» » Yataraq gözəlləşmək, həqiqətən, mümkündür

Yataraq gözəlləşmək, həqiqətən, mümkündür

Yataraq gözəlləşmək, həqiqətən,  mümkündür

Mütəxəssislər, nəhayət, bu qərara da gəldilər ki, gözəlliyin bir sirri də yuxu ilə bağlı imiş. Yuxunun dərin bir yuxuya dalan insanın bədənində hormon səviyyəsinin tənzimlədiyi, nəticədə həzm və immunitet sistemlərinin sıx fəaliyyətə keçərək bədəni örtən dərinin özünü yeniləməsi məlum oldu.
Gözəllik mütəxəssisləri gec yatıb yuxusunu tam olaraq ala bilməyənlər üçün sabahısı gecə "yuxu kəsirini” ödəmək təklifini edirlər. Mütəxəssislər, yuxusuz qalmış şəxslərin gözlərinin altında bənövşəyi həlqələr, üzlərində cizgilər olduğuna, dərilərinin solğun və quru olduğuna diqqət çəkir. Yuxu çatışmazlığı vəziyyətində bu mənfi halların qaçılmaz olduğunu yazan mütəxəssislər, problemin həllində yuxunun böyük əhəmiyyət daşıdığını vurğulayırlar.
Dərinin hər gün 10 qram ölü dəri hüceyrəsini ataraq hamar qalmağı bacardığını vurğulayan mütəxəssislərin fikrincə, bunun reallaşa bilməsi üçün hər axşam dərinin ən üst təbəqəsindəki hüceyrələr bölünməyə başlayır. Yuxu zamanı isə böyümə hormonunun artması və stress hormonunun düşməsiylə birlikdə bu reaksiya sürətlənir. Gecənin səssizliyi, bu funksiya üçün ən ideal mühitdir. Çünki indi nə günəş, nə külək, nə də hərəkət və stress kompleks hüceyrə bölünməsini maneə törədə bilməz. Odur ki, bu yenilənmə saatlarında dərinin, başda oksigen olmaqla bir sıra qida maddəsinə ehtiyacı vardır. Alınan hər nəfəsdə dəri ehtiyacı olduğu oksigeni "anbarlara” yığır . Bu səbəblə axşamları yatmadan əvvəl yataq otağı yaxşıca havalandırılmalıdır. İrəliləyən yaşla birlikdə dərinin oksigen alması çətinləşdiyi üçün 30 yaşından sonra havanın təmiz olduğu mühitdə yatmağa daha çox diqqət edilməsi lazımdır .

Cildi məğlub etmək

Yatarkən, xüsusilə də röya görən vaxt bədən istiliyinin 2 dərəcə artmasıyla birlikdə, orqanizmin bol miqdarda maye çıxardığını izah edən mütəxəssislər qeyd edirlər ki, buna görə də səhərlər oyananda saçlar nəmlənmiş, şəkilləri pozulmuş olur. Yağ vəziləri gecələri yeniləndiyini, yuxu zamanı yağ ifraz etməsi, ümumiyyətlə, azdır. Bu səbəblə , dərisi quru olanların gecə yatarkən cildinə nəmləndirici krem, hətta dəri yağı çəkməsi doğru olar. Unudulmamalıdır ki, bütün maddələr dəri tərəfindən gündüzə nisbətən gecə daha yaxşı sovrulur. Ona görə də dərinin yuxu zamanı alergik maddələrə qarşı daha həssas olduğu təxmin edilir. Yatarkən unutmamanız lazım olan bəlkə də ən əhəmiyyətli xüsus, ultrabənövşəyi şüalara məruz qalmamaqğı təmin etməkdir. Çünki bu təhlükəli şüalar, bölünməkdə olan hüceyrələrə zərər verə bilər, hətta dəri xərçənginə qədər gətirib çıxara bilər.

Yataraq gözəlləşmək, həqiqətən,  mümkündür

Mütəxəssislər, qanımızdakı böyümə hormonu səviyyəsinin yuxuya dalar- dalmaz ani yüksəliş göstərdiyini qeyd etmişlər. Bu səbəblə, istər gecə yarısından əvvəl, istər sonra olsun, yuxunun ilk 3.5 saatının gerçək gözəllik yuxusu olduğu fikri qəbul edilmişdir: ancaq yuxunun kifayət və dərin olması şərtiylə ... Bu, bütün yuxu mərhələlərindən, yəni sakit yuxuya, dərin yuxudan yuxu görməyə qədər bütün mərhələlərin gecədə 4 ya da 6 dəfə təkrarlanması mənasına gəlir. Gecə yarısından çox sonra yatmağı vərdiş halına gətirmiş olanların bu vərdişlərini davam etdirmələrini bir qorxu olmadığı, bədənə alışdığı nizamı hər zaman təmin edə bilmək əhəmiyyətli olduğu vurğulanır.

Qırışların itir.

Mütəxəssislər mimikaların, ya da günəşin yol açdığı qırışların heç bir şəkildə yox olmadığına dərin yuxunu əlac sayırlar. Onların fikrincə, dəridəki bəzi qat və xəttlər dərin yuxu gecələrində yox olurlar: "Yatdığımızda dərimiz daha çox maye saxlar. Təzyiq düşüb, damarların genişlənməsi ilə dəriyə bol miqdarda maye axır. Hərəkətsiz olduğumuz üçün də bu mayenin axması çətinləşər. Nəticədə, toxumaların gərilməsi, kiçik qırışların aldığı dəstəklə itməsidir. Gün içində isə, dəridə saxlanılan bu maye bədənə yayılır və üzdəki xəttlər yenidən meydana çıxmağa başlayır. Gecənin müsbət təsirini davam etdirə bilmək, xüsusilə E vitaminli nəmləndirici kremlərlə mümkün ola bilir. Bunu da unutmayın ki, nə qədər daha uzun müddət yataqda qalsanız, qalın narahat bir yuxu, ya da səhv yastıq da səhərlər qırışıq üzlə oyanmanıza səbəb olur. Ən yaxşı tədbir, mümkün qədər alçaq yastıqla yatmağı vərdiş halına gətirməkdir "

Yataraq gözəlləşmək, həqiqətən,  mümkündür

Mütəxəssislərin fikrincə , tez-tez kifayət qədər dərin və uzun yuxu yata bilməyən kəslər, xəstəliklərə qarşı daha dayanıqsız olur. Dərin yuxu bütün günü yatmaq və ya yuxudan durub yedikdən sonra bir də yatmaq, ümumiyyətlə, günü yataqda keçirmək kimi başa düşülməməlidir. Dərin yuxu rejimlə yatmaq, 8 saat yatmaq, çirin yatmaq, yataq vəziyyəti ideal olmaq kimi qəbul ecilməlidir.
Əgər davamlı gərginlik halındasınızsa, yatmağa səy etməyin. Belə vəziyyətlərdə orqanizm tarazlığını itirərək stress hormonunu bol miqdarda ifraz edir. Hətta, qandakı səviyyəsinin ən aşağı olması lazım olan axşam saatlarında belə bədən bu hormonun istehsalını dayandıra bilməz. Belə vəziyyətlərdə bədənin bioritm nizamı idarədən çıxar.
Bu qeyri-tarazlığın dəriyə təsiri qaçılmazdır: dəri quruyar, pul- pul qalxar, çatlar. Hüceyrə bölünməsi nizamlı gerçəkləşəmədiyi üçün dəri getdikcə nazilir. Quru dəri daha da quruyarkən, nahamar dəri qara nöqtə və sızanaqlarla dollar. Bu səbəblə, nə qədər deyil, necə yatdığınız əhəmiyyətlidir. Lazımlı olan dərin yuxu və yuxu mərhələləri 6 saata dasığdırıla bilər. Ancaq çoxu insan, bədən və beynini yeni günə hazırlaya üçün, ümumiyyətlə, 7-8 saat yuxuya ehtiyac duyar.
Yuxu qədər oyanmanın da əhəmiyyətli olduğuna toxunan mütəxəssislər, bunun üçün bu tövsiyələr var:
"Əsla, gözlərinizi açar- açmaz yatağınızda dövr etmə (fırlanma) kimi bir səhv etməyin. Ən doğrusu, pişiklər kimi oyanmaqdır: yerinizdən qalxmazdan əvvəl geri dönün, əsnəyin, əl-ayaqlarınızı sərbəsb olarqq tam açın. Bu, eyni ilə 100 metrlik bir qaçışa hazırlanmaq kimidir. Çünki əzələləriniz yeni günə ağır- ağır hazırlanır, dövran sisteminiz hərəkətə keçər, səhər 6 və 8-i arası qandakı kortizol nisbəti ən yüksək səviyyəyə çıxar. İşdə bu nöqtədə dərinin yenilənmə prosesi sona çatmış, gündəlik qoruma proqramı fəaliyyətəbaşlamışdır. Kortizol salgılamasının sürətləndirilməsi üçün səhərlər duşun altında heç olmazsa 3 saniyə ərzində buz kimi suyu bədəninizə çiləyin. Buz kimi su ilə günə gümrah və gözəl başlayın. Yatağınız hər zaman sərt deyil, ancaq sağlam və elastik olsun. Yatağınızın minimum ölçüləri boyundan və enindən 30 santimetr çox olmalıdır "

 Yataraq gözəlləşmək, həqiqətən,  mümkündür

Qeyd: Tərcümə ilə işlənmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz