» » Mayakovski: “Bakı. Dünyanın pencəyində yağlı ləkə...”

Mayakovski: “Bakı. Dünyanın pencəyində yağlı ləkə...”

Mayakovski: “Bakı. Dünyanın pencəyində yağlı ləkə...”

"Bakı. Donqar burun adamlar... Dünyanın pencəyində yağlı ləkə”. Bu kəlmələr Vladimir Mayakovskinin 1923-cü ildə yazdığı "Bakı” şeirindəndir. Elə oradaca böyük proletar şairi Bakı barədə "Yanğınlar şəhəri. Odlanan Balaxanı. Hisli yarpaqlar. Neft mürəkkəbindən ibarət çaylar” kimi söz açır.
Bu şeirində Mayakovski 1920-ci il inqilabından əvvəlki Bakının portretini yaradır. O, şeir yazılan tarixə qədər artıq 2 dəfə Bakıda olmuşdu, Sovet Bakısına da hələ 2 dəfə gələcəkdi. Odur ki, onun Azərbaycan paytaxtı barədə təəssüratları bizə həm də inqilabdan əvvəlki və inqilabdan sonrakı şəhəri müqayisə etməyə imkan verir.
Mayakovskinin yolu Bakıya ilk dəfə 1908-ci ildə (15 yaşı olanda) düşür. 1926-cı ildə, 4-cü səfərindən sonra yazdığı "Amerika Bakıda” məqaləsində o, xatırlayır: "Bakını mən daha əvvəl 3 dəfə gördüm. Birinci dəfə - 18 il əvvəl. Uzaqdan. Tiflisdən sonra qəribə şeylər baş verirdi: qum - əvvəl adi, sonra heç bir torpağın olmadığı səhralıq, nəhayət - yağlı, qara. Səhradan sonra - ağ duzu ilə sahili yalayan dəniz. Gecə vəhşi tikililər başladı - sanki qara kəhriz quyuları başayaq qoyulub və taxtalarla doldurulub. Tikililər bütün üfüqü qapayıb, dağlara yüksəlir, uzağa qədər uzanır və minlərlədir. Yaxına çatanda, neft buruqlarının qara pırtlaşıq saçlarını görürük, külək bu saçlardan alov qoparır. Üç yerdə yanğın var. Mədənlər od içindədir”.
Mayakovski Bakıya 2-ci dəfə - 1913-cü ildə gəldiyində yenə oxşar mənzərə ilə qarşılaşır. Və onun mədənlərdəki vəziyyəti təsviri eynilə Maksim Qorkinin inqilabdan əvvəlki Bakı mədənləri haqda yazdığı "Yer cəhənnəmi” kəlməsini bir daa təsdiqləyir.
1928-ci ildə qələmə aldığı "Doğulan paytaxtlar” məqaləsində Mayakovski bu barədə yazır:
"Mən inqilabdan əvvəlki Bakını xatırlayıram. Ensiz sahil zolağı, ardınca Qara şəhərin və Ağ şəhərin çirki, onun ardınca - mədənlərin üçqat çirki, arxaik neft fontanları. Bu nefti çıxaranlar harada yaşayırdılar - bir Allah bilir, haradasa yaşayırlarsa da, çox qısa ömür sürürlər. Kirlidir, yarpaqsızdır. Dil - ortam rus dili. Tələblər sadədir - qəpik xərcləyib manat qoparmaq. Türk dili - nəyə gərəkdir? Mantaşev Parisdə türk dilində danışmayacaq, onun fəhləsi isə onsuz da oxumağı bacarmır...”
Bakıya 1913-cü ildəki gəlişinə dair Mayakovski "Amerika Bakıda” məqaləsində də söz açır və əvvəlki Bakını inqilabdan sonrakı şəhər ilə müqayisə edir:
"İkinci dəfə Bakını 1913-cü ildə gördüm. Bir neçə saatlığa - mühazirədən qatara qədər. Məni şəhərə baxmağa apardılar. Xəzər dənizi, bulvarın tikintisi, Mailovun teatrı, Qız qalası, parapet.
- Mədənlərə getmək olarmı? - dillənirəm.
- Unudun! - cavab verdilər. - Orada baxılası nə var ki...
Qara, çirkli şəhər... Mədənlər həmçinin - çirk və neft. Gecə yenə babatdır - neft fəvvarələri yanır...”
Və bu cümlələrin ardından Mayakovski artıq 4-cü gəlişində - 1926-cı ildə rastlaşdığı mənzərəni təsvir edir:
"Bu dəfə isə rastlaşdığım ilk adam soruşur:
- Siz mədənləri gördüzmü?
Ardınca ikincisi:
- Qara şəhərdə olduz?
- Razin qəsəbəsi xoşunuza gəldi?
- Şmidt zavoduna baş çəkin...
Və s. və i. Şəhərin bütün mövzuları mədənlərin ətrafında fırlanır. Təkcə neftin çıxarılması və gəliri yox, həm də mədəniyyət, inkişaf mövzuları.
Qara şəhər. Artıq "Qara” kəlməsi köhnəlir...”

Mayakovski: “Bakı. Dünyanın pencəyində yağlı ləkə...”

İnqilabdan sonra keçən cəmisi 6 il ərzində həm mədənlərin siması, həm də işçilərin vəziyyəti kökündən müsbətə doğru dəyişib (Eyni dəyişiklikləri Marksim Qorki və Yesenin də qələmə almışdı, yəni, Mayakovskinin şahidliyi yeganə fakt, unikal deyil).
"Əvvəllər 200 iri və xırda ağa bir-biri ilə rəqabətə girir, dalaşır və bu balaca torpaq parçasından neft oğurlayırdı. Ali xoşbəxtlik - neft fəvvarəsi. Bir günə yarım milyon pud nefti çölə tullayacaq - bu, mantaşevlər, tamaşevlər, nobellər üçün 200-300 min qızıl pul deməkdir. Kiminsə torpağında neft fəvvarə vurubsa, qonşu qızdırmalı şəkildə öz torpağını qazmağa başlayırdı. Burada hansı "amerikanlaşma”dan, hansı bərkitmə işləindən söhbət gedə bilərdi ki?! Fəvvarə gündə yarım milyon pud neft verəndən sonra tükənirdi, halbuki düzgün istismarda hələ aylarla vaxt ərzində milyonlarla pud neft verə bilərdi. Qənaət? Qənaət etmək olar - işçilərin rahatlığında, fəhlələr üçün yaşayış yerlərində.
İndi isə - qaloşunuzu çıxarın, ağ corabınızla bu günkü mədəndə gəzin...” ("Amerika Bakıda”, 1926-cı il).
"Doğulan paytaxtlar” məqaləsində Mayakovski artıq başqa şəhərə çevrilən 1924-cü ilin Bakısından söz açaraq yazır:
"24-cü ilin Bakısını da gördüm. Millətlərin azadlığı hər evə türk əlifbası ilə yazılmış lövhələr şəklində sıçrayıb... Həftəlik səfərimin hər günü hər hansı bir bakılı ilə görüşəndə mən sonsuz plan və layihələri dinləyirəm”.
Və Mayakovski əyalətdən çevrilib sürətlə paytaxta dönən şəhəri sözə xəsislik etmədən vəsf edir. Sanki hamı "İrəli” və "inkişaf” kəlmələri ilə yoluxub. Mayakovski gələcək planlar barədə coşqulu söhbətləri Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlunun, "Azneft”in rəhbərlərindən olan Kiferisin, yerli şair və yazıçıların dilindən dinləyir.
1926-cı ildə (və sonuncu) dəfə Bakıya təşrif buyuran Mayakovskinin artıq 2 il əvvəllə bu günü müqayisə etmək imkanı var. Və o, yazır:
"Səhər saat 6-da gözlərimi ovuşdururam. Qarşıdan elektrik qatarı keçir. 1924-cü ildə mən buradan his qoxusu verən tepluşka (isidilən yük vaqonu - Red.) ilə keçmişdim. O vaxt yol qumluq və səhradan keçirdi, indi isə Avropa kottecləri, bağçalar və güllükdən keçirik. Bakıya daxil oluruq. Həyatımda ilk dəfə latın şrifti ilə yazılmış lövhələrdə türk sözlərini oxuyuram. Bu şrift - mədəni inqilabdır, hüsnxətt vasitəsilə bəşəriyyətin 4-də 1-nin anlaşmasıdır...”("Doğulan paytaxtlar”, 1928 il)
Vladimir Mayakovskinin 1926-cı il səfəri ilə bağlı məşhur Sovet ədəbiyyatşünası Viktor Manuylovun (1903-1987) çap olunmuş xatirələri var. Novoçerkasskda həkim ailəsində doğulmuş Manuylov 1922-ci ildə hərbi xidmət üçün Bakıya göndərilmiş, bu şəhərdə 5 il yaşamışdı. Puşkin və Lermontov yaradıcılığının məşhur tədqiqatçısı sayılan Manuylov ali təhsilini də Bakıda - Azərbaycan Universitetinin tarix-ədəbiyyat fakültəsində alıb və təhsilini bitirdikdən sonra Puşkinin "Qraf Nulin” poemasına dair diplom işini müdafiə edib, hərbi xidmətdən tərxis olunub və 1927-ci ildə Leninqrada qayıdıb.
"Mayakovski barədə xatirələrimdən” oçerkində Viktor Manuylov xatırlayır ki, şair Bakıya 1926-cı ilin 17 fevralında gəlir və 1 həftə Azərbaycanın paytaxtında qalır. Bu müddətdə Mayakovski mədənlərə baş çəkir, Türk dövlət teatrı və Bakı işçi teatrında çıxışlar edir, "Bakinski raboçi” qəzetinin redaksiyasında olur, "Yaz” ədəbi qrupunun üzvləri ilə görüşür...
Mayakovskinin ilk çıxışı fevralın 19-na təsadüf edir. Mailov teatrında (indiki Opera və Balet teatrı - Red.) baş tutmuş həmin görüşü Manuylov bu cür xatırlayır: "Zal adamla dolu idi. Bakının ilk isti günləriydi, küçələrdə mimozalar satılırdı və gələnlərin çoxunun əlində çiçəklər vardı. Mayakovskin məruzəsi "Mənim Amerikanı kəşfim” adlanırdı”.
Qeyd edək ki, cəmisi 3 ay əvvəl Mayakovski ABŞ və Avropaya böyük səfərdən qayıtmışdı.
Manuylov onu da xatırlayır ki, dinləyicilərin heç də hamısı Mayakovskiyə xoş münasibət bəsləmirdi, yazılı şəkildə zaldan göndərilən sualların bəziləri şairi qıcıqlandırır və əsəbiləşdirirdi.
Manuylov yazır: "Ondan Puşkinə olan münasibətini soruşanda, Mayakovski bəzən özünü itirirdi. Məsələn soruşurdular: "Siz niyə Puşkini sevmirsiz (və ya qəbul etmirsiz)?” Bu suala cavabında Vladimir Vladimiroviç deyir: "Əminəm ki, mən Puşkinə bu mənasız məktubun müəllifindən daha yaxşı münasibət bəsləyirəm”. Yaxud soruşurdu: "Sizə kim deyib ki, mən Puşkinin poeziyasını sevmirəm?” Belə olanda, zaldan qışqırırlar: "Özünüz dəfələrlə Puşkinin əhəmiyyətini inkar etmisiz!”
Onda Mayakovski səbrlə izah edirdi ki, Puşkin və puşkinçilər fəpqli anlayışlardır və puşkinçilər çeşidli olurlar...”
Manuylov xatirələrinin sonunda yazır: "Artıq 1926-cı ildə Vladimir Vladimiroviçin ölçüsüz yorğunluğu bəzən hiss olunurdu. Özü də təsdiqləyirdi ki, istirahət etməyi bacarmır. Tiflisə yola düşməzdən əvvəlki çıxışında (bu, Bakı işçi teatrında idi) o, əldən düşmüşdü, əsəblərini cilovlaya bilmirdi, dinləyicilərdən narazılığını gizlətmirdi, halbuki, bütün bunlar üçün üzdə olan heç bir səbəb yox idi”.

Mayakovski: “Bakı. Dünyanın pencəyində yağlı ləkə...”

Kifayət Haqverdiyeva
Mənbə: http://archive.teleqraf.com/news.php?id=21451#.VWWugs_tmko 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0