» » Xalq təbabətinin bəzi psixoloji təsirləri

Xalq təbabətinin bəzi psixoloji təsirləri


Xalq təbabətinin bəzi psixoloji təsirləri

 

Xalq təbabətinin bəzi psixoloji təsir qaydaları haqqında əvvəlki yazılamızda müəyyən məlumatlar vermişdik. Bu dəfəki yazımızda mülkün düşüb-düşməməsi, suyun düşməməsi, ünsiyyət və xasiyyətlərinin düz gəlməməsi, südün düşməməsi, həmçinin ünsiyyət və xasiyyətlərinin düz gəlməməsi barədə danışacağıq.

Mülkün düşüb-düşməməsi

Yuyrd-yuva salarkən həmin mülkün düşüb-düşməməzliyi təsəvürü indi də xalq içərisində mövcuddur."Bu yurda köçəndən heç xəstə olmadığım gün olmadı", "burda ev tikəndən heçç canım rahat olmadı, "bu yurd bizə düşmədi"" kimi ifadələr bu gün də xalq arasında yaşamqdadır. Beləolan halda bəziləri qurbanlar kəsir, nəzir-niyaz verir, qazan qaynadır, ya da həmin mülkü satıb oranı tərk edir, daha bir ayrı tərəfə üz tuturlar.
Ümummyyətlə insan cəmiyyəti formalaşandan insanlar məskən salarkən bu məsələyə hər zaman diqqət yetirmiçlər ki, əbədi məskən salacaqları məkn, hava, su, yağntı və s. həyati amillər gözlənilmiş olsun.
Müəyyə bir yerə və ya kəndə gələn şəxs tez-tez xəstələndikdə bunu ona həmin yerin "suyunun düşməməsi" ilə əlaqələndirirdilər. Bu fikrin bir qədər tibbi-elmi əsasları da vardır. Suyu düşməyən yeri dəyişmək və ya oradan köçüb getmək barədə həkimlər də rəy verirlər.

Ünsiyyət və xasiyyətlərinin düz gəlməməsi

belə hallarda xəstələnmə, ruh düşkünlüyü, əsəb pozulmaları, züryətsizlik və s. baş verir. Cinsi əlaqələrdə bir-birlərini qane etməmək, razı düşməmək kimi psixoloji sarsıntıların, müəyyən xəstəliklərin baş verməsinə səbəb olur. Blə narazılıqlar, ünsiyyət, hətta boşanmalara da səbəb ola bilir.
Ağızdan pis iy gəlmə, qulağı ağır eşitmə, gözü pis görmə və s. qüsurlar da qarşılıqlı tərəflərin psixologiyasının pozulmasına səbəb olur. Keçmişdə qıza elçiliyə geərkən oğlan evinin adamlarından biri qızın ağzını iyləyər, qulağının yazçı eşitmsini, gözünün nə dərəcədə görməsini,əsblərinin yerində olub-olmamasını yoxlayardılar. Məsələn, düyü arıtdadır,qabdan aftaya su tökdürər, danışdırar, gəzməyinə, oturub-durmağına, adamlara yaxınlaşmağına və s. xüsusiyyətlərinə tamam-kamal göz qoyardıllar.
Xalq təbabətinin bəzi psixoloji təsirləri

Jörpə tez-tez xəstələndikdə ağbirçəklər bunun səbəbini uşağı əmizdirən ananınsüdündə görürdülər. Belə hallarda həmin körpəni evdə olan digər gəlinlərdən, yaxın qohumlardan və ya qonşulardan birinin gəlini ilə əmizdirirdilər. Süd verən həmin şəxs uşağın "süd anası", oğlu və qızı isə "süd qardaşı", "süd bacısı" hesab olunurdular. Süd qardaşı və süd bacılarının bir-biri ilə evlənməsinə yol verməzdilər. Ata-babalar süd qohumluğu kimi süd qohumluğunun da nəsil artımında gətirdiyi bəlaların dəfələrlə şahidi olmuşlar.
Səbəbdüşmə

Hələ də xalq arasında belə söhbətlər eşidirik ki, filan həkimin əli səbəblidir, filan həkimin ayağı "yüngül"dür və s. Həkimin gəlişilə xəstənin vəziyyətinin yaxşılaşması "səbəbdüşmə" anlayışını yaratmışdır..Bəzi savadca kamil mollalar onlara müraciət edənlərə deyirlər:
- Mən dua yazan deyiləm. Amma bir səbəb yazaram.
Pirə, ziyarətə, duaya inam nəticəsində müəyyən xəstəliklərdən sağalanlara indi də rast gəlmək olur.

Xalq təbabətinin bəzi psixoloji təsirləri

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz