» » Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)


Aristotel ( bəzi Şərq ölkələrində , eləcə də Azərbaycanda Ərəstun adı ilə də tanınır)- qədim yunan filosofudur. E.ə. 384-cü ildə Stagera, Kalxidikidə (Yunanıstan ərazisi) anadan olmuşdur.
E.ə. 322-ci ildə (61-62 yaş) Euboada da (indiki Yunanıstan ərazisi) vəfat etmişdir. Fizika, metafizika, poeziya, teatr,musiqi və digər sahəlr üzrə dərin məzmunlu fikirləri vardır.
Qızıl orta, idrak, məntiq, sillogizm, passion nəzəriyyələri maraqlarının əsasını təşkil etmişdir
"Etika", "Metafizika", "Fizika", "Ritorika", "Poetika", "Ruh haqqında", "Siyasət", "Afina siyasəti", "Nikomax etikası", ""Orqanon" və s.əsərlərin müəllifidir.
Orta əsrlərin ədəbiyyatında və incəsənətdə sevgi hekayəsini taclandıran xoşbəxt sevgi ittifaqı – heç də həmişə rast gəlinən hadisə deyildi. Zərif (həqiqi) sevgin qanunları xanım adını fiziki istəkdən daha yuxarı qoymağı nəzərdə tuturdu. Kilsə cinsi istəyi (seksual istəyi) günah sayırdı (şəhvət sayırdı) və cinsi əlaqəni ancaq qanuni nikahda və yalnız nəslin artırılması üçün icazə verirdi. Amma reallıqda heç də belə deyildi. Bəzən bu istəklər Aristrotelin özünün təyin etiyi "orta hədd”i də keçirdi. İndi təqdim edəcəyimiz nümunə  bunu isbatlamırmı?
 

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

 

 Bu  şeiri  neçə illər öncə  bir dostumdan eşidib, diktafonaköçürmüşdüm.  Şeir həcmcə böyük idi və marağımı cəlb etdiyi üçün əzbərlədim, məxsusi yerdə - əmin olduğum yerdə 1-2 dəfə də  ucadan söylədim. Amma mənbəyini dəqiqləşdirməmiş deməyə bir az çəkinirdim. Bu yaxınlarda da oğlumun iş yerindən zəng vurdular ki, bizim kitabxanamızın fondunu yeni əlifba ilə nəşr olunmuş əsərlərlə əvəzlədiyimizdən bəzi kitabları dostlara paylaşmalı olmuşuq, buyurun, siz də gəlin baxın.Həmin gün getdim və 30 yaxın çox maraqlı və dəyərli kitab seçib gətirdim. Və həmin haqqında danışacağımız şeirə də gözəl lirik şairimiz Ələkbər Ziyatayın 1946-cı ildə "Uşaqgəncnəşr” tərəfindən buraxılmış və şairin ilk mətbu əsəri olan "Məhəbbət sınağı” kitabında rast gəldim: çox cüzi fərqlər var idi. Mən bildiyim variant , mənə görə, daha mükəmməl göründü. Ələkbər müəllim həmin şeiri 1940-cı ildə - 27 yaşında tərcümə etmişdir. Ola bilsin ki, sonra üstündə təkrar işləyib, müəyyən  dəyişikliklər edilib.

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

Həmin şeir belədir:
    Gözəllik

( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə; 1940)

Böyük alim Aristotel dərs verərkən İsgəndərə,
Yazdı onun albomuna bir gün belə bir xatirə:
"Həm qılıncdan, həm nizədən, həm də oxdan müdhiş silah
Gözəllərin üzündəki cazibədir, ey padişah.
Dərin bilik, parlaq zəka, bir də ömrün ötkün çağı,
O zərbəni qaytaracaq bir qalxandır, olun agah”.

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

Bir gün müdrik Aristotel gəzinirdi bağda yalnız,
Gördü gəlir şux göləri canlar alan- Əqlaya qız.
Onun nadir camalına valeh idi bütün hər yan,
Yerdə bəşər, göydə mələk, həm afitab, həm asiman.
Şirin sözü qəlbə yatan, kəskin ağlı alov saçan
Bu afətə şah özü də baş əyirdi görsə haçan.
Aristotel baxdı, baxdı; dayanmadı, coşdu ürək,
İxtiyarsız Əqlayanın qarşıında diz çökərək,
Söylədi ki:”Dinlə, gözəl, həm hikmətdən, həm günəşdən
Gözüm səni yüksək tutur, məftun oldum hüsnünə mən.

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

Yalvarırqm bir anlığa qaçma məndən, səbr et, gözəl;
Könül çıxmaz qulluğundan, nə istəsən, əmr et, gözəl”.
O nazənin gülümsünüb dedi: "Böyük şərəfdir bu
Ki, Ellada ölkəsinin fəxri, böyük filosofu,
Bir insan ki, zəkasıyla hökmrandır yerə, göyə,
Baxdı mənim camalıma heç olmasa bircə kərə.
Mən səninəm, gəl yanıma, mətləbinə-arzuna çat!
Ancaq bircə istəyimi başa gətir həmin saat:
Öz çiyninə mindirərək gəzdir bir az bağda məni.
Çox sevirəm ğz əhdindən, ilqarından dönməyəni. ”
Qızın yersiz təklifinə güldüsə də hakim bir an,
Söz vermişdi, dönənmədi öz sözündən, ilqarından.
Tez çıxarıb əbasını bükdü qoydu bir bucağa;
Çiynində o gözəl pəri, yortdu sola, yortdu sağa.
Qız yaylıqla bağlamışdı filosofun gözlərini,
Çubuq çəkib gəzdirirdi geniş bağın hər yerini,
Onlar gəlib yetişdilər axır geniş meydançaya,
Ağacların kölgəsində gümüş gölə, axan çaya.

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

Səs salmışdı, nəğmə, rübab, incə, şirin qəhqəhələr…
Orda idi bütün saray; vəzir, vəkil və İsgəndər.
Qız uzaqdan qışqıraraq deyirdi: ay sevimli at,
Bir az gəzdir daha məni, sonra düşürt, vəslinə çat!
Yığıncağın lap içinə sürdü onu o gülyanaq,
Düşdü yerə dördyanına qəhqəhələr yağdıraraq.
Aristotelin gözünü açan zaman o sərvinaz,
Qopan hədsiz gülüşləri qələm yazsa, kitab tutmaz. 

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

Böyük alim Aristotel dərs verərkən İsgəndərə,
Yazdı onun albomuna  bir gün belə bir xatirə:
"Həm qılıncdan, həm nizədən, həm də oxdan müdhiş silah
Gözəllərin üzündəki cazibədir, ey padişah.
Dərin bilik, parlaq zəka, bir də ömrün ötkün çağı,
O zərbəni qaytaracaq bir qalxandır, olun agah”.
Mən sınadım, bildim bunu təkcə korlar bu dünyada,
Gözəlliyin qarşısında görməz ziyan, çəkməz xəta.

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

 

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

 

Doğrudan da, dahilər dahi olsalar da, onların da bəzilərinin həyatı adamı təəccübləndirəcək qədər fərqli həyatları olubmuş, o cümlədən Aristotelin də. Aristoteli hələ yaşadığı dövrdə sevgidə bəxti gətirməyən kimi tanımışlar. Ümumiyyətlə, bu məşhur filosofun qadın haqqında fikirləri heç də hamı tərəfindən birmənalı qəbul edilməmişdir.
Aristotel qadınların əskik varlıqlar olduğunu düşünürdü. Qadınlara qarşı mənfi fikrilərinə görə filosof illərcə tənqid edildi. Yunan filosofu, qadınların yaradılışdan əskik varlıqlar olduğuna inanırdı. Aristotelə görə qadınlar əhliləşdirilmiş heyvandan bir az daha yaxşı məxluqlardır. Aristotel 37 yaşında ikən müəllimi Hermiasın övladlığa götürülmüş 17 yaşındakı qızı Fillida ilə evlənmişdir.
Aristotel romantik qeyd etidyi kimi, aralarındakı yaş fərqi evlilik üçün ideal fərqdir. Tarixi faktlar onların xoşbəxt ailə olduqlarını deyir. Fillida həyatını itirdikdən sonra, bir qızlarını böyütmə məsuliyyəti Aristotelə qalır. Aristotel də bir qədər sonra adı onun üçün çox da münasib olmayan Herpyllis adlı ikinci bir qadınla evlənir. Münasibətlərinə dair məlumatlar yoxdur. Aristotel vəfat etdiyi zaman ilk yoldaşının yanına dəfn edilməyi vəsiyyət etmişdi. Həyatının sonuna qədər qadınlara kənd heyvanları kimi davranmışdı. Hətta 2-ci yoldaşı Herpyllisi öz eşikağasına bağışlamışdı. Vəsiyyətində isə açıq-açıq yazmışdır: "Yenidən evlənmək istəsə, qiymətsiz birinə verilsin”.
Cavanlıqda Makedoniyalı İsgəndər də hetera Fillida ilə maraqlanırdı və onu güclü təsiri altına düşmüşdü. Aristotel İsgəndərin müəllimi və mürşidi olsa da, heç cür gələcək krala təsir göstərə bilmirdi. Belə halda Aristotel Fillidadan xahiş etdi ki, o, İsgəndərin gözlərindən mümkün qədər uzaq olsun, ondan əl çəksin. O isə öz növbəsində bunu əvəzolunmaz bir şərt ilə edəcəyini dedi. Şərtdə Fillida Aristotelin belində öz evi ətrafında üç dəfə fırlanmalı idi. Təbii ki, Aristotel bu fikirlə razı olmadı və Fillidanı bu fikirdən əl çəkməsini xahiş etdi və onun əvəzinə bir çox təkliflər etdi. Lakin Fillida heç cür razılaşmadı və müdrik onun dediyin etməyə məcbur qaldı. İsgəndərin qəfil gəlişi onlar üçün gözlənilməz oldu və onları pərişan etdi. İsgəndərin gözlərinin önündə inanılmaz bir səhnə var idi: xacələt içində diz üstündə sürünən müdrik və onun belində oturan hetera Fillida. İsgəndərin mütəəssircəsinə verdiyi suala Aristotel belə cavab verdi: "Bax, görürsən, əgər o, mənim kimi qoca, müdrik bir insanın başına belə işlər açırsa, gör indi sənə nələr edib, səni kimə döndərər".
Bu dərs padşah üçün kifayət idi.

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)


Əfəsanəyə görə bu hadisə İsgəndəri fikrin dəyişdirdi və o, heteranı bundan sonra rahat buraxdı.
Mən bu yazını hazırlayarkən bir xeyli mənbə araşdırdım, şəkillər topladım, Leyli xanı adlı bir ziyalı jurnalistimiz bəzi yazıları mənə tərcümə etdi və mən də bunu sizə tədim etdim.
Maraq üçün özümün bildiyim variantı da bura əlavə edrəm. Bəlkə dostlardan kimsə bunu bilən var, bəlkə bu da bir başqa müəllifimizin tərcüməsidir:

Böyük alim Aristotel dərs verərkən İsgəndərə,
Yazdı onun dəftərinə bir gün belə bir xatirə:
"Həm qılıncdan, həm nizədən, həm də oxdan güclü silah
Gözəllərin üzündəki cazibədir, ey padişah.
Dərin bilik, parlaq zəka, bir də ömrün ötkün çağı,
O zərbəni qaytaracaq bir qalxandır, olun agah”.
Keçdi aylar, keçdi günlər, keçdi yay, qış, gəldi bahar.
Yaşıllaşdı gülü solmş, xəzan vurmuş bağ-bağçalar.
Bağda gəzən məst olurdu, ecazkar bu gözəllikdən,
Bülbüllərin cəhcəhindən, güllərin xoş ətirindən.
Bir gün müdrik Aristotel gəzişirdi bağda yalnız,
Gördü gəlir şux gözləri canlar alan bir gözəl qız.
Qızın hüsnü- camalına valeh idi bütün hər yan,
Yerdə bəşər, göydə mələk, həm afitab, həm asiman.

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

 

Şirin sözü qəlbə yatan, kəskin ağlı alov saçan
Bu afətə şah özü də baş əyirdi görsə haçan.
Aristotel baxdı, baxdı; dayanmadı, coşdu ürək,
İxtiyarsız o gözəlin qarşıında diz çökərək,
Söylədi ki:”Dinlə, gözəl, həm hikmətdən, həm günəşdən
Qəlbim səni əziz tutar, məftun oldum hüsnünə mən.
Yalvarırm bir anlığa qaçma məndən, səbr et, gözəl;
Könül çıxmaz qulluğundan, nə istəsən, əmr et, gözəl”.
O nazənin gülümsünüb dedi: "Böyük şərəfdir bu
Ki, cümlə Yer üzünün fəxri, böyük filosofu,
Bir insan ki, zəkasıyla hökmrandır yerə, göyə,
Baxan kimi məftun olub mənim bu şux gözlərimə,
Ayna kimi gül üzümə, şirin-şirin sözlərimə.

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

 

Qız dedi ki: Mən səninəm, gəl yanıma,
Arzuna çat, ancaq bircə diləyimi başa gətir bax indicə.
Mindirərrək pz boynuna gəzdir bir az bağda məni.
Çox sevirəm ğz əhdindən, ilqarından dönməyəni. ”
Qızın yersiz təklifinə güldüsə də alim bir an,
Söz vermişdi, dönənmədi öz sözündən, ilqarından.
Tez çıxarıb əbasını bükdü qoydu bir bucağa;
Çiynində o gözəl pəri, yortdu sola, yortdu sağa.
Qız yaylıqla bağlamışdı filosofun gözlərini,
Çubuq çəkib gəzdirirdi geniş bağın hər yerini.
O hərdənbir qışqıraraq deyirdi:
Ey sevimli at, gəzdir daha bir az məni.
Sonra düşür, kamına çat.
Sığışmırdı yerə-göyə sevincinin həddi onun,
Nazlanar xeyli gəzdi o, boynunda filosofun. 
Onlar gəlib yetişdilər axır geniş meydançaya,
Meydançanın ortasında böyük məclis qurulmuşdu,
Sazəndələr, xanəndələr, rəqqasələr oturmuşdu.
Səs salmışdı, nəğmə, rübab, incə, şirin qəhqəhələr…
Orda idi bütün saray; vəzir, vəkil və İsgəndər.
Yığıncağın düz düz içinə sürdü onu o gülyanaq,
Düşdü yerə ford yanına qəhqəhələr yağdıraraq. 

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

 

Qız uzaqdan qışqıraraq deyirdi: ey sevimli at,
Bir az gəzdir daha məni, sonra düşürt, vəslinə çat!
Yığıncağın lap içinə sürdü onu o gülyanaq,
Düşdü yerə dördyanına qəhqəhələr yağdıraraq.
Açan kimi filosofun gözlərini o sərvinaz,
Qopan hədsiz gülüşləri qələm yazsa, kitab tutmaz. 
O andaca öz səhvini başa düşdü Aristotel,
Xəcalətdən yerə girər, ayrılsaydı əgər ki yer.
Dözəmmədi bu hikmətə nə biliyi nə də yaşı,
Gözəlliyin qarşısında diz qatladı zəkası da.

Gözəllik ( Ələkbər Ziyatay - İ.Frankodan tərcümə)

Qeyd: Yazıda vikipediya məlumatlrına və tərcümə materiallarına istinad edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz