbin ətrafına da gəlib çıxdım. Amma aşağıda təqdim edəcəyim şəkillərdəki mənzərələr də diqqətimdən yayınmadı. Bu ərazidə çoxlu sayda bağça, məktəb var. İnsafən, bu məktəblər 5-6 il bundan əvvəlki məktəblər deyil, hər birində əsaslı təmir aparılıb, məktəb ərazisi hasara alınıb və sair. Amma.. Birlikdə şəkillərə nəzər salaq
Lap keçmişdə Azərbaycanda məktəblər də az olub, müəllim və digər savadlılar da. Hər kənddə məhəllədə bir oxumuş tapılsaydı, o kənd, o məhəllə həmin ziyalıya görə ətraf aləmdə məşhur olardı. Bir də, kəndi yoluna, məktəbinə görə tanıyardılar. Kəndə bir qonaq gələcəkdisə, əvvəlcədən deyərdilər ki, elə ki kənddə düşdün, məktəbi soruş, məktəbin yanında sağa balaca çığır yolu var, o yolla düz gəl... Sözün həqiqi mənasında da belə idi, rəmzi mənasında da...Məktəb gündüz də, gecə də yolgöstərən, aşkarlayan, aydın edən, nur saçan bir məbəd idi.
İndi elə məktəblər, bağçalar, kitabxanalar var ki, onların özünü yanındakı marketlərə, kafelərə görə axtrarıb tapırlar.
 
"Məktəb, məktəb, nə dilguşasən"

"Məktəb, məktəb, nə dilguşasən"

"Məktəb, məktəb, nə dilguşasən"

Bəyənmədiyimiz sovet dövründə məktəblər indiki məktəblərdən yaraşıqlı idi desəm, məni qınamayın. Bəri başdan deyim ki, söhbət məktəb binasından getmir, məktəb, eləcə də digər uşaq tərbiyə müəssisələriniun ərazisindən, bağ-bağçasından gedir. Baxmayaraq ki, biz Azərbaycan dövlətinin, şəxsən Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizin heç vaxt bu qədər görmədiyi məktəb –bağça tikintisinin şahidiyik. Özü də bu vüsət bütün Azərbaycanı əhatə edir. Azərbaycanın quruculuq-abadlıq yürüşü dünyaya səs salıb.

İndi gəlin, Bakıdakı məktəb və bağçaların əhatə gözəlliyini, məktəb və bağçaların öz daxili ərazilərini göz önünə gətirək, razısınızmı?
Məktəb, məktəb, nə dilguşasən,
Cənnət, cənnət desəm, tazəsən.

"Məktəb, məktəb, nə dilguşasən"

İstər böyük Sabirimizin dövründə, istərsə də sovet dövründə təhsil müəssisələrinin həyət-bacası insanların bu təhsil müəssisələrinə münasibəti qovuşuğunda məktəbin və cəmiyyətin ideallarını özündə çox dolğun əks etdirirdi.
Məktəb, bağça, doğrudan, cənnəti xatırladırdı. Gül-çiçəklərlə, meyvə ağacları ilə əhatə olunmuş məktəb ərazisi şagirdi də, müəllimi də sinfə daxil olana qədər duyğulandırırdı, vəcdə gətirirdi. Bu, həm müəllimin, həm də şagirdin dərs prosesindəki fəallığını artırır, tədrisin keyfiyyətini stimullaşdırırdı.
Məktəbdə hər sinfin özünün yaşıllıq sahəsi olurdu və bu xüsusi fərqləndirici nişanlarla ayrılırdı. İstər sinifdənkənar tədbirlər vasitəsi ilə, istərsə də əmək təlimi dərslərində hər şagird, hər sinif öz ərazisinin qeydinə qalırdı. Şagird həm özü gözəlliyi yaradır, həm də onun qayğısına qalırdı. Uşaqlar, beləliklə, həm özlərinin, həm də başqasının əməyini dəyərləndirməyi öyrənir, həm də cəmiyyət üçün ümumi olan dəyərlərə özündə məsuliyyət hiss edirdi. Bir sözlə, əmək dərsləri məktəb ərazisinin səliqə-səhmanına kifayət edirdi. Bu gün isə bu sahədə bir qədər soyuqluq var. Bakıda nümunəvi ərazisi olan bağça-məktəblər çox azdır. Amma son dövrlər bağça və məktəb əraziləri qaydaya salınır, daş divarlar və yaxud dəmir "reşotka”larla əhatə olunur. Başqa sözlə, dövlət tərəfindən isti münasibət, diqqət və qayğı hiss olunmaqdadır. Amma məktəbin özünün, şagirdlərin, o ərazidə yaşayan insanların təhsil müəssisələrinə laqeyd münasibəti hökm sürməkdədir.
"Məktəb, məktəb, nə dilguşasən"

"Məktəb, məktəb, nə dilguşasən"

Hələ də məktəb əraziləri var ki, bir əlçim yaşıllığı yoxdur, gül-çiçək ləkləri yoxdur. Ağaclar quruyur, bəlkə də onlar ancaq yağış sularının ümidinə yaşayırlar. Bəzi bağça və məktəblər var ki, ərazisi kol-kosluqdur, illərlədir müxtəlif əşya və avadanlıqlar necə bura atılıbsa, elə də qalmağında davam etməkdədir. Bir cəhət də nəzərdən qaçmamalıdır ki, bir çox bağça və məktəblərin ərazisi, böyür-başı ticarət və iaşə obyektləri ilə əhatə olunub. Ayrı-ayrı fiziki və ya hüquqi şəxslər apardıqları tikintilərin daş-kəsəyini bağça və ya məktəbin qarşısına tökür, MİS-lər məişət tullantıları üçün ayrılmış zibil qablarını düz bağça-məktəb yollarının ağzında quraşdırır, 1-2 hal da olsa, axarı olmayan tualetin bağçanın 10-15 metrliyində mövcud olmasına göz yumur və s.

"Məktəb, məktəb, nə dilguşasən"

Bir mənfi hal da budur ki, belə bağça və məktəblərin rəhbərləri mövcud hala göz yumur, aidiyyəti qurumlar qarşısında məsələ qaldırmırlar. Hər gün dərsə və ya bağçaya gələn uşaqlar bu mənzərələrin arasından keçib və yaxud seyr edib dərsə-təlimə buradan aldığı emosiyalarla başlayırlar.
Bütün məktəblərimiz milli qəhrəmanlarımızın adını daşıyır. Bu ərazilərdə həm milli qəhrəmanların, həm Qarabağ şəhidlərinin xatirəsinə kiçik də olsa xatirə guşələri var. Mən indiyə kimi heç yerdə elə bir sinfə və ya bağça qrupuna rast gəlmədim ki, onlar bu cür abidələrə və ya bu guşələrə ehtiram göstərsin: alaq otların təmizləsin, lazımsız kol-kosu götürsünlər və s.
Mən elə fikirləşirəm ki, məktəblər fəaliyyət göstərdikləri ərazidə yaşayan insanlarla lazımi ünsiyyət qura bilmir. Mən elə bilirəm ki, hər hansı yaşayı sahəsi üzrə fəaliyyət göstərən bələdiyyə, mənzil istismar sahələri, tibb ocaqları, polis sahə müvəkkilləri arasında faydalı əməkdaşlıq, koordinasiya yoxdur. Son dövrlər təhsil, mədəniyyət, səhiyyə sahəsində baş verən dəyişiklilər hər birimizdə qürur doğurur. Amma mənim yuxarıda qeyd etdiyim və narahatçılığıma səbəb olan məsələlər var ki, bunları dövlətin ali orqanları deyil, yerli idarələr, hərə öz sahəsində, bizim hər birimiz özümüz etməliyik. Dövlət bu gözəllikdə: geniş, müasir, hər cürə rahatlıqla təmin olunmuş məktəb, bağça tikib istifadəyə verirsə, bu qayğıya cavab olaraq balalarımıazın böyüdüyü, oxuduğu bağça və məktəbləri sevməliyik, daha gözəlləşdirməliyik. Edirikmi?
 
"Məktəb, məktəb, nə dilguşasən"

"Məktəb, məktəb, nə dilguşasən"


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz