» » Hüseyn Arifin həyatından (I yazı)

Hüseyn Arifin həyatından (I yazı)

  ***** 
Yazıçılar İttifaqında Rəyasət heyətinin iclasında yaradıcılıq ezamiyyəti məsələlərinə baxılırmış. Ərizələr oxunur, hərəyə bir ay, yarım ay ezamiyyət verilirdi ki, gedib həyatı öyrənsinlər və sonra qayıdıb əsər yazsınlar. İclasın şirin yerində kimsə ayağa qalxır:
- Yoldaşlar, təklif edirəm, Hüseynə də bir aylıq ezamiyyət verilsin.
- Haraya?
- Evinə.
Hüseyn Arifin həyatından (I yazı)
Hüseyn Arif bir dəfə Tovuza gəlir. Raykomun birinci katibi onun xətrini çox istədiyindən həmişə şairi özü gəzdirir, kəndlərə, kolxozlara, dağlara, səfalı yerlərə aparırmış. Bu dəfə Hüseyndən üzr istəyir.
- Sən allah, bağışla, Mərkəzi komitədən adamlar gəlib, başım qarışıqdır. Tapşırmışam, bu dəfə ispalkomun sədri ilə gəzərsən.
Hüseyn fikirləşmədən cavab verir:
- Lazım deyil, o da sənin tayındır. Maşının mənə ver, özgə heç nə lazım deyil.
Hüseyn Arifin həyatından (I yazı)
Hüseyn Arif "Azərnəşr”də şöbə müdiri işləyəndə Qılman İlkin direktor imiş. Bir gün mərkəzi komitədən Qılman İlkinə zəng vururlar ki, Hüseyni təcili yuxarı göndər, lazımdır. Qılman İlkin gülə-gülə deyir:
- Onu tapsanız, yanıma göndərin, mənə də lazımdır.
- Necə, bu nə deməkdir? Sənin nəyinə lazımdır?
- İşdən çıxartmaq üçün əmr vermək istəyirəm, üç aydır tapa bilmirəm.
Hüseyn Arifin həyatından (I yazı)
Hüseyn Arif çoxdan dost olduğu birsürücü ilə uzaq səfərə çıxır. Bütün yol boyu aşıqlardan, şairlərdən danışır, əzbər şeir oxuyur. Sürücünün dinmədiyini görüb dayanır.
-Sən də şeir yazırsanmı?
-Xeyr, Hüseyn müəllim, mən şeir yazan deyiləm.
-Niyə yazmırsan, ay beyinsiz, indi hamı yazır, sən də yaz. Qorxma özüm çap etdirərəm.
Hüseyn Arifin həyatından (I yazı)
Bir gün Hüseyn Arif Şəmşad Rza ilə görüşüb, hal-əhval tutur.
- Nə var, nə yox, necə dolanırsan?
- Bir təhər....
- Görürəm, halın o qədər də yaxşı deyil, korluq çəkirsən?
- Elədi, qağa.
- Ə, beynin olsun, şeirdən-zaddan əl çək, ondan bir şey çıxan deyil. Gəl, göndərim səni Tovuza, get işlə orda.
- Nə işində, qağa?
- Orda Aşıqlar Birliyinin filialını yaradıram. Ol filialın direktoru.
Şəmşad Rza xeyli fikirləşir.
- Dolana bilərəmmi, qağa?
- Ay bivec, niyə dolana bilmirsən? Orda adamdan çox aşıq var, deyərəm dolandırarlar.
Hüseyn Arifin həyatından (I yazı)
Bir dəfə Nazim Axundov Gəncədən Bakıya, Mirzə İbrahimova zəng vurur. Akademiya ilə bağlı nəsə soruşur. Rəsmi söhbəti qurtarandan sonra Mirzə İbrahimov gülə-gülə deyir:
- Nazim, dostun Hüseyn Arif deyir ki, Gəncədə ferma açıbsan. Hər gələnə bir erkək kəsirsən?
Nazim dinmir.
Bu söhbətdən bir neçə gün sonra Hüseyn Arif Nazim Axundovgilə qonaq gəlir. Nazim onu əvvvəlki kimi çox mehribanlıqla qarşılayır, orda-burdan söhbət edib zarafatlaşırlar. Günortaüstünə yaxın Nazim onu ucuz bir fəhlə yeməkxanasına aparır. Boz-bulanıq əriştə şorbası, boyat çörək, bir az da göy-göyərti gətirirlər. Şairi bunlar açmır. Üzünü Nazimə tutub soruşur.
- Bə, kabab-zad olmayacaq?
- Yox.
- Niyə ?
- Fermada daha qoyun qalmayıb, hamısını kəsib yemişik.
Hüseyn halını pozmur.
- Yaxşı eləyib kəsib-yemisiniz. Onsuz da hökümət hamısını əlimizdən alacaqdı.
İndi deyər ki, paltar da mənimdir
Hüseyn Arifin həyatından (I yazı)
İsmayıl Şıxlı:
Hüseyn Arif Ağstafada özünə ev tikdirirdi. Çətinliklə maşın tapıb daş gətirtmiş və qapıya tökdürmüşdü. Bir gün soruşdum:
- A kafır, deyəsən, ev tikdirirsən?
Hüseyn tələsik cavab:
- Mən yox, xalq özü şairə ev tikdirir.
Gülümsədim. Bilirdim. Bilirdim ki, özünü sındımır. Aradan bir ilə yaxın keçdi. Eşitdim ki, Hüseynin daşlarını oğurlayıblar. Kədərləndim.
- A kafır, deyəsən xalq daşını geri aparıb.
Yenə özünü sındırmadı.
- Yox, daşı oğurlayanlar gəlmələrdir, xalq deyil.
Hüseyn Arifin həyatından (I yazı)
Bir gün səhər tezdən H. Arif İsmayıl Şıxlıya telefon açır:
- Ayə, a qoca, deyirlər, yenə hökumətlə birləşib Qazaxda insitutut açırsınız?
- Elə bir şey var.
- Bə rəhbərlik haqqında fikirləşibsiniz?
- Fikirləşirik.
- Ə, nə fikirləşirsiniz, hazırca rektoram, durmuşam qarşınızda, dağa-daşa niyə düşürsünüz. Zəlimxan Yaqubu da verin mənə təsərrüfat hissəsi üzrə prorektor, gedək, hər şeyi sahmana salaq.
Hüseyn Arifin həyatından (I yazı)
Hüseyn Arif Aşıqlar Birliyinin rayonlarda filiallarını açmaqla məşğul imiş. Rayonların birinə gedir, katiblə görüşür, gəlişinin səbəbini danışır. Katib fikrə gedir.
- Ay qağa, ha fikirləşirəm, boş yer tapa bilmirəm.
Şair fikirləşmədən deyir:
- Ay qağa, özünü yorma. Elə bu otağı boşalt, ver aşıqlar birliyinə, özünə yer taparsan.
Hüseyn Arifin həyatından (I yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz