» » Qısqanclıq və 30-cu duel

Qısqanclıq və 30-cu duel

 

 

Qısqanclıq  və 30-cu duel  

Tarixən qəbilələr arasında yaranan mübahisələr, açıqlar,qisas, dərs vermək üsulu kimi duellə həll edilərdi.Sonralar bu üsul intiqam, qisas almaq üsulu kimi Orta əsrlərdə Avropaya da sirayət etdi. Zaman-zaman onun formasında bəzi dəyişikliklər də edilmişdir.

Bəs "duel” nədir?

"Duel” almancada "duell” (n), "zweikampf” (m), fransızcada "duel” (m), ingiliscədə "duel” kimi ifadə olunub, bir qürurproblemini həll etmək üçün iki adam arasında müəyyən qaydalara görə ölümcül silahlarla aparılan döyüş formasıdır.

 

Qısqanclıq  və 30-cu duel

 

"Duel” sözü dünya ədəbiyyatına ingilis ədəbiyyatı vasitəsilə daxil olmuşdur. Şekspir, A. Duma , Mişel Zevaco kimi məşhur yazarlar əsərlərində dueldən bəhs etmişlər. Volter duelə mənfi münasibət bəsləyər, dəvət edildiyi heç bir duelə getməz, dueldə nifrət edərdi.

Napoleon mübarizənin bu üsulun qəbul etmirdi.

Jan Jak Russo da dueli sevməzdi.

X -XII əsrlərdə yalnız azad insanlar duel edə bilərdi.

Orta əsrlərdə bəzi zadəgan və krallar özlərinə xüsusi düelçilər saxlayardı və onlar bir növ, indiki şəxsi mühafizəçi qismində onları qoruyardı.

XIX əsrin 20-30-cu illərindən sonrakı dövrlərdə zadəganlar ləyaqətinin tapdalandığını/ləkələndiyi qənaətinə gələrdisə, onu təhqir edən adama duel təklif edirdi. Beləliklə, o, həm onu tanıyan, yayılan şaiyəlrərdən xəbərdar olan insanların nəzərində qürurunu qoruyurdu, həm də düşməni ilə hesablaşmış olurdu.


Qısqanclıq  və 30-cu duel

 

Ləyaqətinin ləkələndiyini düşünən adam yanına iki şahid alaraq rəqibini duelə çağırırdı. Rəqibi də eyni qayda ilə iki şahid taparaq duelə gələrdi. Hər iki tərəfin şahidləri duel üçün qaydalar müəyyən edərdilər. Silah seçimini dueli istəyən adam edərdi. Ümumiyyətlə, qılınc və ya tapançadan istifadə edilərdi.

Şahidlər duelin ediləcəyi sahənin enini və uzunluğunu ölçər, silahlara nəzarət

edərdi. Duel qərarı qəbul edənlər qılıncla qarşılaşırlarsa, bunun müəyyən edilən şərtlər içində reallaşması lazım idi. Yox, əgər odlu silahlar müəyyən olunmuşsa, onlar şahidlərin təyin etmiş olduğu uzaqlıqdakı işarəli yerlərdən atəş açardılar. Əgər duelin motivi çox ağır bir günahlandırma deyilsə, silahsız, yəni yüngül bir yaralanmayla başa çatardı. Ağır ittiham idisə duel daha amansız olurdu. Bəzən şahidlərin da bir-birləriylə döyüşdüyü dövrlər də olmuşdur.

Xüsusilə almanlar mübarizənin bu üsuluna daha çox meyl ediblər. Məhz onların vasitəsilə duel Avropaya yayılmışdır.

Qısqanclıq  və 30-cu duel

Almaniyada universitet tələbələri duel klubu qurmuşlar. Bu quruma üzv olmaq çox çətin idi. Buraya çalışqan, qabiliyyətli və seçmə tələbələr alınırdı.

XVI əsrdən başlayaraq fransızlar da duelə çox rəğbət göstərmişlər. Tarixi qeydlərə görə, Fransada on səkkiz il ərzində 4000 nəfərdən artıq insan bu qanlı qarşıdurmanın qurbanlarına çevrilmişdir. Hətta, duel burada o qədər adiləşmiş ki, insanlar qarşılaşanda bir-birlərindən ilk soruşduqları söz :"Dünən kim döyüşdü, kim kimi öldürdü, bəs bu gün?" olarmış.

Duel Fransada XIX əsrə qədər davam etmişdir. İngiltərədə isə, halbuki, duel fransızlardan çox-çox əvvəl qadağan edilmişdi, duelə çağırışlar yasaq edilirdi, kim bu təşəbbüsdə olsa idi, onlara ağır cəzalar verilirmiş.

Fransada duel edəcək kəslərin iyirmi bir yaşa çatmış olmalı idilər, yuxarı həddi isə altmışı keçməməli idi.


Qısqanclıq  və 30-cu duel

 

Hans Fallada XX əsr alman ədəbiyyatının ən qeyri-adi qələm sahiblərindən idi.

Hələ 19 yaşındaykən faciəvi bir duelə baş vurmuşdu: dostu ilə sevdiyi qız ucbatından duelə girmiş və onu öldürmüşdü. Ağır yara alan Falladanı isə psixi hesab edərək müalicəyə cəlb etmişdilər.

Duelin Avropa üçün bir özəlliyi də bu imiş ki, onu ancaq zadəganlar edə bilərdi. Sadə adamlar kübarlarla duel qovğasına çıxa bilməzdilər. Guya qürur elə bir zadəganlara məxsus imiş. Həyat isə göstərib ki, sadə adamların, kasıbların bölünməyən, tükənməyən yeganə sərvətlri qürur imiş, onlar qorumağı daha yaxşı bacarırmış.

Duel açıq bir şəkildə aparılırdı və hakimlərin qarşısında həyata keçirilirdi.

Duelin özünün bir məntiqi vardı. Bu qərara gəlmiş tərəflərdən biri düşünürdü ki, özü haqlıdır və qarşısındakı haqsız cavab verməlidir. O, haqlı olduğu üçün Allah qarşısında günahsızdır, təqsirkar deyil və o heç bir vədə yenilməyəcək.

Hətta, bəzən belə də olurdu ki, hansısa bir ziddiyyəti araşdıra bilməyən, ciddi sübutlar, şahidlər tapa bilməyən hakimlər tərəflərin duelə çıxmasını bir həll variantı sayırdılar. Sanki belə çıxırdı ki, haqlı ölə bilməz, kim günahkardırsa, elə o da həyatı bahasına cəzasına cavab verəcəkdir.

Duel xalq qarşısında edilərdi. Dueldə məğlub olan ölməmişsə, amma yaralanmışsa, bu da günahın sübutu sayılırdı və cəzalandırılırdı. Duelin belə forması Fransada 1547-ci ildə yasaqlansa da, İngiltərədə 1819-cu ilə qədər davam etdi.

Duellər daha çox odlu silahla və xeyli dərəcədə də qılıncla aparılırmış.


Qısqanclıq  və 30-cu duel


Qısqanclıq  və 30-cu duel

 

Qılıncla aparılacaqmışsa, qılıncların çəkisi 750 qramı keçməməli idi, duelə şahidlik edənlər iki tərəfin qılınclarının uclarını bir-birinə toxundurtduraraq duelin başlandığını elan edərdilər.

Duel iştirakçılarını təmsil edən tərəflər bu qovğaya müdaxilə etməzdilər.

Tərəflər arasındakı vuruşmalar çox şiddətli olur, bəzən çarpışanlardan biri və ya hər ikisinin də ölümü ilə başa çatardı.

İlk vaxtlar atışmadan əvvəl, ya da atışma zamanı təkə- tək vuruşlar da (müxtəlif qılınclarla və ya əllə) olurdu.


Qısqanclıq  və 30-cu duel

 

Məşhur rus şairi Aleksandr Puşkin isə 37 yaşında qayını fransız Danteslə dueldə aldığı yaradan öldüyünü hələ orta məktəbdən hamımız bilirdik. Buna kimi şair daha 29 duel yola vermişdi. Maraqlı olan bir də bu idi ki, bütün digər 29 duelin hamısında da təkliflər Puşkindən gəlmişdi. Otuzuncu duel isə sonuncu olmuşdu.

30 dəfədə ölməsəydi də, ehtimalla 31-ci, 32-ci-də,...47-ci də, hansısa birində öldürüləcəkdi. Hər dəfə kimsə Natalyaya yan gözlə baxdı deyə səbəb tapıb hamıyla duelləşmək olardımı? Nəyə lazımdı ki, belə gözəllik? Bütün tarixi dövrlərdə bu gözəllik proletariatın say-seçmə oğullarını ölümə, bəlalara sürükləməyibmi?

 

 

Qısqanclıq  və 30-cu duel


Qısqanclıq  və 30-cu duel

 

Puşkinin çox macəralı həyatı olub: romantik, istedadlı… qadına meyilli, bir qədər də şərab, kazino həvəskarı. Onu mədəni davranış və təzimlərinə görə fransız və ruhuna görə isə rus kimi qəbul edirdilər. Puşkin təhsil aldığı Sarskoye selo liseyində ilk şeirini də fransızca yazmış, acıq–saçıq olaraq Fransaya hüsn-rəğbətini ifadə etmişdi. Hətt, yoldaşları arasında Puşkinə "Fransız” deyirdilər. Bu da taleyin bir qədəri idi ki, çox gənc ikən- 37 yaşında ömrünü bir fransız zabitinin gülləsindən başa vurmuşdur. Səbəb isə hədsiz qısqanclıq idi. Qu boyunlu Natalya çox gözəl, cazibədar, bir az özü də "az aşın duzu olmayan” bir qadın idi.

İşin pis cəhəti də bu idi ki, Natalya özü də xoşlanırdı bəzənməkdən, kiminsə yanından göz süzüb keçməkdən. Natalya bütün kişilərin ürəyinə od salırdı. Çar Birinci Nikolay belə Puşkinin arvadına rəğbət bəsləyirdi.

Qəribədir, Danteslə Natalya Qonçarova barəsində hələ 1834-cü ildən şaiyələr yayılmışdı, amma qarşı tərəf guya Dantesin Natalyanın bacısını sevdiyini bildirmiş və Puşkin də bu səbəbdən

 

Qısqanclıq  və 30-cu duel

 

Dantesi duelə çağırsını geri götürür. Lakin evləndikdən sonra belə Dantes Puşkinin həyat yoldaşına sevgisi davam edir və bu "sevgi” hətta daha da dərinləşirmiş. Bütün bu sərhədsiz məhəbbətlərin sonu olaraq rus poeziyası çox gənc yaşında qüdrətli bir nümayəndəsini itirdi.

Biz bunları bir tarix olaraq eşidib-biliriksə də, belə qəddar qisas üsullarına etrazımızı ifadə edirik. Biz insanları qisasa, intiqama sürükləyən səbəblərə, onları doğuran hər cürə mənəvi naqisliklərə etirazımızı ifadə edirik.

 

 

Qısqanclıq  və 30-cu duel


Qısqanclıq  və 30-cu duel

 

 

Qeyd: Yazıda vikepediya və digər mənbələrdə verilmiş məlumatlardan istifadə olunmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz